Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə32/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Sənaye inqilabı 
 
328 
 
toxuculuq  işində  də  dönüş  yaradır.  Rusiyanın  pambıq  istehsalındakı 
mexanikləşdirmə,  əsasən  kətan  toxuculuğunda  böyük  dəyişikliklərə 
səbəb  olmuşdur.  Yeniləşmə  nəticəsində  pambiq-parça  istehsalının 
məhsuldarlığı  dəfələrlə  artır  və  nəticədə,  ucuz  qiymətə  mal  istehsal 
etmək  mümkün  olmuşdur.  Bunun  nəticəsində  daxili  bazarda  başqa 
tekstil mallara qarşi güclü rəqabət yaranmışdır. 
Maşınqayırmanın tərəqqisi və əmək   məhsuldarlığının  artması başqa 
sənaye  sahələrinin  inkişafinda  və  istehsal  gücünün  başqa  ərazilərdə 
paylanmasında  böyük  rola  malik  idi.  Bu  geniş  prosesdə,  dəmir  yolu 
aparıcı  əhəmiyyət  kəsb  edirdi.  Istehsal  prosesinin  tərkib  hissəsinə 
çevrilən dəmir yolu maşınqayırma sənayesinin ümumi inkişafı üçün əsas 
faktorlardan birinə çevrilir.   
Şəxsi  dəmir  yolu  tikintisini  maliyyələşdirmək  üçün  çar  Rusiyası 
1867-ci  ildə  „dəmir  yolu  fondu“nu  təsis  edir.  Burada  daxili  kapitaldan 
əlavə  xarici  kapitalın  dəmir  yolu  tikintisinə  cəlb  edilməsi  üzrə  işlər 
görülür.  
1861

80-ci  illərdə  Rusiya  dəmir  yolunun  uzunluğu  14  dəfə  artaraq 
22  min  km-i  keçmişdir  [2.15].  Nəticədə  Rusiyanin  Avropa  hissəsində 
şaxələnən dəmir yolu sistemi yaradılır. Mərkəzi Moskva olan bu şəbəkə, 
4  qoldan  ibarət  idi:  Moskva,  Baltikyanı,  Azov-Qaradəniz  və  Qərb. 
Moskva dəmir yolu 18 xəttdən ibarət olub, 8 min km-ə çatırdı. 
 XIX  əsrin  60-cı  illərində  dəmir  yolu  nəqliyyatı  Rusiyada  yük 
daşınmasında  geniş  tətbiq  olunur.  1861

77-ci  illərdə  yük  daşınması  25 
dəfə  artır.  Avropada  dəmir  yolu  tikintisində  müxtəlif  firmalar 
çalışdığından  çox  vaxt  tikilən  yolların  eni  də  müxtəlif  olurdu. 
İngiltərədə,  ABŞ-da  müxtəlif  endə  dəmir xətləri  mövcud olduğu halda, 
Rusiyada yalnız eni 1524 mm olan dəmir xətti çəkilmişdir.   
90-cı  illərdə  sənayenin  bir  çox  sahələrində  yeni  energetika 
sistemlərinin  yaranması  nəzərə  çarpır.  Bu  baxımdan  Ural  zavodlarında 
görülən  işlər  birincilər  sırasında  idi.  90-cı  illərdə  Uralda  energetika 
sistemində elektrik mühərriklərindən istifadə edilməyə başlanır. 1890-cı 
ildə Perm top zavodunda Rusiyada  ilk elektrik stansiyası tikilir [2.42].  


Sənaye inqilabı 
 
329 
 
Sənayenin  mexanikləşdirilməsində  elektrik  enerjisinin  tətbiqi  böyük 
əhəmiyyətə  malik  idi.  Ancaq,  bu  dövrdə  Rusiyada  elektrikləşdirmə 
prosesi zəif gedirdi. XIX əsrin sonunda sənaye energetikasının əsasında 
buxar maşınları dururdu.   
XIX əsrdə Rusiyanın inkişafında əhali artımı da nəzərdən qaçmır. Bu 
əsrdə əhalinin sayı 4 dəfə artır. Rusiya 1860-cı ildə 74 milyon, 1913-cü 
ildə isə artıq 164 milyon əhaliyə malik idi [2.15]. Bu artım əsasən kənd 
regionlarında nəzərə çarpırdı. Sənaye inqilabı ərəfəsində Rusiyada şəhər 
əhalisinin  sayı  5  dəfə  artmışdır.  Bunlardan  dağ-mədən  işlərində 
çalışanların nisbəti 2% təşkil edirdi.  Əhalinin böyük hissəsi öz gündəlik 
çörəyini  kəndçiliklə  qazanırdı.  Əsrin  sonuna  yaxın  əhalinin  sürətli 
artımı,  ölkədə  onsuz  da  elə  də  çətin  gedən  iqtisadi  prosesləri  daha  da 
çətinləşdirmişdir.  
Rusiyada  sənayeləşmə  prosesinin  gedişində  dövlətin  aktiv  iştirak 
etməsi  90-cı  illərdə  maliyyə  naziri  Sergey  Vitt  (1891

1900)  tərəfindən 
daha  intensiv  şəkildə  aparılırdı.  O,  böyük  təzyiqlərə  baxmayaraq  şəxsi 
sənaye  sahələrinin  inkişafına  yardımı  gücləndirmişdir.  Onun  Transsibir 
dəmir  yolunun  tikintisində  gördüyü  işlərlə  bərabər,  Rusiya  üçün  ən 
dəyərli  xidməti  1897-ci  ildə  etdiyi  pul  islahatı  idi.  Rus  valyutasının 
qızıla  bağlılığı  xaricdən  gələn  kapital  axınını  gücləndirir.  Bu  kapital 
əsasən sənayenin  genişləndirilməsinə sərf  edildiyindən, dəmir və polad 
istehsalında, kömur və neft hasilatında böyük inkişaf nəzərə çarpırdı. 
Rusiyada  sənaye  inqilabı,  ümumiyyətlə  başqa  Avropa  ölkələrindən 
fərqli  olaraq  uzun  çəkən  proses  olub,    ölkə  daxilində  və  xaricində  baş 
verən  siyasi  proseslər  nəticəsində  müxtəlif  mərhələlərlə  baş  vermişdir. 
XIX  əsrin  sonunda  demək  olar  ki,  Rusiya  artiq  dünyada  gedən  qlobal 
sənayeləşmə  prosesinə  qoşularaq,  ölkədə  gələcək  geniş  sənayeləşmə 
üçün zəmin yaratmışdır. 
 
 
 
 


Sənaye inqilabı 
 
330 
 
2.4.  İlkin sənayeləşmə dövründə metal emalının inkişafı 
 
M
aşınqayırma  və  ağır  sənayenin  başqa  sahələrinin  inkişafı 
metallurgiya  sənayesinin  də  inkişafını  zəruri  etmişdir.  Dəmir,  polad  və 
dəmir tərkibli xüsusi legirli metalların və eləcə də əlvan metal (mis, sink 
və nadir metallar) ərintilərinə sənayenin tələbi getdikcə artmaqda idi.  
Sənaye  inqilabının  təsiri  ilə  Avropanın  bir  sıra  dövlətlərində  baş 
verən  sənayeləşmənin  intensivliyi  X
Ι
X  əsrin  ortalarında  domna 
sobalarının  geniş  yayılmasına  gətirib  çıxartmışdır.  Zamanın  tələblərinə 
cavab vermək üçün sobaların  məhsuldarlığının artırılması istiqamətində 
də  müəyyən  işlər  görülmüşdür.  Sobaya  hava  verilməsi  sistemi 
təkmilləşdirilmiş  və  üfürcəklərin  məhsuldarlığı  artırılmışdır.  Adi 
üfürcəklərin  mərkəzdənqaçma  üfürcəkləri  ilə  əvəz  olunması,  XIX  əsrin 
ortalarında  sobaya  kifayət  qədər  hava  verilməsi  problemini  həll  etməyə 
imkan vermişdir.  
Konverter  qazının  tətbiqi  ilə  X
Ι
X  əsrin  əvvəllərində  yanacaqdan 
qənaətli  istifadə  olunmağa  başlanmışdır.  Belə  sobalara  X
Ι
X  əsrin 
əvvəlində  Rusiyada  da  rast  gəlinir.    Anosovun  əlyazmalarından  və 
cizgilərindən  məlum  olur  ki,  bu  sobalar  1819-cu  ildə  Slatovski 
metallurgiya  fabrikində  tətbiq  olunmuşlar.  Bu  dövrdə,  Fransada  şəxsi 
metallurgiya    fabrikinə  sahib  olan  Aubertinin  apardığı  sınaqların 
nəticələri  məlumdur.  1809-cu  ildə  o,  konverter  qazının  dəmirin 
tablandırılmasında  tətbiqi  və  kərpiclərin  sobalarda  istifadə  olunması 
üzrə  sınaqlar  aparmağa  başlayır.  1811-ci  ildə  Aubertin  bu  işlərin 
nəticələrini  patentləşdirmişdir. 
Sobalara,  ilk  dəfə  olaraq  isidilmiş  havanın  verilməsi  şotlandiyalı  C. 
Nayson  (ingl.  James  Neison)  tərəfindən  aparılır  və  o  bu  texnologiyası 
üçün  1818-ci  ildə  patent  alır.  Nayson  havanı  420K  ilə  470K  arasında 
isidərək  yanacağa  40%  qənaət  edir.  Bununla,  domna  sobalarının 
məhsuldarlığının  kəskin  artırılmasına  nail  olunur.  Rusiyada,  Peterburq 
şəhərinin  metallurgiya  zavodunda  1829-cu  ildə  sobaya  verilən  havanın 
mineral yanacaqların tətbiqi ilə qızdırılması sınaqları aparılmışdır.  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə