Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

42 

 

və  dövlətin  qarşısında  duran,  həllini  tələb  edən  mürəkkəb 



məsələlərdən irəli gəlir. 

Azərbaycan dövləti vətəndaşlarımızın yaşamaq hüququna, milli 

təhlükəsizliyə və sosial-iqtisadi inkişafa təminat verən yeganə siyasi 

təsisatdır. Dövlət olmadan ictimai tərəqqi mümkün deyil.  

Bu  halda  məhz  güclü  dövlət  özünün  zəruri  və  prioritet 

funksiyalarını  müəyyən  edir.  Rusiyalı  tədqiqatçı  O.İ.Miroşkina  güclü 

dövlətin inkişaf prioritetlərini, sosial prosesləri idarəetmə sisteminin 

təkmilləşdirilməsi modellərini, sosial rifaha çatmaq yollarını müəyyən 

edən  baza  funksiyalarını  fərqləndirir.  Müəllif  güclü  dövlətin  əsas 

funksiyaları  kimi  təsisedici  funksiyasını,  yəni,  lazım  gəldikdə  yeni 

siyasi  mexanizm  formalaşdırmaq  (yeni  təsisatlar  yaratmaq, 

əhəmiyyətini  itirmiş  köhnə  təsisatları  yenidən  qurmaq  və  ya  ləğv 

etmək)  bacarığını;  əzəldən  dövlətə  xas  olan  və  güclü  dövlət  üçün 

xüsusi  aktuallıq  kəsb  edən  qanunvericilik  funksiyasını  önə  çəkir.  O 

qeyd  edir  ki,  göstərilən  funksiya  yeni  şəraitdə  yeni  məzmunla 

zənginləşir, təkcə daxili cari sosial məsələlərə dair qanunların qəbul 

edilməsini  deyil,  həm  də  qanunvericiliyin  dünya  standartlarına 

uyğunlaşdırılması  tələbini;  cəmiyyətin  iqtisadi  və  sosial  həyatında 

dövlətin yerinin və rolunun gücləndirilməsində təzahür edən dövlətin 

sosiallaşması  funksiyasının  genişlənməsini;  yaşayış  mühitinin 

müdafiəsi funksiyasını; xüsusi funksiya kimi müasir inkişafa təhlükə 

və  təhdidlərə  qarşı  mübarizə  mexanizmlərinin  formalaşdırılmasını 

ehtiva edir. 



43 

 

 Güclü  dövlətin  daha  bir  funksiyası  orqanlar  sisteminin 



yaradılması,  sülhün,  dinc  həyatın  və  dövlət  suverenliyinin 

qorunmasında onların səlahiyyətinin müəyyən edilməsidir

41



Öz  ideologiyasını  işləyib  hazırlamaq  və  geniş  xalq  kütlələrinə 



çatdırmaq güclü dövlətin əsas funksiyalarından biridir. Odur ki, güclü 

dövlət təkcə funksional deyil, həm də öz vətəndaşlarına ünvanlanan, 

inkişaf  istiqamətlərini  və  perspektivlərini  onlara  izah  edən  xüsusi 

ideologiyaya malik dövlətdir. Dövlət ideologiyasının mövcudluğu isə 

məhz dövlətin gücünü, siyasi sistemdə onun yerinin siyasətin digər 

subyekti tərəfindən tutulmadığını göstərir. 

Heç bir mədəni və dayanıqlı sosial təsisat heç vaxt ümumdövlət 

ideologiyası  olmadan  keçinməyib.  R.İ.Sokolova  və  V.İ.Spiridonova 

yazırlar: “Məhz cəmiyyətin ideoloji altsistemi cəmiyyət üçün çox vacib 

olan  salamat  qalmaq  məsələsini  identik  formada  həll  edir.  Belə 

ideologiyanın  olmaması  müxtəlif  qruplaşmalar  arasında  siyasi 

qütbləşmənin sürətlə güclənməsi üçün münbit zəmindir”

42



Həmişə  rəngarəng  olan  cəmiyyət  “ən  müxtəlif  -  konfessional, 



etnik,  mədəni,  sosial,  siyasi  və  s.  əsaslara  malikdir.  Lakin  o 

(hakimiyyət – R.M.), mövcudluğunun mənasını təşkil edən, cəmiyyət 

tərəfindən  ona  verilən  səlahiyyətləri  qəbul  etməsinin  səbəbi  olan 

                                           

41

  Bax:  Мирошкина  О.И.  Основные  приоритеты  функционирования  «сильного  государства»  в  современной 



рискогенной  политико-правовой  реальности.  С.-П.  государственный  университет  экономики    и  финансов. 

Ученые записки юридического факультета. Выпуск 24(34) – 25(35), 2012, стр. 110-111. 

 

 

42



 Соколова Р.И., Спиридонова В.И. Государство в современном мире. Стр. 218. 


44 

 

mənəvi prioritetlərini, məqsədlərini, vəzifələrini bəyan etməyə sadəcə 



borcludur”. 

İctimai  inkişafın  yeni  səviyyəsinə  yüksəlmək  üçün  böyük 

səfərbərlik səyləri lazımdır. Lakin bunun üçün ruhlandırmağı bacaran 

məqsəd  olmalıdır.  Milləti  gələcək  quruculuq  naminə  birləşdirən  və 

səfərbər  edən  ideologiya  yalnız  dövrlərin  əlaqələrini  bərpa  edərək 

keçmişi  və  indini  bir  araya  gətirmir,  başlıcası  budur  ki,  gələcəyin 

cazibədar simasını təklif edir

 43


.      

M.V.Lomonosov  adına  MDU-nun  dosenti  M.Q.Abramovanın 

fikrincə,  dövlət  ideologiyasını  qısa  və  ortamüddətli  perspektivdə 

dövlət  siyasətinin  konsepsiyası  kimi  təsəvvür  etmək  olar.  Bütün 

ictimai  fenomenlər  kimi,  dövlət  siyasəti  də  forma  və  məzmuna 

malikdir.  Formanı  normativ-hüquqi  mənbələr,  məzmunu  isə  dövlət 

siyasəti təmsil edir

44

.  



Azərbaycan Prezidenti İlham Əliyev 28 May – Respublika Günü 

münasibətilə 

qəbulda 

deyib: 


“Bizim 

milli 


ideologiyamız, 

azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir”

45

. Gördüyümüz 



kimi,  dövlətimizin  başçısı  etiraf  edir  ki,  “Azərbaycançılıq”  müasir 

Azərbaycanın  dövlət  ideologiyasıdır.  Sıralarında  600  min  üzvü  olan 

Yeni  Azərbaycan  Partiyası  da  bu  ideologiyaya  sadiqdir.  Lakin 

cəmiyyətimiz üçün bu partiyanın əhəmiyyəti üzvlərinin sayında yox, 

proqramının məzmunundadır. Proqramda ölkədə güclü dövlətin - XXI 

                                           

43

 Там же, стр. 221, 227. 



44

  Bax:  Абрамова  М.Г.  Мифологема  сильного  государства  и  актуальные  задачи  государственной  политики 

России. Политические науки. Стр. 103-104. 

45

 «Бакинский рабочий». 28 мая 2015. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə