Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə20/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Sənaye inqilabı 
 
286 
 
ki,  1868-ci  ildə  Qeorq    Vestinqhaus  (ingl.  George  Westinghouse
pnevmatik  əyləci  ixtira  edir  və  1872-ci  ildə  bunun  üçün  patent  alır. 
Bundan sonra bu əyləc sistemi qatarlarda geniş istifadə  edilir.  
1873-cü  ildə  Ilay  Genni  (ingl.  Eli  Janney)  onun  adı  ilə  adlandırlan 
qatar  ötürməsini  ixtira  edir.  Genni  ötürməsi  ABŞ-dan  başqa  dünyanın 
bir çox ölkələrində tətbiq olunur.  
Pnevmatik  əyləc  və  avtomatik  ötürmənin  qatar  istehsalında  tətbiqi 
nəticəsində  onların  etibarlığını  və  effektiv  tətbiqini  artırmaq  mümkün 
olmuşdur. 
ABŞ-da  sənayeləşmə  prosesində  maşınqayırmanın  inkişafı  və  rolu 
ölkədə  mövcud  olan  özünəməxsus  ictimai  və  siyasi  şəraitlə  bağlı  idi. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  hər  bir  regionda  yerli  tələbata  uyğun 
olaraq maşınqayırma sənayesi yaradılıb inkişaf etdirilmişdir.   
Ölkədə  baş  vermiş  vətəndaş  müharibəsindən  sonra  şərq  tərəfdə 
yerləşən  13    statın    birləşmək  haqqında  qərar  qəbul  etmələri,  ABŞ-da 
maşınqayırmanın  inkişafı  üçün  əlverişli  şərait  yaratmışdır.  Birgə 
yaradılan  ticarət  zonası  və  faydalı  qazıntıların  çıxardılması  yerli 
sənayenin yaradılmasına da təkan vermişdir.  
1785-ci  ildə  İngiltərə  polad  və  dəmir  sənayesində  çalışan  ixtisaslı 
şəxslərin  xaricə  getməsinə  maşın,  alət  və  modellərin  xaricə  icazəsiz 
aparılmasına  qadağa  qoyur.  Bu  şəraitdə  Amerikada  maşınlara  olan 
tələbat tədricən yerli maşınqayırma sənayesinin yaradılması üçün zəmin 
yaratmışdır.  XVIII  əsrin  90-cı  illərində  ABŞ-da  ilk  dövlət  və    Vitni  və 
Simeona  məxsus  şəxsi  silah  zavodları  (uyğun  olaraq:  Springfield  və 
Harpers  Ferry)  yaradılır.  Silah  istehsalına  qoyulan  yüksək  tələblər, 
demək  olar  ki,  ABŞ-da  təkmilləşdirilmiş  texnologiyaların  tətbiqinə 
səbəb  olmuşdur.  O  dövrdə,  ABŞ  sənayesində  istehsal  üsullarının 
məqsədyönlü  şəkildə  tətbiq  olunması,  Brunelin  İngiltərəyə  qayıtdıqdan 
sonra  özü  ilə  gətirdiyi  texnologiyadan  məlum  olur.  Brunel  5  il  ABŞ-da 
(1799-ilə  qədər)  fəaliyyət  göstərdiyi  müddətdə  polipastların  kütləvi 
hazırlanması,  topların  tökülməsi  və  deşilməsi  ilə  məşğul  olmuşdur. 
Tekstil sənayesinin inkişafı ərəfəsində Slater adlı mütəxəssis tərəfindən  


Sənaye inqilabı 
 
287 
 
1789-cu  ildə  Pavtuketdə  ilk  tekstil  maşınqayırma  zavodu  təşkil  olunur. 
1792-ci  ildə  İlay  Vitni  (ingl.  Eli  Withney,  şəkil  2.32)  tərəfindən  ixtira 
edilmiş  pambıq  tumu  çıxaran  maşın  pambıq  istehsalını  gücləndirmişdir 
(şəkil 2.33).  
İlay 
Vitni, 
ümimiyyətlə 
Amerika 
maşınqayırmasının  banisi  hesab  edilir.  O 
yuxarıda  qeyd  edildiyi  maşını  ilə  bərabər 
maşınqayırmada vacib rol oynayan  qarşlıqlı 
əvəzolunmanın  əsas  prinsiplərini  işləmişdir. 
Qarşılıqlı 
əvəzolunma 
1720-ci 
ildən 
Fransada  və  İsveçdə  məlum  olduğu  halda, 
onu  ilk  dəfə  ABŞ-da  tətbiq  etmişlər.  Bu 
üsulun    prinsipləri  əsasında,  istənilən  sayda, 
müxtəlif 
vaxtda 
və 
yerdə 
hazırlanan 
hissələrin,  həmin  yolla  hazırlanan  başqa 
hissələrə  uyğun  gəlməsi  dururdu.  Silah  istehsalçıları  hazırlama 
texnologiyasını  kiçik  elementlərə  bölürdülər  və  sonra  hər  bir  hissə 
maşınların  tətbiqi  ilə  hazırlanırdı.  Çox  hissədən  yığılmış  silahda 
qarşılıqlı  əvəzolunma  vacib  idi.  Çünki,  kiçik  bir  hissəciyin  sıradan 
çıxması bütün silahı  yararsız hala salırdı. Ancaq  onu başqa bir hissə ilə 
əvəz etməklə silahı yenidən tətbiq etmək olurdu.    
Vitni,  həm  də  ilk  dəfə  olaraq  ABŞ-da  silahların    kütləvi 
hazırlanmasında  axın  xəttini  tətbiq  etmişdir.  1798-ci  ildə  dövlətdən 
10000  silah  hazırlamaq  üçün  verilən  sifarişdə  silahların  hissələrinin 
qarşılıqlı  əvəzolunması  təmin  olunmalı  idi.  Bu  məsələni    Vitni    öz 
firmasında işlədiyi yeni konsept əsasında həyata keçirir. 
 Vitninin  ən  böyük  ixtiralarından  biri  də  frez  (frez-  fransızca  fraise
orta  əsrdə  fransada  gəzdirilən  paltar  boğazlığı  mənasındadır)  dəzgahı 
sayılır (şəkil 2.34). 1812-ci ildə ixtira edilən bu dəzgahda ilk dəfə olaraq  
silahların  istehsalında  müstəvi  səthləri  fırlanan  alətlərin  köməyi  ilə 
yüksək  keyfiyyətdə  hazırlamaq  mümkün  olmuşdur [2.24].  Bu dəzgah 
dəmir ayaqlar üzərində  yerləşdirilmiş  ağac  gövdə  üzərində  quraşdırıl- 
 
     
   Şəkil 2.32. İlay  Vitni.
 
 


Sənaye inqilabı 
 
288 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.33. Tum çıxaran maşın. 
 
mışdır. Frez şpindeli iplə hərəkətə gətirilirdi. Dəzgahın stolu həm əl ilə, 
həm də mexaniki hərəkət etdirilə bilirdi.    
 Bu  dövrdə  Ayslend  (ingl.  İsland)  statının  əlverişli  cografi  mövqeyə 
malik  olması  burada  bir  neçə  maşınqayırma  zavodunun  salınmasına 
şərait  yaratmışdır.    Şərq  tərəfdə  yerləşən  şəhərlərdə  həm  də  buxar 
maşını  ilə  hərəkətə  gətirilən  tekstil  maşınqayırması  firmalarının 
cəmlənməsinə  təsadüf  olunur.  Bu  firmalarda  çox  vaxt  metalkəsən 
dəzgahlar  da  istehsal  olunurdu.  Buna  misal  olaraq,  30-cu  illərdə 
Kelmsford  şəhərində  Gay,  Silver&Co.  və  1835-ci  ildə  Fitkburq 
şəhərindəki  Putnam  Machne  Co.  firmalarını  misal  göstərmək  olar. 
XVIII  əsrin  sonunda  yeni  yaranmaqda  olan  ABŞ  sənayesi  1790-cü  ildə 
qəbul  edilmiş  patent  qanunu  ilə  daha  da  gücləndirilmişdir.  Yeni 
firmaların  demək  olar  ki,  hamısı  patentlə  öz  texnologiyalarını 
qoruyurdular. Patent vermə prosesinin qısa müddətdə aparılması, tələbin 
nisbətən yumşaq
 olması 
və 1836-cı  ilə  qədər  verilən  patentin yeniliyə  
yoxlanmaması  ABŞ  patentşünaslığının o dövr  üçün  üstün   cəhətlərin- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə