Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə29/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Sənaye inqilabı 
 
318 
 
Əsasən torna və frez dəzgahları qonaqların diqqətini cəlb etmişdir (şəkil  
2.51−2.53).  
Vyanada  keçirilən  sərgidə  Hartman  da  öz  firmasının  məhsullarını 
Kemnitsdə  Saksoniya  dəzgah  fabriki”  pavilyonunda  nümayiş 
etdirmişdir.  O,  sərgiyə  əsasən  deşmə,  yonma  və  xüsusi  dəzgahlar  
çıxarmışdır.  Bu  dəzgahlar  da  konstruktiv  quruluşu  və  tiplərinə  görə 
böyük  maraq  doğurmuşdur.  Hartman  firmasının  düzəltdiyi,  çəkisi  9t 
olan  ən  böyük  üfüqi  deşmə  və  frez  dəzgahları  dəzgahqayırmada  yeni 
ölçü  nümayiş  etdirirdi.  Hartman  və  Tsimmerman  firmalarının  uğurları 
Kemnitsdə  başqa  yeni  firmaların  yaranmasına  təkan  vermişdir. 
Beləliklə, 
Kemnits 
X
Ι

əsrin 
ikinci 
yarısında 
alman 
dəzgahqayırmasının mərkəzinə çevrilmişdir.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.52. Üstyonuş dəzgahı, 1862. 
 
Bu  ərəfədə  Almaniyanın  başqa  regionlarında  da  sənayenin  inkişafı 
sayəsində  yaranan  tələblərə  cavab  vermək  üçün  bir  çox  maşınqayırma 
müəssisələri  təşkil  edilmişdir.  X
Ι
X  əsrin  ortalarında  maşınqayırma 
sahəsində  yaranan  fabrik  və  sexlərin həm kəmiyyətcə, həm də keyfiy- 


Sənaye inqilabı 
 
319 
 
yətcə  artması  sayəsində  bu  dövrü  Alman  maşınqayırma  sənayesinin 
yaranması dövrü kimi qiymətləndirmək olar [2.5].   
X
Ι
X  əsrin  60-cı  illərində  alman  imperiyasının  yaranması  ilə  öz  son 
mərhələsinə  qədəm  qoymuş  iqtisadiyyatın  sürətlə  inkişafı  üçün  ilkin 
şərtləri yaranmışdır. Bu onilliyin əvvəlində artıq  Almaniya sənayesi  öz 
göstəricilərinə  görə  Fransanı  ötüb  keçmişdir.  O,  yalnız  İngiltərə  və 
Amerikadan sonra dünyada 3-cü yeri tuturdu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.53. Tsimmerman şaquli deşmə dəzgahının çizgisi, 1873. 


Sənaye inqilabı 
 
320 
 
1870-71-ci  illərdə  baş  verən  Alman-Fransız  müharibəsi  zamanı 
silahların  hazırlanmasına  artan  tələbat,  onların  təkmilləşdirilməsi  ilə 
bərabər,  həm  də  maşınqayırma  sənayesinin  inkişafına  təkan  vermişdir. 
Əsasən  silah  hazırlayan  sahə  təzyiq  altında  dururdu.  Ona  görə  də, 
burada  Amerikada  olduğu  kimi,  kütləvi  istehsal  və  qarşılıqlı 
əvəzolunma  texnologiyasına  əsaslanan  istehsal  üsullarından  istifadə 
edilməyə başlanmışdır.  
1876-cı  ildə  Filadelfiyada  keçirilən  dünya  sərgisində  mütəxəssislər 
artıq  Almaniyada  maşınqayırma  sənayesinin  İngiltərə  sənayesinə 
tamamilə çatdığını qeyd etmişdilər [2.34].  
Dəmir yolu da inkişafdan geri qalmamışdır. Almaniyada 1837-ci ildə 
Drezden  və Laypsiq arasında tikilmiş 115 km uzunluğunda dəmir yolu, 
ilk  olaraq  bu  nəqliyyat  vasitəsinin  səmərəliliyini  göstərmişdir. 
İqtisadiyyatın  inkişafı  dəmir  yolunun  da  inkişafını  stimullaşdırmışdır. 
Genişlənməkdə  olan  yol  tikintisi  dəmir  və  daş  kömürə  olan  ehtiyacı 
artırır.  Buna  görə  də,  1850

1890-cı  illər  arasında  istehsal  olunan 
dəmirin təxminən yarısı  dəmir yol nəqliyyatının tikintisinə sərf edilirdi. 
1840-cı  ildə  580  km  dəmir  yolu  olduğu  halda,  bu  rəqəm  1870-ci  ildə 
25000  km-ə  çatmışdır.  Bu  sahədə  çalışan  işçilərin  sayı  42000-i 
keçmişdir. Bu, daş kömür istehsalında məşğul olanlardan çox idi.  
70-ci illərin ortalarında Almaniya  dəmir yolunun ümumi uzunluğuna 
görə  İngiltərəni  ötüb  keçmişdir.  Bu  inkişafda  maşınqayırmanın  öz  yeri 
var idi.  
                              
 
 
 
 
 
 
 
 


Sənaye inqilabı 
 
321 
 
2.3.4. Rusiyada sənaye inqilabı 
 
 
S
ənaye  inqilabı  Avropanın  bir  çox  dövlətlərini,  o  cümlədən 
Amerikanı  əhatə  etdikdən  sonra  dunyada  yaranan  kapitalist  istehsal 
sistemi Rusiyadan da yan keçməyib. Bu tarixi ərəfədə, dunyada cərəyan 
edən proseslərin təsiri altinda Rusiyada hökm sürən feodal kəndli özəyi 
tədricən  dağilaraq  yeni  təsərrüfat  sisteminin  yaranması  təsaduf  olunur. 
Bu  mütərəqqi  prosesin  kökləri  vardır.  Buraya    cəmiyyətdə  əmək 
bölgüsünün  və  daxili  bazarın  böyüməsi,  kiçik  sənaye  sahələrinin 
inkişafi,  ilkin  kapitalın  cəmlənməsi,  manufakturaların  geniş  yayılması, 
sənaye-ticarət  mərkəzlərinin  böyüməsi  və  beynəlxalq  əlaqələrin 
genişlənməsi daxil idi [2.35

2.40]. 
XIX  əsrin  birinci  yarısında  Rusiyada  feodalizmin  tənəzzülü  və 
kapitalist  sisteminin  yaranması  çox  çətin  proses  idi.  Bu  proses,  boyük 
əraziyə  malik  olan  ölkədə  müxtəlif  sosial-iqtisadi  strukturun 
mövcudluğu  və  başda  Çar  olmaqla  mülkiyyətçi  hakim  sinifin 
sənayeləşmənin  gedişinə  hər  cür  vasitə  ilə  mane  olması  ilə  müşaiət 
olunurdu.  Belə  bir  şəraitdə  manufakturanın  əsas  istehsal    formasına 
çevrilməsi  ilə  əlaqədar  olaraq  sənayenin  sürətlə  inkişafı  baş  verir.  XIX 
əsrin ortası Rusiyada maşin istehsalının hazırlığı və sənayedə tətbiqi ilə 
səciyyələnirdi [2.40].    
Cəmiyyətdə yaranan əmək bölgüsü, ümumi Rusiya bazarının inkisafı 
getdikcə  kəndli  təhkimçilik  təsərrüfatının  ərazi  xüsusiyyətini  dağidaraq  
məhsul-pul 
münasibətini 
gücləndirmişdir. 
Məhsul 
istehsalının 
güclənməsi 
Rusiyanı 
getdikcə 
daha 
çox 
kapitalist 
bazarına 
istiqamətləndirirdi.  Xarici  ticarət  Rusiya  iqtisadiyyatı  üçün  daha  böyük 
əhəmiyyət kəsb etməyə başlayır. XIX əsrdə Rusiya Avropaya taxıl ixrac 
edən  əsas  ölkəyə  çevrilir.  1846-cı  ildə  İngiltərədə  xaricdən  gətirilən 
taxıla qoyulan qadağa götürüləndən sonra Rusiyadan taxıl ixracı daha da 
artmişdir.    
 Sənayenin  inkisafı  işçi  güvvəsinə  olan  tələbatı  getdikcə  artırırdı. 
Bunun nəticəsində, kəndlərdən sənaye mərkəzlərinə axın başlanır. Əsa-  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə