Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   73   74   75   76   77   78   79   80   ...   161

 
159
Yoldaş Stalindən başqa da bir çox bolşeviklər Narımda sürgündə olmuşdular 
və yoldaş Stalin o bolşeviklərin köməyi ilə qaçmışdı. Ayrı-ayrı vaxtlarda inqilabi 
fəaliyyətlərinə görə II Nikolay polisinin Narıma sürgün etdiyi bolşeviklərdən 1898-
ci ildən partiyanın üzvü, Lenin öləndən sonra altı il Sovet hökumətinə başçılıq etmiş 
Aleksey Ivanoviç Rıkov, 1899-cu ildən partiyanın üzvü Aleksandr Vasilyeviç 
Şotman, yenə də 1899-cu ildən partiyanın üzvü Veniamin Davıdoviç Veqman, 
onlarla başqaları dəfələrlə Narımda sürgündən qaçmışdı, elə Narımın özündə 
inqilabi fəaliyyət göstərmişdi, Böyük Oktyabr inqilabının qələbəsindən sonra yüksək 
partiya və dövlət işlərində işləmiş və 1937-38-ci illərdə xalq düşməni, terrorçu və 
casus kimi güllələnmişdilər...  
Xosrov müəllimin Narımda gördüyü ilk tanış adam Qırmızı Yaqub oldu; bu 
adam da siyasi dustaq idi. Qırmızı Yaqub qırx beş dərəcə şaxtada üz-gözünü 
bürümüş əsgi-üsgünün altından güclə eşidilən səsiylə:  
Dedilər ki, guya, mən buxarinçiyəm, məllim... – dedi. – Ancaq zalım uşağı, 
heç başa salmadılar ki, buxarinçi nə deməkdir... Buxarinçi nə eləyir?.. Nə eləyir ki, 
belinə 15 il basıb Sibirə göndərirlər?.. Eybi yox, uçitel, biz səninnən taun görmüşük, 
Sibir nədir ki, biz səninnən, məllim, tauna qalib gəlmişik...  
Xosrov müəllim əsgi-üsgü ilə yumaq kimi qalın sarınmış əllərini əllərinə vura-
vura yerində hərəkət edən Qırmızı Yaquba baxdı, heç nə demədi, sonra, elə bil ki, o 
uzaq Sibir torpağında, o buzun, şaxtanın içində Qırmızı Yaqubla yox, özü özü ilə 
danışdı: 
– Yəni qalib dəldiz tauna?..  
Bu sual sonralar da Xosrov müəllimin yadından çıxmırdı... O uzaq Sibir 
torpağında Xosrov müəllimin çox gözlənilməz görüşləri oldu, amma o gözlənilməz 
görüşlərdən ən unudulmazı 1947-ci ilin yay günlərindən birində Ob çayının (Iosif 
Vissarionoviç Stalin 1912-ci ilin sentyabrında qayığa minib bu çayla sürgündən 
qaçmışdı) sahilində baş verdi: Xosrov müəllim Tümen vilayətindən gətirilən siyasi 
dustaqların arasında Məmmədağa Ələkbərovu gördü.  
Bu adam heç arıqlamamışdı.  
Məmmədağa Ələkbərov sürgündə ölən müsəlman dustaqların dəfnində 
mollalıq edirdi və belə bir xidmətə görə hər dustaq öz yemək payından kəsib 
Məmmədağa Ələkbərova verirdi.  
Məmmədağa Ələkbərovdan daha ətir iyi gəlmirdi, amma nəsə başqa bir iy 
gəlirdi və Xosrov müəllim heç cürə müəyyən edə bilmirdi ki, bu nə iyidir...  
Məmmədağa Ələkbərov Xosrov müəllimi tanıdımı, tanımadımı? – Xosrov 
müəllim bunu bilmədi və özü də bu barədə heç nə demədi və heç nə soruşmadı; 
amma hərdən Xosrov müəllimə elə gəlirdi ki, bu adamla Mir Cəfər Bağırov qətiyyən 
bir-birinə oxşamasalar da, xarici görkəm etibarilə və yəqin ki, xasiyyətcə də, 
şəxsiyyətlərinin miqyasına görə də başqa-başqa insan tipləri olsalar da, əslində, 
onlara, diqqətlə baxanda, əkiz qardaşlar kimi, bir-birilərinə bənzəyirdilər; hətta 
Xosrov müəllimə elə gəlirdi ki, Mir Cəfər Bağırov özünü gizlətməkdən ötrü dönüb 
Məmmədağa Ələkbərov olub... Bəs, Sibirə necə gəlib çıxıb?..  
Xosrov müəllim bir küncdə oturub beləcə diqqətlə Məmmədağa Ələkbərova 
baxırdı, Məmmədağa Ələkbərovu müşahidə edirdi.  
Qırmızı Yaqubu da o Ob çayının sahilində Məmmədağa Ələkbərov müsəlman 
qaydası ilə torpağa tapşırdı və başqa azərbaycanlı, tatar, özbək, çeçen, ləzgi, qazax, 


 
160
qabardin, balkar, qaraçay, inquş, tacik, qırğız dustaqlar kimi, Xosrov müəllim də öz 
yemək payının bir hissəsini ayırıb Məmmədağa Ələkbərova verdi.  
Xosrov müəllim düz on yeddi ildən sonra, 1956-cı ilin payızında Bakıya 
qayıtdı, bəraət aldı, amma daha müəllimlik etmədi, qəzet köşkündə oturub qəzet-
jurnal satmağa başladı.  
Xosrov müəllim o qarlı qış günü tutulub gedəndən sonra Gülzar onunla əlaqə 
saxlamamışdı (yəqin ki, əlaqə saxlaya bilməmişdi...), gözlərini də yola dikib Xosrov 
müəllimi gözləməmişdi və bir nəfər dərbəndli sürücüyə ərə gedib Dərbəndə 
köçmüşdü. Bir dəfə – altmışıncı illərin ortalarında – Xosrov müəllim Bakıya gəlmiş 
Gülzarla görüşdü və az qala, otuz illik ayrılıqdan sonra o qısa görüş qoca bir arvadla 
qoca bir kişinin səmimi görüşü idi, elə bil ki, iki yaxın qohum görüşürdü və o qısa, 
səmimi görüşdən sonra bu iki nəfər bir də heç vaxt bir-birini görmədi, bir-birindən 
xəbəri olmadı.  
 
10  
 
DAN YERININ ŞƏFƏQLƏRI  
 
Həmin gün dənizin üzərində üfüq xətti boyunca qıpqırmızı bir səhər açılırdı və 
dan yerinin o qırmızısı Xəzərin suyunu da qıpqırmızı qızartmışdı, elə bil ki, suyun 
altında sürü-sürü balıqlar yaralanmışdı, parçalanmışdı və o balıqların qıpqırmızı qanı 
suyun üzünə çıxmışdı.  
Qəribə idi, bütün ömrü boyu təzə, qanlı ət həsrətində olmuş Gicbəsər üçün o 
sübh çağı üfüqün və dənizin o qırmızısında nəsə xoşagəlməz bir cəhət vardı, elə bil 
ki, o dan qırmızısı o əlçatmaz təzə ət parçasından yox, kin-küdurətdən, hiddətdən 
qızarmış gözlərdən, vurulan təpiklərdən, atılan daşlardan («– Paşol!»; «– Sürük 
burdan!») xəbər verirdi və dənizkənarı bulvarda qarnı üstə kol dibində uzanıb 
çənəsini qabaq pəncələrinə söykəmiş Gicbəsər hələ tam açılmamış yuxulu gözlərini 
kolun yarpaqları arasından o üfüq və dəniz qırmızısına zilləyib baxırdı. Gicbəsər 
səksəkə içində yatdığı o bir neçə saat gecə ərzində tez-tez gözlərini açıb qaranlığa 
baxmış və indi o qaranlıq qırmızıya çevrilmişdi, Gicbəsər də həmin qırmızıya 
baxırdı...  
Gicbəsərin zədələnmiş boğazının qanı boynunun çirkli qəhvəyi-qara tüklərində 
qaysaq bağlamışdı və o zədənin ağrısı gecədən bəri itin bütün bədənindən keçirdi, 
kiçicik tərpənəndə ağrı daha da artırdı və Gicbəsər dan yerinin o qırmızısına baxa-
baxa bir azdan ayağa qalxmaq, yerimək, qaçmaq, gizlənmək, axtarıb yeməyə nəsə 
tapmaq əzab əziyyətini əvvəlcədən hiss edirdi və elə bil ki, bir azdan iti gözləyən o 
əzab-əziyyətin ağır yükü indidən Gicbəsəri sıxırdı, əzirdi, o yük altında çənəsi 
zindan kimi, qabaq pəncələrinin üstünə pərçim olmuşdu.  
Dünən Gicbəsər Bakının bu it üçün tamamilə yad küçələrini dolaşa-dolaşa, elə 
bil ki, Bakının bütün ərazisini öz aralarında bölüşdürmüş kimsəsiz məhəllə 
itlərindən gizlənə-gizlənə, sayı-hesabı qurtarmaq bilməyən maşınlardan, 
avtobuslardan, trolleybuslardan, motosikletlərdən qoruna-qoruna, divarlara, 
hasarlara qısıla-qısıla gecə gəlib dənizkənarı bulvarla üzbəüz böyük binalardan 
birinin həyətinə girdi, bir müddət o binanın divarının dibində dayanıb qulaq asdı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə