Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə19/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Sənaye inqilabı 
 
283 
 
sərrüfatı  maşınlarının  istehsalında  birinci  yerə  çıxır.  Qərb  həm  də 
maşınqayırma  və  metallurgiya  sahəsində  Cənubu  ötüb  keçir. 
Metallurgiyada buxar maşınlarının tətbiqinə görə Qərb ştatları daha çox 
inkişaf etmişdi [2.19].   
Qərbin azad ştatlarında əhalinin sayı az olduğundan və inkişaf üçün 
yaxşı  şərait  yarandığından  oraya  çoxlu  sayda  immiqrantlar  gəlirdilər. 
Bunların böyük əksəriyyəti texniki cəhətdən inkişaf etmiş Şərq və Şimal 
ştatlarından  idilər.  1857-ci  ildə  Minnosote  ştatında  peşəkarların 
əksəriyyəti  Nyu  England,  Men  və  Nyu  York,  həmçinin  İrlandiya, 
İngiltərə  və  Almaniyadan  gəlmişdilər  [2.22].  XIX  əsrin  əvvəlində 
Vermont,  Men,  Ohayo,  Kentukki,  Tennessi  ştatları  nisbətən  kiçik  əhali 
sıxlığına malik olduqları halda, 1860-cı ildə bu ştatlar artıq inkişaf etmiş 
sənaye  və  sosial  bazaya  malik  olub,  Qərbdə  başqa  ərazilərin  tutulması 
və  inkişaf  etdirilməsində  böyük  rol  oynayırlar.  Amerika  Birləşmiş 
Ştatlarında  XIX  əsrdə  baş  verən  sənayeləşmə  prosesi  onu  göstərir  ki, 
sənaye  inqilabı    bu  ölkədə  üç  regionda  özünəməxsus  şəkildə  baş  verir: 
şimal-şərq  ştalarında  baş  verən  sənaye  inqilabı,  cənub  ştatlarında 
plantasiyalar  və  sənayenin  mexanikləşdirilməsi  və  sənayenin  qərb 
ərazilərinə yayılması [2.18].   
Bu proseslərin  gedişində  Avropada olduğu kimi  dəmir yolu xəttinin 
yaradılması və genişləndirilməsi aparıcı rol oynamışdır. 
Dəmir  yolunun  salınmasına  qədər  olan  dövrdə  ABŞ-da  da  torpaq 
yollar,  çaylar  və  kanallar  nəqliyyat  üçün  əsas  sayılırdı.  Ancaq  coğrafi 
çətinliklər sayəsində hər bir ərazidə su kanalı çəkmək mümkün  deyildi. 
Məsələn,  Baltimor  ilə  Qərb  arasında  yerləşən  Appalaçi  yüksəkliyi  su 
yolunun  çəkilməsinin  qarşısını  almışdır.  1827-ci  ildə  ilk  ABŞ  dəmir 
yolu  cəmiyyəti  yaradılaraq,  Baltimor  və  Ohayo  arasında  xəttin 
çəkilməsini qarşısına məqsəd qoyur [2.23]. 
Dəmir  yolu  tikintisində  Avropada  olduğu  kimi,  burada  da  ingilis 
buxar qatarı tətbiq olunurdu. İlk vaxtlarda ABŞ-a Avropadan 114 ingilis 
lokomotivi  gətirilir.  ABŞ-ın  dəmir  yolu  tarixində  ilk  lokomotiv 
İngiltərədə hazırlanmış “Stourbridge Lion” 1829-cu ildə tətbiq olunmuş- 


Sənaye inqilabı 
 
284 
 
dur.  İngilis  hegemonluğu  ABŞ-da  uzun  çəkmir.  1830-cu  ildə  Nyu 
Yorkda  "The  Best  Friend  of  Charleston"  (azərb.  “Çarlestonun  yaxın 
dostları”)  firması  yaradılaraq,  orada  ilk  yerli  lokomotiv  hazırlamağa 
cəhd  göstərilir.  Ancaq  1831-ci  ildə  aparılan  sınaq  zamanı    buxar 
qazanının 
partlaması 
nəticəsində 
işlər 
yarımçıq 
qalır. 
Yerli 
lokomotivlərin  praktiki  tətbiqi  yalnız  1831-ci  ildə  Matias  Vilyam 
Boldvin    (ingl.  Matthias  William  Baldwin)  tərəfindən  Filadelfiyada 
yaradılan “Baldwin Locomotive Works” zavodunda düzəldilmiş etibarlı 
lokomotivlərin  sayəsində  mümkün  olur.  Bu  zavod  1945-ci  ilə  qədər 
dünyada  ən  böyük  buxar  lokomotivi  hazırlayan  müəssisə  hesab 
olunurdu.  Baldvinin  nümayiş  etdirdiyi  qatarda  iki  vaqon  var  idi  (şəkil 
2.31).  Bu  vaqonların  hərəsində  4  nəfər  əyləşə  bilirdi.  Bundan  əlavə 
buxar qazanını qızdırmaq üçün koks əvəzinə Amerikada çıxarılmış yerli 
kömürlərdən istifadə edilmişdir.  
Sonrakı  illərdə  Amerika  Birləşmiş  Ştatlarında  dəmir  yolu  güclü  inkişaf 
edir. 1850-ci ildə artıq kiçik və böyük dəmir yolu cəmiyyətlərini özündə 
birləşdirən,  uzunluğu  480000  km  olan,    böyük  qatar  xətti  şəbəkəsi 
mövcud idi [2.23]. 
 
 
 
 
 
 
 
 
Şəkil 2.31. Boldvinin hazırladığı lokomotiv. 


Sənaye inqilabı 
 
285 
 
Vətəndaş  müharibəsi  ərəfəsində  ABŞ-ın  bir  çox  qatar  xətləri 
dağıdılır. Müharibə vaxtı dəmir yolu əsgərlər və silahların daşınmasında 
böyük  əhəmiyyətə  malik  idi.  Buna  görə  də  hələ  müharibə  dövründə 
prezident  Linkoln  Kaliforniyaya  dəmir  yolunun  çəkilişinə  icazə  verir. 
1850-ci  ildə  Kaliforniya  ştat  statusu  alır  və  ABŞ-ın  qalan  hissəsi  ilə 
birləşdirilir.  
ABŞ-da  dəmir  yolu  tikintisi  1830−50-ci  illərdə  sürətlə  inkişaf  edir. 
Bunu  aşağıdakı  cədvəldən,  başqa  dövlətlərlə  müqayisədən  görmək  olur 
[2.25]: 
 
 
Almaniya 
         İngiltərə 
ABŞ-ın  
şimal hissəsi 
1830 
 
1840 
 
1850 
 

469 km 
6143 km 
138 km 
1350 km 
1066 km 
87 km 
5330 km 
13800 km 
 
 
Müharibədən  sonra  dəmir  yolu  tikintisi  yenidən  canlanır.  Dövlət  bu 
sahədə  çalışanlara  maliyyə  yardımını  gücləndirir.  Bu  maliyyənin 
miqdarı  çəkilən  yolun  uzunluğundan  asılı  olduğundan  firmalar  daha 
sürətlə,  daha  uzun  yol  çəkməyə  cəhd  göstərirlər.  1869-cu  ildə 
firmalardan  biri  qərbdən  şərqə,  digəri  isə  Şərqdən  Qərbə  eyni  zamanda  
qatar  yolunun  tikilməsinə  başlayır.  Onlar  Böyük  Salzsee  ətrafında 
görüşərək  xəttləri  birləşdirmək  haqqında  razılığa  gəlirlər.  1869-cu  ildə 
dəmir  yollarının  birləşdirilməsi  təntənəli  şəkildə  qeyd  edilir.    Bu  xətlə 
qərbdən şərqə qatarla səfər 7,5 gün çəkirdi [2.23]. 
Transkontinental  dəmir  yolu  çəkilişi  ilə  bərabər  müharibə  zamanı 
dağıdılmış  xətlər  bərpa  olunaraq  daha  da  genişləndirilmiş  və  ölkənin 
orta  hissəsində  olan  ərazilər  də  şəbəkəyə  qoşulmuşdular.  Ağac 
məmulatlarının  çox  olması  səbəbindən  dəmir  yolu  tikintisində  çox 
zaman ağac konstruksiyalardan istifadə olunurdu. 
Dəmir  yolu    tikintisi    ilə  bərabər    ABŞ  mühəndisləri  bu    sahədə  
tətbiq olunan texnikanın təkmilləşdirilməsi üzərində də işləyirdilər. Belə 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə