Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   53   54   55   56   57   58   59   60   ...   161

 
118
 Aparırsan bizi zəfərlərə sən! 
Əməlin qərq edib nura cahanı! 
Bir nəğmə çağlayır mənim sinəmdən:  
Eşq olsun Stalinə! 
Yaşasın Stalin! 
Həyatın mənası,  
Məzmunudur o!  
 
Arzu  şeri deyib qurtaran kimi, hamı  əl çaldı  və  Ələsgər müəllim fürsətdən 
istifadə edib Xıdır müəllimə baxa-baxa bir daha yoldaş Stalinin şərəfinə sağlıq dedi 
və yenə  də hamı, o cümlədən, Xosrov müəllim ayağa qalxıb qədəhləri dibinəcən 
içdilər.  
Arzu isə indi rus dilində bir şer söyləmək istəyirdi. Bu şeri keçən il «Oqonyok» 
jurnalında oxuyub əzbərləmişdi, oradakı bir parça, xüsusilə, xoşuna gəlirdi və Arzu 
yenə də hər sözü xüsusi vurğu ilə tələffüz edə-edə dedi: 
– Osip Kolıçev. «Priqlaşeniye k pesne». Otrıvok iz stixotvoreniya.  
Vı bıli vçera  
Bezımennı, 
Sedaya zurna  
Suleymana, Djambula  
Sedaya dombra...  
Tak poyte je  
Stalinu  
Slavu  
Stixami, 
Podobnımi splavu  
Zolota i serebra!..  
 
Yenə hamı əl çaldı və Ələsgər müəllim fikirləşdi ki, görəsən, yenə də qalxıb 
Stalin yoldaşın sağlığına içsinlər, yoxsa yox? Yox, lazım deyildi, bu lap ağ olardı və 
Ələsgər müəllim qaş düzəltdiyi yerdə vurub gözü də çıxarardı.  
Əlbəttə, Arzunun bu cür şerlər əzbərləməyi, əslində, Ələsgər müəllimin 
ürəyincə deyildi, amma nə etmək olardı, Arzu zəmanə uşağı idi və bu axşam 
Arzunun bu iki şeri söyləməyi lap yerinə düşdü; Xıdır müəllim, hər halda, tamam 
eşşək deyildi, qoy başa düşsün, görsün ki, məktəb müdirinin ailəsi necə ideyalıdır və 
Xosrov müəllimin bayaqkı hərəkəti də təsadüfi bir şeydir.  
Əvvəlcə, o vaxtlar ki, Əvəz bəy hələ ingilis casusu və terrorçu kimi ifşa 
olunmamışdı, belə ad günlərindən birində Arzu əllərini arxasında tutub, sinəsini 
qabağa verib (onda hələ pioner deyildi) əziz Stalin baba haqqında əvvəlcə 
Azərbaycan dilində, sonra da rus dilində şerlər deyəndə Əvəz bəy (Ələsgər 
müəllimin yanında oturmuşdu) dodaqaltı pıçıldadı: «–Yaxşı ki, fransız dilində də 
belə şerlər demir». Onda Ələsgər müəllim özünü eşitməzliyə vurdu, amma bir 
müddət ürəyi nigarançılıqla döyündü, diqqətlə mizin arxasında oturanlara, xüsusən, 
Əflatun müəllimə baxdı –yox, Əvəz bəyin o pıçıltısını heç kim eşitməmişdi və 
Əflatun müəllim də içib keflənmişdi, dünya da vecinə deyildi. Bu hadisə o vaxt 
olmuşdu – üç il bundan əvvəl, o vaxt heç kim Əvəz bəyin pıçıltısını eşitməmişdi, 
amma buna baxmayaraq, Əvəz bəy indi həyatda yox idi. Əvəz bəy güllələnmişdi və 
güllələnəndən sonra da məktəbdəki iclaslarda, mitinqlərdə, «izhari-nifrət» 
yığıncaqlarında hamı, o cümlədən, Ələsgər müəllim Əvəz bəyin adını çəkir, onu 
dönə-dönə ifşa edir, sayıq olmağa, maskalanmış xalq düşmənlərini görməyə 
çağırırdı. Pıçıltını eşitmək vacib deyildi, bəzən Ələsgər müəllimə elə gəlirdi ki
əlaqədar orqanlar uzaqdan-uzağa adamın ürəyinə də girir, düşüncəsini də oxuyur və 


 
119
həmin vaxtlar Ələsgər müəllimin bütün əhvalı pozulurdu, güclə özünü ələ alırdı, 
Əflatun müəllimi tovlaya-tovlaya, qoltuğuna verə-verə, pişim-pişimlə məktəbdə 
camaatı yola verirdi.  
Arzunun on yaşı tamam olduğu həmin qarlı qış axşamı Xıdır müəllim eləcə 
papiros çəkir, hərdənbir araq içir, danışmır və fikirləşirdi. Xıdır müəllim dünyanın 
işləri barədə, insanların naşükürlüyü barədə, qeyrətsizliyi, vicdansızlığı barədə 
fikirləşirdi. Inqilabdan əvvəl biz nə idik? Heç nə, bir nəfər də fərli idmançımız yox 
idi. Bu boyda Azərbaycanda beş-altı dənə pəhləvan var idi, beş-altı dənə də ağırlıq 
qaldıran, vəssalam! Onlar da primitiviydi, beynəlxalq arenaya çıxmamışdılar. 
Bakının cəmi-cümlətani ikicə dənə idman klubu var idi: «Sokol», bir də ki, 
«Unitas», vəssalam. Elə Rusiyanın özündə nə var idi? Bircə Poddubnıydı, bir də ki, 
Zaikin də, başqa nə varıydı. Yoldaş Stalin ölkədə bədən tərbiyəsini bu cür inkişaf 
elətdirdi!.. Indi ölkədə altmış minə (minə!) qədər bədən tərbiyəsi kollektivi var, 
idmançıların sayı beş milyona yaxındı, minə qədər idman zalı var, stadionların sayı 
üç yüzü (üç yüzü e!) ötüb! Daha nə istəyirsiz, ay qeyrətsizlər?! Sovet gimnastları 
Antverpendə Üçüncü Fəhlə Olimpiadasında iştirak etdi! Bu qədər yüksəlişi 
görməmək olar? Kim eləyib bizim bu yüksəlişimizi? Yoldaş Stalin! Bəs 
Azərbaycanda kim eləyib bunları? Yoldaş Mir Cəfər Bağırov! Gimnastika, yüngül 
atletika, basketbol, voleybol... Inqilabdan əvvəl varıydı bunlar? Allahın topu yox idi, 
cındır əsgiləri basırdılar girdə torbanın içinə, ağzını tikirdilər, guya ki, topdu, 
Kömürçü meydanında futbol oynayırdılar... Bəs indi necə olur ki, adını da müəllim 
qoymusan, yeni nəsil tərbiyə edirsən, ay Xosrov müəllim, adamın dili də gəlmir sənə 
müqəddəs sovet müəllimi sözünü desin! – o boyda kişinin, o boyda rəhbərin 
sağlığına içmirsən? Üzdən baxırsan ki, fağırın biridi, amma, əslində, vələdüznanın 
cövhəridi bu Xosrov müəllim. Görmürsən zaraza, gedib özünə necə arvad tapıb alıb? 
Arvad deyil, balıqdı köpək qızı!..  
Xıdır müəllim nifrət dolu nəzərlərlə Xosrov müəllimə baxdı və Xosrov 
müəllim də bu baxışların altında ağappaq ağardı, hiss etdi ki, kiçilir, tamam 
balacalaşır və dünyanın hər üzünü görmüş bu adam Xıdır müəllimin həmin baxışları 
altında az qaldı ağlasın. Xosrov müəllim sövq-təbii hiss edirdi: elə bir səhv buraxıb 
ki, bunun axırı mütləq pis qurtaracaq; iki aydı ki, Xosrov müəllim hər dəfə evdən 
çıxıb məktəbə gedəndə (məktəbdən başqa bir yerə getmirdi) Gülzarla bir yerdə 
yatdıqları çarpayıdakı döşəyin, balıncın o mehriban, o sevimli istisini də özü ilə 
aparırdı, sinifdə uşaqlara dərs keçirdi, amma boynunun ardında, kürəyində o istini 
hiss edirdi, o balınc istisi də, o döşək istisi də, əslində, Gülzar xanımın sim kimi 
tarım çəkilmiş, dolu və hamar bədəninin istisi idi və Arzunun on yaşının tamam 
oduğu həmin qış axşamı Xosrov müəllimə elə gəlirdi ki, o istini güclə onun 
bədənindən, hisslərindən dartıb çıxarırlar.  
Kələntər müəllim bir az içəndən sonra, dostluqdan, etibardan, vəfadan, 
səmimilikdən, xeyirxahlıqdan gözəl sözlər dedi. Füzulidən və Seyid Əzim 
Şirvanidən müdrik misallar söylədi, Ələsgər müəllim məclisin siyasi səviyyəsini 
qaldırmağa çalışa-çalışa bir bəhanə tapıb yenidən Mir Cəfər Bağırov yoldaşın 
şərəfinə sağlıq dedi (və mizin arxasındakıların hamısı ayağa qalxıb qədəhlərini 
dibinəcən boşaltdılar), sonra Bakı ilə, Azərbaycan bolşevikləri ilə xüsusi bağlı 
olduqları üçün, yoldaş Stalinin yaxın silahdaşlarından və şagirdlərindən yoldaş 
Anastas Ivanoviç Mikoyanın və yoldaş Lavrenti Pavloviç Beriyanın şərəfinə sağlıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə