Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   55   56   57   58   59   60   61   62   ...   161

 
122
– Bəs sənə?  
Ələsgər müəllim təəccüb etdi və ürəyi daha şiddətlə vurmağa başladı:  
– Mənə? Mən də sənin kimi. Mənə də dəxli yoxdu!..  
– Axı, sənin evində olub!..  
– Nə olsun?  
Suyu içəndən sonra bir az özünə gəlmiş Kələntər müəllim çiynini çəkdi, sonra 
söruşdu: 
– Necə bilirsən, o köpək oğlu Xıdır gedib xəbər verəcək? – Köhnə bakılı 
olduğu üçün Bakı sakinlərinin çoxunu tanıyan Kələntər müəllim: – Bunlar, – dedi, – 
Xıdırgil nəsillikcə pis adam olublar!.. Bunun atası hambal Orduxan, deyirlər, bir 
kasa bozbaşdan ötrü hazırmış bütün Bakını satsın!..  
Ələsgər müəllim bir söz demədi; əslində, bu kabinetə girən kimi, Xıdır 
müəllimi çağırmaq istədi, amma çağırmadı, fikirləşdi ki, «qarğa, məndə qoz var» 
olar. Xıdır müəllim olanda nə olar, o da adamdı, o da başa düşə bilər ki, başqalarını 
bədbəxt eləmək olmaz, ailələri var, uşaqları var, onları didərgin salmaq olmaz.  
Kələntər müəllimdən sonra, Firidun müəllim həyəcanla kabinetə girdi: 
– Bu əclafı görürsən?!  
Ələsgər müəllim, əlbəttə, bilirdi ki, söhbət kimdən gedir, amma Firidun 
müəllim həmişə ədəb-ərkanla danışan mədəni bir adam idi və onun beləcə 
həyəcanlanması, beləcə söyməsi Ələsgər müəllimin, onsuz da, pozulmuş əsəblərini 
daha da gərginləşdirdi:  
– Kimi söyürsən? Nolub axı, sizə? Kimi deyirsən? 
– Necə kimi? Xıdırı! Indicə yaxınlaşıb məndən soruşur ki, dünənki hadisəni bu 
gün partbüronun iclasına qoyacaqsan, yoxsa yox? Özü də elə-belə soruşmur e, 
hədəylə soruşur...  
Ələsgər müəllim özünü saxlaya bilmədi: 
– Bay sənin imanına tüpürüm!..  
– Sən də belə adamı məclisə çağırırsan...  
– Sizə görə çağırırdım də!.. Deyirdim ki, bu imansızın sizlərdə işi olmasın!.. 
Mən nə bilim ki, Allah Xosrovun ağlını başından alıb? Nə bilim, qanadıma 
baxmışdım?  
Firidun müəllim kabinetdən çıxanda Ələsgər müəllim birdən-birə Əvəz bəyi 
xatırladı, daha doğrusu, Əvəz bəyin arvadını, qızını yadına saldı; indi Əvəz bəyə nə 
vardı ki, bu dünyaya bir gün gələn bir gün də köçəsi idi, dərd o arvadın, o qızın dərdi 
idi, xalq düşməninin ailəsi kimi, evsiz-eşiksiz didərgin düşmüşdülər, bax, bu yerdə 
deyiblər ki, vay qalanın halına... O tək arvad, o tək qız indi Qazaxıstanın o 
çöllərində nə eləyirdilər, hansı müsibətin içindəydilər?.. Indi bu nə işiydi belə, bu nə 
oyunuydu Xosrov çıxartdı?.. Taleyin işidi-nədi?.. 
Əlibaba müəllim içəri girdi:  
– Salam.  
– Salam.  
– Nə var, nə yox?  
– Nə olacaq? Sağlığın...  
– Bilirsən nə var? Dünən içməyimə baxma, araq tutmurdu məni. Bütün gecəni 
fikirləşmişəm. Iyirmi ilin partiyaçısıyam! Uşaq döyüləm mən! Sinəmi qabağa verib 


 
123
Xosrovu müdafiə edəcəyəm! Mən hələ bolşevik vicdanımı itirməmişəm! Amma 
çoxları itirib! Çoxları çoxdan itirib!.. Mən...  
– Əşşi, hələ bir dayan görək də... – Ələsgər müəllim başa düşdü ki, Əlibaba 
müəllim də bütün gecəni özünə toxtaqlıq verib. – Nə olub? 
– Necə nə olub, a kişi, yatmısan? Bütün məktəb soruşur ki, dünən Ələsgər 
müəllimgildə nə hadisə baş verib helə? Xıdır yayıb hamıya... Kimi görür, deyir ki, 
baxarsız, nə oyun açacağam o uzun biqeyrətin, Xosrovu deyir, başına!..  
Ələsgər müəllim yenə də özünü saxlaya bilmədi: 
– Nə alçağıymış, ə, bu? – Həyəcandan Ələsgər müəllimin bütün içi əsirdi, özü 
də öz ürəyinin tıppıltısını eşidirdi və elə bil ki, bu dəm o uzaq Qazaxıstan 
çöllərindəki Əvəz bəyin arvadıyla qızı deyildi, Firuzə xanımla Arzu idi. Ələsgər 
müəllim yaşadığı illərin qorxusunu heç vaxt bu qədər dərindən hiss etməmişdi, 
fəlakəti bu qədər yaxında duymamışdı. Qazaxıstanın o kimsəsiz çöllərində, o qar 
çovğununun içində, şikara baxan canavar gözləri kimi, çılğın kişi gözlərinin, 
şəhvətli baxışlarının altında iki nəfər kök ana-balanın – Firuzənin və Arzunun 
güzəranı Ələsgər müəllim üçün o qədər gerçək göründü ki, kişinin ürəyi bulandı, 
alnını soyuq tər bürüdü, mədəsindən sancı tutdu.  
Ələsgər müəllim təcrübəli adam idi, özünü ələ almağı bacarırdı, ən çətin 
məqamlarda da tədbirlə hərəkət edirdi, amma həmin qış səhəri məktəbdə on səkkiz il 
əyləşdiyi o müdir otağında Ələsgər müəllim uşaq kimi tamam bir ümidsizlik içində 
batırdı.  
Bir müddət otağa heç kim girmədi, amma bütün o müddət ərzində Ələsgər 
müəllimə elə gəldi ki, kimsə qapının arxasında dayanıb, ürəyi döyünə-döyünə içəri 
girməyə cəsarət etmir; beləydisə də, belə deyildisə də, qapı açıldı, Xosrov müəllim 
içəri girdi, eləcə qapının ağzında dayandı.  
Ələsgər müəllim başdan-ayağa bir yazıqlıq içində olan bu uzun, arıq adama 
baxdı: dünənki şövqdən, dünənki xoşbəxtlikdən əsər-əlamət yox idi və elə bil ki, 
Xosrov müəllim əvvəlkilərə, yəni Gülzarla tapışmadığı vaxtlara nisbətən də daha 
artıq bir qaragünlük içində idi. Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllimin o 
ağ saçları da, əslində, bu gecə ağarıb və elə bil ki, Ələsgər müəllim Xosrov 
müəllimə yox, sonu lap yaxın olan əlacsız bir xəstəyə baxır, hətta bir anlıq, cəmi 
bircə anlıq Ələsgər müəllimə elə gəldi ki, Xosrov müəllim tabutun içində uzanıb və 
o tabutu indi gətirib qapının ağzında dik qoyublar; kişi özü gözünün qabağına gələn 
bu görümdən diksinib ayağa qalxdı və gəlib Xosrov müəllimlə üzbəüz dayandı.  
– Əşşi, – dedi Ələsgər müəllim, – sənə nə olacaqdı o... o... – Ələsgər müəllim 
bu yerdə özünü saxladı, ürək eləyib ONU (dördgözü) söymədi, – onun sağlığına 
içsəydin? Hə? Istəmirsən, ürəyində başqa sağlığa iç də, sənin ürəyinə girən var?! 
Uşaqsan sən, hə? Bu qədər müddətdi sən bu zırıltını görmürsən? Hə? Indi də sarını 
udmusan!..  
Xosrov müəllim udquna-udquna, nazik boğazının uzun və iti hülqumu yuxarı-
aşağı qalxıb düşə-düşə: 
– Bilmirəm, – dedi, – vallah, bilmirəm necə oldu o sözlər ağzımdan çıxdı... 
Sizi də pis vəziyyətdə qoydum... Mən cəhənnəm, qorxuram sizə də söz gələ...  
Ələsgər müəllim bu dəfə əməlli-başlı səksəndi:  
– Bizə niyə? Biz nə etmişik ki?..  
Xosrov müəllim:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə