Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə23/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Sənaye inqilabı 
 
295 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.38. Üstyonuş dəzgahı,  Sellers firması. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.39. Torna dəzgahı, Sellers firması. 
 
 


Sənaye inqilabı 
 
296 
 
 
Şəkil 2.40. Sellersin təklif etdiyi yiv nümunələri.
 
 
 
Works”  1845-ci  ildə  Nyu-Yorkda  yardılaraq  dəzgahqayırma  ilə  məşğul 
olur.  “American  Machinist”  jurnalının  yazdığına  görə  Freeland  firması 
1857-ci  ildə,  ilk  dəfə  olaraq  şaberləmə  əməliyyatını  mexaniki  emalda 
tətbiq edir.      
1860-cı  ildə  ABŞ  artıq  öz  dəmir  sənayesini  inkişaf  etdirmək 
qabiliyyətinə  malik  idi.  ABŞ-ın  ümumi  ərazisi  1790-cı  ildə  827  844 
km
2
-dən 1860-cı ildə 3026495 km
2
-ə qədər böyümüşdü [2.25]. Əhalinin 
sayı artaraq 4 milyondan 31,5 milyona çatmışdı (1900-cü ildə bu rəqəm 
artıq 76,3 milyonu keçmişdi).   
1860-cı  ildə  seçkilərdə  respublikaçıların  qalib  gəlməsindən  sonra  


Sənaye inqilabı 
 
297 
 
kömrük  haqqı  böyüyərək,  əsasən  dəmir  və  polad  sənayesini  qorumağa 
kömək etmişdir.  
1861

1865-ci  illərdə  baş  vermiş  vətəndaş  müharibəsi  nəticəsində 
ölkədə  silah  sənayesinə  olan  tələbat  artaraq  dəzgahqayırmanın 
genişləndirilməsinə  maliyyə  cəhətdən  müsbət  təsir  göstərmişdir.  1863-
cü  ildə  ölkədə  yaranan  maliyyə  böhranı  kömrük  haqlarının  daha  da 
artmasına  gətirib  çıxarır.  Bu,  ölkə  daxilində  sənayenin  inkişafını 
sürətləndirir. Vətəndaş  müharibəsi başa çatdıqdan sonra, ölkədə yüksək 
vətənpərvərlik ruhu baş qaldıraraq, hər sahədə yerli adamların iş başına 
gəlməsinə  can  atılırdı.  1860
÷
70-ci  illərdə  ABŞ-da  sənaye  istehsalı  iki 
dəfə  artır.  1860-cı  ildə  verilən  patentlərin  ümumi  sayı  4819  olduğu 
halda müharibədən sonra, 1867-ci ildə bu rəqəm 13015-ə çatmışdır. 
1865

1873-cü illərdə ABŞ dəmir yolu güclü inkişaf edir.1850-ci ildə 
Korlis  (ingl.  Corliss)  ilk  dəfə  olaraq  çevrəvi  itələyici  ilə  işləyən  buxar 
maşınını  düzəldərək,  1876-cı  ildə  Filadelfiyada  keçirilən  dünya 
sərgisində nümayiş etdirir (şəkil 2.41). Mürəkkəb həndəsəyə malik olan 
silindr yüksək dəqiqliyə  malik  olduğundan  dəqiq  emal tələb  edirdi. Bu,  
horizontal deşmənin inkişafını stimullaşdırmışdır.  
1860

70 ci illərdə ABŞ maşnqayırmasında böyük irəliləyişlər nəzərə 
çarpır.  1851-ci  ildə  Londonda  keçirilən  sərgidə  ABŞ  firmaları  yalnız 
kənd  təsərrüfatı  maşınları  nümayiş  etdirdiyindən,  onlara  o  qədər  də, 
diqqət  verilməmişdir.  1862-ci  ildə  Londonda  keçirilən  dünya  sərgisi 
artıq  ingilis  dəzgahqayırmasının  tənəzzülündən  xəbər  verdiyi  halda, 
ABŞ  bu  sərgidə  Sellersin  düzəltdiyi  orijinal  dəzgahlarla  təmsil 
olunmuşdur.  Müharibə  ilə    bağlı  olaraq,  ABŞ  bu  sərgidə  nisbətən  az 
sayda maşın nümayiş etdirə bilmişdir.  
Amma  1867-ci  ildə  Parisdə  keçirilən  dünya  sərgisi  Amerika 
maşınqayırmasında dönüş olduğunu göstərir. Burada Sellersin üstyonuş, 
Brown&Sharpe  firmasının  universal  frez  və  revolver-torna  dəzgahını 
görmək  olardı.  Bu  sərgidən  sonra,  ABŞ  maşınaqayırması  birdən-birə 
maraq mərkəzində durur. Bununla İngiltərənin uzun müddət aparıcı rola 
malik olması arxa plana  keçir. Bu  andan  etibarən  sənayesi  inkişaf  et- 


Sənaye inqilabı 
 
298 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.41. Korlissin buxar maşını. 
 
məkdə  olan  Avropa  ölkələrinə  ABŞ  dəzgahlarının  axını  başlanır. 
Brown&Sharpe  və  Pratt&Vhitney  ABŞ  firmaları,  hətta  ABŞ 
dəzgahqayırmasının banilərindən sayılan Sellers firmasını ötərək  böyük 
miqdarda  dəzgah  və  başqa  maşınlar  satırlar.  Brown&Sharpe  firması 
1833-cü  ildə  Braun  tərəfindən  yaradılmışdır.  Öncə  saatların  təmiri  ilə 
məşğul  olan  firma  sonralar  ölçü  alətlərinin  istehsalına  keçir.  1853-cü 
ildə Braunun firması Şarp ilə birləşir. Bu firmada o vaxt 14 işçi çalışırdı. 


Sənaye inqilabı 
 
299 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.42. Universal pardaq dəzgahı, Brown&Sharpe firması. 
 
60-cı  illərin  əvvəlində  firma  ölçü  kalibrlərinin  hazırlanması  ilə  məşğul 
olur.  1872-ci  ildə  firmada  300  nəfər,  1900-cu  ildə  isə  artıq  1500  nəfər 
çalışırdı.  Firmanın  hazırladığı  dəzgah  və  ölçü  alətlərinin  dəqiqliyi  ona 
dünya  şöhrəti  gətirmişdir.  1861-ci  ildə  firmada  universal  frez,  1874-cü 
ildə universal dairəvi pardaq, 1878-ci ildə  vertikal və horizontal pardaq 
dəzgahları  və  1880-ci  ildə  torna-revolver  avtomatı  hazırlanır  (şəkil 
2.42).  Dəzgahlardan  əlavə  bu  firmada  tikiş  maşınları  da  istehsal 
olunurdu.  Tikiş  maşınlarının  istehsalı,  Brown&Sharpe  firmasında  frez 
və  pardaq  dəzgahlarının  hazırlanmasına  böyük  təsir  göstərmişdir. 
Amerikada  torna  dəzgahlarının  avtomatlaşdırılması  istiqamətində 
Brown&Sharpe  firmasının  rolu  böyük  olmuşdur.  Amerikada  ilk 
kosntruksiyalar XIX əsrin ortalarına təsadüf edir. 1845-ci ildə Stiven Fik 
(ingl.  Stephen  Fitch)  Middlefield  şəhərində  ilk  dəfə  olaraq  revolver 
başlığı ilə işləyən torna dəzgahını layihələndirir (şəkil 2.43). Tapançanın 
hazırlanması üçün çoxlu sayda vint lazım idi. 30000 tapançanın istehsalı 
üçün dövlətdən sifariş alan Fik onun hissələrini  kütləvi  şəkildə  istehsal 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə