Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə125/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   121   122   123   124   125   126   127   128   ...   138

289
Siyasət. Hərbi iş
100 
illiyi
100 
illiyi
SALAM AYDINBƏYOV 
1912-1967
BAĞIR SEYİDZADƏ  
1912-1968
2012
Salam  Müqtədir  oğlu  Aydınbəyov 
1912-ci  ildə  anadan  olub.  1931-ci 
ildə  Dərbənd  Pedaqoji  Texnikumunu 
bitirdikdən sonra müəllim işləyib. 
Komsomol və partiya orqanlarında ça-
lışan S. Aydınbəyov 1946-cı ildə Ali Par-
tiya Məktəbini bitirdikdən sonra Dağıstan 
Vilayət Partiya Komitəsinin katibi, 1948-
ci ildən Dağıstan MSSR Nazirlər Soveti-
nin sədri vəzifələrində işləyib. 
1951-ci  ildə  Azərbaycana  qayıdan 
ictimai  dövlət  xadimi  S.  Aydınbəyov 
Azərbaycan  KP  MK-da  şöbə  müdirinin 
müavini, Azərbaycan SSR-nin ticarət na-
ziri olub. 
Siyasi-iqtisada  dair  40-dan  cox  elmi 
əsərin,  2  monoqrafiyanın  müəllifi  olan 
Aydınbəyov Salam Müqtədir oğlu 1954-
cü ildən ömrünün sonunadək Azərbaycan 
Tibb İnstitutunun siyasi-iqtisad kafedrası-
nın müdiri vəzifəsində çalışıb.
O, SSRİ Ali Sovetinin (III çağırış) de-
putatı olmuş, Lenin ordeni, Qırmızı Əmək 
Bayrağı ordeni və medallarla təltif edilib. 
Dövlət  xadimi,  alim  Aydınbəyov  Salam 
Müqtədir oğlu 1967-ci ildə Bakı şəhərində 
vəfat edib. 
Seyidzadə  Bağır  Qasım  oğlu  1912-ci 
ildə  İrəvan  quberniyasında  anadan  olub. 
1918-ci ildə atası II gildiya taciri Mirqa-
sım ailəsini erməni millətçilərinin vaxtaşı-
rı törətdiyi qırğından xilas etmək məqsədi 
ilə Tiflisə köçürüb.
Tiflisdə yaşayan Bağır Seyidzadə 1931-
ci ildən öz həyatını Bakı ilə bağlayıb. O, 
əmək fəaliyyətinə Zeynalabdin Tağıyevin 
toxuculuq  kombinatından  başlayıb.  Neft 
və kimya institutunda, Sov. İKP MK ya-
nında Ali Partiya Məktəbində təhsil alıb.
Jurnalistika  sahəsində  ilk  addımla-
rını  hələ  tələbəlik  illərində  atan  Bağır 
Seyidzadə, sonralar “Gənc işçi” qəzetinin 
redaktoru,  Mədəniyyət  Nazirliyinin  Po-
liqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri, 
Azərbaycan  radiosunda,  Azərbaycan 
Tədris-Pedaqoji  ədəbiyyat  nəşriyyatında, 
Azərbaycan 
Teleqraf 
Agentliyində 
işləyib.  Onun  respublikada  tərcümə  işi-
nin inkişafında, gənc tərcüməçi kadrların 
yetişməsində də xidmətləri olub. Müxtəlif 
illərdə  Azərbaycan  SSR  Kinematoqrafi-
ya  naziri,  Mədəniyyət  nazirinin  müavi-
ni  vəzifəsində  çalışan  Bağır  Seyidzadə, 
xaricdə diplomatik fəaliyyətlə də məşğul 
olub.  Qırmızı  Əmək  Bayrağı,  “Şərəf  ni-
şanı” ordenləri və medallarla təltif edilib. 
Dövlət xadimi, jurnalist Bağır Qasım oğlu 
Seyidzadə 1968-ci ildə Bakıda vəfat edib.
Ə d ə b i y y a t
Salam Aydınbəyov [Mətn] 
//Fəxri Xiyaban  .- Bakı, 
2007.- S.23 
Ə d ə b i y y a t
Bağır Seyidzadə[Mətn]//
Fəxri xiyaban .- Bakı, 
2007.- S.188
Əliyeva, E. Yaxşı ad qoyub 
gedənlər unudulmur [Mətn] 
/E.Əliyeva //Xalq qəzeti.- 
2007.- 24 iyul.- S. 4.
Dövlət xadimi
Dövlət xadimi


290
Siyasət. Hərbi iş
90 
illiyi
QAFUR MƏMMƏDOV  
1922-1942
2012
Məmmədov Qafur Nəsir oğlu 1922- 
ci ildə Bakıda anadan olmuşdur. 1941- 
ci  ildə  sovet  ordusuna  çağırılmışdır. 
Qara  dəniz  donanmasında  xidmət  et-
mişdir.
Qafur  Məmmədov  Sovet  İtti-
faqı  Qəhrəmanıdır.  Böyük  Vətən 
müharibəsi  başlamazdan  bir  neçə  ay 
əvvəl - 1941-ci ildə Qafur Məmmədov 
ordu sıralarına çağırılıb. 
Qara  dəniz  donanmasında  xidmət 
edib,  Sevastopolun  müdafiəsinin  iş-
tirakçılarındandır.  Zaqafqaziya  cəb-
həsində  56-cı  ordu  tərkibində  323-cü 
dəniz  piyada  batalyonunda  rabitəçi 
vəzifəsində  xidmət  edən  matros  Qa-
fur  Məmmədov  Tuapse  şəhəri  ya-
xınlığında  aparılan  ağır  döyüşlərdə 
qəhrəmanlıqlar  göstərmişdir.  1942-
ci  ilin  19  oktyabrında  faşist  ordusu 
hissələrinin  hücumlarını  dəf  edərkən 
Qafur  Məmmədov  şəxsən  düşmənin 
13  avtomatçısını  və  bir  minomyot 
heyətini məhv etmişdi. Qafurun xidmət 
etdiyi batalyon Tuapse uğrunda qanlı 
döyüşlərdə  iştirak  edir.  Döyüşlərdən 
birində Q.Məmmədov öz sinəsini sipər 
edərək, komandiri düşmən gülləsindən 
qoruyur. Özü həlak olsa da, bu addı-
mı  ilə  əməliyyatın  uğurlu  keçməsini 
təmin edir. Qəhrəmanlığına görə Qafur 
Məmmədov ölümündən sonra – 1943-
cü ildə Sovet İttifaqı qəhrəmanı adına 
layiq görülüb.
Qafur Məmmədovun adına küçə və 
tanker var. Bakı Dənizçilik məktəbi Q. 
Məmmədovun adını daşıyır. 
Qafur  Məmmədov  haqqında  əsər-
lər,  poemalar,  o  cümlədən  Süleyman 
Rüstəmin “ Qafurun ürəyi ” poeması 
yazılmışdır.
 
Ə d ə b i y y a t
Qafur Məmmədov [Mətn] //Azərbaycan Milli Ensiklo-
pediyası.- Bakı: Azərbaycan, 2007.- S.310.
Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov [Mətn] .- 
Bakı: Azərnəşr, 1943.- 11 s.
Zeynalov, R. Sovet İttifaqı Qəhrəmanı Qafur 
Məmmədov [Mətn] /R.Zeynalov .- Bakı : Gənclik, 
1975.- 24 s.
Hərbçi


291
Mədəniyyət. Elm. Maarif
130 
illiyi
ŞƏFİQƏ ƏFƏNDİZADƏ 
1882-1959
2012
Şəfiqə 
Məhəmmədəmin 
qızı 
Əfəndizadə  1882-ci  ildə  Gürcüs-
tanın  Axaltsixi  rayonunun  Ağşuri 
kəndində  anadan  olub.  Onun  ata-
sı  Məhəmmədəmin  Şeyxzadə  döv-
rünün  tərəqqipərvər  ziyalılarından 
idi.  Hələ  kiçik  yaşlarından  atası  ona 
Azərbaycan,  fars  və  ərəb  dillərindən 
dərs verər, yazmağı öyrədər, oxuduğu 
kitablardan danışardı. 
Gələcəyin yazıçı, publisist, maarif-
pərvər qadını müəllim olmaq istəyirdi. 
Onda eyni zamanda hekayə, şeir yaz-
mağa böyük həvəs olduğunu hiss edən 
atası yeri gəldikcə Şəfiqəyə inşalar yaz-
dırır, onları yoxlayıb öz məsləhətlərini 
verirdi.
O zaman Tiflisdə, Bakıda, Krımda 
nəşr  edilən  “Kəşkül”,  “Tərcüman”, 
“Kaspi”  kimi  qəzet  və  məcmuələri 
mütaliə edən Şəfiqənin “İki yetim” adlı 
ilk kitabı 1914-cü ildə çap olunub. 
Şəfiqə  xanımın  bir  pedaqoq  kimi 
fəaliyyətə  başlamasında  Nəriman 
Nərimanovun  atasına  göndərdiyi 
məktub  böyük  rol  oynayıb.  Nəriman 
Nərimanov  M.Şeyxzadədən  qızını 
Bakıda açılacaq müsəlman məktəbinə 
müəllim  hazırlamasını  xahiş  edirdi. 
Şəfiqə  xanım  Əfəndizadə  müəllimlik 
həyatına Bakı birinci rus-müsəlman qız 
məktəbindən (1901-1910) başlayaraq, 
ikinci  rus-tatar  şəhər  qız  məktəbində 
(1910-1920),  iki  illik  pedaqoji  kurs-
da  (1915-1916),  darülmüəllimatda 
(1920-1926),  Azərbaycan  partiya  və 
sovet məktəbində (1923-1927) davam 
etdirib. 
“Şərq  qadını”  jurnalı  redaksi-
ya  heyətinin  üzvü,  Zaqafqaziya 
müsəlman-larının  qurultayında  çıxış 
edən  Azərbaycan MİK-in (III çağırış) 
üzvü seçilmiş Şəfiqə xanım Əfəndizadə 
təkcə  Azərbaycanda  deyil,  bütün 
Şərq  dünyasında  ilk  azərbaycanlı  qa-
dın müəllim, fəal ictimai xadim kimi 
şöhrət qazanıb. 
Vətənpərvər  müəllim,  jurnalist 
Şəfiqə  xanım  Əfəndizadə  öz  mənalı 
ömrünü 1959-cu ildə başa vurub. 
 
Ə d ə b i y y a t
Məmmədov, S. 
Azərbaycanın maarifpərvər 
qadınları [Mətn] 
/S.Məmmədov .- Bakı : 
Azərnəşr, 1960.- 140 s.
Gəncəli, S. Ömürlərdən 
səhifələr [Mətn] /S.Gəncəli 
.- Bakı : İşıq, 1973.- 125 s. 
Əfəndizadə Şəfiqə 
Məhəmmədəmin qızı //
Azərbaycan qadını ensik-
lopediyası [Mətn] .- Bakı , 
2002.- S. 97.
Publisist


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə