Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə28/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

Sənaye inqilabı 
 
314 
 
[2.32].  Onların  60%-nin  təşkili  1836-1850-ci  illərə  təsadüf  edir. 
Buradan alman maşınqayırmasının tarixi epoxası nəzərə çarpır. Kömrük 
xidmətinin  yaradılması  və  dəmir  yolu  tikintisinin  başlanması  ilə 
Almaniyada  sənayeləşmənin  başlanğıcı  qoyuldu.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,  maşınqayırma  sənayesinin  əsas  özəyi  1846-cı  ildə 
Saksonyada  cəmlənmişdir.  Saksoniya,  233  müəssisə  ilə  başda  dururdu 
[2.29].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.49. Borziq lokomotiv fabriki 
 
Maşınqayırmada  müxtəlif  mütəxəssislərə  ehtiyac  var  idi.  İlkin 
vaxtlarda yaranan firmalarda müəssisə sahibkarları həm  çətin  hissələrin 
hazırlanmasına cavabdeh olan usta, həm də briqadir rolunu oynayırdılar.  
Bu 
sahibkarların 
ixtisasalma 
yolu 
maşınqayırma 
profilli 
emalatxanalarda şagirdlikdən və ya politexnik məktəblərdən başlayırdı. 
Onlar mövcüd olan müəssisələrin birində praktika keçirdilər. 
Sənayeləşmə dövrünün əvvəlində, müəssisələrin texniki təchizatında 


Sənaye inqilabı 
 
315 
 
ingilis  maşınlarının  yeri  aydın  görünürdü.  Dəzgahlarla  bərabər 
İngiltərədən  güc  maşınları  da  gətirilirdi.  Bu  baxımdan  buxar  maşınları 
geniş yayılmışdı. 1846-cı ildə Prussiyada 131 firma 80 buxar maşını ilə 
təchiz  olunmuşdu.  Bunların  yayılmasının  səbəbləri  İngiltərədə  olduğu 
kimi  qalırdı:  Buxar  maşınları  su  çarxlarına  nisbətən  böyük  gücə  malik 
idlər,  iqlimdən  asılı  deyildilər  və  çevik  olaraq  bir  yerdən  başqa  yerə 
aparıla  bilirdilər.  XIX  əsrin  ortalarında  buxar  maşınlarının  geniş 
yayılması  sənayeləşmənin  təsiri  nəticəsində  baş  vermişdir.  Bu  ərəfədə 
Almaniya  beynəlxalq  müqayisədə  hələ  İngiltərə  və  Fransadan  geri 
qalmasına  baxmayaraq,  lokomotiv  və  tekstil  maşınlarının  inkişafı 
getdikcə  alman  maşınqayırmasının  özəyinə  çevrilirdi.  Bu  inkişaf 
ərəfəsində  dəzgahqayırmanın  ayrıca  bir  sənaye  sahəsi  kimi 
formalaşması baş verirdi.        
Sənayeləşmənin  sürətləndiyi  bir  dövrdə  Saksoniya  öz  232 
maşınqayırma müəssisəi ilə Almaniyada aparıcı sənaye sektoruna malik 
idi. Saksoniyada maşınqayırmanın inkişafında  ilk vaxtlarda dağ-mədən 
və  metallurgiya  sahələri  böyük  rol  oynadığı  halda,  sonralar  bu  nisbət 
tekstil  və  pambıq  istehsalında  tətbiq  olunan  maşınların  xeyrinə 
dəyişmişdir.  1840-cı  ildə  Almaniyaya  gətirilən  ingilis  maşınlarının  53 
faizi  Saksoniyanın  payına  düşürdü  [2.30].  XIX  əsrin  əvvəlində  Çşopau 
(alm. Zschopau) şəhərində ingilis Evan Evans tərəfindən bu regionda ilk 
ipəyirən maşın istehsalı ilə məşğul olan müəssisə yaradılır.    
1827-ci  ildə  Haubold  döymə  maşınları  hazırlayan  maşınqayırma 
fabrikini  yaradır.  1822-ci  ildə  onun  firmasında  30  işçi  çalışırdı. 
Hauboldun  fabrikinin  Almaniya  dəzgahqayırmasının  inkişafında  rolu 
böyük olmuşdur. Gələcək Alman dəzgahqayırmasının pionerləri sayılan 
Hartman 
və 
Tsimmerman 
(alm
Hartmann 
və 
Zimmerman
maşınqayırma haqqındakı biliklərini və təcrübələrini burada almışlar.    
Hartman  1809-cu  ildə  Bar  şəhərində  anadan  olmuşdur.  İlk  peşə 
təhsilini  dəmirçi  ixtisası  üzrə  alır.  14  il  Hauboldun  firmasında 
çalışdıqdan  sonra,  Hartman  1837-ci  ildə  öz  fabrikini  yaradır.  İlk 
vaxtlarda dəmirçiliklə məşğul olan Hartman 1840-cı ildən buxar  maşın- 


Sənaye inqilabı 
 
316 
 
larının  istehsalına  başlayaraq,  səkkiz  il  sonra  lokomotivlərin  istehsalını 
da  əhatə  edir.  1857-ci  ildən  dəzgah  istehsalı  onun  istehsal  etdiyi 
malların çeşidini artırmışdır.  
Hartmanın firmasının sürətli inkişafını aşağıdakı rəqəmlərdən görmək 
olur. 1854-cü ildə firma öz tökmə sexinə malik idi. 1858-ci ildə firmada 
540  köməkçi maşın, o cümlədən 6 buxar maşını tətbiq olunurdu. 1862-
ci  ildə  Hartmanın  firmasında  1800  işçi  çalışırdı.  Həmin  ildə  firmada 
tətbiq  edilən torna dəzgahlarının sayı 260-a çatırdı. Bununla bərabər 80 
burğu,  70  iskənə  və  30  üstyonuş  dəzgahı  və  həmçinin  53  başqa  dəzgah 
da istehsal gücünü numayiş etdirirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.50. Dünya sərgisində Tsimmerman pavilyonu, Paris, 1867. 
 
1865-cı  ildə  Hartman  firmasının  nəzdində  kiçik  dəzgahların  istehsalı 
üçün  xüsusi  sex  açılır.  Bu  sexdə  1896-cı  ildə  600  işçi  çalışırdı.  Alman 
maşınqayırmasının  inkişafında  dəyərli  rolu  olan  Tsimmerman  hələ 
Hartmandan  da 10 il öncə dəzgahların istehsalına başlamışdır.  


Sənaye inqilabı 
 
317 
 
Tsimmerman  1820-ci  ildə  Macarıstanda  anadan  olmuşdur.  1841-  ci 
ildə  Kemnits  şəhərinə  gəlməmişdən  öncə,  o  çilingərlik  öyrənmişdir. 
1846-cı  ildə  o,  alman  vətəndaşlığını  qəbul  edir.  1846-cı  ildə 
Tsimmerman  öncə  Tauşer  firmasının  həmmüdiri,  1848-ci  ildən  isə 
ayrıca  fəaliyyət  göstərən  maşınqayırma  müəssisəsinin  sahibi  olur.  Bu 
ildən  onun  firması  dəzgahqayırma  sahəsi  üzrə  ixtisaslaşır.  O,  yeni 
tikilmiş binada 50 fəhlə ilə işə başlayaraq tədricən inkişaf edir. 1863-cü 
ildə  onun  firmasında  500,  1868-ci  ildə  isə  artıq  1000  nəfər  çalışırdı 
[2.33]. 
1848

1872-ci  illər  ərzində  Tsimmermanın  firması  11000  dəzgah 
istehsal  edir.  Bunun  yalnız  bir  hissəsi  (təxminən  25%)  Almaniya  üçün, 
yerdə qalanları isə Rusiya, Avstriya, İngiltərə və Cənubi  Amerika üçün 
istehsal  olunmuşdur.  1862-ci  ildə  Londonda,  1867-ci  ildə  Parisdə  və 
1873-cü ildə Vyanada  keçirilən dünya sərgilərində texnikanın  nümayiş 
etdirilməsindən  sonra,  Kemnits  dəzgahqayırmasının  şöhrəti  daha  da 
artmışdır  (şəkil  2.50).  Burada  nümayiş  etdirilən  torna  və  yonma 
dəzgahları münsiflər tərəfindən ən yaxşı dəzgah adına layiq görülür.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.51. Çarx frezləmə dəzgahı, 1861. 
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə