Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   64   65   66   67   68   69   70   71   ...   161

 
140
tarixində saray şairləri şahları, hökmdarları o qədər tərifləməmişdilər ki, nə qədər 
cəmi bircə ayda Azərbaycan sovet poeziyası yoldaş Stalini tərifləyirdi; mətbuatda 
dərc edilən fotomontajlarda yoldaş Stalin bir günəşə bənzədilirdi, Azərbaycan isə iki 
əllərini də o günəşə doğru uzadıb, gələcəyin maddi və mənəvi qələbələrinə doğru 
irəliləyirdi. 
Komissar ilk gənclik çağlarında dəllək olsa da, təbiəti etibarilə küt adam 
deyildi, bütün bunları bilirdi və burasını da yaxşı başa düşürdü ki, çox bilir, çox 
bilməyin isə aqibəti onun gözünün qabağında idi; Komissar bilirdi ki, onun çox 
bildiyini Mir Cəfər Bağırov da yaxşı bilir və Mir Cəfər Bağırov belə şeyləri 
qulaqardına vuran, yaddan çıxaran adam deyil...  
Bəli, əbədi yalnız yoldaş Stalin idi, burada isə Mir Cəfər Bağırov idi. 
Azərbaycan bir böyük şüşənin içinə doldurulmuş hava idisə, Mir Cəfər Bağırov 
yoldaş Stalinin bu şüşənin ağzına tıxadığı, üstünü də surqucladığı tıxac idi və bu 
tıxac əbədi idi, çünki yoldaş Stalinin haçansa o tıxacı dartıb o şüşənin ağzından 
çıxartmağa heç bir mülahizə, heç bir ehtiyac yox idi; bir də ki, o tıxac həmin şüşənin 
ağzında elə pərçim olub oturmuşdu ki, onu dartıb çıxarandan sonra, əvəzinə yeni bir 
tıxac pərçim eləyənə kimi, ətrafa hava yayılacaqdı, bu isə heç kimə, ilk növbədə isə 
yoldaş Stalinin özünə lazım deyildi. Yoldaş Stalin lazım olanda Mir Cəfər 
Bağırovdan Ittifaq miqyasında da istifadə edirdi və Mir Cəfər Bağırovun yoldaş 
Stalinlə, indisə, eyni zamanda, Beriya ilə xüsusi yaxınlığını bildikləri üçün, Ittifaq 
komissarları, hətta Siyasi Büro üzvləri ondan ehtiyat edirdilər.  
Cəmi il yarım bundan əvvəl, o zamankı SSRI Xalq Ədliyyə komissarı Nikolay 
Vasilyeviç Krılenko nüfuzlu bir adam idi, hamı bilirdi ki, o Leninin yaxın 
silahdaşıdır, sovet ədliyyəsi sahəsində böyük nəzəriyyəçidir, amma SSRI Ali 
Sovetinin ilk sessiyasında Mir Cəfər Bağırov Krılenkoya elə hücum çəkdi ki, axırı 
Ədliyyə komissarı üçün çox pis qurtardı.  
Mir Cəfər Bağırov sessiyadakı çıxışında dedi: «–Yoldaş Stalin demişdir – 
kadrlar hər şeyi həll edir. Kadrları diqqətlə seçmək, yetişdirmək, irəli çəkmək və 
yeni kadrlar hazırlamaq Xalq Ədliyyə Komissarlığının bilavasitə vəzifəsidir. Yoldaş 
Krılenko bu məsələlərlə məşğul olmur. Xalq Ədliyyə Komissarlığının rəhbərliyi 
özünə qarşı böyük təşəbbüskarlıq və ciddi münasibət tələb edir. Əgər əvvəllər yoldaş 
Krılenko vaxtının əsas hissəsini turizmə və alpinizmə sərf edirdisə, indi bütün 
vaxtını şahmat oyununa həsr edir. Mən bizim ölkəmizdə idmanın bütün növlərinin, o 
cümlədən, turizmin də, alpinizmin də, şahmatın da inkişaf etdirilməsinin böyük 
tərəfdarıyam. Lakin mən Xalq Ədliyyə Komissarlığı kimi mühüm bir komissarlığın 
işində və rəhbərliyində kiçicik zəifləmə ilə belə, eləcə də yoldaş Krılenkonun 
rəhbərlik etdiyi komissarlığın işinə qeyri-ciddi münasibətilə barışa bilmirəm. Biz, 
hər halda, özümüz üçün aydınlaşdırmalıyıq ki, söhbət kimdən gedir və yoldaş 
Krılenkonun simasında kimi görürük – alpinisti, yoxsa ədliyyə komissarını? 
Bilmirəm, yoldaş Krılenko özünü daha artıq dərəcədə kim hesab edir, amma ədliyyə 
komissarı kimi o, çox pisdir. Mən inanıram ki, yoldaş Molotov Xalq Soveti 
Komissarlarının yeni heyətini Ali Sovetə təqdim etdikdə bunu nəzərə alacaq».  
Molotov bunu nəinki nəzərə aldı, hətta öz çıxışında Mir Cəfər Bağırova xüsusi 
istinad etdi. SSRI Ali Sovetinin ilk deputatlarını Mir Cəfər Bağırovun üslubunda 
güldürdü: «Nelzya ne priznat reç tov. Baqirova vpolne obyektivnoy. On ukazal v 
otnoşeniye tov. Krılenko, narkoma yustitsii, ne tolko, na nedostatki, no i na 


 
141
polojitelnıye storonı, koqda on qovoril nasçot alpinizma, turizma i şaxmatnoqo 
dela».  
Sessiyadan sonra lap qısa bir müddət keçdi, düz bir il bundan əvvəl – 1938-in 
əvvəllərində, gərək ki, yanvar idi, bilavasitə Yejovun əmri ilə bu şahmat həvəskarını 
– Krılenkonu həbs etdilər, keçmiş ədliyyə komissarını ittiham etdilər ki, Buxarin, 
Pyatakov və Preobrajenski ilə birlikdə sovet hökumətinin, şəxsən yoldaş Stalinin 
əleyhinə qəsddə iştirak edib – yazıq bütün bunların hamısını boynuna aldı, məhkəmə 
cəmi 20 dəqiqə çəkdi və Krılenkonu güllələdilər.  
Komissar burasını da yaxşı bilirdi ki, Rudzutakın, Kosiorun, Eyxelin, Postışevin 
– çoxlarının xalq düşməni kimi ifşa olunmasında Mir Cəfər Bağırov müstəsna rol 
oynayıb: Bakıda Mir Cəfər Bağırovun əmri ilə həbs edilən xalq düşmənləri öz 
ifadələrində terrorçuluq məqsədilə bu adamlarla əlbir olduqlarını göstərirdilər. 
Həmin ifadələrin alınmasında Mir Cəfər Bağırovun əmri ilə Komissar özü bilavasitə 
iştirak etmişdi...  
Bağırovu tanımayanların və yaxud tanımaq istəməyənlərin, Bağırova yuxarıdan 
aşağı baxanların aqibəti də Komissarın gözlərinin qabağında idi. Marşal Yeqorov... 
gözləri ayağının altını görmürdü, Sovet Ittifaqı marşalı idi, elə bilirdi ki, Bağırovla 
kəllə-kəlləyə gəlmək olar... Aleksandr İliç Yeqorov hələ 1923-cü ildə Qafqaz Qızıl 
Ordusuna başçılıq elədiyi vaxtlardan Mir Cəfər Bağırovla düz gəlmirdi. Sonralar 
onların münasibəti açıq ədavətə çevrildi və keçən il bilavasitə Mir Cəfər Bağırovun 
iştirakı ilə Zaqafqaziya hərbi hissəsinin komandiri A.I. Yeqorovu xalq düşməni kimi 
ifşa etdilər və güllələdilər. 
Indi hara baxırsan Orconikidzenin şəklidir. Hamı ürəyi xəstə olduğu üçün 
həyatdan vaxtsız getmiş Orconikedzenin– yoldaş Stalinin ən yaxın silahdaşının, 
mətin bolşevikin xatirəsini əziz tutur, amma Komissar bunu da yaxşı bilirdi ki, hələ 
35-də, 36-nın əvvəllərində Azərbaycanda ifşa edilən xalq düşmənlərindən, Mir 
Cəfər Bağırovun əmri ilə Orconikidzenin əleyhinə ifadələr alınırdı; bu ifadələrdə 
göstərilirdi ki, Azərbaycanda fəaliyyət göstərən əks-inqilabçılara – «Azərbaycan 
kontrevolyusion burjua – nasionalist təşkilat»a, «Azərbaycan kontrevolyusion 
nasionalist mərkəz»ə, Moskvada yaradılmış Mərkəz rəhbərlik edir və həmin 
Mərkəzin də başçısı Orconikidzedir. Mir Cəfər Bağırov bu ifadələrin əsasında 
yazdığı gizli məktubları birbaşa yoldaş Stalinin özünə göndərirdi.  
Hələ də ayaq üstə dayanıb yoldaş Stalinin divardan asılmış şəklinə baxan 
Komissar bütün bunlardan xəbərdar idi və ürəyi də nigarançılıqla dolu idi.  
Mir Cəfər Bağırov Komissarın ağarmış sifətinə baxa-baxa gülümsədi və:  
– Yaxşı şəkildir... – dedi.  
Komissar udqundu və:  
– Bəli, Mir Cəfər Abbasoviç! – dedi. – Yaxşı şəkildir!  
– Otur! 
Komissar yerində oturdu; şair Hüseyn Caviddən tutmuş, professor 
Çobanzadəyəcən Azərbaycanda on minlərlə xalq düşmənlərinin, o cümlədən, Mir 
Cəfər Bağırovla bir yerdə işləyən yüzlərlə partiya və dövlət xadimlərinin, hələ 
inqilabdan əvvəl partiya sıralarına soxulmuş yüzlərlə düşmənin ifşasında və onların 
aradan qaldırılmasında Mir Cəfər Bağırovun yaxın silahdaşlarından biri olan bu 
adam hələ də yoldaş Stalinin şəkli ilə bağlı sualın mənası barədə fikirləşirdi. O 
tərəfdən də hava haqqında sual... Maşınla gəzmək söhbəti...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə