Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   56   57   58   59   60   61   62   63   ...   161

 
124
– Nə bilim... – dedi. – Adamın ürəyinə hər şey gəlir... 
Bu vaxt kabinetin qapısı açıldı və gözlərindən qəzəb yağan Xıdır müəllim içəri 
girmək istədi, amma Ələsgər müəllimi Xosrov müəllimlə üzbəüz dayanmış görüb 
qapını bərk (nümayişkarcasına!) örtdü. 
– Bunu görmürdün orda sən, ay bədbəxt oğlu? – soruşdu.  
              
Ələsgər müəllim qapıdan gözünü çəkib yenə də Xosrov müəllimə baxa-baxa 
açıq-aşkar bir ümidsizliklə: 
– Bunu görmürdün orda sən, ay bədbəxt oğlu?– soruşdu. –Başına söz 
qəhətiydi sənin? Özün də təzə-təzə bədliyin daşını atmısan, təzə ailə qurmusan!..  
Xosrov müəllim səhərə kimi yatmamışdı; qonaqlıqdan evlərinə gələndə 
əvvəlcə soyunub yerlərinə girdilər, tramvayla gəldikləri üçün soyuğa düşmüşdülər 
və bayırın o soyuğundan sonra dünyanın işlərindən xəbəri olmayan Gülzar xanım 
çarpayıda Xosrov müəllimi hamar dərili, dolu və isti qucağına basdı və o hamar dəri, 
o isti, o mehriban bədən Xosrov müəllimə hər şeyi unutdurdu, belə istinin, belə 
mehribanlığın içində Xosrov müəllimin iki aydan bəri davam edib gələn və bayaqkı 
məclisdə birdən-birə, az qala, tamam uzaqlaşıb getmiş o xoşbəxtliyi, elə bil, yenə də 
geri qayıtdı və o xoşbəxtlik məqamlarında Xosrov müəllim üçün dünyada nə Xıdır 
müəllim, nə Mir Cəfər Bağırov, nə də onun qorxusu var idi; Gülzarın tək-tənha 
yaşadığı o yeddi il ərzində öz içində əlbəyaxa olduğu, boğduğu hisslər indi hər dəfə 
təzə bir eşqlə qarşısını almaq istəmədiyi bir ehtirasla coşurdu və bütün bu iki ay 
ərzində onlar həmin eşqlə, həmin ehtirasla yaşayırdılar və həmin qarlı qış gecəsi də 
belə oldu, sonra Gülzar tamam taqətdən düşüb gözəl bir yuxu ilə yatdı və Xosrov 
müəllim iki ay bundan əvvələ qədər illərdən bəri tənha yaşadığı o balaca otağın 
qaranlığı içində lap başqa bir dünyanın – iki ay bundan əvvələ qədər Xosrov 
müəllim üçün səsçatmaz, ünyetməz bir dünyanın sirri, əfsanəsi kimi alaqaranlıqda 
Gülzarın ağ və dolu qollarına, iri və hərarətli döşlərinə baxdıqca birdən-birə yadına 
saldı ki, dünyada Xıdır müəllim var, dünyada Mir Cəfər Bağırov var və dünyada 
Xıdır müəllimlə Mir Cəfər Bağırov arasında – bu uzun məsafədə – get-gedə 
böyüyən, biri o birisindən uca elə adamlar (və o qədər adamlar!) var ki, Xosrov 
müəllim kimilərinin minini birdən büküb-bürmələyib maye azotun içinə basar, heç 
«uf» da deməz və o maye azotun soyuğu, elə bil ki, birdən-birə Xosrov müəllimin 
nəzərlərində Gülzarın isti bədənini buza çevirdi və indi o hamarlıq da buz hamarlığı 
idi.  
Xosrov müəllim səhərə kimi çarpayıda oturdu və həmin maye azot soyuğu 
içində ikisinin – Gülzarla Xosrov müəllimin arasına soxulmaq istəyən fəlakəti bir 
varlıq kimi hiss etdi. Hardasa uzaqlarda yanan o tonqalın şölələri də isti yox, həmin 
maye azot kimi, soyuq saçırdı...  
Xosrov müəllimə elə gəlirdi ki, səhər açılacaq və o yenə də Ovanesin 
faytonuna minib YENIDƏN evdən çıxacaq, o gedər-qayıtmaz səfəri YENIDƏN 
başlayacaq, uşaqlar yenə də həmin o səhərdə olduğu kimi, səs-küy salacaq: 
– «Ata, sağ ol!..» – Bunu Cəfər deyəcək...  
– «Ata, tez gəl!..» – bunu Aslan deyəcək...  
– «Ata...   Ata...» – bunu da iki yaşlı Azər deyəcək və Şirin bir dolu parç suyu 
yenidən onun ardınca atacaq və sonra Şirin də, altı yaşlı Cəfər də, dörd yaşlı Aslan 
da, iki yaşlı Azər də yenidən məhv olacaqlar, onu yenidən Hadruta buraxmayacaqlar 
və o tonqal yenidən alışıb yanacaq.  


 
125
Xosrov müəllim çarpayıdan qalxmaq istədi, gedib əl-üzünü yumaq, bir az 
sakitləşmək istədi, amma kiçicik bir hərəkət də edəndə o gecəyarısı ona elə gəlirdi 
ki, Ovanesin faytonunda Şuşaya gedir, bu hərəkət də ona görədir ki, fayton 
yırğalayır və Şuşaya aparıb çıxaran o dağ yolu indi qapqara bir rəngə bürünmüşdü 
və Xosrov müəllim bu qara rəngi o qədər gerçək hiss edirdi ki, elə bil, indicə bu qara 
rəng bir şirə kimi, üz-gözünə, bədəninə yapışacaqdı və ən dəhşətlisi bu idi ki, 
Xosrov müəllimə o anlarda elə gəlirdi, elə bil, bu qara rəng indicə Gülzarın da o 
ağappaq bədənini bürüyəcəkdi.  
O gecə çağı çarpayıda oturmuş Xosrov müəllimin içindən eynilə o tonqalın 
kənarında olduğu kimi, bir zarıltı baş qaldırmağa başladı, daha doğrusu, bu səs insan 
zarıltısından daha artıq, bir zingiltini xatırladırdı və o zingilti get-gedə artırdı, amma 
bu vaxt deyəsən, Gülzar da Xosrov müəllimin içindən baş qaldırmış o səsi yuxuda 
eşitdi və... gülümsədi.  
Xosrov müəllim otağın qaranlığı içində Gülzarın sifətindəki o təbəssümü açıq-
aşkar hiss etdi. Gülzar yerində qurcalandı, qollarını daha da geniş açıb, Xosrov 
müəllimə tərəf çöndü. Gülzar ağappaq qollarını yastıq boyu uzatmışdı və 
qoltuğunun yumşaq tükləri də qaranlıq içində seçilirdi, döşünün biri ipək 
gecəköynəyinin yaxasından çölə çıxmışdı və Xosrov müəllim yenə də birdən-birə o 
döşlərin hərarətini hiss etməyə başladı, bu hiss, elə bil ki, onun içinə nəsə bir ilıqlıq 
gətirdi və həmin zingiltini kəsdi.  
Xosrov müəllim özünün başına gələcək müsibətdən qorxmurdu – müsibətdə 
onun üçün qorxulu bir şey yox idi – Xosrov müəllim Gülzar hisslərinin, Gülzar 
rəftarının bu iki aya dolmuş hərarətinin, istisinin donmağını, eləcə maye azota 
çevrilməyini istəmirdi. Sonra Xosrov müəllim Ələsgər müəllimi yadına saldı, 
Kələntər müəllimi yadına saldı, Əlibaba müəllimi yadına saldı, firidun müəllimi 
yadına saldı, bu adamların ailələri barədə fikirləşdi, Firuzə xanımı, Arzunu 
gözlərinin qabağına gətirdi və başa düşdü: elə bir səhv edib ki və bu səhvin nəticəsi 
elə ola bilər ki, Kələntər müəllimin yeddi qızından tutmuş Arzuyacan hamı küçələrə 
tökülər... 
Ələsgər müəllim gözlərini qapının ağzında dayanmış Xosrov müəllimdən 
çəkib mizə tərəf yaxınlaşdı, yenə Xosrov müəllimə nəsə demək istədi, amma 
demədi, təkcə əlini yellədi və köksünü ötürdü; elə bil, Xosrov müəllimin saçları 
doğrudan da bu bir gecənin içində ağarıb. 
Xosrov müəllim getdi. Ələsgər müəllim kabinetin məktəb həyətinə baxan 
pəncərəsinə yaxınlaşdı. Pəncərənin taxta sürahısına irili-xırdalı saxsı dibçəklər 
düzülmüşdü və o dibçəklərdə cürbəcür güllər bitmişdi, bu güllərin cürbəcür rəngi 
var idi və o rənglərin hamısı – qırmızısı da, sarısı da, bənövşəyisi də, yaşılı da indi 
Ələsgər müəllim üçün dünyanın dərdli, kədərli işlərindən xəbər verirdi... Bu gözəl 
gülləri Firuzə xanım bəsləyib, yetişdirib Arzu ilə məktəbə, bu otağa göndərmişdi və 
bu gözəl, bu zərif güllərin, çiçəklərin, əlbəttə, dünyadan xəbəri yox idi, bu gözəl, bu 
zərif güllər bilmirdi ki, bəzən insan nə günə düşür, bəzən insan ürəyində nələr çəkir, 
vicdan necə ağlayır...  
Ələsgər müəllim hiss etdi ki, kabinetin qapısı açıldı, amma geri çevrilmədi, bir 
müddət eləcə güllərə baxdı və bu otuz ilin müəlliminə birdən elə gəldi ki, kimsə 
onun kürəyini nişan alıb, indicə atacaq, güllə, indicə onun kürəyini deşəcək, o güllə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə