Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə15/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Sənaye inqilabı 
 
270 
 
işçilərin sayına görə əsas sənaye sahələrindən sayılırdı. 1850-ci ilə qədər 
Fransada  bu  sahə  sənayeləşdirilməmiş  qalırdı.  Yalnız  50-ci  illərdən 
sonra  ölkədə  ipəyirən  maşınların  geniş  tətbiq  olunması  pambıq 
sənayesinin  inkişafını  gücləndirmişdir.  İpəyirən  maşınların  ilk  dəfə 
1782-ci  ildə  tətbiq  olunmasına  baxmayarq  onun  yayılması  üçün  böyük 
vaxt  tələb  olunmuşdur.  Bu,  buxar  maşınını  hələ  ilk  vaxtlardan,  domna 
sobalarını 1785-ci ildən tanıyan Fransa iqtisadiyyatı üçün səciyyəvi idi.   
Şənayeləşmənin  əsaslarını  təşkil  edən  texniki  yeniliklərin  və 
texnologiyaların  yaradıcısı  və  yayıcısı  sayılan  texniki  peşə  sahiblərinin 
hazırlanması,  Fransada  gedən  proseslərdə  böyük  rol  oynamışdır.  
Sənayeləşmə  qədəm  qoyduğu  vaxtdan,  liberal  dövlət  məmurları  və 
iqtisadçılar 
bu 
prosesin 
sürətlənməsi 
üçün 
texniki 
təhsilin 
gücləndirilməsi  və  yayılmasının  vacibliyini  dərk  etmişlər.  Illər  boyu 
cəmiyyətdə  izahetmə  və  rasionallaşdırma  nəticəsində  humanistliyin  ön 
plana  çıxmasi,  təhsilin  sosial-iqtisadi  inkişafın  mühərriki  rolunu 
oynaması uçun şərait yaratmisdir.
 
İlk fransız sənaye məktəbi  “Ecoles des Artes et Metriers” adı altında 
yaranır.  Bu  anlayış  texnika,  sənaye  və  peşə  kimi  sahələri  özündə 
cəmləşdirən  “mexanika  haqqında  incəsənət”  kimi  başa  düşülürdü.  Bu 
tipdə  ilk  məktəb  “İncəsənət  peşəsi  üzrə  məktəb”  (frans.  “Conservatorie 
des Artes et Metriers”) 1794-cü ildə Parisdə yaradılmışdır (şəkil 2.28). 
Burada  söhbət  əslində  texniki  müzeydən  gedirdi.  Muzey  o  dövrdə 
daha  çox  təhsil  institutu  sayılırdı.  Bu  muzeylərdə  çox  vaxt  texniki 
eksponatları  nümayiş  etdirməklə  mühazirələr  keçirilirdi.  Əsasən  isə 
axşam kursları işçilərə öz təhsillərini artırmağa imkan verirdi [2.14].   
Fransada  sonrakı  məktəblər  1806-cı  ildə  Çalon-sür-Marn  (fran. 
Chalons-sur-Marne),  1815-ci  ildə  Onye  (fran.  Angers),  1829-cu  ildə 
Paris  və  1843-cü  ildə  Eks  en  Provons  (fran.  Aix-en-Provence
şəhərlərində  yaradılmışdır.  Burada  təhsil  alanlar  adətən  peşəkar 
ailələrdən gəlirdilər. Onlar artıq  müəyyən peşə təcrübəsinə  malik idilər. 
Onların sayı hər məktəb üzrə 300 nəfərə qədər məhdudlaşdırılmışdır.     
Təxminən 3−4 il  sürən  təhsil  prosesində şagirdlər əsasən mühazirə- 


Sənaye inqilabı 
 
271 
 
lərlə  müşayət  olunan  praktiki  məşğələlərdə  öz  peşələrinə  dərindən 
yiyələnirdilər.  1829-cu  ildə  Parisdə  bir  şəxs  tərəfindən  yaradılmış  və 
təbii  elmlər  üzrə  ixtisaslaşmış  məktəb  sonralar  dövlətin  himayəsinə 
keçir.    Cəmiyyətin  yuxarı  təbəqələrindən  çıxmış  namizədlər  riyaziyyat 
yönümlü qəbul imtahanı əsasında seçilirdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.28. Konservatoriyada mühazirə. 


Sənaye inqilabı 
 
272 
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  təhsil  alanların  böyük 
hissəsi  sənayedə  yox,  dövlət  sistemində  məmur  kimi  çalışmaq  üçün 
seçilirdilər.  Beləliklə,  politexnik  məktəbləri  ikili  tapşırığı  yerinə 
yetirirdi.  O  həm  mühəndis,  həm  də  məmur  hazırlığı  ilə  məşğul  idi. 
Məmur  vəzifəsi  alan  mühəndislər  sənayedə  gedən  işlərə  dövlət 
tərəfindən aparılan nəzarətə rəhbərlik edirdilər.   
1830-cu ildə Fransada pambıq ıstehsalı sənayesində texniki yeniliklər 
aparilmış  və  müəssisələrdə    istehsalın  yeni  formada  təşkili  artıq  başa 
çatdırlmışdır.  Bu  sənaye  sahəsi  toxuculuq  və  ipəyirən  maşınlara  artan 
tələblərlə əlaqədar olaraq, başqa sənaye sahələrinin inkişafı ücün aparıcı 
rol oynayaraq coxlu iş yerlərinin acılmasına şərait yaratmısdır. 
Tekstil  sənayesində  Cenni  maşınlarının  tətbiqindən  sonra  pambıq 
toxuculuğu 
ölkənin 
mütərəqqi 
sənaye 
sektoruna 
çevrilmişdir. 
Yayılmaqda olan  mexanikləşdirmə prosesi öncə aparıcı sahələri, əsasən 
isə 
tekstil 
sənayesinin 
inkişafına 
şərait  yaradaraq,  ölkədə 
sənayeləşmənin geniş yayılmasına təkan vermişdir [2.17].      
Tekstil  və  başqa  sənaye  sahələrində  texniki  və  təskilatı  dəyisikliklər 
XIX  əsrin  birinci  yarısında  çox  ləng  gedirdi.  1815-ci  ildən  başlayaraq 
yun və ipəyirmə prosesləri mexanikləşdirilir. 1850-ci ilə qədər bu proses 
ləng davam edir. Ümumiyyətlə toxuculuğun mexanikləşdirilməsi böyük 
peşəkar  və  ucuz  işçi  qüvvəsinə  malik  olan  ölkədə  o  qədər  də,  uğur 
gətirəcək  yenilik  kimi  qarşılanmırdı.  Əl  ilə  toxuculuq  qurğusunda  evdə 
görülən  işlərin  qiymətinin  aşağı  olması  toxuculuq  maşınlarına  rəqabət 
yaradırdı.  Yalnız  maşınlarla  həddən  artıq  məhsul  istehsal  edildikdən 
sonra əks proses baş verir, kəndlilərə təzyiq artır.   
1850-ci  ildən  başlayaraq    maşınlarla  təchiz  olunmuş  fransız  tekstil 
firmalarının    geniş  yayılması  nəticəsində  kəndlərdə    əl  ilə  toxuculuqla 
məşğul  olan  işçilər  üçün  çətin  vaxtlar  başlayır.  Onlar  ya  aşağı  əmək 
haqqı  ilə  razılaşmalı,  ya  da  başqa  işlə  məşğul  olmalı  idilər.  Bu  təzyiq 
altında Yaquard toxucu maşınları geniş yayılmağa başlayır.  
Bu onunla bağlı idi ki, Yaquard maşını genial işləmə sisteminə malik 
olsa da, proses tam mexanikləşdirilməmişdi. Yəni maşında  işçilərin  tət- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə