Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə36/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   32   33   34   35   36   37   38   39   40

Sənaye inqilabı 
 
341 
 
Alesandro  Volta  (batareya,  1776),  Çarles  Auqustin  Kulomb  (Kulon 
qanunu,  XVIII  əsrin  sonu),  Georq  Simon  Om  (Om  qanunu,  XIX  əsrin 
əvvəli) kimi alimlərin işləri daxil idi.  
XIX  əsrin  əvvəlində  maqnitizm  və  elektrik  cərəyanı  arasında  əlaqə 
kəşf  edildikdən  sonra,  bu  fiziki  kəmiyyətin  praktikada  tətbiqi  üçün 
zəmin yaranmışdır. 
Elektrik  enerjisini  mexaniki 
enerjiyə  çevirən  maşınların  – 
elektrik 
mühərriklərini 
də 
yaranması bu araya təsadüf edir. İş 
maşınları  və  nəqliyyat  vasitə- 
lərinin 
hərəkət 
etdirilməsində 
elektrik 
mühərriklərinin 
yeri 
danılmazdır.  Eelektrik  mühərriki  - 
motor,  yəni  latınca    motius  – 
hərəkət 
deməkdir. 
Bu 
mühərriklərin  iş  prinsipi  cərəyanla 
maqnit 
sahəsi 
arasında 
olan 
münasibətə  əsaslanır.  İlk  dəfə 
olaraq  1820-ci  ildə  danimarkalı 
kimyaçı  Hans  Kristian  Östred 
“elektromaqnitismus”  fenomenini 
kəşf  edir.  Həmin  ildə  ingilis  fiziki 
Mixael  Faradey  “elektromaqnitik 
dönmə”  haqqında  işini  çap  etdirir. 
O,  müstəvi  üzərində  nal  formalı 
maqnit  arasında  elektrik  keçirən  lövhənin  fırlanmasını  və  bu  prosesin 
əksini sübut edən qurğunu nümayiş etdirir [2.50, 2.51, 2.53].  
1822-ci  ildə  Peter  Barlov  onun  adı  ilə  bağlı  olan  Barlov  çarxını 
düzəldir (şəkil 2.61). Amerikalı çilingər Tomas Davenport 1834-cü ildə 
Vermontda  kommutatoru  düzəldir  və  1837-ci  ildə  dünyada  ilk  dəfə 
olaraq, elektrik mühərriki  üzrə patent alır. Avropada  Anyos  Yedlik  və  
 
 
Şəkil 2.61. Barlov çarxı, 1822. 
 
 
 
Şəkil 2.62. Yakobi mühərriki.
 


Sənaye inqilabı 
 
342 
 
Herman  Yakobi  eyni  qaydada  praktikada  tətbiq  oluna  biləcək 
mühərriklərin düzəldilməsi üzrə işləyirlər. Yakobinin mühərriki elektrik 
ilə  maqnit sahəsinin yaranmasına əsaslanırdı (şəkil 2.62). Şəkildə təsvir 
olunmuş  maqnit  çubuqlar  dəyişən  cərəyan  sayəsində  180°  dönə  bilirdi. 
Hər  yarım  dövrdən  sonra  xüsusi  mexanizmin  köməyi  ilə  cərəyanın 
istiqaməti  dəyişdirilərək  rotorun  fasiləsiz  fırlanması  əldə  edilir.  Yakobi 
1838-ci ildə Peterburq şəhərində 6 nəfəri daşıya biləcək gəmini 220 Vatt 
gücündə  mühərriklə  hərəkət  etdirir.  Onun  gəmisi  4,5  km/saat  sürətinə 
malik 
idi 
[2.50,2.52]. 
Texnika 
tarixində 
1837

38-ci 
illər 
elektromexaniki ötürmənin yaranması illəri sayılır.  
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  sabit  cərəyanla  işləyən 
mühərriklər az tətbiq olunurdu. Dəyişən cərəyanla işləyən mühərriklərin 
tətbiqi  yeni  konstruksiyanın  layihələn- 
dirilməsini tələb edirdi. 1841-ci ildə Çarlz 
Vitston  ilk  dəfə  olaraq  dəyişən  cərəyanla 
işləyən sinxron mühərriki düzəldir. Ancaq 
bu 
mühərrikin 
bir 
çox 
çatışmayan 
cəhətləri var idi. Ən əsası ondan ibarət idi 
ki,  mühərriki  işə  salmaq  üçün  əlavə 
təcilləndirici  mühərrik  lazım  idi.  1888-ci 
ildə  italiyalı  fizik  Ferraris  və  xorvatiyalı 
mühəndis  Nikola  Tesla  (o  sonralar  ABŞ-
da  çalışmışdır,  şəkil  2.63)  fırlanan 
elektromaqnit  sahəsi  hadisəsini  kəşf  edir- 
lər.  Teslanın  etdiyi  ixtiralar  elektrotexni- 
kada  yeni  eranın  başlanğıcını  qoyaraq, 
butun  dünyada  böyük  maraqla  qarşılanmışdır.  1888-ci  ildə  ABŞ-ın 
Westinghouse  Elektrik  Company”  firması  Teslanın  bütün  ixtiralarını 
alaraq  elektrik  mühərriklərinin  istehsalı  ilə  məşğul  olur  [2.50,  2.52]. 
Sonralar  Almaniyanın  AEG  firmasında  çalışan  mühəndis  Dolivo-
Dobrovolski  (1862

1919,  o  rus  mənşəli  idi)  Teslanın  mühərrikini 
təkmilləşdirərək daha  mükəmməl  bir maşın ixtira edir. Onun əsas işlə- 
 
Şəkil 2.63. Nikola Tesla 
                  (1856

1943). 


Sənaye inqilabı 
 
343 
 
ri  mühərrikin  rotorunun  yeni  formada  düzəldilməsi  ilə  bağlı  olmuşdur. 
Aparıcı  rotorun  materialı  onun  işində  böyük  rol  oynayırdı.  Rotor  həm 
kiçik  elektrik  müqavimətinə,  həm  də  yaxşı  maqnit  keçiriciliyinə  malik 
olmalı  idi.  Dolivo-Dobrovolski  poladdan  hazırlanmış  silindrik  rotorun 
periferiyası  üzrə  mis  çubuqlar  keçirir.  Onun  bu  konstruksiyası 
gözlənilən nəticəni verir və bu günə kimi praktikada geniş tətbiq olunur. 
Dolivo-Dobrovolski 1889-cu ildə öz rotoruna patent alır. Öz ilk 3 fazalı 
mühərrikini Dolivo-Dobrovolski 1889-cu ildə düzəldir. Onun apardığı 
tədqiqatlar 
nəticəsində 
asinxron 
mühərriklərin  effektivliyini  kəskin 
artırmaq  mümkün  olmuşdur.  Bu 
mühərriklərin  texniki  parametrləri  o 
dövrdə  mövcud  olan  başqa    mühər- 
riklərin parametrlərindən yüksək idi. 
Ona  görə  də,  sonralar  asinxron 
mühərriklər  elektrik  cərəyanı  ilə 
təmin  edilə  bilən  bütün  istehsal 
sahələrində 
başqa 
mühərrikləri 
sıxışdıraraq geniş tətbiq olunur.  
Elektrik  mühərriklərinin  yaradıl- 
ması 
istiqamətində 
aparılan 
tədqiqatlar  göstərmişdir  ki,  cərəyan 
mənbəyi 
kimi 
batareyalardan 
istifadə  etmək  imkanı  artıq  tükən- 
mişdir.  Buna  görə  də,  mütəxəssislər 
yeni  texniki  imkanlar  üzərində  işləməyə  başlayırlar.  Bunsuz  elektrik 
mühərriklərinin geniş tətbiqi mümkün deyildi. 
İlk  enerji  yaradan  mənbə  kimi  Ippolit  Piksi  (fran.  Hippolyte  Pixii,
 
1808

1835)  tərəfindən,  Parisdə  Amperin      təklif  etdiyi  komutator  
(cərəyan  çevricisi)  əsasında  düzəldilən  dəyişən  cərəyan  generatoru  
sayılır.  1833-ci  ildə  Piksinin  düzəltdiyi  bu  generator  Faradeyin  maqnit 
induksiya prinsipinə əsaslanırdı (şəkil 2.64).  
 
 
 Şəkil 2.64. Piksinin düzəltdiyi 
                
generator.
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə