Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   63   64   65   66   67   68   69   70   ...   161

 
138
Mikoyan isə həmin yalanları quraşdıranlardan və həmin yalanlardan istifadə 
edənlərdən biri idi...  
Əlbəttə, yəqin yoldaş Stalin də Mikoyanın Gülbenkyanla əlaqəsindən xəbərdar 
idi, bir qucaq valyuta bəhanəsi ilə Rusiyanın mənəvi sərvətlərini milyonçu yerlisinə 
ötürdüyünü bilirdi, amma yoldaş Stalin üçün Mikoyanı öz yanında həmişə 
gözükölgəli saxlamaq və Mikoyandan istədiyi kimi istifadə etmək Rusiyanın mənən 
talan olunmasından artıq və vacib idi... Belə işlər barəsində fikirləşəndə bəzən bir 
rus adamı kimi, Komissarın içindən bir etiraz baş qaldırırdı, amma zəmanənin 
qorxusu o dəqiqə o daxili üsyanı, o milli təəssübkeşliyi boğub yox edirdi.  
Anastas Ivanoviç Mikoyan o zaman Böyük Teatrda dedi: «Xalq Daxili Işlər 
Komissarlığı xalq düşmənlərinə qarşı yoldaş Stalinin öyrətdiyi kimi mübarizə aparır, 
çünki bizim cəza orqanlarının başında stalinçi xalq komissarı yoldaş Yejov 
dayanmışdır. Yoldaş Yejov XDIK-da əsl sovet kəşfiyyatçılarının, gözəl çekistlərin 
özəyini təşkil etmişdir. O, XDIK-ı işçilərinin əsas özəyinə bolşevikcəsinə qayğı 
göstərmiş, onları Dzerjinski ruhunda, bizim partiyamızın ruhunda tərbiyə etmişdir 
ki, bütün çekist ordusunu daha da yüksəklərə qaldırsın. Yoldaş Yejov çekistlərə 
sosializmə, bizim xalqımıza alovlu məhəbbət və düşmənlərə nifrət təlqin etmişdir. 
Buna görə də bu gün bütün XDIK və ilk növbədə yoldaş Yejov sovet xalqlarının 
sevimliləridir».  
Həmin «sevimli Yejov» indi Su Nəqliyyatı komissarı idi... Hələlik belə idi... Bir 
ay bundan sonraya qədər, yoxsa elə sabaha qədər? Bəlkə elə, bax, bu gecə Dövlət 
Təhlükəsizliyi Baş Komissarının müqəddəratı həll olunurdu?  
Yakov Xristoforoviç Peters – Dzerjinskinin vaxtında Fövqəladə Komissiyanın 
sədri idi, keçən il xalq düşməni kimi güllələdilər. Dzerjinskinin özünün də ölümü, 
əslində, çox müəmmalı oldu və Komissar hərdən bu barədə də fikirləşirdi. 
Yaqodadan əvvəl Birləşmiş Dövlət Siyasi Idarəsinin rəisi V.R. Menjinskinin də 
ölümü başdan-ayağa bir sirri-xuda idi. Yaqodanı da güllələdilər, Yejov da, belə 
görünür ki, dibi zülmət qaranlıq olan uçurumun lap kənarındadır və barmaqla 
itələsələr izi-tozu qalmayacaq. Indi də Beriya gəlib...  
Keçən il dekabrın əvvəllərində S.M. Kirovun xaincəsinə öldürülməsinin dörd 
illiyi münasibətilə Azərbaycan KP Bakı komitəsinin xüsusi plenumu çağırılmışdı və 
Mir Cəfər Bağırov həmin plenumdakı məruzəsində xalq düşmənlərini – 
R.Axundovu, S.M. Əfəndiyevi, Ə.Qarayevi, hətta 1925-ci ildə vəfat etmiş, qəbri 
Qızıl Meydanda, Leninin mavzoleyinin yanında olan Nəriman Nərimanovu yenidən 
ifşa etdi və birdən-birə ilk baxışda heç bir dəxli olmadan dedi: «Bir sıra illər 
Zaqafqaziya partiya təşkilatlarına rəhbərlik etmiş, sınanmış stalinçi Lavrenti 
Pavloviç Beriya Zaqafqaziyada dəstəbazlığın və atamançılığın ifşasında, eləcə də 
bütün trotskiçi-buxarinçi, burjua-millətçi qatillərin darmadağın edlməsində müstəsna 
rola malikdir».  
Mir Cəfər Bağırov mətləbə dəxli olmayan söz danışan adam deyildi və 
Komissar o zaman sövq-təbii ilə hiss etdi ki, Beriya ilə əlaqədar nəsə ciddi bir 
hadisə baş verəcək, doğrudan da, dörd gündən sonra Beriya SSRI Xalq Daxili Işlər 
Komissarı təyin edildi.  
Bəs, Beriya özü necə, daimi idi? Indi hamı, Mir Cəfər Bağırov da Beriyanı 
tərifləyirdi, amma nə olsun? Bəyəm Yejovu hamı, o cümlədən də Mir Cəfər Bağırov 
tərifləmirdi? Keçən il Azərbaycan SSR Ali Soveti təsis edildi, ilk deputatlar namizəd 


 
139
göstəriləndə yoldaş Stalindən sonra ən tərifli sözlər Yejovun haqqında deyilirdi, 
qəzetlərdə Yejovun haqqında elə tərifli sözlər yazılırdı ki, heç Molotovun
Kaqanoviçin, Mikoyanın, Voroşilovun haqqında o cür sözlər yazılmırdı. Yox, daimi 
ancaq yoldaş Stalin idi, Azərbaycanda da daimi ancaq Mir Cəfər Bağırov idi.  
Yoldaş Stalin yəqin ki, Mir Cəfər Bağırovu Beriya kimi Moskvaya, daha böyük 
vəzifəyə aparmayacaqdı. Mir Cəfər Bağırov ÜIK(b) P MK-nın adicə üzvü idi, amma 
bu adicə MK üzvü, eyni zamanda, Azərbaycanın sahibi idi (partiya, sovet işçiləri 
Mir Cəfər Bağırovu öz aralarında elə beləcə də çağırırdılar: xozyain!).  
Azərbaycan Iranla, Türkiyə ilə sərhəddə idi, azərbaycanlıların Sovet 
Azərbaycanında yaşayanlardan üç dəfə artıq hissəsi Cənubi Azərbaycanda, Iranın 
tərkibində qalmışdı, buna görə də bu respublikada yoldaş Stalinin ən etibarlı adamı 
rəhbər olmalı idi. Ən başlıcası isə, yoldaş Stalinin də, Beriyanın da fəaliyyətinin 
böyük bir hissəsi Azərbaycanla bağlı idi. Bakıda yoldaş Stalini, Beriyanı tanıyan 
adamlar çox idi: düzdü, onların böyük bir qismi 37-38-də Mir Cəfər Bağırovun şəxsi 
rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi ifşa olunub güllələndi, amma 
arxivlər qalırdı, ifadələr qalırdı və bu kağızdakı faktlarla mübarizədə də 
Azərbaycanda ən etibarlı bir adam lazım idi.  
Komissar Bakıda arxivlərdən itirilən sənədlərin taleyini yaxşı bilirdi, Beriya 
SSRI Xalq Daxili Işlər Komissarı təyin edildikdən bir neçə gün sonra V.N. 
Merkulovu özünə birinci müavin elədi və yenə də bir neçə gündən sonra Merkulov 
Mir Cəfər Bağırovun şəxsi qonağı kimi Bakıya gəldi, Yeni il qabağı Moskvaya 
qayıdanda Bakının arxivlərindən axtarıb seçib götürdüyü qovluq-qovluq sənədləri də 
özü ilə apardı. O sənədlərdə yoldaş Stalin haqqında, Beriya haqqında nələr var idi? 
Bunu yəqin ki, daha heç kim heç vaxt bilməyəcəkdi...  
Nəhayət, Azərbaycanda Bakı partiya təşkilatı SSRI-nin ən nüfuzlu partiya 
təşkilatlarından biri idi. Bakı proletariatı Leninqraddan sonra ölkədə ən güclü 
inqilabi ənənələrə malik fəhlə sinfi sayılırdı və buna görə də burada etibarlı adam 
olmalıydı. Ölkənin tarixinin bu qızğın çağında Bakı proletariatı S.M. Kirov kimi, 
yoldaş Stalindən sonra ikinci bir lider yetişdirməməli idi (Kirovun yetişməsində 
Bakı proletariatının, əlbəttə, böyük rolu olmuşdu). Mir Cəfər Bağırov yalnız 
Azərbaycan K(b) P MK -nın birinci katibi yox, eyni zamanda, Bakı partiya 
komitəsinin birinci katibi idi, amma Mir Cəfər Bağırov rəqib deyildi və yəqin ki, o 
özü də heç vaxt Moskvaya işləməyə getmək istəməzdi: Moskvada o yalnız icraçı 
olacaqdı, Azərbaycanda isə o, yoldaş Stalinin icraçısı olmaqla bərabər, həm də 
hakimi-mütləq idi (xozyain!). Azərbaycanda yoldaş Stalin daha artıq dərəcədə Mir 
Cəfər Bağırovun qorxusuna təriflənirdi. Bütün Azərbaycan 37-38-dən sonra Mir 
Cəfər Bağırovun əlində idi, nə qədər istəsəydi, ovucunu sıxa bilərdi (və sıxırdı!), bu 
ixtiyarı, bu hüququ ona yoldaş Stalin vermişdi. Əlbəttə, Mir Cəfər Bağırovun özü də 
37-38-dən sonrakı bütün yüksək vəzifəli partiya və dövlət xadimləri kimi, yoldaş 
Stalinin ovucunda idi, amma nə qədər qəribə olsa da, yoldaş Stalinin özünün də Mir 
Cəfər Bağırova ehtiyacı var idi: bütün Azərbaycan Mir Cəfər Bağırovdan qorxurdu 
və bu dəhşətli qorxu hissinə görə də hamı yoldaş Stalini sevməyə məcbur idi; 
Azərbaycan şairləri yoldaş Stalini tərifləməkdə bir-biri ilə bəhsə girirdi ki, Mir Cəfər 
Bağırovun diqqətini cəlb etsinlər, orden alsınlar, deputat seçilsinlər, Mir Cəfər 
Bağırov onlardan razı qalsın, çünki xalq düşməni kim ifşa olunmuş Hüseyn Cavidin 
də, Mikayıl Müşfiqin də aqibəti onların gözünün qabağında idi. Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə