Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   40   41   42   43   44   45   46   47   ...   161

 
91
Səlahiyyətli müvəkkil tapançanı qoburuna basdı, hələ yanıb qurtarmamış, 
közərən odun parçalarını dartıb tonqaldan çıxartdı, boz ürgənin üstünə yığmağa 
başladı və Hadrutun altı kilometrliyindəki həmin yerdə səhərə yaxın təzədən kiçik 
bir tonqal alovlandı.  
Səlahiyyətli müvəkkilin əlləri də, sifəti də indi hərarətdən yox, o tonqalın 
istisindən yanırdı və daha buna dözmək mümkün deyildi; əlindəki axırıncı közərən 
odunu o təzə tonqala tulladı (daha kifayət idi), dərindən bir nəfəs aldı, tapançanı 
qoburundan çıxarıb öz gicgahına dirədi, qəti bir sıçrayışla özünü tonqala atdı və elə 
o anda da tapançanın tətiyini çəkdi.  
Səlahiyyətli müvəkkil bircə an, cəmi bircə an o dəhşətli isti içində tapança 
lüləsinin gicgahındakı sərinini hiss etdi, sonra hər şey bitdi.  
O ikinci güllə səsindən sonra da susmuş qurbağalar təzədən quruldadı...  
Üç gündən sonra, Hadrut xəstəxanasının profilaktika hissəsində yatan adamları 
müayinə edən professor Lev Aleksandroviç Zilber Xosrov müəllimin çarpayısının 
yanında oturanda bu adamı dərhal tanıdı. Qəribə idi, Lev Aleksandroviç Zilber bu 
adama baxırdı və elə bil ki, özünü günahkar hesab edirdi; ümumiyyətlə, Hadruta 
gəldiyi gündən etibarən, bu hiss onu tərk etmirdi, ona elə gəlirdi ki, taun adamları bu 
cür aparırsa, adamları bu cür amansızcasına bədbəxt edirsə, adamlara heç vaxt 
sağalmayacaq beləcə yaralar vurursa, təqsirkar odur– professor Zilberdir.  
Çarpayıda uzanmış bu uzun, arıq, gözlərindən əzab-əziyyət tökülən adamda 
taun tapılmamışdı, o sağlam idi, amma professor Zilber üç gün bundan əvvəl o 
tonqalın işığında dizlərinin və əllərinin üstündə durub xırıltılı səsi ilə qırıq-qırıq, it 
kimi zingildəyən bu adama nə isə eləmək, nə isə bağışlamaq, yadigar vermək 
istəyirdi. Qalxıb xəstəxanadakı iş otağına gəldi. Professor Zilberin kiçik qardaşı 
Veniamin Kaverin gənc yazıçı idi, Moskvada yeni kitabı çıxmışdı: «Konets Xazı» 
(«Xazanın sonu»). Və professor Zilber o kitabı özü ilə Hadruta gətirmişdi. Mizin 
arxasına keçib əyləşdi, həmin kitabı açıb ağ üz səhifəsinə bircə an da fikirləşmədən 
avtoqraf yazdı: 
 
«Çeloveku, uvidevşeqo i perejivşeqo ad. Lev Zilber».  
 
Professor Zilber gətirib o kitabı Xosrov müəllimə bağışladı. 
Taun epidemiyası yox ediləndən sonra, professor Zilber Hadrutdan getdi və bir 
müddətdən sonra Xosrov müəllim də Hadrutda qalmadı (qala bilmədi! Hadrutda hər 
şey altı yaşlı Cəfərdən, dörd yaşlı Aslandan, iki yaşlı Azərdən xəbər verirdi, 
Şirindən xəbər verirdi, o tonqaldan deyirdi...), Bakıya köçdü, Bakı məktəblərindən 
birində işə düzəldi və bütün ömrü boyu daha heç vaxt professor Zilberi görmədi. 
Bəzən yuxuda görürdü, Hadrut xəstəxanasında olduğu kimi, eləcə dinməz-söyləməz 
bir-birlərinə baxırdılar; bir də ki, düz otuz yeddi ildən sonra – 1966-cı ilin noyabr 
günlərindən birində qəzetlərdə çap olunmuş nekroloqlarda akademik Lev 
Aleksandroviç Zilberin şəklini gördü.  
 

 
DAR DALANDA  
 


 
92
Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli 
və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu 
dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni 
elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə 
olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; 
dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı 
da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər 
döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, 
sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik 
vardı.  
Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, 
asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü 
Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini 
dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu 
sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi.  
Bu dar dalanın sakitliyi Tülkü Gəldi Qəbiristanlığının dərinliklərindəki 
qəbiristanlıq sakitliyindən seçilirdimi? Gicbəsər bunu hiss edirdimi, fərqinə 
varırdımı? Tülkü Gəldi Qəbiristanlığının idarə səs-küyündən, gediş-gəlişindən, gecə 
həyatından, dəfn mərasimlərindən, molla səsindən, matəm musiqisindən (həm 
Avropa çalğı alətlərində, həm Azərbaycan milli musiqi alətlərində) nəzir və sədəqə 
yığan gərgin dilənçi fəaliyyətindən başqa, hərdən günün müxtəlif çağlarında – səhər, 
günorta, axşam, gecə qəbir daşları arasına çökmüş ölü bir sükut da var idi. Tülkü 
Gəldi Qəbiristanlığı böyük idi, bəzən bir başında ölü basdırılırdı, matəm musiqisi 
çalınırdısa, o biri başında müxtəlif şəkilli, müxtəlif ölçülü, bahalı-ucuz, köhnə-təzə 
qəbir daşlarının üzərində o ölü sükut hakim kəsilirdi və o zaman o qəbir daşlarının 
müxtəlifliyi tamam itib gedirdi, həmin ölü sükut qəbir daşlarının hamısını 
eyniləşdirirdi. Hərdən Gicbəsər Qəbiristanlıq Idarəsinin hay-küyündən, gecə 
həyatından, vurulan təpiklərdən, atılan daşlardan qaçıb gedib o ölü sükutun içinə 
girirdi, amma orada da çox dayana bilmirdi, beləcə rahat uzanıb mürgüləyə bilmirdi 
və bu dəfə də qaçıb o ölü sükutdan canını qurtarırdı, yəni təzədən Qəbiristanlıq 
Idarəsindəki o insanların arasına gəlirdi.  
Gicbəsər gözlərini açdı, qarşısındakı göyümtül divara baxdı, sonra qulaqlarını 
şəklədi, başını balaca yana çöndərib dar dalanın girəcəyinə tərəf baxdı; o gözəl 
sakitlik, rahatlıq və təmizlik içində Gicbəsər birdən-birə spirt iyi hiss etdi. Əlbəttə, 
Gicbəsər bu qoxunun adını, yəni spirt iyi olduğunu bilmirdi, amma illər ərzində 
Tülkü Gəldi Qəbiristanlığında yaxşı bələd olduğu bu qoxu iti həmişə sayıqlığa, 
ehtiyatlı və diqqətli olmağa çağırırdı, çünki Gicbəsər uzun illərin təcrübəsindən 
yaxşı bilirdi: bu qoxu olan yerdə nə desən mümkündü – səni tumarlayarlar, öpərlər 
və birdən-birə də təpiklə vurub qabırğanı sındırarlar. Gicbəsər sübh tezdən, yaxud 
axşamüstü Tülkü Gəldi Qəbiristanlığına daşınan yeşik-yeşik araq şüşələrini 
ömrünün, demək olar ki, hər günündə görmüşdü və insanların o şüşələrdəki mayeni 
içməklərini, sonrakı vəziyyətlərin gedişatını bütün təfərrüatlarına qədər müşahidə 
etmişdi, belə bir gedişat Gicbəsər üçün Tülkü Gəldi Qəbiristanlığında gündə 
gördüyü o adamlar kimi, gecələr Qəbiristanlıq Idarəsinə gəlib gedən o maşınlar 
kimi, o dəmir darvaza kimi, qarovulçu Əflatunun o köşkü kimi, sayı-hesabı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə