Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   62   63   64   65   66   67   68   69   ...   161

 
136
Bütün bunları inqilabi fəaliyyət üstündə Bayıl həbsxanasında yatmış köhnə Bakı 
bolşevikləri yaxşı xatırlayırdı və indi xalq düşməni olmadıqlarını sübuta yetirmək 
üçün işgəncələr zamanı orqan işçilərinə, o cümlədən, Komissarın özünə danışırdılar, 
amma bu, köhnə Bakı bolşeviklərinin köməyinə çatmırdı, hamısı xalq düşməni kimi 
ifşa olunub güllələnirdi.  
Komissar – milliyətcə rus olan bu adam – ilk gənclik çağlarında Bayıl tərəfdə 
dəllək işləmişdi... Amma nə olsun? Yoldaş Stalin ilk SSRI Xalq Daxili Işlər 
Komissarı vəzifəsinə Yaqodanı təyin etmişdi, Yaqoda isə gəncliyində aptekçi idi. 
Yejov kim idi? Iyirminci illərdə Nikolay Ivanoviç Yejovu kim tanıyırdı? Heç kim! 
Haradasa Qazaxıstanda hansı bir işdəsə işləyirdi...  
Yaqoda düşmən çıxdı...  
Komissar elə-beləcə ayaq üstə dura-dura və gözlərini də yoldaş Stalinin şəklinə 
zilləyə-zilləyə bunu fikirləşib udqundu. Henrix Qriqoriyeviç Yaqodanın adı gələndə 
adam özünü yığışdırırdı, Komissar özü dörd-beş il bundan əvvəl hansı bir sıravi 
çekistisə tərifləmək istəyəndə «– Əsl yaqodaçıdır!» – deyirdi, Yaqoda nə qədər xalq 
düşmənini ifşa etmişdi, nə qədər maskalanmış qolçomaqları cəzasına yetirmişdi, 
sovet cəmiyyətinə nə qədər yabançı adamın – yüz minlərin səsini almışdı, sonra 
məlum olmuşdu ki, ən qəddar xalq düşmənlərindən biri elə Yaqodanın özüdür. 
Məhkəmədə Vışinski Yaqodanı Nikolay Ivanoviç Yejovu tədricən zəhərləməkdə 
ittiham etdi və Yaqoda da bunu boynuna aldı, güllələdilər, çıxdı getdi işinin dalınca, 
indi, elə bil, Yaqoda adında adam olmamışdı. Komissar bu cür etirafların qiymətini 
yaxşı bilirdi, bu cür etirafların imzalanmasında özü az iştirak etməmişdi.  
Vışınski məhkəmədə demişdi: «Göründüyü kimi, Yaqoda adi qatil deyil. O, ifşa 
olunmayacağına əmin olan bir qatildir. Lakin onun ümidləri burada da özünü 
doğrultmadı. Onun çürümüş qarantiyaları məhv oldu. Yaqoda və onun alçaq 
cinayətkar fəaliyyəti ifşa olundu, özü də xain Yaqodanın təşkil etdiyi və sovet 
dövlətinin mənafeyinə qarşı yönəltdiyi satqın kəşfiyyat tərəfindən yox, yoldaş 
Stalinin ən layiqli davamçılarından biri olan Nikolay Ivanoviç Yejovun rəhbərlik 
etdiyi əsl bolşevik kəşfiyyatı tərəfindən ifşa olundu».  
Komissar, Andrey Yanuaryeviç Vışınskini yaxşı tanıyırdı, hələ inqilabdan əvvəl 
Bakıdakı boşboğaz vəkillərdən biri idi.  
Hansı məzhəbə qulluq etdiyi məlum deyildi və işə bax ki, bu menşevik SSRI 
prokuroru olub Yaqodanı qatillikdə ittiham etdi– buna görə də Komissar hər şey 
gözləyirdi, özü özünün sabahkı gününə əmin deyildi. Yaqodadan sonra Komissara 
elə gəlirdi ki, Yejov daimidir, amma indi belə məlum olur ki, Yejovun da axırına az 
qalıb. Düzdü, Yejov hələ yoldaş Stalinlə birgə fəxri rəyasət heyətinə seçilirdi, 
Leninin vəfatının 15-ci ildönümü münasibətilə Böyük Teatrdakı matəm iclasına 
gələnlərin arasında yoldaş Stalinlə, başqa rəhbərlərlə bərabər, Yejov da vardı, amma 
Komissar cəmi il yarım bundan əvvəl Kalininin imzaladığı fərmanla «Dövlət 
Təhlükəsizliyi Baş Komissarı» rütbəsi almış Yejovun başının üstündəki qara 
buludları görürdü. Bir neçə ay bundan əvvəl Yejovu eyni zamanda su nəqliyyatı 
komissarı təyin edəndə Komissarın dalağı sancmışdı; keçən ilin dekabr ayının 
əvvəllərində isə Yejov SSRI Xalq Daxili Işləri Komissarı vəzifəsindən azad edildi, 
yerinə Lavrenti Pavloviç Beriya təyin olundu. Indi Yejov yalnız su nəqliyyatı 
komissarı idi – dünyanın bundan gülməli bir işi ola bilməzdi. Hər şey məlum idi
zaman göstərdi ki, Yejov da daimi deyil. HenrixYaqoda da 1936-cı ildə Xalq Daxili 


 
137
Işlər Komissarı vəzifəsindən gedəndən sonra, qısa bir müddət Xalq Rabitə komissarı 
(!) işləmişdi... 
Komissar, Nikolay Ivanoviç Yejovu müxtəlif iclaslarda, müşavirələrdə çox 
görmüşdü, bir neçə dəfə onun qəbulunda olmuşdu (hər dəfə də qəbul sona yetəndə 
Yejov tapşırmışdı: «– Peredayte moy bolşevitskiy privet tovarişu Baqirovu!» Yejov 
hələ ÜIK (b) P MK-da kadrlar şöbəsinə rəhbərlik etdiyi vaxtlardan M.C. Bağırovu 
şəxsən tanıyırdı və göndərilən bu salamlar, əlbəttə, M.C. Bağırova xüsusi hörmətin 
ifadəsi idi; M.C. Bağırovun özü də bir müddət ÜIK(b)P MK-da işləmişdi...), amma 
Komissarın 1937-ci ilin dekabrında gördüyü Yejov heç vaxt yadından çıxmırdı. 
Onda çekistlərin iyirmi illiyi münasibətilə Moskvada, Böyük Teatrdakı təntənəli 
iclasda Yejov yoldaş Stalinlə, Molotovla, Kaqanoviçlə, Voroşilovla, Kalininlə, 
Andreyevlə, Mikoyanla, Jdanovla, Xruşşovla, Bulqaninlə, Dmitrovla, Xoze Diasla 
birlikdə zala daxi oldu; onda hələ Kosiorla Çubar da xalq düşməni kimi ifşa 
edilməmişdilər və onlar da rəyasət heyətində idi. Komissar Böyük Teatrın parterində 
oturub səhnəyə baxırdı; əsasən, yoldaş Stalinə baxırdı, amma istər-istəməz tez-tez 
gözlərini Yejova zilləyirdi, balacaboylu, Yejov elə bil ki, Böyük Teatrın səhnəsinə 
sığışmırdı, adamın gözünə o qədər böyük görünürdü ki, az qala, yoldaş Stalin boyda 
olurdu və o vaxt Komissar birdən-birə fikirləşdi ki, Yejov ehtiyatlı olmalıdır; amma, 
görünür, Yejov özü öz daimiliyinə inanmışdı... 
Həmin təntənəli iclasda məruzəçi Yejov yox, A.I.Mikoyan idi. A.I.Mikoyanın 
əynində boğazına qədər düymələnmiş «Stalin köynəyi» var idi və o köynək də 
Mikoyanın bığı və saçı kimi qapqara idi, o qara qiyafə dünyanın qara işlərindən 
xəbər verirdi... Onda məruzəni nə üçün Yejov özü eləmədi? Boyu balaca idi və 
Böyük Teatrın səhnəsindəki xitabət kürsüsündən görünməyəcəkdi, ona görə? Yoxsa 
ona görə məruzəni Mikoyana tapşırmışdılar ki, Yejovun özünü tərifləsin. Təriflər 
söyləməkdə Mikoyan, əlbəttə, usta idi və bu sahədə ona çatan olmazdı. Hələ dörd-
beş il bundan əvvəl ÜIK(b) P-nın XVII qurultayındakı– «qaliblər qurultayı»ndakı! – 
qısa çıxışında Mikoyan düz 30 dəfə yoldaş Stalinin adını çəkib onu tərifləmişdi, 
örnək göstərmişdi. Düzdü, Nikolay Ivanoviç Yejovun qılıncının dalı, qabağı nə 
qədər kəssəydi də, o, Iosif Vissarionoviç Stalin deyildi, amma o zaman elə Yejov 
olmaq da az deyildi... 
Yejov, əlbəttə, Mikoyanın tərcümeyi-halından və gördüyü işlərin hamısından 
xəbərdar idi. Hər şey qalsın bir tərəfə, təkcə elə bu kifayət idi ki, SSRI Xalq Xarici 
Ticarət komissarı Mikoyanı yalana yox, həqiqətə əsaslanıb xalq düşməni kimi 
güllələyəsən: Anastas Mikoyan elə bir əlverişli şərait yaratmışdı və vasitəçilik 
etmişdi ki, köhnə tanışı, bütün Iraq neft kompaniyalarını əlinə almış milyonçu 
Qalust Gülbenkyan heç kimin xəbəri olmayan gizli alış-veriş nəticəsində öz şəxsi 
kolleksiyası üçün Leninqrad Ermitajından Rubensin, Rembrandtın, Bautsun, 
Vattonun, Terborxun, Lankranın bir çox əsərlərini almışdı. Düzdü, Qalust 
Gülbenkyan Q.Pyatkovun sədrlik etdiyi SSRI Dövlət Bankına müəyyən miqdarda 
valyuta keçirmişdi, amma o valyuta Rubensin, Rembrantın əsərlərinin həqiqi 
qiyməti müqabilində bir heç idi və ən başlıcası isə o əsərlər həmişəlik SSRI-dən 
çıxarılırdı, Mikoyan, əslində, Rusiyanı mənən qarət edirdi. Bəli, bu, həqiqət idi və 
Komissar bunu bilirdi (Mir Cəfər Bağırov da bunu bilirdi...), amma Komissar 
orasını da yaxşı bilirdi ki, Yejov həqiqət üstündə adam güllələmir, Yejova həqiqi 
cinayət lazım deyil, bu gün insanları güllələmək üçün yalan lazım idi, Anastas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə