Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə26/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Sənaye inqilabı 
 
307 
 
Səkil 2.47. Bekman. 
 
sayılan  London,  Amsterdam  və  Paris  kimi  şəhərlərdən  gəlirdi.  Digər, 
əsas  səbəb  isə  Almaniyada  getmiş  30  illik  müharibə  ilə  bağlı  idi. 
Müharibə nəticəsində zəifləmiş  ölkədə, kiçik xanlıqlar və zadəganlıqlar 
arasında  mövcud  olan  qanun  münasibətlərindəki  ziddiyyətlər  ölkənin 
inkişafını ləngidirdi.  
Almaniyada  sənayeləşmənin  ilkin  şərtlərindən  olan  istehsal  azadlığı  
1807-1811-ci  illərdə  keçirilmiş  islahat  nəticəsində  mümkün  olmuşdur. 
Əvvəllər  kiçik  peşəkarlıq  emalatxanalarında  təcrübə  yiğan  işçilər 
sənayeləşmə  dövründə  əsas  mütəxəssislər  sayılırdılar.  Bundan  əlavə, 
uzun  müddət  ayrı-ayrı  kiçik  dövlətlərin  elmi  məktəbləri  arasındakı 
rəqabət  də  bu  dövrdə  ənənəvi  alman  elmi  məktəbi  üçün  əlverişli  zəmin 
yaratmışdır.  Ənənəvi  Universitetlər,  Elmlər  Akademiyaları  XIX  əsrdə 
təbiət və texniki elmlərin tədqiqi üzrə güclənməyə başlayırlar.  
Bu  dövrdə  alman  filosofu  və  iqtisadiyatçı  Yohan  Bekmanın 
(1739

1811)  gördüyü  işlər  Almaniya  maşınqayırmasının  inkişafında 
önəmli rol oynamışır. O, texniki elmlərin yaradıcısı kimi ad qazanmışdır 
(şəkil  2.47).  Bekman  ilk  dəfə  olaraq  iqtisadiyyat  elminə  “Texnologiya” 
anlayışını  daxil  edir.    Avropanının  bir  çox  müəssisələrini  gəzdikdən 
sonra,  gördükləri  prosesləri  “Mexaniki  texnologiya”  adlı  dərslik 
şəklində çap etdirir. Bu kitabda, Bekman o 
dövrdə 
mövcud 
olan 
elmi 
bilikləri 
sistemləşdirməyə 
çalışmışdır. 
Bundan 
əlavə  o,  1779-cu  ildə  “İxtiraların  tarixinə 
dair”  və  1806-cı  ildə  “Ümumi  texno- 
logiyanın 
layihəsi” 
kitablarını 
çap 
etdirmişdir.  
Bekman texnologiyanı, cisimlərin emalı 
və ustaların biliyini öyrədən elm kimi izah 
edir.  Emalatxanalarda,  işçi  yerlərində 
hissələrin  hazırlanması  üzrə  ustaların 
vərdiş  və  göstərişlərini  öyrənmək  əvəzinə 
texnologiya, sistematik olaraq, əsaslı şəkil- 


Sənaye inqilabı 
 
308 
 
də  son  məhsula  çatmaq  üçün  həqiqi  prinsipləri  öyrədərək,  etibarlı 
vərdişlər əsasında texniki vasitələr tapmağa imkan verərək, emal zamanı 
baş verən prosesləri izah etməyə şərait yaradır [2.5]
.
 
Bekman  texnologiyanı  bir  elm  kimi  qəbul  edərək,  təbii  elmlərin 
məhsul  hazırlanmasında  istifadə  edilməsinin  vacibliyini  göstərmişdir. 
Onun  apardığı  elmi  işlər  nəticəsində  texnologiya  haqqında  elm  
universitetlərin  tədris  fənninə  çevrilir.  Bu  elmin  əsaslarını  o,  1777-ci 
ildə yazdığı “Texnologiyaya giriş” kitabında ətraflı təsvir emişdir (şəkil 
2.48).       
XVIII  əsrin  sonunda  Almaniyada  istehsal  olunan  məhsulun  böyük 
hissəsi  hərb  sənayesinin  payına  düşürdü.  Artilleriya  o  dövrdə  ordunun 
gücünü  nümayiş  etdirən  əsas  göstəriciyə  çevrildiyindən,  bu,  topların 
tökülməsi  texnologiyasında  güclü  dəyişikliyə  gətirib  çıxarmışdı. 
Əvvələr  bir-biri  ilə  əlaqəsi  olmayan  manufakturalar  tərəfindən 
hazırlanan  müxtəlif formalı topların vahid formaya salınması 
Ι
mperator 
Ι
  Vilhelmin  səyi  nəticəsində  baş  vermişdir.  Yeni  yaradılmış  hərbi 
sənayenin  hələ  də  xaricdən  gətirilən  metala  ehtiyacının  olmasına 
baxmayaraq, bu sahə sürətlə inkişaf edərək, Almaniya ordusunun tüfəng 
və  toplarla  təmin  edilməsinə  nail  olmuşdur.  Getdikcə  inkişaf  etməkdə 
olan  fabriklərdə  xarici  xammal  yerli  sərvətlərlə  əvəz  olunmağa 
başlamışdır.  1799-cu  ildə  Almaniyada  İsveç  dəmiri  əvəzinə  yerli 
filizlərdən  istifadə  olunması  qərarına  gəlinmişdir.  Ancaq  bu  dəmirlə 
aparılan sınaqlar göstərmişdir ki, dəmir yüksək kövrəkliyinə görə yalnız 
aşaqı  temperaturda  emal  oluna  bilir.  Buna  görə  də,  qısa  vaxtdan  sonra 
yenidən müəssisələr İsveçdən dəmir almağa başlayır [2.29].  
Almaniyada sənayeləşmənin əsas göstəricilərindən biri məhsulların əl 
əməyi  ilə  hazırlanmasından  maşın  istehsalına  keçid  idi.  Bununla 
əlaqədar  olaraq,  güc  maşınlarına  artan  tələbat  başqa  Avropa 
dövlətlərində  olduğu  kimi,    X
Ι
X  əsrin  əvvəlində  Almaniyada  da  öz 
ehtiyaclarını  ödəmək  üçün  maşınqayırma  sənayesinin  inkişafını  zəruri 
etmişdir.  Bu  zaman  ölkə  daxilində,  hələ  XV
ΙΙΙ
  əsrdə  əsası  qoyulmuş 
manufaktur və fabrik istehsalında  maşınqayırma  sənayesinin  yaranma- 


Sənaye inqilabı 
 
309 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.48. Bekmanın “Texnologiyaya giriş” kitabının üz vərəqi. 
 


Sənaye inqilabı 
 
310 
 
sı  üçün  təmərküzləşmələr  yaranmağa  başlayır.  Bu  sahədə  Saksoniya, 
Berlin, Raynland-Vestfalien və Çənub xüsusilə fərqlənirdi. Almaniyada 
ilkin  sənayeləşmənin  mərkəzi  dağ-mədən  və  metallurgiya  sənayesinə 
malik Raynland -Vestfaliendə, inkişaf etmiş dağ-mədən, metallurgiya və 
tekstil  sənayesinə  malik  Saksoniyada  və  inkişaf  etmiş  emal 
müəssisələrinə  və  həmçinin  silah  istehsalı  üzrə  ixtisaslaşmış  Berlində 
yerləşirdi.  
Bütün  regionlarda  sənayeləşmədə  tərəqqi  əsasən  Ingiltərədə  istehsal 
olunmuş  və  ingilis  mütəxəssislərinin  köməyi  ilə  Almaniyada 
quraşdırılmış  buxar  və  tekstil  maşınları  ilə  başlamışdır.  Iqtisadiyyatda 
güclü ingilis təsiri, Almaniyanın İngiltərəni ötüb keçənə qədər qalmaqda 
idi [2.31]. 
Bu  dövrdə  inkişaf  etməkdə  olan  Almaniya  maşınqayırmasına 
Fransanın da təsiri az deyildi. Fransa Almaniyanın qərb hissəsində olan 
müəssisələri  dəzgahla  təchiz  etməklə  bərabər,  həm  də  texniki  təhsil 
sahəsində  müəyyən  təsirə  malik  idi.  Əsasən  tekstil  sənayesi  öz  texniki 
avadanlığını Fransadan alırdı.  
Almaniyada maşınqayırma sənayesi XIX əsrin əvvəlində ləng inkişaf 
edirdi. Yalnız 1834-cü ildə kömrük sistemi yarandıqdan və 40-cı illərdə 
dəmir  yolunun  genişləndirilməsindən  sonra  maşınqayırmanın  inkişafı 
sürətlənmişdir.  Maşınqayırmanın  önündə  buxar,  sonralar  tekstil 
maşınlarının  və  1835-ci  ildən  Nürnberq  və  Fürt  arasında  açılan  dəmir 
yolu  xətti    ilə  şərtlənən  lokomotivlərin  hazırlanması  dururdu.  Əsrin 
ortalarında  verilən  məlumatda,  Almaniyada  fəaliyyət  göstərən  
maşınqayırma  müəssisəsinin  73-ü  buxar  maşınlarının,  58-i  tekstil 
maşınlarının  və  29-u  dəmir  yolu  materiallarının  istehsalı  ilə  məşğul 
idilər [2.32]. 
XVIII  əsrdə  Almaniya  maşınqayırma  sənayesinin  inkişafının 
əsasında,    cəmiyyətdə  mövcud  olan  peşəkarlıq  təcrübəsi  dururdu. 
Ustaların çox hissəsi metallurgiya sahəsində çalışdıqlarından onlar üçün 
maşınların  metaldan  düzəldilməsi  heç  də  yeni  deyildi.  Onu  da  qeyd 
etmək lazımdır ki, sənayeləşmənin  əvvəlində  dəzgah və  alətlər  əsasən 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə