Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   48   49   50   51   52   53   54   55   ...   161

 
108
deyil, Əflatun müəllim, sən özün insan psixologiyasının gözəl bilicisisən, hərənin bir 
xasiyyəti olur, bu da belə adamdı də...» Əflatun müəllim geri çəkilmək istəmirdi: «– 
Inanın mənə, Ələsgər müəllim, – deyirdi, – bu, gizlin, o adı nədi, şey, trotskiçidir, ya 
da o, adı nədi, şey, zinovyevçidi! Gözlərindən görürəm!» Ələsgər müəllim asta-asta, 
təmkinlə, Əflatun müəllimin humanistliyini, incə qəlbli insan olmasını boynuna 
qoya-qoya o qara dumanları Xosrov müəllimin də başının üstündən dağıdırdı.  
Bir dəfə Əflatun müəllim özünü tələm-tələsik Ələsgər müəllimin müdir 
otağına dürtdü: «– Xəbərün var, Ələsgər müəllim, nolub?!» Ələsgər müəllim bu 
adamdan heç bir xeyir xəbər gözləmirdi və həmin dəfə də nigarançılıqla: «– Nə 
olub, Əflatun müəllim?»– soruşdu. Əflatun müəllim tələsdiyi üçün daha tez-tez 
çaşa-çaşa: «– O qəzet var e, – dedi, – adı nədi, şey, hə, «Azərbaycan piyaneri», 
onun, orda işləyənə nə deyirlər, şey, o adı nədi, şey, hə, müxbir gəlib, Xosrov 
müəllim də, o adı nədi, şey, bizim məktəbi tərifləyib!..» Ələsgər müəllim təəccüblə: 
«– Tərifləyib deyirsən?» – soruşdu. «– Hə, tərifləyib də, o adı nədi, şey, çox 
tərifləyib». Ələsgər müəllim: «–Yaxşı də, – dedi. – Tərifləyib, çox sağ olsun də». 
Həmişə belə vaxtlarda olduğu kimi Əflatun müəllim fikirləşirdi ki, bəli, bəli, elədir 
ki, var, əsl xalq düşməni Ələsgər müəllimin özüdür, amma deyirlər... Kişiylə uşaqlıq 
dostu olublar də, yerlisidir. Elə bil ki, Əflatun müəllim həvəskar bir balıqçı idi, 
Ələsgər müəllim də gözəl, iri, kök bir balıq idi və o balıqçı, gözünün qabağındakı bu 
iri balığı – Ələsgər müəllimi qarmağa keçirib sudan çıxartmaq xoşbəxtliyindən 
məhrum idi, gecə-gündüz xırda-xuruş balıq axtarırdı, onlar da ələ keçmirdi. «– O adı 
nədi, şey, yaxçı eləyib deyirsüz ki, ya, Xosrov müəllim tərifləyib bizim məktəbi? 
Bəlkə bizim o adı nədi, şey, siyasi sayıqlığımızı yatırmaq istəyib, hə? Mən bilirəm 
ki, bu, o adı nədi, şey düşmən hiyləsidir!..» Onda Ələsgər müəllim kimi zəmanədən 
hər şey gözləyən bir adam da, Əflatun müəllimin bu sözlərinə, Əflatun müəllimin 
mühakiməsinə, məntiqinə mat qaldı...  
Xosrov müəllim tək yaşayırdı, dəqiq adam idi, vaxtlı-vaxtında məktəbə 
gəlirdi, vaxtlı-vaxtında da məktəbdən gedirdi, bir dostu, yaxın tanışı yox idi, 
məktəbdə də heç kimlə yaxınlıq etmirdi, köynəyi, corabı həmişə təmiz olurdu, yəqin 
ki, özü yuyurdu, kostyumu da çox geyilməyinə baxmayaraq, səliqə-səhmanlı idi, 
düymələri tikili, şalvarı ütülü olurdu, yay-qış geydiyi qara ayaqqabısını da həmişə 
tərtəmiz silirdi, dabanı gedəndə təzə daban vurdururdu, qarlı-yağışlı günlərdə o 
ayaqqabının üstündən qaloş geyirdi. Xosrov müəllim Ələsgər müəllimin 
təsəvvüründə susuzluqdan saralıb-solub qurumaqda olan bir dənə uzun saplaqlı 
yarpaq idi ki, o yarpaqda həyat aləməti deyilən bir şey yox idi və o yarpağın didilib 
torpağa qarışmağına lap az qalmışdı, amma iki ay bundan əvvəl birdən-birə o yarpaq 
göyərməyə başladı. Xosrov müəllim göz-görəti dəyişdi, elə bil, qurumuş o saplaq 
torpaqdan su aldı, elə bil, gözünün kənarlarındakı o qırışlar da bir balaca açılmağa 
başlamışdı və o vaxt dünyanın ən gözlənilməz bir xəbəri Ələsgər müəllimə ləzzət 
verdi: Xosrov müəllim evlənmişdi.  
Firuzə xanım işləməsə də, ömrünü Ələsgər müəllimin rahatlığına və Arzunun 
böyüməsinə həsr etsə də, həmişə məktəbdəki hadisələrdən xəbərdar olurdu, əri ilə 
bir çarpayıda yuxuya getməzdən əvvəl, Ələsgər müəllim yavaş-yavaş danışırdı, 
ürəyini boşaldırdı və Firuzə xanım da həmin gün məktəbdə nə baş verdiyini bilirdi. 
Arzunun qonaqlıqlarında cəmi ikicə dəfə üzünü gördüyü Əflatun müəllimin qarasına 
qarğış edirdi: «– O tramvay sürəni görüm elə tarmvay altında qalsın!..» Ələsgər 


 
109
müəllim: «–Əşşi, adamdı də, insandı, uşaqları var, niyə elə deyirsən?..» – deyirdi. 
Firuzə xanımın hirsi soyumurdu: «– O cürə adamı görüm qara torpağın içinə girsin!.. 
Başqaları bəs adam deyil?! Başqalarının uşağı yoxdur?!..» Ələsgər müəllim daha da 
yavaşdan pıçıldayırdı: «– Onda təqsir yoxdu, zəmanə çətin zəmanədi». Firuzə xanım 
doluxsunurdu: «– Yazıq Əvəz bəy... Özü də boynuna alıb ki, ingilis şpiyonudu.... 
Gör o ağsaqqal kişinin başına nə oyun açıblar də... Fransada olub, heç olmasa, 
fransız şpiyonu eləyəydilər onu. O bədbəxt oğlu, bədbəxtin arvadını, qızını da 
sürgün eləyiblər Qazaxıstana....» Ələsgər müəllim dərindən nəfəs alıb: «– Yat... –
deyirdi. – Yat...».  
Elə ki, keçən ilin axırlarında Əflatun müəllim məktəbdən getdi, Firuzə 
xanımın da qarğış eləməyə adamı qalmadı. Düzdü, Ələsgər müəllimin yeni idman 
müəllimi Xıdır müəllimdən gözü su içmirdi, amma, o, hələ Firuzə xanımın qarğışına 
layiq bir iş görməmişdi. Xıdır müəllimi Əflatun müəllimin zəmanəti və təkidi ilə işə 
götürmüşdülər və Ələsgər müəllim buna bir də ona görə razı olmuşdu ki, belə bir 
hörmət, belə bir xidmət müqabilində Əflatun müəllim də məktəbdə xalq düşmənləri 
axtarıb, tapmaq, onları ifşa etmək yolunda çox cənfəşanlıq göstərməsin, o da 
Ələsgər müəllimin sözünü eşitsin. Əflatun müəllim Xıdırı tərifləyə-tərifləyə deyirdi: 
«Bir fizkultirnikdi ki, Ələsgər məllim, o adı nədi, şey, əsl biz deyən! Sportu onun 
kimi bilən yoxdu. Yoldaş Stalinin o adı nədi, şey, istəyinə layiq fizkultirnikdi. 
Gələcəyi, o adı nədi şey, gələcəyi quranlardandır! Bulvardakı vışkadan paraşutdan 
atdanıb!»  
Xosrov müəllimin birdən-birə evlənməsi isə (özü də belə bir zəmanədə!) 
Firuzə xanıma da əri kimi, ləzzət eləmişdi. Qəribə idi, Xosrov müəllim hər il qışda 
Arzunun ad gününə gəlirdi, bir-iki yüz qram araq içirdi, üç-dörd loxma çörək 
yeyirdi, dinib-danışmırdı, amma Firuzə xanımın ondan xoşu gəlirdi, gecələr Ələsgər 
müəllimə: «–Vallah, yaxşı adamdı bu Xostov müəllim, deyirdi. – priliçnidi e, 
priliçni. Abırlı-həyalı adamdı. Allah bilir, başı nələr çəkib... Bütün ailəsi qırılıb bu 
bədbəxtin, ay Ələsgər?» «– Helə danışırlar, vallah, nə bilim. Dəhşətdi e, dəhşət 
olmayanda nədi?..»  
Arzunun on yaşı tamam olan həmin qış günü Firuzə xanım qoz ləpəsini, ərik 
qurusunu nəlbəkilərə yığıb qurtardı və hələ də səliqə ilə soyutma toyuqları doğrayan 
Ələsgər müəllimə dedi:  
– Təki Xosrov müəllimin arvadı özünə layiq olaydı.  
Layiq olar də, niyə olmasın? Bəyənib ərə gedibsə, yaxşı olar, uşaq deyillər 
ki? 
– O yazıq, paltosunun düymələrini özü tikirdi, bizdə paltosunu çıxarıb asanda 
görmüşəm. Indi, heç olmasa, fağır, bir gün görər.  
Hava tez qaraldı və o qaranlıqda da bayırın qarı elə-eləcə tərtəmiz bir ağlıq 
içində idi. Ələsgər müəllimin yaxşı yadındaydı, 37-ci ilin yanvarında Bakıda 
dəhşətli qar qasırğası oldu və Ələsgər müəllim ömründə helə bir qasırğa 
görməmişdi. Sən demə, 37-nin yanvarındakı o qasırğa adicə təbiət hadisəsi deyilmiş, 
sonrakı dəhşətləri əvvəlcədən xəbər verirmiş. Iki il bundan əvvəlki o qasırğa zamanı 
yaxşı yadındadı, Ələsgər müəllim, bax, bu pəncərənin qabağında dayanıb özünə izah 
edə bilmədiyi bir narahatlıq keçirirdi, amma indi qaranlıq içində parıldayan o qar, 
elə bil ki, gözəl bir sakitlikdən xəbər verirdi... Hər halda, o gözəl qış axşamı Ələsgər 
müəllimin ürəyi belə deyirdi...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə