Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   67   68   69   70   71   72   73   74   ...   161

 
146
Indi bu qış axşamı Mir Cəfər Bağırovun qarşısında oturmuş Komissar qətiyyən 
şübhə etmirdi ki, gicgahının tükləri ağarmış, burnunun altında ensiz, amma qalın 
bığına da dən düşmüş birinci katib, Ostaşkoya vurduğu o təpikdən birini də onun 
sifətinə endirə bilər.  
Mir Cəfər Bağırov yenidən öz yazı mizinin arxasına qayıtdı və: 
– Hə... – dedi. – Təzə nə var?  
Komissar həyəcandan açıq-aşkar titrəyən barmaqları ilə özündən asılı 
olmayaraq, qovluğun içindəki ən sonuncu vərəqi dartıb çıxartdı. Bu kağızdakı 
məlumat bilavasitə Mir Cəfər Bağırovun özünə aid idi və Komissar, əslində, bu 
məlumatı lap axıra saxlamışdı. 37-38-ci illərdə xalq düşməni kimi ifşa olunub 
güllələnmiş Ruhulla Axundov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş 
Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid 
Sultanov, Məmməd Cuvarlı və başqa keçmiş partiya, dövlət rəhbərləri istintaqın ilk 
çağlarında Mir Cəfər Bağırov haqqında iftiralar söyləyirdilər və həmin iftiralar bu 
kabinetdə verilən məlumatlarda ilkin olaraq söylənirdi (şahidsiz söylənirdi!), sonra, 
əlbəttə, həmin xalq düşmənləri taqsırlarını boyunlarına alırdılar, sovet hökumətinin 
əleyhinə terrorçuluqla məşğul olduqlarını və Azərbaycan bolşeviklərinin sınanmış 
rəhbəri yoldaş Mir Cəfər Bağırov haqqında düşünülmüş iftira söylədiklərini etiraf 
edirdilər. Vaxtıyla iclaslarda görünəndə hamının ayağa qalxıb əl çaldıqları (indi 
hamı ayağa qalxıb Mir Cəfər Bağırova əl çalırdı!) bu nüfuzlu adamların – 
Azərbaycanın keçmiş partiya və dövlət rəhbərlərinin istintaq zamanı döyülüb nə 
günə düşdüyünü Komissar öz gözləri ilə görmüşdü. Zaqafqaziya Xalq Komissarları 
Sovetinin sədri Qəzənfər Musabəyov səs eşidən kimi, kameradakı dəmir çarpayının 
altına girirdi və onu oradan çıxarıb növbəti istintaqa aparmaq müsibət olurdu... 
Komissar burasını da bilirdi ki, vaxtilə Qəzənfər Musabəyovgillə Mir Cəfər 
Bağırovgil Qubada qonşuluqda yaşamışdılar və Qəzənfərin anası öz çağası ilə – 
Qəzənfərlə bərabər, Mir Cəfəri də döşləriylə əmizdirmişdi. Mir Cəfər Bağırov təkcə 
Qəzənfər Musabəyovu tutdurmamışdı, Qəzənfərin bacısı, Azərbaycan SSR Xalq 
Ədliyyə Komissarı Ayna Sultanovanı da, Aynanın əri, respublikada müxtəlif 
komissarlıqlara rəhbərlik etmiş Həmid Sultanovu da (onların hamısı inqilabdan 
əvvəl partiyanın üzvləri idi) tutdurub güllələtmişdi və nəhayət, öz süd anasını – 
Qəzənfərgilin anasını da həbs elətdirib Bayıl həbsxanasına saldırmışdı. Döyülüb 
ağzı-gözü qana bulaşmış o qoca arvadın Bayıl həbsxanasında qışqıra-qışqıra: «Ay 
Allah, Mir Cəfərə bu döşümdən verdiyim südü haram elə! Onu dünya işığına həsrət 
qoy!» – deyə qarğış yağdırmağını da Komissara çatdırmışdılar. Ayna Sultanova isə 
güllələnəndə: «–Stalinin adı ilə ölürəm» – demişdi.  
Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi Icraiyyə 
Komitəsi sədrlərindən biri, SSRI Mərkəzi Icraiyyə Komitəsi sədrinin – 
«ümumittifaq ağsaqqalı» M.Kalininin müavini Sultan Məcid Əfəndiyevi isə Mir 
Cəfər Bağırovun orqanlarındakı ən yaxın silahdaşlarından, inandığı adamlardan biri 
– Borşev və «Boksyor» ləqəbli müstəntiq Musatov dindirirdi və vurduğu hər 
zərbədən sonra «Boksyor» ləzzətlə soruşurdu: «–Hə, «prezident», boynuna alırsan 
terrorçuluğunu, yoxsa yox?..»  
Sadəlövh Sultan Məcid... Elə bilirdi Bağırovun əlindən qurtara biləcək, yoldaş 
Stalinə arxalanırdı... Yoldaş Stalinlə 1907-ci ildən tanış idi, Bakıda birlikdə gizli 
fəaliyyət aparmışdılar, sonralar – Sovet hakimiyyəti qurulduqdan sonra Sultan 


 
147
Məcid Moskvada Şərq Xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosu sədrinin 
müavini idi və yenə də yoldaş Stalinlə birgə işləyirdilər. Elə ki, Mir Cəfər Bağırov 
Sultan Məcidi sıxışdırmağa başladı, bu sadəlövh qoca yoldaş Stalinə və Kalininə 
məktublar yazdı, arvadı Zivər xanımın vasitəsilə Moskvaya göndərdi, məktublar 
ünvana yetişdi, Zivər xanım köhnə tanışları N.Krupskaya ilə görüşüb söhbət etdi, 
N.Krupskaya xüsusi olaraq yoldaş Stalinin yanına getdi və bütün bunların nəticəsi o 
oldu ki, Sultan Məcidi burjua millətçisi və terrorçu kimi güllələdilər, çıxıb getdi 
işinin dalınca... Sadəlövh qoca... Kalininə ümid edirdi... Kalinin öz canının hayında 
idi və imkan tapanda da, tapmayanda da yoldaş Stalinə yaltaqlanırdı. Mir Cəfər 
Bağırov isə kefinin kök vaxtlarında Kalinini «Keçisaqqal» deyə çağırırdı.  
37–38 daha qurtarmışdı, daha Qəzənfər Musabəyov, yaxud Sultan Məcid 
Əfəndiyev kimi tanınmış və nüfuzlu adamlar qalmamışdı, onların hamısı cəzasına 
çatıb ləğv edilmişdi, ailələri sürgünə göndərilmişdi. Indi həbs edilən xalq 
düşmənlərinin ifadəsində Mir Cəfər Bağırovun adına rast gəlmək olmurdu, rast 
gələndə də məhbuslar bu adı ehtiramla çəkirdilər, onlar barədə qaldırılan cinayət 
işinin əsassız olduğunu yoldaş Mir Cəfər Bağırova çatdırmağı xahiş edirdilər. 
Bugünkü məlumat isə bir az başqa cürə idi.  
Komissar əlindəki kağıza baxa-baxa udqundu və: 
– Bu gün bir nəfər, xalq düşməni kimi həbs olunub... – dedi. Mir Cəfər Bağırov 
çeşməyinin girdə şüşələri arxasından diqqətlə Komissara baxdı və sidq-ürəkdən 
təəccüb etdi, yəni nə olsun ki, bir nəfər xalq düşməni həbs edilib.  
Komissar bu naqolay vəziyyəti hiss etdi və nəsə demək istədi, amma cümləsini 
dəqiq qura bilmədi: 
– Sizlə... Sizi...  
Mir Cəfər Bağırov birdən-birə gülümsədi:  
– Nədi, söyüb məni?– soruşdu.  
Komissar tələsik: 
– Yox, yox, – dedi. – Sizin sağlığınıza içməkdən imtina edib.  
Mir Cəfər Bağırov eləcə gülümsəyə-gülümsəyə o bir dəstə karandaşı yenə də iri 
əllərinin arasına alıb, bir-birinə sürtdü.  
– Kimdir?  
Komissar gözlərini kağızdan çəkməyərək: 
– Müəllimdir. – dedi. – Xosrov Ələkbərli...  
– Hardandır?  
– Əsli Hadrutdandır, özü indi Bakıda yaşayır...  
– Hadrutdan?  
– Bəli.  
– Bu cür düşmənlər idi də, Hadrutda taunu yayan... – Mir Cəfər Bağırov ayağa 
qalxıb kabinetdə var-gəl eləməyə başladı və bu adamın kobud cizgili sifətində 
bayaqkı təbəssümdən əsər-əlamət qalmamışdı.  
– Harada olub bu əhvalat? 
– Dünən axşam. Məktəb müdirinin qızının ad günündə.  
– Kim çatdırıb?  
– Bu gün məktəb müdirinin özü zəng eləyib rayon partiya komitəsinə xəbər 
verib.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə