Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   44   45   46   47   48   49   50   51   ...   161

 
100
Teatrında «Anna Karenina»ya, «Ryui Blaz» a getmişdi, Gürcüstanın xalq artisti, 
ordenli Arakişvilinin, RSFSR-in əməkdar artisti Darya Spirişevskayanın 
konsertlərində olmuşdu, sirkdə Alli-vad attraksionuna baxmışdı. Arzunun bəstəkar 
Çişkonun «Potyomkin zirehli gəmisi» operasından çox xoşu gəlirdi, beş dəfə gedib 
bu operaya baxmışdı, amma elə ki, 1937-ci il gəldi, Üzeyir Hacıbəyovun «Koroğlu» 
operası tamaşaya qoyuldu, Arzu, ən azı, ayda üç dəfə Ələsgər müəllimlə birlikdə 
gedib o operaya tamaşa edirdi, hətta bir dəfə Firuzə xanımı da məcbur edib evdən 
çıxartdı və ömürlərində birinci dəfə üçü də bir yerdə – Ələsgər müəllim, Arzu, 
Firuzə xanım – operaya baxdılar.  
Əlbəttə, bunlar hamısı çox gözəl idi, amma Arzu üçün kitabın yerini heç nə 
vermirdi və bir az böyüyəndən sonra Arzu özü evlərindən dörd tin aşağıda açılmış L. 
M. Kaqanoviç adına kitabxanaya abunə yazılmışdı və bir ucdan həmin 
kitabxanadakı kitabları  oxuyub sona çatmaqla məşğul idi. Keçən il L.M. 
Kaqanoviçin 50 yaşı tamam olanda, kitabxana müdiriyyətinin yoldaş Stalinin ən 
yaxın silahdaşlarından birinə göndərdiyi təbrik məktubunda fəal oxucu kimi, 
Arzunun da imzası var idi. Kitabxananın şanlı sovet Arktika tədqiqatçısı, Sovet 
Ittifaqı Qəhrəmanı, SSRI Ali Sovetinin deputatı Ivan Dmitriyeviç Papaninə 
göndərdiyi təbrik məktubunda da (bu stalinçi qəhrəmanın da 50 yaşı tamam olurdu) 
alovlu bolşevik salamı, alovlu komsomol salamı yetirənlərlə bərabər, qəhrəmana 
alovlu pioner salamı da yetirilirdi və o beş pionerin arasında Arzu da var idi.  
Arzu indi dördüncü sinifdə oxuyurdu, amma səkkizinci, doqquzuncu sinfin 
riyaziyyat məsələlərini asanlıqla həll edirdi və məktəbin ciddi, savadlı riyaziyyat 
müəllimi Əlibaba müəllim Arzunu «Sofya Kovalevskaya»– deyə çağırırdı, «– 
Mənim, – deyirdi, – belə şeyləri əvvəldən hiss eləməyimə söz yoxdur. Iyirmi ildir 
müəlliməm. Bu uşaq böyük alim olacaq! Onda, – deyirdi, – biz hamımız fəxr 
edəcəyik ki, bunun müəllimləri olmuşuq! Baxarsız, mən ölü, siz diri, görərsiz. Mən 
indiyəcən hansı şagirdə nə diaqnoz qoymuşam, elə də olub! Əgər Arzu, doğrudan 
da, Azərbaycanın Sofya Kovalevskayası olmasa, onda mən heç nə bilmirəm! Onda 
mən müəllim deyiləm, upravdomam! Bununki adicə istedad-zad deyil, vergidi, 
vergi!»  
Əlbəttə, Arzu ekstern imtahan verib səkkizinci, ya doqquzuncu (lap onuncu) 
siniflərdən birində oxuya bilərdi, amma Ələsgər müəllim bunu istəmirdi:birinci ona 
görə ki, Arzu yaxşıca iştahla yesə də, kök və canlı olsa da, hər halda, uşaq idi və 
birdən-birə beləcə ağır yükün altına girməyinə ehtiyac yox idi, tədricən yetişməyi 
yaxşı idi, uşaq idi, qoy uşaq kimi də böyüsün, ekstern imtahanlar isə, Ələsgər 
müəllimin fikrinə görə, gələcəyin işi idi, Arzu məktəbi bitirib instituta girəcəkdi, qoy 
onda ekstern imtahanları versin, birdən-birə üçüncü,beşinci kursa keçsin, müdafiə 
etsin, namizəd yox, birdən-birə lap doktor olsun – bunlar gələcəyin işi idi, Əlibaba 
müəllim demişkən, o vergi, o həvəs ki, bu uşaqda var idi, Allah qoysa (Ələsgər 
müəllim ürəyində Allaha inanan adam idi və məktəbdə bunu, əlbəttə, heç kimə 
bildirmirdi), heç kim onun əlindən almayacaqdı; ikincisi də ona görə ki, Ələsgər 
müəllim özü məktəb müdiri idi, Arzu da həmin məktəbdə oxuyurdu və öz qızının 
sinifləri beləcə dalbadal adlaması xoşagəlməz söz-söhbətə səbəb olardı, bu cür söz-
söhbətləri isə Ələsgər müəllim heç vaxt xoşlamamışdı.  
Ələsgər Babazadə inqilabdan əvvəl Bakının neft çıxarılan fəhlə rayonlarında – 
Ramanada, Suraxanıda, Sabunçuda yeni açılmış ibtidai məktəblərdə müəllimlik 


 
101
etmişdi və düz on səkkiz il idi ki, Bakıda məktəb müdiri, həm də coğrafiya müəllimi 
idi. Ömrü boyu siyasətə qarışmayan (indinin özündə də bitərəf idi), heç kimlə işi 
olmayan, həmişə hamını yola verməyə çalışan, imkanı olanda yaxşılıq eləyən bu 
adam, yaşı hələ əllini ötməsə də, Bakı maarif işçiləri arasında ağsaqqal hesab 
olunurdu, hörmət və nüfuz sahibi idi. Elə buna görə də ötən 37–38-ci illər fırtınası 
Ələsgər müəllimin müdir işlədiyi məktəbdən cəmi iki nəfər adam aparmışdı: əsrin 
əvvəllərində Sarbon Universitetini əla qiymətlərlə bitirmiş, bir müddət həmin 
universitetdə saxladılıb dərs demiş, sonradan öz doğma xalqına xidmət etmək 
məqsədilə Bakıya qayıtmış, uzun müddət Azərbaycan mətbuatında çalışmış, 
Azərbaycan dilinin yeni qrammatikasını yazmış, Molyerin, Hüqonun, Stendalın 
əsərlərini Azərbaycan dilinə tərcümə etmiş və inqilabdan sonra orta məktəbdə 
fransız dili müəllimi işləyən bitərəf Əvəz bəy Muğanlinski; bir də ki, Moskvada 
Qızıl Professuranı qurtarıb gəlmiş cavan ədəbiyyat müəllimi, partiyaçı Fərid Şirinli 
– vəssalam. Ələsgər müəllimin müdir işlədiyi məktəbdə, cəmi ikicə nəfər xalq 
düşməni ifşa olunub həbs edilmişdi (deyirdilər ki, guya, ikisi də güllələnib, amma bu 
barədə rəsmi bir məlumat yox idi), Bakının isə elə məktəbləri var idi ki, 
müəllimlərinin əlli faizi, altmış, hətta yetmiş faizi xalq düşməni elan olunmuşdu və 
həmin məktəbin müdirləri, partiya təşkilatı katibləri Bakıda keçirilən maarif 
müşavirələrində, rayon partiya komitələrinin plenumlarında o rəqəmləri xitabət 
kürsülərindən fəxrlə sadalayırdılar, sonra baxıb görürdün ki, o rəqəmlərlə o cür fəxr 
eləyən həmin məktəb müdirinin, həmin partiya təşkilatı katibinin özü xalq düşməni 
kimi ifşa olundu və gələn dəfə elə həmin xitabət kürsüsündən bu məlumatı yeni 
müdir, yeni partkom verdi...  
Fərid Şirinli hekayələr yazırdı, ara-sıra mətbuatda çap olunurdu, Moskvada Əli 
Nazimlə bir yerdə oxumuşdu, Mikayıl Müşfiqlə dost idi, yeri gəldi-gəlmədi, onları 
müdafiə edirdi, elə onların da oduna yandı. Əvəz bəy də, yazıq... Əvvəldən hiss 
eləmişdi ki, başının üstünü qara dumanlar alır, birdən-birə yoxa çıxdı, arvadı 
məktəbə ərizə yazdı, milisə ərizə yazdı ki, Əvəz bəy itib; o itib– bu itib, düz doqquz 
ay Əvəz bəydən xəbər çıxmadı, sonra qonşulardan kimsə xəbər verdi və orqan 
işçiləri Əvəz bəyi öz evindəki paltar dolabının içindən çıxartdı; məlum oldu ki, 
arvadı Əvəz bəyi doqquz ay paltar dolabının içində gizlədib saxlayıb...  
Əvəz bəyi məktəbdə partiya təşkilatının, komsomol komitəsinin, pioner 
təşkilatının birgə iclasında, Rayon Partiya Komitəsində şöbə müdiri işləyən 
Cümşüdlünün iştirakı ilə xalq düşməni kimi ifşa etdilər, terrorçuluqla məşğul olan 
ingilis casusu kimi də həbsə aldılar və güllələdilər.  
Əvəz bəy düz səkkiz il dalbadal Arzunun anadan olduğu günlərdəki 
məclislərdə iştirak etmişdi; gətirdiyi hədiyyələri – gözəl kitablar tapıb gətirirdi– 
həmişə özü Arzuya təqdim edirdi və: «–Je vu felisit, madmuazel!..» – deyirdi, amma 
xalq düşməni çıxıb həbs olunduğuna görə iki il Arzunun məclisində yox idi. 
Arzunun çox iti yaddaşı var idi, üç-dörd yaşındakı hadisələri xatırlayırdı, inişilki 
qonaqlıqda da yəqin ki, o gözəl kitabları xatırlayıb birdən-birə: – «– Əvəz baba 
yoxdu....» – dedi. Qonaqlıq qurtarandan sonra Ələsgər müəllim evin içində, az qala, 
pıçıltıyla Arzuya dedi: «– Sən daha Əvəz babanın adını çəkmə...» Arzu təəccüblə: 
«– Niyə?» – soruşdu. Ələsgər müəllimin dili gəlmədi ki, Əvəz bəyin düşmən 
olduğunu evində də təkrar etsin, odur ki: «– Belə məsləhətdi...» – dedi. Arzu 
məktəbdə «Pavlik morozovçular dəstəsi»nin fəal üzvü idi, siniflərinin divar qəzetini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə