Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   60   61   62   63   64   65   66   67   ...   161

 
132
Bakını başdan-başa həmin gürcü Yusifin – yoldaş Stalinin memorial muzeyinə 
çevirmək istəyirdi – bu, Mir Cəfər Bağırovun qarşısıalınmaz, coşğun, ehtiraslı bir 
istəyi, məqsədi idi.  
Yoldaş Stalin demişdi: «V Tiflise eşyo bıl revolyutsionnım mladentsem i tolko 
v Baku dostiq stepeni uçenika mirovoy revolyutsii». Bu sözləri 30-cu illərin lap 
əvvəllərindəki çıxışlrından birində demişdi, indi isə yoldaş Stalin həmin «dünya 
inqilabının» müəllimi və rəhbəri idi.  
Kobanın Bakı ilə beləcə bağlılığı təkcə Bakıya yox, bütün Azərbaycan və 
Azərbaycan xalqına başucalığı gətirdi və bundan istifadə etmək lazım idi. «Koba» 
gürcücə «əla» demək idi və Kobanın adı ilə bağlı bütün işlər də əla görülməli idi. 
Lenin, yoldaş Stalini «çudesnıy qruzin» adlandırdı və onu «Stalnıy», yəni Stalin 
çağıranlardan biri oldu və bu da, əlbəttə, düz idi: yoldaş Stalin polad idi, amma adi 
polad yox, əla polad.  
Hələ Inqilabdan əvvəl Bakıda axmaq intelligent menşeviklər təbliğat aparırdılar 
ki, Koba qoçudu, amma bu təbliğatın nəticəsində Koba Bakı camaatının arasında 
daha da məşhurlaşdı, çünki insan gücə tabedi. Axmaq menşeviklər başa düşmürdülər 
ki, Kobanı qoçu kimi, quldur kimi qələmə verəndə, əslində, onu tərifləyirdilər. 
Menşeviklər heç vaxt xalqa yaxınlaşa bilməmişdilər, çünki xalqı tanımırdılar, xalqın 
psixolojisindən xəbərsizdilər.  
Lavrenti «Zaqafqaziya bolşevik təşkilatları tarixinin məsələsinə dair» kitabında 
Kobanın Zaqafqaziyadakı və xüsusən, Bakıdakı fəaliyyətini yaxşı işıqlandırıb. Bu 
kitab, əslində, Lavrentinin 1935-ci ildə Tbilisi partiya təşkilatı fəallarının 
yığıncağında söylədiyi məruzə idi və aradan keçən bu üç il yarımda 15 dildə 40 dəfə 
nəşr olunmuşdu. Lavrenti bu nəşrlərlə xüsusi fəxr edirdi və onları qonaqlarına 
göstərməkdən zövq alırdı. Lavrenti... Gəlib bu mərtəbəyə çatıb, amma hələ də 
sevinəndə uşaq kimi sevinir, elə bil, lap çağadır... 
Bu kitab Azərbaycanda da 99 min nüsxə ilə – indiyəcən görünməmiş bir tirajla 
nəşr edilmişdi və Mir Cəfər Bağırov «Bakı və Azərbaycan bolşevik təşkilatları 
tarixindən» adlı yenicə çap olunmuş öz kitabında Beriyanın əsərini yüksək 
qiymətləndirmişdi. «Özünün «Zaqafqaziya bolşevik təşkilatlarının tarixinə dair» adlı 
qiymətli əsərində fövqəladə qüvvət və parlaqlıqla yoldaş Stalinin Zaqafqaziyada 
inqilabi fəaliyyətini, bolşevizmin yaradıcısı və rəhbəri kimi onun rolunu, Leninlə 
birlikdə yeni tipli mübariz proletar partiyasını yaratmasını təsvir etmiş Lavrenti 
Pavloviç Beriya – yoldaş Stalinin sınanmış şagirdi və davamçısı partiyamız və 
dövlətimiz qarşısında müstəsna xidmətə malikdir».  
Amma bütün bunlar az idi, yoldaş Stalinin Bakı fəaliyyətini daha qabarıq 
yazmaq, yazdırmaq, təbliğ etmək və bunu başqalarının, hətta Lavrentinin özünün də 
gözünə soxmaq lazım idi...  
Həmin dəqiqələrdə Azərbaycan SSR Xalq Daxili Işlər Komissarı, həqiqətən
Mir Cəfər Bağırovun qəbul otağında oturmuşdu və gözlərini divardan asılmış 
saatdan çəkmirdi; elə ki, saat doqquza üç dəqiqə qaldı, Komissar daha səbr edə 
bilmədi, ayağa qalxıb əynindəki formanı düzəltdi, əllərini saçına çəkdi və gəlib 
qapının ağzında dayandı. Bütün Azərbaycan yenicə Komissar təyin olunmuş bu 
adamdan qorxurdu, amma bu adamın özü qat-qat artıq dərəcədə Mir Cəfər 
Bağırovdan qorxurdu və hər gün də bu kabinetin qapısı ağzında dayananda həmin 


 
133
qorxu hissi onun bütün içini bürüyürdü, özünü xüsusi bir ciddi-cəhdlə səfərbərliyə 
almağa sövq edirdi.  
Komissar, Mir Cəfər Bağırovu iyirminci illərin əvvəllərindən tanıyırdı, o 
vaxtlardan ki, Mir Cəfər Bağırov Azərbaycan çekistlərinə rəhbərlik edirdi, sonralar 
Azərbaycan Baş Siyasi Idarəsinin rəisi idi, Komissar isə o zamanlar orqanlarda 
sıravi işçi işləyirdi, yavaş-yavaş yoldaş Bağırovun, eləcə də iyirminci illərin 
əvvəllərində Bağırovun rəhbərliyi altında Azərbaycanda işləmiş Beriyanın diqqətini 
cəlb etdi, sadiq xidmətinə görə vəzifədən-vəzifəyə keçirildi, partiya işində çalışdı və 
nəhayət, cəmi bir ay bundan əvvəl Bağırovun təqdimatı və Beriyanın razılığı ilə 
Azərbaycan SSR Xalq Daxili Işlər Komissarı təyin edildi. Mir Cəfər Bağırovu yaxşı 
tanıdığı üçün, Komissar onun dəli xasiyyətinə bələd idi, hər dəfə birinci katibin 
qəbulunda olanda özünü ən ağlasığmaz suallara hazırlayırdı, verilən əmrlər barədə 
heç bir mülahizə yürütmürdü, adicə olaraq səliqə və ciddi-cəhdlə həmin əmrləri 
yerinə yetirirdi; indi də əynindəki formanın bağlanmış düymələrini yenidən bir-bir 
yoxlaya-yoxlaya fikrən özünü qarşıdakı söhbətə hazırlayırdı.  
«Azneft»in yeni rəisi, yeni baş mühəndisi, yeni müavinlər («Azneft»in əvvəlki 
rəhbərliyi xalq düşmənləri kimi ifşa olunub güllələnmişdilər), trestlərin rəisləri - 
hərəsinin əlində bir qovluq, qəbul otağının bir küncündə oturmuşdular və Mir Cəfər 
Bağırovun qəbulunu gözləyən bu adamlar burada Komissarı gördükdə, Komissarın 
özünü necə yığışdırdığını gözaltı müşahidə etdikdə, daha artıq vahimələnirdilər, 
cavabdeh olduqları sahələr üzrə rəqəmləri ürəklərində dönə-dönə əzbərləyirdilər.  
Düz saat doqquz tamam olan kimi, qəbul otağında üzərinə eyni biçimli, qara 
rəngli çoxlu telefonlar düzülmüş mizin arxasında əyləşmiş katib-köməkçi başının 
hərəkəti ilə işarə etdi, yəni ki, içəri keçmək olar və Komissar sonuncu dəfə özünü 
düzəltdi, qoltuğundakı qovluğu yoxladı (guya ki, qovluq harasa yox ola bilərdi...), 
sonra qapını açıb içəri girdi və rus dilində:  
– Salam, Mir Cəfər Abbasoviç, – dedi. – Icazə olar?  
Mir Cəfər Bağırov öz yerində oturmuşdu və qalın barmaqlarını bir-birinə 
keçirib mizin üstünə dirsəklənmişdi, o bir dəstə karandaş da qabağında idi; başını 
tərpətdi– bu hərəkət həm salam almaq, həm də içəri dəvət etmək idi. Komissar mizin 
qarşısındakı kürsülərdən birinin yanına gəlib ayaq üstə dayandı. Mir Cəfər Bağırov:  
– Otur... – dedi.  
Komissar kürsüdə əyləşdi və qovluğu qabağına qoyub açdı, amma heç bir söz 
demədən Mir Cəfər Bağırovun nə ilə maraqlanacağını, nədən başlayacağını gözlədi.  
Mir Cəfər Bağırov yuxusuzluqdan və yorğunluqdan qızarmış gözlərini 
Komissardan çəkib yenə də üzbəüz divardan asılmış həmin şəklə baxdı; kabinetin 
tavanından sallanmış sadə çilçırağın işığı şəklin üzərindəki şüşəyə düşüb onu 
parıldadırdı və bu zaman Mir Cəfər Bağırov bəlkə də ömründə ilk dəfə fikirləşdi ki, 
haçansa yoldaş Stalin də öləcək və o vaxt yəqin yoldaş Stalinin də cənazəsi Lenin 
kimi, şüşə sarfakanqın altında olacaq. Mir Cəfər Bağırov özü bu qəfil fikirdən 
səksəndi və onun sağlam ürəyi bir an, cəmi bircə an bərkdən döyündü, hətta ona elə 
gəldi ki, gözlənilmədən beynindən keçən bu fikri Komissar da duydu və Mir Cəfər 
Bağırov gözlərini yoldaş Stalinin şəklindən çəkib, Komissara baxdı və soruşdu:  
– Bayırda hava soyuqdur? 
Komissar sövq-təbii qarşısındakı qovluğun içindəki kağızlara baxdı və elə bil 
ki, yalnız bundan sonra Mir Cəfər Bağırovun bu dəfəki sualının bu qovluqdakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə