Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   45   46   47   48   49   50   51   52   ...   161

 
102
çıxarırdı, kitabxanada oturub heç kimin köməyi olmadan özü həmin divar qəzeti 
üçün Hüseyn Cavidi pionerlərin düşməni kimi ifşa edən baş məqalə yazmışdı, amma 
Arzu, hər halda, uşaq idi və bir müddət Ələsgər müəllimdən əl çəkmədi: «– Niyə 
belə məsləhətdi?». 
Firuzə xanım Arzuya nə dedi, nə demədisə, axır ki, bu suallar kəsildi, amma 
Ələsgər müəllim ehtiyat üçün Əvəz bəyin bağışladığı o kitabları evinin zirzəmisində 
gizlətdi və Arzu bir daha o gözəl kitabları görmədi və heç vaxt da Əvəz bəyin adını 
çəkmədi. Ələsgər müəllim Füzulinin və Vaqifin şerlərindən ibarət iki qədim 
əlyazmasını da həmin zirzəmidə gizlətmişdi, çünki o əlyazmaları təbii ki, ərəb 
əlifbasında idi.  
Indi o adam ki, ərəb əlifbası ilə kitab oxuyurdu, ərəb əlifbası ilə məktub 
yazırdı– o əlifba ilə ki, bu bədbəxt xalq min il idi yazırdı, oxuyurdu – onu xalq 
düşməni kimi ifşa edirdilər; hərgah evində ərəb əlifbası ilə kitab varsa, deməli, sən 
mollasan, dini təbliğ edirsən (kimə başa salasan ki, bu, Füzulidi, Vaqifdi!..), yaxud 
sən Müsavatın agentisən, qatı burjua millətçiçisən, pantürkistsən (ən dəhşətli ittiham 
bu idi – pantürkist!), panislamistsən... Tək kitabdı bəyəm? Bunlar daşlarla da 
düşmənçilik edirlər. Bibiheybətdəki o gözəl məscidi ki, adam baxanda onun 
yaraşığına mat qalırdı, uçurub dağıtdılar, yerlə-yeksan elədilər. Maştağadakı o 
qədim məscid də elə... Azərbaycanda nə qədər tarixi məscidlər dağıdıldı?.. Şəkidəki 
o qədim, o gözəl məscid... Dünyanın ən günahsız yeri qəbiristanlıqdı, ora da əl 
atırlar, orada da məqbərələri dağıdırlar... Qəbiristanlıqda da bəd əməl axtarırlar... 
Hansını deyəsən? Yaxşı, ay əclaflar, ay vicdansızlar, ay nankorlar, ay adını yeni 
həyat qurucusu qoyub, həyatı dağıdanlar, yaxşı, deyək ki, məscidlər 
müsəlmanınkıdı, siz də ki, Islamla qanlı-bıçaqsınız, bəs, onda Bakının ən gözəl 
yerindəki o nəhəng Aleksandr kilsəsinin niyə daşını daş üstündə qoymadınız, uçurub 
yox elədiniz?..  
Ələsgər müəllim bunları fikirləşirdi və fikirləşdikcə də bu təmkinli adam 
həmişə öz-özünə əsəbiləşirdi, bütün içi qapqara qanla dolurdu. Məsələ 
müsəlmanlıqda, xristianlıqda deyildi, bunların mayasında dağıtmaq, sökmək, kor 
qoymaq, yerlə-yeksan eləmək, ocaqları söndürmək var idi. Bunların etiqadı 
şeytanadı!.. Oğul atanı satır, qardaş qardaşı ifşa edir, qız anadan imtina edir, arvad 
ərindən partiya təşkilatına şikayət yazır, komsomol iclaslarında bacı-bacıdan 
casusluq edir, məscidlər dağıdılır, kilsələr dağıdılır, adam gecə arvadıyla da 
danışanda siyasi səhv buraxmaqdan ehtiyat edir, bunun axırı nə olacaqdı, Xudaya?! 
Bu necə zəmanədir, bu necə ölkədir, bu necə quruluşdur?! Insan başı ilə toyuq 
başının fərqi yoxdur, insanın başını da toyuğun başı kimi, haçan istəsələr, onda da 
üzə bilərlər... hansı məmləkətdə belə şey olub, hansı dövrdə bu qədər günahsız qan 
axıdılıb, bu qədər qorxu olub?!.. Marks belə demişdi?! Engels belə demişdi?! Lenin 
belə demişdi?! Nə isə... Bu işlər barədə beləcə fikirləşmək də düz deyildi (adam özü-
özündən ehtiyat edirdi).  
Ələsgər müəllimin məktəbində həmin iki müəllimdən başqa, cəmi on doqquz 
nəfər yuxarı sinif şagirdi komsomoldan xaric edilmiş, məktəbdən çıxarılmışdı. Bu 
on doqquz uşaqdan on biri heç, onlara kömək etmək mümkün deyildi, çünki xalq 
düşmənlərinin uşaqları idi, amma yerdə qalan səkkiz uşaqla bağlı Ələsgər müəllim 
gözdə-qulaqda idi, ara bir balaca sakitləşən kimi, onları məktəbə bərpa edəcəkdi 
(ikisini artıq bərpa etmək üzrə idi) və ümumiyyətlə, Ələsgər müəllimin müdir 


 
103
olduğu məktəb Bakının başqa məktəblərinə, başqa idarə və müəssisələrinə nisbətən 
çox sakit yer idi, cəncəl adamlar yox idi, təkcə məktəb partiya təşkilatı katibi 
Əflatun müəllim idi. 1936-cı ildə raykomdan göndərilmişdi, indi Allaha şükür ki, o 
da keçib başqa məktəbdə müdir olub. Düzdü, vay Əflatun müəllimin müdir olduğu 
məktəbin halına, amma, hər halda, Ələsgər müəllimgilin məktəbindən uzaqlaşıb 
getmişdi.  
Əflatun müəllim, əslində, müəllim deyildi, Ələsgər müəllimin təsərrüfat işləri 
üzrə müavini, eyni zamanda, məktəb partiya təşkilatının katibi idi. Vaxtilə 
tramvaysürən olmuş bu adam 1936-cı ilin avqustunda Moskvada «Trotskiçi – 
zinovyevçi terrorçuluq mərkəzi»nin məhkəməsi başlayandan və qəzetlər 
Zinovyevin, Kamenyevin, on dörd digər müttəhimin qanlı cinayətlərini, bu 
azğınlaşmış alçaqların böyük sovet xalqına, işıqlı leninizm ideyalarına, şəxsən dahi 
rəhbər Stalin yoldaşa qarşı qatı düşmənçilik fəaliyyətini ifşa edəndən sonra, partiya 
sıralarına daxil olmuşdu. Əflatun müəllim böyük sayıqlıq göstərərək elə həmin 36-cı 
ildə Bakı Tramvay Parkında iki nəfər tramvaysürən yoldaşını trotskiçi, bir nəfər 
konduktoru isə zinovyevçi kimi ifşa etmişdi və o vaxtdan da fəal ictimai fəaliyyətini 
davam etdirirdi, xalq düşmənlərini, casusları axtarıb tapmağa və ifşa etməyə xüsusi 
həvəsi var idi, amma Ələsgər müəllimin yanında işi keçmirdi.  
Məsələ burasında idi ki, Ələsgər müəllim qubalı idi, yəni Azərbaycan K(b)P 
MK-nın birinci katibi Mir Cəfər Bağırov yoldaşın yerlisi idi və Ələsgər müəllim özü 
bu barədə bir kəlmə deməsə də, belə bir şayiə gəzirdi ki, guya, Mir Cəfər Bağırov 
yoldaş Ələsgər müəllimi şəxsən tanıyır, guya, uşaqlıqları bir yerdə keçib. Düzdü, 
Ələsgər müəllim Azərbaycan bolşeviklərinin rəhbəri Mir Cəfər Bağırov yoldaşdan 
altı yaş böyük idi– Mir Cəfər Bağırov yoldaş 1896-cı ildə anadan olmuşdu, Ələsgər 
müəllim isə 1890-cı il təvəllüdlü idi– amma heç kim bunun fərqinə varmırdı və heç 
kim də bu barədə Ələsgər müəllimdən bir söz soruçmurdu;bir halda ki, söhbət 
şəxsən Mir Cəfər Bağırov yoldaşdan gedirdi, o yerə burun soxmaq məsləhət deyildi. 
Əlbəttə, bu şayiələrdən raykomun da, 37-38-ci illərdə hər iki aydan bir dəyişən 
maarif rəhbərliyinin də – yeni maarif müdirləri gəlirdi, bir azdan xalq düşməni kimi 
ifşa olunurdu, yerinə təzələri gəlirdi– xəbəri var idi və heç kim bu söhbətin dərininə 
getməsə də (kim gedib Mir Cədər Bağırov yoldaşdan soruşacaqdı ki, Ələsgər 
müəllim sənin uşaqlıq dostundu, yoxsa yox?), bərayi-ehtiyat, Ələsgər müəllimə 
hörmət edirdilər.  
Əflatun müəllim böyük oğlunun adını Stalinin kollektivləşdirmə siyasətinin 
şərəfinə Kolxoz qoymuşdu və fikirlərini bir o qədər də dəqiq ifadə edə bilmədiyinə 
baxmayaraq, partiya iclasından tutmuş pioner toplanışlarına qədər, bütün iclaslarda 
çıxış edirdi, xalq düşmənlərinin əhatəsində həmişə sayıq olmağa çağırırdı. Əflatun 
müəllim məktəbdə xalq düşməni kimi ifşa etmək üçün kimisə qaralayanda, material 
toplamağa başlayanda, Ələsgər müəllim təmkinlə işə qarışırdı, Əflatun müəllimin 
boynuna qoyurdu: «– Sən, axı, ay Əflatun müəllim, humanist adamsan, xeyirxahsan, 
hamıya yaxşılıq eləmək istəyirsən, tələsmə...» 
Ələsgər müəllimin bu sözləri açıq-aşkar Əflatun müəllimin ürəyinə yayılırdı 
və dili böyük olduğu üçün kələ-kötür danışan Əflatun müəllim: «– Bunlar hamısı 
belədi e, Ələsgər müəllim...– deyirdi. – Ancaq biz gərək, o adı nədi, şey, siyasi 
sayıqlığımızı itirməyək də! Hər tərəf, o adı nədi, şey, maskalanmış xalq düşmənidi 
də! Elə bilirsən bunları tutmağnan qurtarandı?!! Baxırsan ki, hə,nədi ki, artistdi də, o 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə