Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   41   42   43   44   45   46   47   48   ...   161

 
93
bilinməyən o qəbir daşları kimi, adi bir şey olmuşdu, amma bu adiliyə baxmayaraq, 
o qoxu özü ilə birlikdə ehtiyat və sayıqlıq gətirirdi.  
Spirt iyi bu dar dalanda, xüsusilə, hiss olunurdu, çünki buradakı evlərdən, 
buradakı insanlardan spirt iyinə bənzər heç bir qoxu gəlmirdi. Gicbəsər o tünd sarı 
qapıların arxasında yaşayan adamları görmürdü, amma o adamların nəfəsini 
duyurdu, mətbəxlərindən gələn iyi hiss edirdi və bu mətbəx qoxusunun özündə də 
Gicbəsərin alışmadığı bir təmizlik var idi; bayaqdan bəri Gicbəsər bu dar dalanda
elektrik dirəyinin dibində uzanıb bu dalanın sakitliyi və rahatlığı içində, elə bil ki, 
tünd sarı qapılar arxasındakı o görünməz adamların mehribanlığını da duyurdu.  
Bir nəfər dar dalanın qabağında dayandı və əynində toza-torpağa bulaşmış göy 
şalvar, yaxası açıq, düymələrinin çoxu qırılmış qara köynək və tamam çirklənib 
əldən düşmüş qəhvəyi pencək olan, sinəsi, qolları tüklü bu arıq kişi əlini dalanın 
küncünə dirəyib bir az yerində yırğalandı, sonra axıb gedən dumanlı gözlərini qıyıb 
küçənin aşağısına – yuxarısına baxdı, sonra dalana baxdı, dirəyin dibində uzanıb 
qara gözlərini ona zilləmiş iti gördü, elə bil ki, həm bir az sevindi, həm də 
təəccübləndi:  
– A-a-a... Sən də... bur... dasan?..  
Yəqin ki, bu sözlər o dar dalanda çox məhrəmanə səsləndi, çünki Gicbəsər 
səksənmədi, narahat olmadı və yalnız o adam dalanın içinə doğru gəlməyə 
başlayanda ayağa qalxdı.  
– Dur-r-rma... Dur-r-rma... Uzan... Proşu da tebya... – O adam ayaq saxladı, əli 
ilə də işarə etdi ki, it qalxmasın, uzansın, sonra özü birdən-birə dizləri üstə asfalta 
çökdü və iməkləyə-iməkləyə Gicbəsərə tərəf gəlməyə başladı. Tülkü Gəldi 
Qəbiristanlığındakı insanların arasında keçirdiyi o uzun illər boyu bu itdə, elə bil ki, 
adamları əvvəlcədən tanımaq, bəd işləri əvvəlcədən hiss etmək sövq-təbiisi 
yaranmışdı və indi yəqin ki, iməkləyə-iməkləyə gələn bu adamdan bəd bir hərəkət 
duymadı və ürküb qaçmadı. Arıq kişi iməkləyə-iməkləyə gəlib itlə üzbəüz, lap 
burun-buruna dayandı və qəflətən ağlamağa başladı.  
Bu adamın bütün vücudundan tünd spirt iyi gəlirdi və bu iy Gicbəsəri 
təngidirdi, amma qəribəydi, it kənara çəkilmədi, qara gözlərini bu arıq kişinin 
rəngini itirmiş və sulanmış gözlərinin içinə zillədi; it, elə bil, başa düşürdü ki, bu 
adamın işləri yaxşı deyil, bu adam ağlayır və bu adam yazığın biridir; həmin 
yazıqlıq, elə bil ki, o günorta çağı, o dar dalanda o adamla Gicbəsər arasında bir 
yaxınlıq, hətta doğmalıq əmələ gətirdi.  
Kişi dirəyın dibində, itin yanında oturdu, sümüyü çıxmış kürəklərini dirəyə 
dirədi, ayaqlarını uzatdı və eləcə ağlaya-ağlaya əlini uzadıb itin çənəsini tumarladı. 
Gicbəsər başını geri çəkmədi, əksinə, özünü bir az da irəli verdi, kişinin spirtli nəfəsi 
düz Gicbəsərin burnuna vururdu, amma it buna dözürdü, çünki çənəsini tumarlayan 
o əlin mehribanlığı o qoxunun acısından qat-qat artıq idi; bəlkə də bu it başa düşürdü 
ki, o qoxu olmasaydı, bu mehriban əl də beləcə onun çənəsini tumarlamayacaqdı.  
Arıq kişi gözlərini, burnunun suyunu əli ilə silib, uzun dırnaqlarının arası 
qapqara çirklə dolmuş barmaqlarını nə vaxtdan bəri qırxmadığı çal saqqallı sifətində 
gəzdirdi: 
– Bilir-r-sən... Vahid nə deyib? – soruşdu. – Vahid... Vahid deyib ki... 
yolunda... yolunda candan keçər-r-rəm... sevgilim!.. Gör-r-rür-r-rsən?.. Mənə 
deməyiblər-r-e, belə söz deməyiblər-r-! Vahid gör-r-rür-r-sən... necə deyib: yolunda 


 
94
candan... keçər-r-rəm, sevgilim... It olaydım da gər-r-rək mən!.. It yaxşıdı!.. It olmaq 
adam olmaqdan... yüz dəfə... yüz dəfə yaxşıdı!.. 
Kişi yenə gözlərini sildi və birdən-birə dibinə bir nigarançılıq, narahatlıq dolan 
rəngsiz gözləriylə o dar dalanın girəcəyinə tərəf baxdı və əmin olandan sonra ki, heç 
bir təhlükə yoxdur, əlini qəhvəyi pencəyinin döş cibinə saldı, bir dolu şüşə çıxarıb 
yenə də eyni nigarançılıq və narahatlıqla dalanın girəcəyinə baxdı, sonra çirkli 
dırnaqları ilə şüşənin ağzını açıb şirin, qırmızı çaxırı qurtum-qurtum içməyə başladı.  
– Məni... it doğaydı də... gər-r-rək anam... Anam pisiydi də... köpək qızı 
anam... it doğmadı də məni!.. It olar-r-dım... gəzər-r-dim... sənnən bir yer-r-rdə 
küçələrdə... Səniynən dost olardım... Dost olar-r-dıq özümüzçün... Adamlar 
çox...əclafdı, e... bilirsən?.. çox əclafdı... Mən istəyir-r-rəm ki... it olam... Bax 
...belə!.. – Və o arıq kişi də it kimi hürməyə başladı və onun eləcə hürməyi, elə bil 
ki, bu dar dalanın o rahatlığını, o təmizliyini Gicbəsər üçün daha da artırdı, o 
sakitliyi də pozmadı, əksinə, o sakitliyin davamı oldu.  
Arıq kişi əlini dizinə vurdu: 
– Bur-r-ra qoy başını... Qoy bur-r-ra!.. Mənim qar-r-daşım sənsən... Sənə 
həmişə yemək... gətir-r-rəcəyəm... Səni apar-r-rıb...evimdə saxlayacağam... Bilir-r-
rsən necə... evim var? Dvar-r-resdi!.. Maşında gəzdir-r-cəyəm... səni... On dənə... 
maşınım var-r-r... Hansında istəsən gəzdir-r-rəcəyəm... səni... Istəyir-r-rsən... Hə?.. 
Şoferlərim də var-r-r e!.. Ancaq bilir-r-sən... mən it olmaq istəyir-r-rəm!.. – Arıq kişi 
yenə də ağlamağa başladı. – It... it olmaq istəyir-r-rəm!..  
O sakit, rahat və təmiz dalanda dünyanın qəribə bir hadisəsi baş verdi; it bu 
adama baxdı, baxdı və birdən dizlərini büküb qarnı üstə yerə çöməldi və çənəsini 
arıq kişinin qılçının üstünə qoyub gözləri ilə altdan yuxarı ona baxdı. Arıq kişi itin 
bu hərəkətini adicə bir şey kimi qəbul edib (elə bil, elə belə də olmalıymış, it onun 
dediklərini başa düşməliymiş), sol əli ilə Gicbəsərin başını tumarlamağa, 
qulaqlarının altını qaşımağa başladı.  
– It olmaq istəyir-r-rəm... – Sağ əlində tutduğu şüşədən bir qurtum da içdi. – 
Vahid bilir-r-sən... nə deyib? Vahid e!.. Əliağa Vahid... Deyib ki... insanlar-r-rda... 
insanlar-r-rda vəfa yoxdu... Əclafdı də insanlar-r-r!.. Ancaq mən... əclaf döyüləm!.. 
Bilir-r-sən... sənə necə baxacam?.. Hər şey alacam sənə!.. Doxtur-r-rski kolbasa... 
tapacaqlar-r-r... mənimçün... Iki kilo!Ver-r-rəcəm sənə... hamısını ver-r-rəcəm 
sənə!.. Ancaq mən də... it olmaq istəyirr-rəm!.. it olsaydım... bir-r-r yer-r-rdə yeyər-
r-rdik doxturs-r-ski kolbasanı!.. 
Əlbəttə, Gicbəsər bu adamın dediyi sözlərin mənasını başa düşmürdü, amma 
bu sözlərin deyilişində it üçün gözəl bir musiqi var idi və o gözəl musiqi dar 
dalandakı bu gözəl sakitliyi, rahatlığı müşayiət edirdi və it çənəsini o arıq kişinin 
qılçına elə qoymuşdu ki, elə bil, həmişə beləcə qalacaqdı, heç vaxt başını bu 
mehriban qılçın üstündən qaldırmayacaqdı. Spirt iyi, xüsusən, şüşədən gələn o qoxu 
güclə hiss olunan o gözəl əhəng qoxusunu yox eləyirdi, bu sərt qoxu dar dalanın o 
ehtiyatlığı və sakitliyi ilə bir o qədər də uyuşmurdu, amma bu adamın itin başını 
tumarlayan, qulaqlarının altını qaşıyan əlindəki mehribanlıq, nəvaziş hər şeyi 
üstələyirdi, dünyanın bütün pis qoxularını bir kənara atırdı və görünür, bu it heç 
zaman belə bir mehribançılıq içində olmamışdı. Düzdü, lap küçük vaxtlarından isti 
və iri bir insan əlinin hərarəti uzun müddət Gicbəsərlə birgə oldu, zaman keçdikcə 
çox uzaqlarda qaldı və indi o dar dalanda, çənəsini o arıq kişinin qılçına qoymuş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə