Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   49   50   51   52   53   54   55   56   ...   161

 
110
Arzu məktəbdən gəldi, paltarını dəyişdi, pioner qalstukunu təzədən ütüləyib 
boynuna taxdı və həmişə olduğu kimi, Arzu ilə bərabər, evə bir canlanma, bir 
hərəkət gəldi. Arzu mətbəxdə olmağı, ev işlərinə kömək eləməyi xoşlamırdı, təkcə 
pioner qalstukunu hər gün özü ütüləyirdi, bu işi hətta anasına da etibar etmirdi; kitab 
oxumadığı, dərslərini öyrənmədiyi boş vaxtlarında elə hey danışırdı, cürbəcür 
fikirlər irəli sürürdü, təşəbbüslər göstərirdi və elə həmin qış günü də Ələsgər 
müəllimlə Firuzə xanıma yeni bir xəbər verdi:  
– Bundan sonra evdə həftədə bir dəfə divar qəzeti çıxaracağam!  
Firuzə xanım: 
– A-a-a, – dedi. – Evdə də divar qəzeti olar?  
– Olar. Mən çıxararam, siz də baxarsız. Sizə deməyə sözlərim var.  
– O sözləri elə ağızla de, biz də qulaq asaq də...  
– Yox, onları divar qəzetinə yazacağam. Baş məqalədə sizi tənqid eləyəcəyəm.  
Ələsgər müəllim təəccüblə: 
– Bizi? – soruşdu.  
– Hə! «Koroğlu» operasını da tənqid edəcəyəm.  
Ələsgər müəllim bu xəbərə lap məəətəl qaldı. Firuzə xanım: 
– A-a-a,– dedi. – Bəs, o operadan xoşun gəlirdi, məni də dartıb aparmışdın 
ora?  
– Nolar? Əvvəllər xoşum gəlirdi, ona görə ki, bəstəkar bizim gözümüzə kül 
üfürüb. Indi başa düşürəm. Üzeyir Hacıbəyov «Koroğlu» nu ona görə yazıb ki, 
müasir mövzuda yazmasın! Bəstəkar müasir mövzudan qaçıb. O opera gərək kolxoz 
həyatından olaydı. Indi xan, padşah yoxdur. Koroğlu gərək qolçomaqlara qarşı 
mübarizə aparaydı. Kitabxanada pioner disputu keçirəcəyik. Mən bu barədə məruzə 
eləyəcəyəm. Bəstəkarı da çağıracağıq ki, nəticə çıxarsın.  
Ələsgər müəllim: 
– Tarix bəyəm bizim deyil?– soruşdu. – Koroğlu qəhrəman olub, xalqın 
azadlığı uğrunda xanlarla, sultanlarla döyüşə girib.  
– Bəs, Pavlik Morozov? 
– O da qəhrəmandı, mən bir söz demirəm ki.  
– Koroğlu xanlara qarşı vuruşub, Pavlik Morozov isə qolçomaqlara qarşı 
vuruşub. Hətta atasını da, babasını da ifşa edib. Hansı vacibdir? «Koroğlu» operası 
gərək müasir mövzuda olaydı.  
Ələsgər müəllim təslim olmaq istəmirdi: 
– Axı, hər mövzunun öz yeri var!  
Arzu bir neçə an susdu, sonra, elə bil, nəsə kəşf edibmiş kimi:  
– Ata, – dedi, – sən müasir mövzunun əleyhinəsən?  
– Yox, əleyhinə deyiləm. – Ələsgər müəllimin ürəyi bir balaca döyündü.  
– Qurtardı-getdi.  
Arzuya dil yetirmək çətin məsələ idi; düzdü, Arzunun bu sözlərində, 
suallarında nəsə xoşagəlməz bir şey var idi, hətta birdən-birə Əflatun müəllim gəlib 
Ələsgər müəllimin yadına düşdü və Ələsgər müəllim gülümsəyib başını buladı: 
zəmanə uşağıdı də. Qoy elə belə də olsun. Qoy beləcə diribaş olsun. Qız uşağıdır, 
Ələsgər müəllim ömrü boyu onun yanında olmayacaq ki, dünyanı tutub qalmayacaq 
ki, günlərin bir günü köçüb gedəcək bu dünyadan, qoy Arzu özü öz haqqını tələb 


 
111
eləməyi bacarsın, indi ki, zəmanə Əflatun müəllim kimi adamlar yetişdirib, qoy, 
Arzu həmin adamlarla danışmağı bacarsın.  
Arzu səliqə ilə öz kitablarını yığdığı kiçik dolabının yuxarı tərəfindən divara 
vurdğu böyük fotonu göstərib dedi:  
– Onun balacasından alıb divar qəzetinin ortasına yapışdaracağam. Bu, qəzetin 
daimi materialı olacaq.  
Ələsgər müəllim o fotoşəkilə baxdı və bir söz demədi.  
Arzunun çox sevdiyi və par-par parıldayan nikel çərçivəyə saldığı bu 
fotoplakat Stalin baba ilə balaca bir qızın şəkli idi: Kremldəki qəbul zamanı o balaca 
qız Stalin babaya bir dəstə gül verib onu qucaqlamışdı, Stalin baba da o balaca qızı 
bağrına basmışdı, ikisi də gülürdü və nə vaxtki Arzunun kimə isə hirsi tuturdu, nəyə 
görəsə qanı qaralırdı, onda o şəkli gözlərinin qabağına gətirirdi. Stalin babanın da, o 
balaca qızın da gülən gözləri Arzunun ürəyini sevinclə, məhəbbətlə, nikbinliklə 
doldururdu.  
Ələsgər müəllim bu fotoplakatı məktəbdəki bütün sinif otaqlarına 
vurdurmuşdu, amma Arzu üçün bu az idi, plakatlar satılan mağazadan bunu alıb 
gətirib evdə beləcə divardan asmışdı. Arzu haradasa oxumuşdu ki, bu bəxtəvər qızın 
adı Gelya Markizovadır və Arzu bu fotoşəkli o qədər çox istəyirdi ki, hətta Gelya 
Markizovaya paxıllıq da eləmirdi, düzdü, hərdən gözünü yumub o fotoda Gelya 
Markizovanın yerində özünü təsəvvür edirdi, özü Stalin babaya gül dəstəsi verirdi, 
özü Stalin babanı qucaqlayıb öpürdü və bu, Arzunun ən gözəl xəyallarından biri 
idi... Gelya Markizova, əlbəttə, ən xoşbəxt sovet qızı idi... 
...Arzunun xəbəri yox idi ki, həmin dəm, 1939-cu ilin o qış günü o balaca qız – 
Engelsina (Gelya) Markizova Qazaxıstanda sürgündə idi. O balaca buryat qızının 
atasını – Buryat Monqol Vilayət Partiya Komitəsinin birinci katibi, Buryat Muxtar 
Respublikasını yaradanlardan biri Ərdan Markizovu – 1937-ci ilin dekabrında xalq 
düşməni kimi ifşa etmişdilər və yapon casusu kimi güllələmişdilər. Gelyanın anasını 
da həbs etmişdilər və o balaca qız özündən iki yaş böyük qardaşı Vladilenlə birlikdə 
tək qalmışdı; ata da yox idi, ana da yox idi, təkcə Kremldəki həmin qəbul zamanı 
Stalin babanın Gelyaya bağışladığı gözəl bir patefon onlarla birlikdə idi. Patefonun 
üstünə bərkidilmiş kiçik dəmir lövhəcikdə yazılmışdı: «Markizovoy Qele ot vojdya 
partii I.V. Stalina 27.1.36 q...»  
Əlbəttə, Ələsgər müəllimin də bundan xəbəri yox idi, gözlərini kitab dolabının 
yuxarı tərəfindən asılmış o böyük fotoplakatdan çəkdi: eybi yox, Arzu zəmanə uşağı 
idi, qoy belə də olsun. Belə olmasa, Əflatun müəllim kimi nadürüstlərin əhatəsində 
yaşamaq çətin olcaqdı.  
Bütün bunlar düz idi, belə olmalıydı, Ələsgər müəllim bunu başa düşürdü, 
amma... Amma həmişə belə məqamlarda kişinin ürəyindən nəsə nisgilə bənzər bir 
hiss keçirdi və həmişə də Arzunun üç-dörd ay bundan əvvəl doldurduğu anketi 
yadına salırdı. 
O sorğu-anketi Arzugilin məktəbdəki pioner baş dəstə rəhbəri paylamışdı və 
Arzu da gətirib o beş sualdan ibarət anketi evdə doldurmuşdu: 
1. Ən çox sevdiyin insan? 
Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin  
2. Sənə ən doğma olan adam? 
Arzu böyük, qırmızı hərflərlə yazmışdı: Stalin.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə