Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə33/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Sənaye inqilabı 
 
331 
 
Bunun  nəticəsində,  daha  çox  dəmir  istehsal  etmək  mümkün 
olmuşdur.  Praktikada  qızmiş  havanın  verilməsi,  əsasən  1870-ci  ildən 
sonra geniş tətbiq edilməyə başlayır [2.42]. 
Domna  sobalarının  effektivliyinin  artırılmasında  əsaslı  dəyişiklik 
verilən  havanın,  sobadan  ixrac  olunan  qazların  hesabına  qızdırılmasını 
mümkün  edən  texniki  avadanlığın  ixtira  olunması  ilə  bağlı  idi.  1857-ci 
ildə  ingilis  mühəndisi    Eduard  Kouer  (ingl.  Edward  Cowper
1819

1893)  bu  təklifi  verir.  Onun  bu  yeniliyi  domna  sobalarının 
inkişafında  böyük  rol  oynayır.  O,  domna  sobalarının  konstruksiyasında 
mühüm 
dəyişikliklər 
etmiş 
və 
dəmirin 
emal 
prosesini 
təkmilləşdirmişdir.  Nəticədə,  böyük  ölçüdə  və  yüksək  məhsuldarlıqlı 
sobaların tətbiqi mümkün olmuşdur.  
Domna  sobalarının  inkişafı  onun  tutumunun  da  artmasında  özünü 
göstərmişdir. XIX əsrin əvvəlində bu 50 m
3
  olduğu  halda, 1864-cü ildə 
450 m
3
-i, 1870-ci ildə isə artiq 1160 m
3
-i keçmişdir [2.2]. 
Tigel  poladlarının  hazırlanmasında  rus  metallurqu  P.Anosov  dəyərli 
tədqiqatlar  aparmışdır.  O,  öz  işlərinə  1828-ci  ildə  Slatous  şəhərindəki 
silah  fabrikində  başlamışdır.  Sınaqlarını,  sirli  saxlanan  elmi  əsaslar 
üzərində  aparan  Anosov  poladın  xassələri  və  keyfiyyətinin  karbonun 
miqdarından asılı olmasını aşkar edir. Bundan əlavə, başqa elementlərin 
də  poladın  keyfiyyətinə  təsirinin  araşdırılması,  onun  tədqiqatlarının 
tərkib  hissəsi  idi.  O,  tədqiqatlar  zamanı  tigel  poladlarının  istehsalına 
xüsusi  maraq  göstərir.  Böyük  ölçüdə  və  odadavamlı  gildən  hazırlanmış 
tigellər  poladın  ərimə  temperaturuna  tab  gətirməli  idi.  Uzun  müddət 
elmi əsaslandırılmış şəkildə apardığı eksperimentlər nəticəsində Anosov 
xüsusi  poladın  alınmasına  nail  olur.  Bundan  əlavə  o,  ilk  dəfə  olaraq 
dəməşq poladının sirrini açmışdır [2.2, 2.43].    
X
Ι
X  əsrin  ortalarında  topların  poladdan  hazırlanması  nəticəsində, 
tigel poladının istehsalı böyük əhəmiyyət kəsb edirdi. Topların homogen 
tərkibdə  və  böyük  miqdarda  hazırlanması,  o  dövrdə  yalnız  tigel 
üsulunun  köməyi  ilə  aparıla  bilirdi.  Bu  sahədə  Almaniyanın  Krupp 
firması böyük nailiyyətlər  əldə  etmişdi, ancaq onlar  öz   texnologiyala- 


Sənaye inqilabı 
 
332 
 
rını gizli saxlayırdılar.  
Rusiyada  böyük  ölçülü  töküklərin  yüksək  keyfiyyətdə  hazırlanması 
problemini  mühəndis  Pavel  Obuxov  (1820

1869)  həll  edir.  Onun  tigel 
poladından  hazırlanmış  hissələri,  qaynaq  edilmiş  hissələrə  nisbətən 
yüksək stabilliyə və iki dəfə az çəkiyə malik idi. Obuxov poladı tezliklə 
Rusiyada geniş tətbiq tapır [2.2].  
Dəmir  yolunun  genişlənməsi,  gəmilərin  dəmir  ərintilərindən 
düzəldilməsi, hərbi sənayenin artan tələbatı, həmçinin maşınqayırmanın 
dəmirə  olan  tələbatı  dəmir  ərintiləri  istehsalında  məhsuldarlığın 
artırılmasını  stimullaşdırmış  və  metalın  keyfiyyətinə  yeni  tələblər 
qoymuşdur.  
X
Ι
X əsrin ortalarında poladın mövcud olan istehsal üsulları artıq ağır 
sənayenin  tələblərinə  cavab  vermirdi.  Poladın  pudel  üsulu  ilə 
hazırlanması  çox  əməktutumlu  idi  və  çox  vaxt  aparırdı.  Tigel  üsulu  ilə 
poladın istehsalının maya dəyəri yüksək və onun tətbiqi məhdud idi. Bu 
baxımdan polad istehsalında yeni üsulun işlənməsi zərurəti yaranmışdır.  
Poladın  kütləvi  istehsalı  1856-cı  ildə  ingilis  ixtiraçısı  Henry 
Bessemer  (1813

1898)  tərəfindən  yeni  texnologiyanın  işlənməsi  ilə 
mümkün  olmuşdur.  O,  ərimiş  filizi  konverterin  içərisində  hava  ilə 
üfürərək qarışdırılmasını təklif edir (şəkil 2.56). Bu zaman ərintidə olan 
silisium,  manqan  və  karbonun  oksidləşməsi  nəticəsində  polad  əldə 
edilir.  Bessemer  prosesi  öz  yüksək  məhsuldarlığı  ilə  fərqlənirdi.  Köhnə 
üsullarla  10  t  ərintini  hazırlamaq  üçün  bir  neçə  gün  vaxt  lazım  gəldiyi 
halda,  buna  Bessemer  konverterində  təxminən  20  dəq.  lazım  olurdu 
(şəkil 2.57) [2.2]. 
Pudlinq 
poladının 
tökmə 
poladlar 
tərəfindən 
sıxışdırılması 
metallurgiya  zavodlarında  külli  miqdarda  pudlinq  dəmirlərinin    yığılıb 
qalmasına,  gətirib  çıxartmışdır.  Bu  dəmir  külçələrindən  polad  almaq 
üçün yeni üsulun işlənməsi lazım idi.  
Bu  məsələ  ilə,  1864-cü  ildə  fransız  metallurqu  Pierre  Martin 
(1824

1915)  məşğul  olur.  O,  poladın  istehsalı  üçün  regenerativ  od 
sobası təklif  edir. Martin 1856-cı  ildə alman mühəndisi Simens tərəfin- 


Sənaye inqilabı 
 
333 
 
dən işlənmiş, yanacaqların istiliyinin regenerasiya edilməsi prinsipindən 
istifadə  etmişdir.  Simens  yanacaqlardan  alınan  istilikdən  hava  və 
qazların qızdırılmasında tətbiq  etmişdir. Nəticədə ixtiraçı sobada poladı 
əritmək  üçün  lazım  olan  temperaturu  əldə  edir.  Simens-Martin 
sobasında  dəmirlərin  və  əridikdə  qaz  və  şlaka  parçalanan  dəmir 
birləşməli qırıntıların emalı mümkün idi. Martinin düzəltdiyi ilk sobanın 
həcmi 1,5 t idi.   
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.56. Bessemer konvertoru. 
 
XIX  əsrdə  metallurgiya  sahəsində  edilmiş  ən  böyük  irəliləyişlərdən 
biri  də  poladın  istehsalı  üçün  Tomas  üsulu  idi.  Bu  üsulla  maye  və 
tərkibində  fosfor  olan  dəmir  emal  edilə  bilirdi.  Bu  üsul  ingilis 
metallurqu Tomasın (1850

1885) adı ilə bağlıdır.   
Sənayenin inkişafı o dövrdə əlvan metallurgiyanın da inkişafına təkan 
vermişdir.  Maşınqayırma,  cihazqayırma,  kimya,  tekstil  sənayesi  və 
başqa texniki sahələrin  inkişafı  qara  metallara  tələbatı  artırmışdır. Bu 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə