Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə17/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Sənaye inqilabı 
 
276 
 
apardığı tədqiqatlar nəticəsində polad istehsalı üçün yeni üsul ixtira edir.  
Martenin  bu  üsulu  tezliklə  Fransada  yayılmağa  başlayır  (şəkil  2.30). 
1869-cu  ildə  Fransada  23  Martin  sobası  tətbiq  olunurdu.  1865-78-ci 
illərdə bu sobalarda polad istehsalı 9647 t-dan 283377 t-a çatdırılmışdır 
[2.15].      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.30. Le Kreuzot şəhərində rels istehsalı, 1860. 
 
İngiltərədən  fərqli  olaraq  Fransada  iqtisadi  sənayeləşmə  prosesi 
ictimai-siyasi  proseslərlə  əlaqədar  olaraq  fasilə  ilə  baş  vermişdir.  Buna 
görə  də,  ümumi  sənayeləşməni  yuxarıda  təsvir  olunmuş  proseslərlə 
əlaqədar  olaraq  4  mərhələyə  bölürlər  [2.15].  Birinci  mərhələyə 
1760−1790-cı  illərdə  sənayeləşmə  prosesi  aiddir.  Bu  zaman  iqtisadi 
cəhətdən  yaxşı  səviyyəyə  malik  olan  Fransada  mövcud  olan  kapitalın 
sayəsində  qısa  bir  zamanda  İngiltərədən  gətirilmiş  mütərəqqi 
texnologiyalar  sürətlə  yayılmağa  başlayır.  1790−1815-ci  illərdə 
Fransada  baş  verən  siyasi  hadisələri  ikinci  mərhələyə  aid  edirlər. 
Müharibələr, qarışıqlıq və inflyasiya ölkədə sənayeləşməni ləngidir.  


Sənaye inqilabı 
 
277 
 
Blokada  şəraitində  yalnız  pambıq  sənayesində  süni  şəkildə  aparılan 
irəliləyiş nəzərə çarpır. 1815−1850-ci illərdə ölkədə sülh, gələcəyə ümid 
və aparılan siyasət sayəsində  sənayeləşmə prosesi yenidən canlanmağa 
başlayır. Dövlətin verdiyi yardımlar və kreditlər nəticəsində dəmir yolu 
inkişaf edir.  
1850−1870-ci  illərdə  dəmir  yolu,  dəmir  istehsalı  kimi  sahələrin 
ümumiləşdirilməsi  və  xarici  rəqabətin  güclənməsi  nəticəsində  Fransada 
sənayeləşmə  öz  yüksək  pilləsinə  çatır.  Dövlət  tərəfindən  sənaye 
sahələrinin  inkişafı  və  azad  ticarət  üçün  yaradılan  şərait  bu  prosesin 
gedişi üçün əlverişli şərtlərdən idi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Sənaye inqilabı 
 
278 
 
2.3.2. Amerikada sənaye inqilab
ı
 
 
ABŞ
-da  sənayeləşmə  prosesi  başqa  dövlətlərdən  fərqlənərək 
özünəməxsus  xüsusiyyətlərə  malik  idi.  XVIII  əsrin  sonunda  ölkənin 
şimal-şərq  hissəsində  inkişaf  etmiş  manufaktura  təsərrüfatı  hökm 
sürdüyü  halda,  cənub  və  qərbdə  plantasiya  köləliyi  mövcud  idi.  Bunun 
səbəbləri  ABŞ-ın  bir  dövlət  kimi  formalaşması  prosesindən  asılı  idi 
[2.17]. 
XVII əsrin sonunda Amerikada  mövcud olan koloniyalarda aparılan 
azadlıq  müharibəsindən  sonra  şimal-şərq  regionunda  yerləşən  torpaqlar 
azad olunaraq, orada ilk 13 azad ştat yaradılır. Bu ştatlarda artıq inkişaf 
etmiş feodal cəmiyyəti və daxili təsərrüfat sistemi mövcud idi. Son illər 
ərzində  bu  ərazilərdə  baş  verən  iqtisadi-siyasi  proseslər  sonda  onların 
Avropa  dövlətlərindən  azad  olunması  üçün  şərait  yaratmışdır.  Bu 
regionda  əhalinin  sayı  1775-ci  ildə  artıq  2,7  mln-a  çatmışdı.  Əvvəllər 
Şərq  koloniyaları  İngiltərəyə  mənsub  olsa  da,  bu  ərazilərə  gələn 
immiqrantlar  İrlandiya  və  Almaniyaya  aid  olub  əhalinin  böyük  peşəkar 
hissəsini təşkil edirdi [2.5, 2.17].
   
Şərq regionlarında sənaye inqilabı üçün əsas sayılan ingilis maşınları 
və  mütəxəssisləri  özləri  ilə  həm  də  təsərrüfatçılıq  təcrübəsi 
gətirmişdilər.  Bu  kapital  yığımının  təşkilinə,  ölkə  daxili  və  xaricində 
olan  resursların  sənayenin  inkişafı  üçün  cəlb  olunmasına  imkan 
yaratmışdı.  Muzdlu  əməyin  əsasını  koloniya  dövründə  immiqrantlar 
təşkil  edirdi.  Ancaq  o  dövrdə  sənayenin  inkişafı  üçün  ixtisaslı 
peşəkarların  gəlməsinə  ehtiyac  var  idi.  Onların  sayı  immiqrantlar 
arasında çox deyildi.  
İmmiqrantlar  və  koloniya  sahibləri  torpaq  uğrunda  mubarizə  aparır, 
torpaqları  icarəyə  götürür,  ya  da  borcla  alırdılar.    Ona  görə  də,  fermer 
təsərrüfatı  ilə  məşğul  olan  şəxslər  öz  kapitallarını  sənaye  sahələrinə 
qoymağa,  daha  çox  pul  qazanmağa  çalışırdılar.    Xammal  istehsalı  və 
hazır  məhsul  üçün  müştərilərin  axtarılması  kimi  kiçik  istehsal 
münasibətlərinin təşkili fermerlərə kiçik  kapital  müəssisələrinin  yaran- 


Sənaye inqilabı 
 
279 
 
ması  üçün  imkan  vermişdi.  Belə  təşkilatçılıq  Amerikada  işçi  qüvvəsinə 
ehtiyac yaradaraq, istehsal ilə məşğul olmaq istəyən fermerlərin sayının 
getdikcə  artması  ilə  stimullaşırdı.  Bu  şəraitdə  amerika  sənayeçiləri 
fermerlərlə əlaqəyə girib, onlardan xammal almaq və sonra onlara hazır 
məhsul  satmaq  üçün  istehsal  münasibəti  yaratmağa  başlayır.  Bu 
münasibətlər  qərb  regionlarında  ayaqqabı,  papaq,  dəri  paltar  və  s.  kimi 
malların  istehsalı  üzrə  ilk  kapitalist  təsərrüfatının  yaranmasına  gətirib 
çıxarır.  İşçilərin,  həmçinin  sənətkarların  əməyindən  istifadə  edilməklə 
tekstil, ilk növbədə ABŞ-ın pambıq sənayesi yaranır.  
İngiltərədən  gətirilən  malların  yüksək  keyfiyyətli  olmasına 
baxmayaraq maşınla istehsal olunan yarımfabrikatlar Amerika bazarında 
özünə  yer  tapır.  İngilis-Amerika    müharibəsindən  (1812−1814-ci  illər) 
əvvəl  maşınla  əyrilmiş  iplər,  artıq  evlərdə  parça  toxumaq  üçün 
paylanırdı, yənu bu proses istehsalçılar tərəfindən təşkil olunmuş şəkildə 
yerinə yetirilirdi.  
XIX 
əsrin 
əvvəlində 
fabrik 
istehsalı 
toxuculuğun 
mexanikləşdirilməsi  nəticəsində  kustar  üsulları  tam  sıxışdırıb  aradan 
çıxarmış  və  vüsətlə  yayılmaqda  idi.  1810-cu  ildə  ingilis  inhisar 
sahiblərinə  mənsub  olan,    Akraydın  nümunəsi  əsasında  təşkil  olunmuş 
fabriklərdə  istehsal  gücünun  70%  -i  ipəyirən  dolağa  düşürdü.  Yun 
məhsullarının  istehsalı,  hazırlama  texnologiyasında  olan  çətinliklərə 
görə  ləng  inkişaf  edirdi.  Burada  manufakturadan  fabrikə  keçid  səlis 
olmuşdur  və  1830-cu  ilə  qədər  davam  etmişdir.  Amerikada  mövcud 
olan, sənaye yazışmaları əsasında belə bir nəticəyə gəlmək olur ki, şimal 
və  şərqdə  1840-cı  ildə  artıq  maşınla  yun  istehsalı  əl  əməyini  ötüb 
keçmişdir.  Bu  ildə,  ölkədə  tekstil  məhsullarının  ümumi  dəyəri  74  mln. 
dolları keçir, evdə istehsal olunanlar isə cəmi 29 mln. dollar təşkil edirdi 
[2.18].  
Sənaye  inqilabı  ərəfəsində  tekstil  sənayesinin  mexanikləşdirilməsi  
əsasən şimal-şərqdə baş verirdi. Sənaye inqilabının başlanğıcı üçün əsas 
sayılan  ipəyirmə  maşınlarının  tətbiqi  XIX  əsrin  əvvəllərinə  təsadüf 
edirdisə, tekstil sənayesinin iki əsas sahəsinin texniki cəhətdən silahlan- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə