Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə34/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Sənaye inqilabı 
 
334 
 
sahədə inkişafı əsasən iki hissəyə bölmək olar. Birincisi əlvan metalların 
emalı  üçün  mövcud  olan  üsulları  inkişaf  etdirməkdən,  ikincisi  isə  yeni 
metalların kəşfindən ibarət idi.  
İstehsalına  görə  dəmirdən  sonra  ikinci  yer  tutan  mis  əvvəllər  əsasən 
dekorativ  işlər üçün, top və zınqırovların tökülməsində istifadə  edilirdi. 
Sənaye  inqilabından  sonra  onun  texnikada  tətbiqi  geniş  yayılmağa 
başlayır.  Misin  istehsalında  da  müəyyən  irəliləyişlər  nəzərə  çarpır.  İlk 
dəfə  olaraq  rus  metallurqu  Semennikov  Bessemer  konverterində  misin 
istehsal  olunması  texnologiyasını  işləyir.  Bu  texnologiya  ilə  filizdən 
75%- ə qədər mis almaq olurdu [2.2]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.57. Bessemer konvertorunun istehsalatda tətbiqi.
 
 
Misin  tətbiqində  edilən  irəliləyiş  sinkin  (Zn)  də  bürünç  və  tuncun 
hazırlanmasında tətbiq edilməklə legirləmə elementi kimi əhəmiyyətinin 
artmasına  gətirib  çıxartmışdır.  Bundan  əlavə  sinkdən  metalların 
korroziyaya qarşı davamlığının artırılması üçün də istifadə edilirdi.  
1836-cı ildə ilk dəfə olaraq Sorel tərəfindən  dəmirə  sinklə  örtük  çə- 


Sənaye inqilabı 
 
335 
 
kilməsi üsulu ixtira edilir. Bunun üçün o, içərisində maye sink olan çənə  
turşu ilə emal olunmuş dəmir hissəni salmaqla, ona örtük çəkməyi təklif 
edir.  O  dövrdən  bir  çox  dövlətlərdə  evlərin  damlarının  üstünün  sink 
çəkilmiş dəmirlərlə örtülməsinə başlanmışdır.  
XIX  əsr  ərəfəsində  əlvan  metal  istehsalı  kəskin  artmışdır.  Bu  təkcə 
yeni  filiz  yataqlarının  aşkar  edilməsi  ilə  yox,  həm  də  dağ-mədən 
texnikasının inkişafı ilə bağlı idi. Bundan əlavə bu ərəfədə bir çox yeni 
metalların ixtirası baş verir. Ancaq bu metalların praktikada tətbiqi uzun 
sürən  elmi-tədqiqat  işlərinin  nəticəsində  mümkün  olmuşdur.  Bunu 
alüminiumun  tarixindən  görmək  olur.  1825-ci  ildə  danimarkalı  fizik 
Hans  Örsted  alüminiumu  külçə  şəklində  əldə  edir.  1827-ci  ildə  alman 
kimyaçısı  Fridrix  Völer  (alm.  Friedrich  Wöhler,  1800

1882)  17  il 
apardığı  tədqiqatların  nəticəsində  demək  olar  ki,  alüminiumun  kimyəvi 
xassələrini  tam  müəyyən  etmişdir.  O,  ilk  dəfə  olaraq  alüminiumu  toz 
şəklində əldə etmişdir. Ancaq, o, bu elementin kütləvi istehsalına imkan 
verən  texnologiyanı  tapa  bilməmişdir.  Bu  problem  1854-cü  ildə  fransız 
alimi  Onri  Dövil  (fran.  Henri  Sainte-Claire  Deville)  tərəfindən  həll 
olunur.  O,  Völerin  işlərini  inkişaf  etdirərək  alüminiumun  sənayedə 
istehsalının əsaslarını işləyir.  
Alümiumun  oksigensizləşdirilməsi  üçün  burada  natrium  təklif 
olunmuş və alüminiumxloridin parçalanması prosesinin aparılması üçün 
optimal  temperatur  təklif  olunmuşdur.  1855-ci  ildə  Parisdə  keçirilən 
dünya  sərgisində  alüminiumdan  hazırlanmış  əşyalar  artıq  eksponat 
şəklində  nümayiş  etdirilirdi.  Bu  texnologiya  tədricən  alüminium 
istehsalında  tətbiq  olunmağa  başlayır.  1855-ci  ildə  25  kq  alüminium 
istehsal  olunduğu  halda,  1870-ci  ildə  bu  rəqəm  200  t-a  çatdırılmışdır 
[2.44].  
XIX  əsrin  ikinci  yarısı  metallurgiya  sahəsində  edilən  çoxlu  sayda 
kəşflərlə  əlamətdar  idi.  Metalların  təzyiq  altında  emalı  bu  dövrdə  daha 
da inkişaf etdirilmişdir. Qara metallurgiyada edilən yeniliklər metalların 
təzyiqlə  emal  edilməsi  üsullarının  (yayma,  dartma,  döymə  və 
ştamplama) da inkişafına stimul vermişdir.  


Sənaye inqilabı 
 
336 
 
Yayma  üsulu  hələ  XVI  əsrdən  məlum  idi.  Su  çarxları  ilə  hərəkətə 
gətirilən  yayma  vallarının  köməyi  ilə  külçə  şəklinə  salınmış  metaldan 
yastı  profilli  hissələrlə  bərabər,  çarxlar  üçün  üzükformalı  poladlar  da 
hazırlanırdı. XIX əsrdə bu üsul daha da təkmilləşdirilərək ayrıca sənaye 
sahəsinə  çevrilmişdir.  Bu,  bir  tərəfdən  maşınqayırmanın  inkişafı  ilə, 
digər  tərəfdən  buxar  maşınlarının  sənayedə  güc  mənbələri  kimi  tətbiq 
edilməsi ilə bağlı idi. Bu dövrdə üç növ yayma axın xətləri mövcud idi: 
Blok,  lövhə  və  profil.  XIX  əsrin  30-cu  illərində  Avropanın  bir  sıra 
sənaye  ölkələrində  qatar  üçün  dəmir  yolu  xətlərinin  yaymaqla  emalına 
başlanır.  50-ci  illərdə  isə  Almaniyada  artıq  dəmir  yolu  üçün  böyük 
çarxları yayan axın xətti mövcud idi. 70-ci illərə qədər yayma sahəsində 
bir  sıra  ixtiralar  edilib  praktikada  tətbiq  edilmişdir.  1856-cı  ildə  isveç 
O.Karlsund  ilk  dəfə  olaraq  “trio”  yayma  başlığını  işləyib  tətbiq  edir. 
Burada pəstah fasiləsiz olaraq yayma başlığına verilə bilirdi.  
1857-ci  ildə  Bessemer  iki  fırlanan  diyircək  arasındakı  kiçik 
məsaməyə  maye  halda  olan  metalı  tökməklə  yaymaq  üçün  dəzgah 
layihələndirir (şəkil 2.58).  
 
Şəkil 2.58. Maye halda yayma üçün Bessemer dəzgahı. 


Sənaye inqilabı 
 
337 
 
Bu  dəzgahda  ilk  dəfə  olaraq  qalınlığı  1  mm  və  eni  1,2  m  olan  metal 
lövhə  alınır.  Bir  prosesdə  tökmə,  kristallaşma  və  deformasiya 
inteqrasiya  edilmişdir.  Bu  proses  geniş  praktiki  tətbiqini  tapmasa  da, 
yayma texnologiyasının elmi-texniki əsaslarının işlənməsində böyük rol 
oynamışdır [2.45, 2.46].  
1862-ci  ildə  ingilis  mexaniki  Corc  Bedson  (ingl.  George  Bedson
məftil  istehsal  etmək  üçün  axın  xəttini  təklif  edir.  Bu  xəttdə  pəstah 
avtomatik  mexanizmin  köməyi  ilə  fasiləsiz  olaraq  bir  cüt  diyircəkdən 
başqasına,  daha  tez  fırlanan  cütlərə  ötürülürdü  (şəkil  2.59).  Bedsonun 
axın  xəttində  16  yayma  cütü  yerləşdirilmişdir  və  bu  başlıqlar  öz 
vəziyyətlərini  dəyişəbilmə  qabiliyyətinə  malik  idilər.    Bu  dəzgahda  25 
funtluq metal pəstahı yaymaq üçün 15 saniyə vaxt tələb olunurdu [2.47].   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.59. Bedsonun fasiləsiz yayma dəzgahı. 
 
Yayma  texnologiyası  ilə  bərabər,  metalların  dartma  texnologiyası  da 
inkişaf  edirdi.  1871-ci  ildə  ingilis  mühəndisləri  olan  Vuds  qardaşları 
tərəfindən ilk fasiləsiz  məftildartma maşını  ixtira  edilir.  Bu maşınların  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə