Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   71   72   73   74   75   76   77   78   ...   161

 
154
O bir lopa tüpürcək Xosrov müəllimin üzündən süzülüb dizlərinə qoyduğu 
əlinin üstünə tökülürdü...  
– Ölmək... Uymaq... Uymaq?.. Bəlkə də röyalar görmək? Budur, işdə 
məsələnin çətin yeri... Həyatın boranları keçdikdən sonra bu ölüm yuxusunda biz 
nələr görəcəyik? Budur yolun keçidini kəsdirən, budur bizi uzun həyatın 
sürüntülərinə məcbur edən!.. Buna görədir ki, fəlakət bu qədər sürəklidir...  
O fəlakət, elə bil ki, Hamleti yenidən titrətdi və eyni zamanda, Hamletə daxili 
bir güc gəldi, Hamlet yerindən tərpəndi, dırnaqları gömgöy qançır bağlamış yalın 
ayaqlarını kameranın sement döşəməsinə qoydu, taxtın üstündən qalxdı və o dəm 
Hamletin sifətindəki o yaralar görünmürdü, o dəm gözlərinə gəlmiş işıq sifətinə 
yayılmışdı və həmin işıqlı gözləri ilə bir-bir Şairə, Dramaturqa, Ədəbiyyatşünasa, 
Folklorçuya, Filosofa, Dilçiyə, Nəşriyyat müdirinə, Məktəb müdirinə, 
Kitabxanaçıya, Redaktora, Xosrov müəllimə və o Bir Nəfərə baxdı, Hamletin o işıqlı 
gözləri elə bil ki, o quyunun dibində o adamların ürəyinə ilıq, hətta isti bir şüa saçdı, 
eyni zamanda, o ürəkləri qəhərlə doldurdu, o qəhər onların boğazına pərçim olub 
qaldı.  
– Yoxsa dünyanın bu zülm fəsadına, hökmranların təkəbbürünə, güclülərin 
təhqirinə qaytarılmış, tapdanmış bir eşqin acı iztirablarına, qanunların boşluğuna, 
hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə qarşı coşan nifrətlərə kim 
dayanmaq istərdi? Halbuki bir xəncər bizi bunların hamısından əbədilik qurtara 
bilər!..  
... Müstəntiq Məmmədağa Ələkbərov ətli dodaqlarını yalayırdı, üçqat buxağını 
qaşıyırdı və ətli barmaqları ilə kiçik yazı mizinin üstündə qarşısına qoyduğu kitabı 
vərəqləyirdi. Bu, Veniamin Kaverinin «Konets xazı» kitabı idi, Xosrov müəllimi 
evdən aparanda axtarış zamanı Hadrutdan (həyatının Hadrut parçasından!) o yeganə 
yadigarı müsadirə etmişdilər və indi istintaq zamanı həmin kitab onun əksinqilabi 
fəaliyyəti ilə bağlı əşyayi-dəlil idi.  
– Deməli, belə... Bu kitab sənindir, hə?  
– Bəli...  
– Əlbəttə, sənindir!.. Bunu necə danasan. Hə?  
– Mən danmıram ki...  
– Dana da bilməzsən!  
– Bəli... Mənimdir, mənim kitabımdır, danmıram...  
– Istintaqa kömək eləmək istəyirsən, ona görə danmırsan? Xeyr!.. – Müstəntiq 
Məmmədağa Ələkbərov ətir iyi verən barmağını Xosrov müəllimin gözlərinin 
qabağına gətirib hədələyirdi. – Xeyr! Ona görə boynuna alırsan ki, başqa əlacın 
yoxdur!.. Müstəntiq Ələkbərov səni divara dirəyib!.. Oxumusan bu kitabı?  
– Bəli...  
– Neçə dəfə oxumusan?  
– Bir dəfə...  
– Düzünü de! 
– Düzünü deyirəm də...  
– Sən dedin, müstəntiq Ələkbərov da inandı, hə? Cəmi bir dəfə oxumusan, hə?  
– Bəli...  
– Danmaq istəyirsən, hə? Istintaqı səhv yola yönəltmək istəyirsən? Baxarıq!.. 
Hardandı səndə bu kitab?  


 
155
– Bağışlayıblar...  
– Kim bağışlayıb?  
– Professor Zilber... Bu kitab onun qardaşının kitabıdır... Professor Zilber 
Hadrutda bağışlayıb mənə...  
– Yəhudidir?  
– Bilmirəm...  
– Deməli, bilmirsən, hə?.. Yaxşı... «Çeloveku uvidevşeqo i perejivşeqo ad.» 
Bunu sənə yazıb də?  
– Bəli...  
– Bu yazını da ki, sən oxumusan? 
– Hansı yazını?  
– «Çeloveku uvidevşeqo i perejivşeqo ad.» 
– Əlbəttə, oxumuşam...  
– Bax, belə!.. Deməli, xalq sosializm qurur, amma sən cəhənnəmdə yaşayırsan 
də?! Sovet Ittifaqı, Sovet Azərbaycanı sənin üçün cəhənnəmdir, hə? Cavab ver, tez 
cavab ver! Hə, yoxsa, yox? Fikirləşmə! Cavab ver!  
– Yox... O vaxt Hadrutda taun epidemiyası var idi...  
– Bəlkə elə yəhudilərə qoşulub o epidemiyanı sən özün yaymısan Hadrutda, 
hə?  
– O adam Hadrutu taundan qurtardı... – Xosrov müəllim bu sözləri söyləyəndə 
professor Zilberin sifəti gözlərinin qabağına gəldi, elə bil ki, professor Zilber yenə 
də Hadrut xəstəxanasında olduğu kimi, gəlib Xosrov müəllimin çarpayısının 
kənarında oturmuşdu... Müstəntiq Ələkbərov mizin üstündəki elektrik lampasının 
işığını Xosrov müəllimin gözlərinə salmışdı, amma Xosrov müəllim bu dəm o Keşlə 
həbsxanasının istintaq otağında o gur işıqla yox, professor Zilberlə üz-üzə 
oturmuşdu və professor Zilber yenə də tauna qarşı mübarizə aparırdı, çünki 
professor Zilber səhv etmişdi, professor Zilber elə bilirdi ki, tauna qalib gəlib, amma 
taun davam edirdi...  
Və Xosrov müəllimin xəbəri yox idi ki, professor Zilber də xalq düşməni kimi 
həbs olunub, xəbəri yox idi ki, bu – artıq professor Zilberin Hadrutdan sonrakı 
həyatında ikinci həbsdir: birinci dəfə 1934-də həbs edildi, ikinci dəfə (yəni indi...) 
yaz-yay gənə ensefalitinin virusunu kəşf etdikdən sonra həbs edildi və sonralar – 
1940-cı ildə hələ bir dəfə də həbs ediləcəkdi... Əlbəttə, Xosrov müəllim falabaxan 
deyildi və bütün bunlardan xəbərsiz idi.  
Xosrov müəllim bilmirdi, amma müstəntiq Ələkbərov professor Zilberin xalq 
düşməni kimi həbs olunduğunu bilirdi və dilini qalın dodaqlarına çəkə-çəkə:  
– Elə bilirsən heç nədən xəbərimiz yoxdur?.. – deyirdi. – Neçə dəfə oxumusan 
bu kitabı, boynuna al?! Neçə dəfə?..  
– Bir dəfə oxumuşam...  
Müstəntiq Məmmədağa Ələkbərov yenə bir an susurdu və yenə də birdən-birə 
Xosrov müəllimin üzünə tüpürürdü:  
– Əclaf oğlu, əclaf! Istintaqı azdırmaq istəyirsən? Svoloç!..  
Xosrov müəllimin sifəti elə bil ki, zibil yeşiyi idi, müstəntiq Məmmədağa 
Ələkbərov hirslənib tüpürmək istəyəndə, ora tüpürürdü.  
– Acı həyatın ağır cəbrini nifrət və göz yaşlarıyla kim daşımaq istərdi? Yalnız 
bir qorxu... Orada nə olacaqdır?.. Orada... O bilinməz vadidə ki, oradan bu vaxta 


 
156
qədər kimsə qayıtmamışdır... Iradə sarsılır və bizi bilinməz bir aləmə atılmaqdansa 
acı iztirablara dayanmağa məcbur edir. Qorxaq fikrin müdhiş etirafı, qəti bir 
iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə tələsik 
həyəcanların cəsarəti sönür... Fikir işə keçməyir... Sus, Ofeliya! Gözəl pəri, öz 
dualarında mənim də günahlarımı xatırlat...  
Artist məhbus idi, tamaşaçılar məhbus idi, yalnız Şekspir bütün dövrlərin 
Şekspiri idi, Şekspir əbədi bir azadlıq içində idi, onun üçün keçilməz divar, aşılmaz 
sərhəd yox idi və müstəntiq ələkbərovların tüpürcəkləri arasından da, Hamletin 
bədənindəki o qançırların gömgöylüyü içində də Şekspir o quyunun dibinə gəlib 
çıxa bilirdi...  
Sonra Hamlet gülümsədi, gülümsəyə-gülümsəyə yerində səndirlədi, amma 
yıxılmadı, özünü saxlaya bildi, əlini uzadıb, guya ki, tamaşaçılardan bir dəstə gül 
aldı, o gül dəstəsini iylədi, sinəsinə sıxdı və dedi:  
– Bu, mənim səhnədə aldığım sonuncu gül dəstəsidir!..  
Hamlet yerinə tərəf addım atmaq istəyəndə dizi büküldü, üzü üstə sementin 
üstünə yıxıldı, burnu, dodaqları partladı, qan ağzının suyuna qarışıb sementə yayıldı. 
Şair cəld onun qolundan tutub qaldırdı və Hamlet bu cavan Şairə baxa-baxa, elə bil 
ki, o monoloqunun davamını söylədi:  
– Əlini məndən çək, zavallı!.. Məgər sən mənim kim olduğunu bilmirsənmi? 
Mən xalqın düşməniyəm, mən terrorçuyam, mən casusam!.. Əlini çək, yoxsa bir 
xəstəlik kimi, sənə də yoluxar!.. Əlini çək, Şair!.. Ah, zavallı!.. Yoxsa artıq sənə də 
yoluxub bu xəstəlik?..  
Hamletin gözündəki o işıq artıq Danimarka şahzadəsinin yox, qızdırmalı xəstə 
bir təfəkkürün işıltısı idi.  
Şair, Hamleti öz yerində uzatdı. 
Elə bir sükut çökdü ki, Keşlə həbsxanasındakı o kamerada heç zaman belə bir 
sükut olmamışdı.  
Nə qədər keçdi? Bir saat? Üç saat? Beş saat?  
Sonra qapının qıfılı yenə də cingildədi, qapı yenə də cırıldadı və Hamletin 
familiyasını çağırdılar, daha heç nə əlavə etmədilər.  
Hamletin durub getməyə taqəti yox idi, iki keşikçi onun qoltuğundan yapışdı 
və ayaqları sementin üstü ilə sürünə-sürünə Hamleti apardılar.  
Hamlet bir kəlmə də söz demədi, sonuncu tamaşaçıları ilə vidalaşmadı. Bəlkə 
də Hamlet heç bilmirdi ki, hara gedir...  
Yenə qapı cırıldadı, qıfıl bağlandı.  
O kameraya yenə sükut çökdü və həmin sükut içində Filosof pıçıldadı:  
– Görəsən, Lenin sağ qalsaydı, indi onu da həbs edərdilər?..  
Bu pıçıltını kameradakıların hamısı eşitdi, amma daha heç kim qorxmadı; 
qorxmadı ki, bu pıçıltını keşikçilər də eşidər...  
Və ömrünü marksizmə həsr etmiş Filosofun aylardan bəri Keşlə 
həbsxanasındakı o kamerada hovlanmış qızdırmalı zehni dəqiq cizgilərlə, aydın 
rənglərlə Marksın, Engelsin simasını onun gözlərinin qarşısında canlandırdı və 
Filosofa elə gəldi ki, Marks da, Engels də, onunla birlikdə Keşlə həbsxanasındakı o 
kamerada məhbusdur, yəni tamamilə hüquqsuz, dünyanın hər hansı bir qanun-
qaydasından kənar edilmiş, tamam bir ümidsizlik və kimsəsizlik içində olan 
məxluqdur, Marksa, Engelsə də Hamletə verdikləri kimi, işgəncə verirlər – dişlərini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə