Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə30/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Sənaye inqilabı 
 
322 
 
sən  Moskva  və  Peterburq  şəhərləri    sənaye    mərkəzlərinin  
yaranmasında  böyük  rol  oynamişlar.  1841-ci  ildə  Peterburqda  gəlmə 
işçilərin sayı 46% təşkil edirdi [2.38]. 
XIX  əsrin  birinci  yarısında  inkişaf  etməkdə  olan  „kəndli  sənayesi“ 
daha  çox  muzdlu  əməyə  meyl  edirdi.  Məsələn,  kiçik  məhsul 
manufakturalarının  boyüyərək  iri  kapitalist  manufakturasına  çevrilməsi 
prosesi Rusiyada sənayeləşmənin başlanğicinda duran proseslərdən idi.  
Sənayenin  inkişafında  əsas  rol  oynayan  kapital  yiğiminin  mənbəyi 
daxili  bazar  idi.  Ticarətçilərin  kapitallarının    sənaye  müəssisələrinə 
qoymasının  əsas  səbəbi  böyük  gəlir  almaq  perspektivi  idi.  Rusiya 
tekstilinin  inkişafında  belə  hadisələrə,  yəni  kiçik  ticarətçinin  böyük  
müəssisəçiyə çevrilməsinə rast gəlmək olur. Bu dövrdə Rusiyada böyük 
fabrikaçıların çoxu kəndlilər arasından çixmişdılar. 
Rusiyada  XIX  əsrin  ortalarında  böyük  kapitalın  cəmlənməsinin 
şərtlərindən biri də ölkədə mövcud olan dövlət borcu idi. 1843

1861-ci 
illərdə  dövlət  borcu  Rusiyada  1264  mln.  rubla  çatmişdi.  Dövlət  borcu 
əsasən  aparılan  qeyri  məhsuldar  hərbi  xərclərin  hesabina  artırdı.  Bu 
borcların  hesabına  ölkə  daxilində  tətbiq  edilən  bahalı  kağızlar  ilə 
banklarda  aparılan  əməliyyatlar  böyük  kapital  yiğımına  gətirib 
çixarmışdı.  Ştillis,  Lazarevlər  kimi  sənaye-maliyyə  firmalarını  buna 
misal  çəkmək  olar.  Digər  tərəfdən  dövlətin  Başkırtıstan,  Türküstan, 
Sibir  və  başqa  ərazilərdə  quldurcasına  apardığı  çarizm  siyasətinin 
köməyi ilə yaradılan müəssisələr monopoliyası nəticəsində də varlanma 
baş verirdi.   
Maşın  istehsalına  keçidin  əsas  şərtlərindən  biri  manufakturaların 
yaranması  ilə  bağlı  idi.  Manufakturaların  yaranması  Qərbdə  olduğu 
kimi,  Rusiyada  da  feodalizm  dövrunə  təsadüf  edirdi.  Manufaktura 
feodal  dövründə  Rusiyada  sənaye  istehsalının  əsas  proqressiv  elementi 
olaraq  cəmiyyətdə  gələcək  qruplaşmalar  üçün  əsas  yaratmişdir. 
Manufaktura  sistemində  ixtisaslaşmış  əl  əməyinə  olan  tələbat 
sənayeləşmə  prosesində  də  tormozlayıcı  amil  kimi  təsir  göstərirdi. 
Manufaktura təsərrüfatında  maşınların  tətbiqi məhdud idi.  Getdikcə is-  


Sənaye inqilabı 
 
323 
 
tehsala    maşınların    və    yeni  təşkilat  formasının  tətbiqi  nəticəsində 
manufakturadan maşın istehsalına keçid üçün dönüş anı yaranır. Rusiya 
sənayesinə  maşınların  tətbiqi  sənaye  inqilabı  cərəyan  etdiyi  Avropa 
ölkələrinin təsiri altında baş verir [2.15].  
Sənaye  inqilabından  əvvəl  Rusiya,  Avropanın  bir  çox  ölkələrində 
olduğu kimi su çarxı, at və ya hətta insan gücü ilə hərəkətə gətirilən işçi 
maşınlarla təchiz olunmuş idi. Rusiyada texniki çevriliş ilk olaraq tekstil 
sahəsini  əhatə  edir.  Pambıq  sənayesində  istehsalın  təşkilinin 
təkmilləşdirilməsi,  böyük  daxili  bazarı  və  sürətli  kapital  dövriyyəsini 
stimullaşdırmışdır.  İşçilərin  yüksək  əmək  məhsuldarlığı  bu  sahənin 
inkişafını  təmin  etmişdir.  Əhalinin  kasıb  təbəqəsinin  böyük  hissəsi 
pambıq parçaları alaraq, ona daxili bazarda olan tələbatı artıraraq parça 
istehsalını gücləndirmişdir [2.38].     
Rusiyada 
pambıq 
sənayesi 
parçalara 
rənglərin, 
naxışların 
vurulmasından  başlamışdır.  XVIII  əsrin  sonunda  kətan  parçaların 
rənglənməsi  Peterburqda  tətbiq  olunurdu.  Pambıq  istehsalında 
maşınların  tətbiqi  də  ilk  dəfə  olaraq  Peterburqda  aparılır.  Rusiyada  ilk 
pambıq  fabrikası  Peterburqda  Aleksandrovskaya  manufakturası  idi. 
1821-ci  ildə  manufakturada  ilk  dəfə  olaraq  ipəyirən  maşin  tətbiq  edilir. 
20-ci  illərin  sonu  Aleksandrovskaya  manufakturası  bir  neçə  korpusdan 
ibarət  mexanikləşdirilmiş  iri  müəssisəni  özündə  cəmləşdirirdi.  Burada 
ümumi  gücü  89  a.g.  olan  3  buxar  maşini  ilə  işləyən  maşinlar  sistemi 
fəaliyyət  göstərirdi.  1810

1828-ci  illərdə  ölkədə  istehsal  olunan 
parçanın  55%-ni  Aleksandrovskaya fabrikı istehsal  edirdi. 20-ci illərdə 
Aleksandrovskaya  fabrikinin  mexaniki  emalatxanasının  fəaliyyəti 
toxuculuq  maşinlarının  istismarı  və  yeni  texniki  mütəxəssislərin 
hazirlanması üzrə genişləndirilmişdir [2.35, 2.39]. 
XIX  əsrin  30
÷
40-cı  illərində  Rusiyada  toplanan  külli  miqdarda 
kapitalın  hesabına  parça  istehsalında  dönüş  yaranır.  Getdikcə  artan 
parça istehsalı müəssisələrinin hesabına Ingiltərədən gətirilən maşınların 
sayı artan kimi, ingilis mallarına qarşı da rəqabət güclənir. Yeni texnika 
yalnız böyük fabrikalarda rentabelli idi. 1843-cü ildə  artıq  Rusiyada 59 


Sənaye inqilabı 
 
324 
 
pambig-kağız  istehsal  edən  fabrika  qeydə  alınmışdır.    Bu  fabrikalarda 
cəmi  325  min  pud  sap  əyirmə  qabiliyyətinə  malik  324  min  dolaq 
işləyirdi.  Kağız  və  parça  istehsalına  güclü  kapital  axını  fabrikantlar 
arasında rəqabət yaratmışdı. Böyük fabrikalar qiymətləri aşağı salmaqla 
kiçik müəssisələri bazardan sıxışdırmağa çalışırdılar.   
Yalnız XIX əsrin 40-cı illərində toxuculuğun mexanikləşdirilməsində 
irəliləyiş  nəzərə  çarpır.    1846-cı  ildə  Şue  şəhərində  Popov  tərəfindən 
yaradılan  fabrikdə  elə  əvvəldən  108  toxucu  dəzgahı  qoyulur.  İstehsalın 
rentabelliyi  nəticəsində  fabrik  5  ildən  sonra  dəzgahların  sayını  150-yə 
çatdırır.  Pambıq-kağız  istehsalının  maşınlaşdırılması  başqa  sahələrdə 
fəaliyyət  göstərən  mexanikləşdirilmiş  fabriklərın  yaranmasını  da 
stimullaşdırmişdır. 
Tekstil  sənayesinin  yenidən  silahlanması  maşınlara  olan  tələbatı 
artırmışdır.  Ancaq  təsərrüfatın  geridə  qalmış  feodal-kəndli  sistemi 
səraitində  Rusiyada  maşınqayırmanın  inkisafı,  külli  miqdarda  kapital 
qoyuluşuna, mühəndis–texniki kadrlarına və ixtisaslı işçi qüvvəsinə olan 
tələbatın  təsirindən,  XIX  əsrin  ortalarında  hələ  də  başlanğıc  vəziyyətdə 
qalırdı.  Maşınların  hazırlanması  və  təkmilləşdirilməsi  əsasən  dövlət 
müəssisələrində,  böyuk  fabriklərın  emalatxanalarında  və  xüsusi 
mexaniki zavodlarda aparılırdı. Onu da nəzərə çatdırmaq lazımdır ki, bu 
müəssisələrdə  maşınlar  köhnədən  qalma  manufaktura  üsulları  ilə 
hazırlanırdı.  
 Maşınqayırma  sənayesinin  yaranma  mərkəzi  əsasən  Peterburq 
ətrafında  yerləşirdi.  Peterburq  şəhərinin  yaxınlığında  yerləşmiş  İqor 
Admiral  zavodu  mütərəqqi  avadanlığa  və  ixtisaslı  işçi  kontingentinə 
malik  idi.  Bu  zavodlarda  metal  emalı  dəzgahları,  kanat  və  buxar 
maşınları  istehsal  edilirdi.  Buradaca  ölkədə  ilk  buxar  qazma  maşını 
düzəldilir. 
1804-cü  ildə  Peterburqda,  ilk  şəxsi  maşınqayırma  zavodunda  buxar 
maşınlarının  istehsalına  başlanır.  1820-ci  ildə  bu  zavodda  ümumi  gücü 
42  a.g.  olan  3  buxar  maşını  və  70  metal  emal  edən  dəzgah  var  idi. 
Zavodda, əsasən gəmilər üçün ildə 10 buxar maşını istehsal olunurdu.  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə