Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə37/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   32   33   34   35   36   37   38   39   40

Sənaye inqilabı 
 
344 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ancaq  bu  generator  yalnız  laboratoriyada  sınaqdan  keçmişdir.  İlk 
praktikada tətbiq oluna biləcək dəyişən cərəyan generatoru  1849-cu ildə 
Floris 
Nollet 
tərəfindən 
ixtira 
edilmiş  və  Allians  konsernində 
hazırlanmışdır (şəkil 2.65). 
Bu 
komutatorsuz 
generator 
London küçələrindəki lampalar üçün 
lazım  olan  qazın  elektro-kimyəvi 
üsulla  alınmasında  istifadə  edilirdi.  
Bu  prinsiplə  işləyən,  yəni  daimi 
maqnitə malik generatorların bir çox 
çatışmayan cəhətləri var idi. 
Maqnit 
hissələrin 
çəkisinin 
yüksək  olması  və  onun  gücünün 
məhdud  olması  nəticəsində,  daimi 
maqnitlə  işləyən   generatorların  tət- 
biqi məhdud idi. İş zamanı  yaranan 
 
Şəkil 2.65. Allians konserninə mənsub olan generator. 
 
Şəkil 2.66.  Verner fon Simens 
                    (1816

1892). 


Sənaye inqilabı 
 
345 
  
böyük  titrəmələr  tədricən  maqnitlərin  öz  keyfiyyətinin  itirməsinə  səbəb 
olurdu.  
Daimi maqnitlərin elektrik maqnitləri ilə əvəz olunmasında alimlərin 
qarşısında  duran  məsələlərdən  biri  ondan  ibarət  idi  ki,  elektrik 
maqnitlərini yaratmaq üçün öncə bu generatora elektrik cərəyanı vermək 
lazım idi.  
1867-ci  ildə  Verner  fon  Simens  (şəkil  2.66)  aşkar  etmişdir  ki, 
generator  maqnitinin  özəyindəki  qalıq  cərəyanı  istifadə  etməklə  əlavə 
cərəyan  verilməsindən  imtina  etmək  olar.  Maqnitin  özəyində  cərəyan 
kəsildikdən  sonra  həmişə  mövcud  olan  zəif  maqnit  sahəsindən 
(remanent  maqnitismus) 
istifadə  etməklə  induksi- 
ya  gərginliyi  əldə  edilir. 
Bu  gərginlik  kiçik  sahə 
maqnitlərini 
yaratmağa 
kifayət  edir.  Mühərriki 
işə  saldıqda,  bu  getdikcə 
böyüyür. Generatorun öz-
özünə  həyacanlanmasını 
almaq üçün o generatorda 
əlavə  çevirgəc  düyməsi 
nəzərdə tutur (şəkil 2.67). 
Elektrodinamo  prinsipinin  kəşfindən  sonra,  heç  bir  kənar  enerji 
mənbəyinə  ehtiyacı  olmayan  böyük  generatorların  düzəldilməsi 
mümkün olur. Bu ixtira XIX əsrdə elektrotexnikanın inkişafında əvəzsiz 
rol oynamışdır [2.54].  
Artıq  1882-ci  ildə  Nyu  Yorkda  Edisson  firması  böyük  elektrik 
stansiyasını  tikmişdir.  Bu  stansiya,  evlərində  işıq  lampaları  olan 
müştərilər  üçün  nəzərdə  tutulmuşdur.  Edisson  stansiyasındakı 
generatorlar buxar maşınları ilə hərəkət etdirilirdi (şəkil 2.68).   
Elektrik  mühərriklərinin  nəqliyyatda  tətbiq  edilməsi  də  Simensə 
mənsubdur. O, 1881-ci ildə ilk dəfə olaraq Lihtenfelsdə (Berlin şəhəri) 
 
Şəkil 2.67. Simens generatoru 


Sənaye inqilabı 
 
346 
 
 elektrik  mühərriki  ilə  hərəkət  etdirilən  tramvayı  sınaqdan  keçirir  (şəkil 
2.69). Simens  tərəfindən  düzəldilmiş  vaqonun  uzunluğu 4,3 m idi. Bu 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.68.  Edisona mənsub olan elektrik stansiyası. 
 
vaqon  2,5  km  uzunluğunda  olan  yolda  20  km/saat  sürətlə  hərəkət  edir. 
Gücü  3,7  kVt  (5  PS)  olan  mühərrik  elektrik  cərəyanını  relslərdə 
bərkidilmiş,  qalınlığı  25  mm  olan  borulardan  alırdı.  XIX  əsrin  ikinci 
yarısında  elektrik  mühərriklərinin  geniş  tətbiqi  iş  maşınlarını  da  əhatə 
etmişdir [2.54]. 
  Hələ,  1880-ci  ildə  Simens  Manhaym  sərgisində  elektrik  mühərriki  ilə 
işləyən  lifti  nümayiş  etdirdikdən  sonra  Almaniyada  bir  çox  müəssisələr 
bu  imkandan  iş  maşınlarında  istifadə  edilməsi  haqqında  düşünməyə 
başlamışdılar. 
Mühəndislərin 
böyük 
səyi 
nəticəsində 
elektrik 
mühərriklərinin istehsalatda etibarlı tətbiq olunması mümkün olmuşdur. 
Buxar maşınının texniki imkanları bəlli olduqdan sonra, birdən birə hər 
şeyin buxarla işlədilməsinə can atıldığı kimi, XIX əsrin ikinci yarısında 


Sənaye inqilabı 
 
347 
 
elektrik  enerjisinin  də  iqtisadiyyatın  bütün  sahələrində  istifadəsinə 
böyük  maraq  göstərilməyə  başlanmışdır.  Hazırlanması  çətin  olan, 
buxarla işləyən  yüksək kipliyə  malik silindr və borular əvəzinə  elektrik 
mühərriklərində sadə və nazik metal naqillərdən istifadə olunurdu. 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.69. İlk tramvay, Berlin, 1882 
Elektrik mühərrikləri tədricən dağ və mədən müəssisələrində iqtisadi 
cəhətdən  səmərəsiz  işləyən  kiçik  buxar  maşınlarını  sıxışdırmağa 
başlayır.   
Elektrik  mühərriklərindən  ilkin  olaraq  qaldırıcı  maşınlarda  tətbiq 
olunması 1880-ci ildə  Simensin liftindən görünürdü. Artıq 80-ci illərdə 
elektrik  mühərrikləri  zavodlarda  istifadə  olunan  kranların  (kran  - 
almanca “durna” deməkdir) işlədilməsində tətbiq olunur (şəkil 2.70). Bu 
sahədə  “Lyudviq  Ştükenhol”  (alm.  Lüdviq  Stükenhol)  və  “Benratner 
Maschinenfabrik  AG”  firmaları  xüsusilə  fərqlənirlər  [2.55].  Kranlarda 
elektrik  mühərriklərinin  tətbiqi  eyni  zamanda  onun  əlaqədə  olduğu 
ötürmə  hərəkətinin  istiqamət  və  tezliyini  idarə  etmək  üçün  xüsusi  idarə 
sistemlərinin  işlənməsinə  gətirib  çıxarmışdır  [2.55].  Kranın  hərəkətini 
dayandırmaq üçün elektromaqnit əyləclərdən istifadə edilirdi. 
Bu  sahədə  “Union  Elektrizitaets  Gesellschaft”  (Almaniya) 
firmasının rolu böyük olmuşdur. 1893-cü ildə bu firmanın  Berlində  nü- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə