Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   50   51   52   53   54   55   56   57   ...   161

 
112
3. Ən çox sevdiyin ədəbi qəhrəman? 
Arzu bu dəfə mürəkkəblə yazmışdı: Pavlik Morozov.  
4. Ən çox sevdiyin yazıçı? 
Arzu yenə mürəkkəblə yazmışdı: Vitali Qubaryov.  
Ələsgər müəllim bu adda yazıçı tanımırdı. Sonralar maraqlandı və öyrəndi ki, 
bu adam 1932-ci ildə pioner Pavlik Morozovun öldürülməsi ilə bağlı istintaq işində 
iştirak edib və «Odin iz odinnatsati» adlı bir kitab yazıb ki, həmin kitab Arzunun 
stolüstü kitabı idi.  
5. Kimə nifrət edirsən?  
Arzu böyük, qara hərflərlə yazmışdı: Hüseyn Cavidə, Abbas Mirzə 
Şərifzadəyə, Mikayıl Müşfiqə, Ülvi Rəcəbə, Yusif Vəzir Çəmənzəminliyə, Nəriman 
Nərimanova, Ruhulla Axundova və bütün başqa alçaq faşistlərə. Çünki onlar sovet 
pionerlərinin xoşbəxt həyatını məhv etmək istəyirdilər!!! Bu üç nida işarəsini də 
Arzu qırmızı qələmlə yazmışdı.  
Arzu bu sorğu-anketi doldurandan sonra Ələsgər müəllimə verdi ki, atasının 
fikrini bilsin. Ələsgər müəllim o anketi alıb baxdı və:  
– Yaxşıdır... – dedi, amma qoz boyda bir qəhər gəlib boğazına pərçim oldu.  
Məktəbdə altıncı sinifdə oxuyan bir oğlan iki-üç gün əvvəl bu anketin birinci 
sualının cavabını Stalin yazmışdı, amma ikinci sualın cavabvında isə Atam Əsədulla 
və anam Fatma yazmışdı və pionerlər təcili iclas çağırıb pioner baş dəstə rəhbərinin 
iştirakı ilə o oğlanı ifşa etmişdilər, çünki atası ilə anasını Stalin babadan artıq tutub... 
Ələsgər müəllim o pioner iclasından xəbərdar idi və orasını da bilirdi ki, həmin 
oğlanı əsas ifşa edənlərdən biri Arzu olub. Pioner baş dəstə rəhbəri sevincək gəlib bu 
xəbəri Ələsgər müəllimə çatdırmışdı (pionerlər sizin qızınızla fəxr edə bilər, Ələsgər 
müəllim. Siyasi şüuru çox inkişaf edib...) Indi, beşinci sinifdə oxuyan pionerlərin o 
anketi doldurmaq növbəsi idi. 
Ələsgər müəllim anketi qızına qaytardı və birdən-birə Abbas Mirzə 
Şərifzadənin ifasında Otellonu yadına saldı. Abbas Mirzə Şərifzadə – Otello əlində 
yanan şam tutub qaranlıq səhnəyə çıxırdı, Dezdemonanın yatdığı çarpayıya tərəf 
yaxınlaşırdı və bu zaman adamın tükləri biz-biz olurdu. Hərdən Ələsgər müəllimə 
elə gəlirdi ki, yenə səhnədir, bütün bu hadisələr səhnədə baş verir, Arzu da bu anketi 
səhnədə doldurur, o bığlı da o balaca qızla həmin şəkli səhnədə çəkdirib və haçansa 
pərdə bağlanacaq, tamaşa qurtaracaq...  
Yəni doğrudan qurtaracaq?..  
Çətin! 
Həmin qarlı qış axşamı birinci Firidun müəllim arvadı ilə gəldi və son vaxtlar 
hər dəfə Firidun müəllimi görəndə Ələsgər müəllim dərindən rahat bir nəfəs alırdı; 
ikisi də insan idi, ikisinin də əlində eyni ixtiyar var idi, yəni ikisi də məktəbdə 
partiya təşkilatının katibi idi, ikisi də bir zəmanədə yaşayırdı – Əflatun müəllim də
Firidun müəllim də, amma necə olurdu ki, birinin təbiəti o cürə ziyankarlıqla dolu 
olurdu, o birisinin isə ürəyi xeyirxahlıqla döyünürdü? Bütün insanların iki ayağı, iki 
əli, iki gözü, bir ürəyi var idi, insanın quruluşu bir-birinin eyni idi, amma necə 
olurdu ki, təbiətlər beləcə müxtəlif çıxırdı? Ürək bir olan kimi, təbiət də, xeyirxahlıq 
da bir olaydı də... Ələsgər müəllim fikirləşirdi ki, ola bilər, dünyada hər şey ola bilər 
(və olur!), bir də gördün ki, haçansa bugünkü günlərə görə adamlardan hesabat tələb 
elədilər və o vaxt Əflatun müəllim kimilər, raykomdakı Cümşüdlü kimilər yəqin hər 


 
113
şeyi zəmanənin, dövrün, siyasətin boynuna yıxacaqlar, amma sən, şəxsən sən öz 
əlinlə kiminsə ölümünə qol çəkmisənsə (günahsızın! fağırın! ailə başçısının!), 
zəmanə, buna nə eləsin? Zəmanə sənin üçün, adicə olaraq, şərait yaradıb... Dünya 
bina olandan bəri Əhrimənlə Hörmüz nahaq yerə həmişə bir-biri ilə vuruşmayıblar 
ki? Yusif Vəzir Çəmənzəminli bu barədə yazmışdı də, özü Əhrimənin qurbanı oldu, 
indi hardadı, nə iş gəlib başına, Allah bilir, hərə bir söz danışır...  
Sonra Xıdır müəllim tək gəldi, Arzunu çox səmimi təbrik etdi, bir diləyini də 
bildirdi ki, Arzu belə ağıllı olmaqla, dərslərini bilməklə yanaşı, yaxşı da idmançı 
olsun. Ələsgər müəllim bu ucaboylu, enlikürəkli, sağlambədənli adama baxa-baxa 
fikirləşirdi ki, yox, Xıdır müəllim, hər halda, Əflatun müəllimin tayı deyil. Əflatun 
müəllim üçün dünyada adam ifşa eləməkdən maraqlı bir şey yox idi, amma bu Xıdır 
müəllim idmanla çox maraqlanan adam idi, idmançıların hamısının adını, familini 
əzbər bilirdi, elə bil, idman da istehsalatdı, cürbəcür rəqəmlər söyləyirdi, idman 
dərsini də uşaqlara yaxşı keçirdi. Xıdır müəllim üçün, hər halda, bədən tərbiyəsi 
birinci yerdə idi, kimisə ifşa etmək həvəsi – ikinci yerdə.  
Bir azdan Kələntər müəllimlə arvadı gəldi. Kələntər müəllim kimyadan dərs 
deyirdi, ixtisasını yaxşı bilirdi, baməzə və nikbin bir adam idi, neçə vaxtıydı ki, 
«Məşədi Ibad»ı rus dilinə tərcümə etmək istəyirdi; yeddi qızı var idi, hələ heç biri 
ərə getməmişdi, arvadı evdar qadın idi və o boyda ailə təkcə Kələntər müəllimin 
maaşına baxırdı. Kələntər müəllim deyirdi: «–Əşşi, mənim işim əladır, çünki 
əvvəldən bəxtim gətirib, yeddi qız atası olanda nə olar? Bizim arvad yarımca kilo 
ətdən o qədər çoxlu, özü də dadlı xörək bişirir ki, yeyib qurtara bilmirik! Heç nədən 
bir şey bişirir. Qarın da ki, tox oldu, vəssalam, deməli, işlər əladır. Deməli, kimyanı 
da uşaqlara yaxşı öyrədəcəksən». Bayramlar münasibəti ilə məktəbdəki təntənəli 
gecələrdə, yuxarı sinif şagirdləri musiqi çalanda, Kələntər müəllim o saat ortaya 
çıxıb oynayırdı və kişinin camaatın içində beləcə süzə-süzə oynamağını, 
ümumiyyətlə, əzginiş işləri xoşlamayan Əvəz bəy (o vaxtlar ki, hələ xalq düşməni 
kimi ifşa olunmamışdı) dodaqaltı deyinirdi: utanmasan, oynamağa nə var ki?..  
Sonra Əlibaba müəllim tək gəldi: 
– Bizim Sofya Kovalevskayamızın bu gün ilk yubileyidi, on yaşı tamam olur, 
– dedi. – Indi bunu ancaq biz qeyd edirik, gələcək yubileylərini isə bütün elmi 
ictimaiyyət qeyd edəcək! Görərsiz!  
Düzdü, Əlibaba müəllim çox ciddi müəllim və ciddi adam idi, amma araq 
içməyi bir az həddindən artıq xoşlayırdı, indi də özünü bir balaca düzəldib gəlmişdi. 
Bir dəfə Ələsgər müəllim Əlibaba müəllimi kabinetinə çağırıb:  «Vurmağı bir az 
azalt», – dedi. Hələ Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl, 1919-cu 
ildən partiyanın üzvü olan Əlibaba müəllim də düz on səkkiz il idi ki, bu məktəbdə 
işləyirdi, Ələsgər müəllimlə bir-birilərini yaxşı tanıyırdılar və bir-birilərinə etibarları 
var idi, buna görə də dedi: «–Vurmayım, nə eləyim? Görmürsən nə qayırırlar bu 
köpək uşağı.  Biz belə demişdik bəyəm?!». Ələsgər müəllim cəld yerindən qalxıb, 
kabinetin bağlı qapısını təzədən yoxladı və o vaxtdan sonra, bir də içki barədə 
Əlibaba müəllimə bir söz demədi.  
Nəhayət, Xosrov müəllim arvadı ilə gəlib çıxdı və həmişə necə gəlib, necə 
getməyindən heç kimin xəbəri olmayan bu adam, elə bil ki, bu dəfə özü ilə birlikdə 
bayırdakı o qarın sevincini, sağlamlığını da içəri gətirdi. Hamı, hətta qonaqlığın 
səbəbkarı və həmin məqamda qonaqlıqdan daha artıq, evdə çıxaracağı divar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə