Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   57   58   59   60   61   62   63   64   ...   161

 
126
keçib Firuzəyə dəyəcək, Arzuya dəyəcək, hətta Ələsgər müəllim kürəyində o 
güllənin göynəyən yarasını duydu və sərt hərəkətlə geri çevrildi.  
Xıdır müəllim qapının ağzında dayanıb qəzəbli nəzərlərlə Ələsgər müəllimə 
baxırdı. Xıdır müəllim də narahat, həyəcanlı bir gecə keçirmişdi. Evləri şəhərin 
Bayıl tərəfində idi və dünən gecə Ələsgər müəllimgildən çıxanda tramvaya 
minmədi, o uzaq yolu qarın altında piyada getdi: bu cür piyada getmək həm bədənə 
xeyir idi, həm də Xıdır müəllim fikirləşirdi, satqın adamlar barədə düşünürdü. 
Cəmiyyəti Xosrov müəllim kimi satqınlardan təmizləmək lazım idi. Özü də dayanıb 
gözləmək olmazdı. Xıdır müəllim nə vaxta qədər dayanıb gözləyəcəkdi? Hücuma 
keçmək lazım idi, hücuma! Hansı komanda – istəyir futbol olsun, istəyir basketol, nə 
olur-olsun, – hücuma keçməsə, qələbə qazana bilər? Heç bir komanda! Bir qara 
qəpiyə də dəyməyən adamlar görürsən ki, sayıqlıq edir, hücuma keçir, Xosrov 
müəllim kimilərini ifşa edir, yüksək də mərtəbələrə qalxır. Bəs, Xıdır? Xıdırın nəyi 
əskikdir? Özü də zəhmətkeş ailəsindən çıxıb! Kim Azərbaycan idmanına Xıdırdan 
yaxşı rəhbərlik edə bilər? Idmanı beş barmağı kimi bilir. Idmançıların hamısını 
tanıyır. Ancaq Xıdırı heç kim tanımır. Çünki Xıdır həyatdan geri qalır. Xosrov 
müəllim açıq-aşkar düşməndir, daha buna heç bir söz ola bilməz. Buna daha Ələsgər 
müəllimin yağlı dili də kömək eləyə bilməz. Görmədin, O boyda kişinin sağlığına 
içmək istəmədi, hamının qabağında protest elədi, belə düşmənə kim kömək eləyə 
bilər? Bəs, Xıdır indi də özünü göstərə bilməsə, haçan göstərəcək? Xıdır özünü 
göstərə bilməsə heç zaman bədən tərbiyəsi sahəsində rəhbər işdə olmayacaq, 
ömrünün axırına qədər o əbləh məktəbdə, dallarını güclə çəkən o xəstə-xüstə 
müəllimlərin, uzununa heç iki metr də hoppana bilməyən küt şagirdlərin içində itib-
batacaq. Xıdırın böyük vəzifələrdə heç kimi yox idi, heç kim ona kömək 
etməyəcəkdi və indiyəcən Xıdır nəyə nail olmuşdusa, öz gücünə eləmişdi. Ancaq 
hələ hər şey irəlidə idi. Xıdır hələ çox aza nail olmuşdu...  
Xıdır gör nə günə qalmışdı ki, ona kömək əlini uzadan yeganə adam, 
tramvaysürən Əflatun müəllim idi... Düzdü, tramvaysürən Əflatun indi məktəb 
müdiri idi, amma fərqi yox idi, tramvaysürən Əflatun lap nazir də ola bilərdi, amma 
tramvaysürənliyində də qalacaqdı, ondan artıq bir şəxsiyyət olmayacaqdı. Xıdır 
gərək özü özünü o mərtəbəyə qaldıra biləydi ki, həmin mərtəbə tramvaysürən 
əflatunlar üçün əlçatmaz bir priz yüksəkliyində olaydı.  
Xıdırın biliyi, Xıdırın qorxmazlığı, Xıdırın qabiliyyəti tək özünə yox, bütün 
Azərbaycan idmanına lazım idi və Xıdır özü hərəkət eləməliydi, bu qeyrətsiz, bu 
vicdansız Xosrovun ifşası Xıdır üçün məşq olmalı idi, Xıdır hücuma keçməli idi, 
məqsədə doğru hücuma keçməli idi və bu məşqdən sonra, böyük oyunlar başlamalı 
idi. Və Xıdır cəmiyyəti düşmənlərdən təmizləyəcəkdi. Xıdır Azərbaycan idmanına 
rəhbərlik edəcəkdi! O qarlı qış gecəsi Xıdır müəllimin içində elə bir qətiyyət yarandı 
ki, o qətiyyət, elə bil, onsuz da, həddən artıq sağlam və güclü olan bu adamın 
bədəninə daha artıq bir güc verdi, qarın içi ilə addımlarını daha möhkəm, daha iti 
atdı və gəlib evə çatanda Əbdülü həmişəki kimi oyaq gördü. Əbdül həmişəki kimi 
qardaşının yolunu gözləyirdi.  
Xıdır müəllimin atası Orduxan inqilabdan əvvəl və inqilabın ilk illərində 
Bakının məşhur hamballarından biri idi və bəzən hətta tərsanələrdə gəmilərə yük 
daşıtdıran sahibkarlar, şirkətlər hambal Orduxanı Bakının ən məşhur hambalı, 
əfsanəvi hambal Dadaşdan da artıq tuturdular. Əbdülün anadan olduğu il – 1929-cu 


 
127
ilin bir yay günü Kömürçü meydanında yüz iyirmi kilo soğan kisəsinin altında 
hambal Orduxanın ürəyi birdən-birə partlamışdı, sonra Xıdır müəllimin anası vəfat 
etmişdi və Xıdır müəllim kiçik qardaşı Əbdüllə tək qalmışdı. Əbdülün əsl adı 
Əbdüləli idi, amma hamı onu Əbdül çağırırdı və bütün bu illər ərzində Xıdır Əbdülə 
həm atalıq eləmişdi, həm də analıq. Əbdül böyük qardaşını adicə olaraq çox 
istəmirdi, onunla fəxr edirdi, qürurlanırdı və Xıdır elə eləməliydi ki, kiçik qardaşı 
özündən də qat-qat uca mərtəbələrə qalxsın, qoy hamı görsün ki, hambal Orduxanın 
oğlanları heç kimin köməyi olmadan, öz güclərinə hansı yüksəkliyə qalxıblar! Xıdır 
hücuma keçəcəkdi! Xıdır öz istədiyini dartıb həyatın boğazından çıxaracaqdı, 
istədiyinə nail olacaqdı və həmin gecə çarpayıda uzanıb yalnız səhərə yaxın yuxuya 
getməzdən əvvəl Xıdır müəllim o qarlı qış soyuğunda adamın canını qızdıran bir 
xəyal aləmində Azərbaycan idmanına rəhbərlik etdi, yeni stadionlar tikdi, yeni 
komandalar yaratdı, yeni idmançılar yetişdirdi; tribunada partiya və sovet rəhbərləri 
ilə bir yerdə dayanıb idmançıların paradını qəbul etdi, böyük xitabət kürsülərindən 
nitqlər dedi, hətta... Mixail Ivanoviç Kalinin Kremldə Xıdır Qafarzadəyə bədən 
tərbiyəsi sahəsində görkəmli xidmətlərinə görə orden təqdim etdi və Mixail Ivanoviç 
Kalinin Kremldə Xıdırın əlini sıxdığı məqamda çəkilmiş fotoşəkil Sovet Ittifaqının 
bütün qəzetlərində, o cümlədən, əlbəttə, «Krasnıy sport» qəzetində çap olundu...  
Bəlkə... Bəlkə lap yoldaş Stalinin özü Xıdırı tanıyacaqdı, çünki yoldaş Stalin 
idmançıları çox sevir! Düzdü, idmançıların arasında da elə əclaflar var idi ki, yoldaş 
Stalinə xain çıxırdılar (o ki qaldı bu düşmən Xosrov müəllim ola!..). Ode, Nikolay 
Kovtun!.. Vaxt var idi ki, Kovtunun adı çəkiləndə Xıdırın ürəyi sevinclə dolurdu, 
çünki Kovtun birinci sovet idmançısıydı ki, 2 metrdən hündürə atdanmışdı, dünya 
rekordçusu olmuşdu! «Krasnıy sport» da şəkli çıxırdı!.. Ancaq nə oldu? Əclaf, xalq 
düşməni çıxdı! Yoldaş Stalinə nankor çıxdı! Ay əclaf, yoldaş Stalin olmasaydı, sən 2 
metr 01 santimetr hündürlüyə atdana bilərdin?! Ona görə də indi adını nifrətlə 
çəkirlər. Inişil tutub basdılar əclafı, getdi!.. Bu Xosrov müəllimi isə stadiona 
çıxartsan, heç bir metr də hündürlüyə atdana bilməz, ancaq elədiyi qələtə bax!.. 
Xıdır sayıq olacaqdı, hətta ən məşhur idmançıların da maskasını sifətindən dartıb 
çıxaracaqdı, idmançıları yoldaş Stalinin adına layiq tərbiyə edəcəkdi.  
Xıdır müəllim belə narahat və eyni zamanda, xəyallar aləmində şirin bir gecə 
keçirmişdi və indi müdir otağının qapısı ağzında dayanıb qəzəblə Ələsgər müəllimə 
baxa-baxa:  
– Ələsgər müəllim, – dedi, – o cür düşməni qanad altına almaq olmaz! Ancaq 
siz onu qanad altına alırsız! Elə bilirsiz dünən başa düşmədim ki, siz niyə təzədən 
Mir Cəfər Bağırov yoldaşın haqqında sağlıq dediz? Ona görə ki, o düşmənin 
hərəkətini ört-basdır eləmək istəyirdiz! Belə zaşitaya keçməklə mənim vicdanımı 
susdura bilməzsiz! Mən açıq adamam, rinqdə də həmişə açıq vuruşmuşam. Məsləhət 
görürəm sizə ki, o düşmənə qəyyumçuluq eləməyin! Özünüzə pis olar! Mən bu işi 
belə qoymayacağam! Lap Mir Cəfər Bağırov yoldaşın özünün qəbulunacan gedib 
çıxacağam!  
Xıdır Qafarzadə otaqdan çıxdı və qapını da ardınca çırpdı.  
Yazıq professor Fazil Ziya müayinə etdiyi adamlara, müalicə etdiyi xəstələrə 
deyirdi ki, tez-tez teatra gedin!.. Yazıq gözəl insan, tez-tez teatra getmək heç onun 
özünün karına gəlmədi...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə