Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə16/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Sənaye inqilabı 
 
273 
 
biqinə ehtiyac hələ də qalırdı.  
1880-ci  ildən  etibarən  geyim  və  məişət  malları  uzrə  ixtisaslaşmış 
tekstil sənayesinin inkişafı ləngiməyə başlayır. Bu bir tərəfdən Fransada, 
daxili  bazarda  istiqamət  dəyişikliyi  ilə,  digər  tərəfdən  əhalinin  yaşayış 
səviyəsinin  aşağı  düşməsi  nəticəsində  tekstil  məhsullarına  olan  aşağı 
tələbatla bağlı idi. 
Əhali  artımının  aşağı  duşməsi  bu  prosesi  daha  da  gücləndirmisdir. 
Tekstil  sənayesi  eyni  zamanda  kimya  sahəsində  əldə  edilən  texniki 
yeniliklərdən  istifadə  etməyə  başlayır.  Kimyaçıların  hazırladıqları 
mayelər aşılama və rəngləmə üçün tətbiq olunur [2.15].  
Digər tərəfdən naxışların vallar tərəfindən parçanın üstünə vurulması 
kütləvi  şəkildə  istehsal  olunan  parçaların  rəngbərəng  hazırlanmasına 
imkan  vermişdir.  Bu  üsulun  üstünlüyü  onun  geniş  yayılmasına  gətirib 
çıxarmışdır.  1802-ci  ildə  Oberkampf  firmasında  ilk  dəfə  olaraq  iki 
rənglə  işləyən  maşın  tətbiq  edilir.  1860-cı  ildə  artıq  12  rənglə  işləyən 
maşınlar  yaranır.  Ultraminin  ixtirası  ilə  parçalara  müxtəlif  rəsmlərin 
vurulması asanlaşır. Süni şəkildə əldə edilən maddə həm də ucuz olduğu 
üçün geniş yayılır. 
Nəqliyyat xərcləri məhsulun  maya dəyərinin formalaşmasında böyük 
rol  oynadığından  və  bu  məhsulun  dünya  bazarındakı  rəqabətinə  təsir 
etdiyindən,  Fransa  hökuməti  nəqliyyat  strukturunun  yaxşılaşdırılması 
istiqamətində  işlər  görməyə  çalışmışdır.  Fransanın  yol  şəbəkəsinin  bir 
hissəsi    hələ  qədim  Roma  imperiyası  dövründən  qalmış  yolların 
hesabına  yaxsı  halda  idi.  Ancaq  bu  yolların  boyuk  hissəsinin  təmirə 
ehtiyacı  var  idi.  Ona  görə  də,  XVIII  –XIX  əsrlərdə  hökümət  yolların 
təmiri və genişləndirilməsi sahəsində tədbirlər görməyə başlayır [2.17].  
Fransada  baş  verən  inqilab  və  imperatorluq  dövründə  muharibəyə 
meyillilik  və  hazırlıq  ucbatından  yol  tıkintisi  lazım  olan  nəticəni 
verməmişidir.  Belə  ki,  yollar  1815-ci  ildə  hələ  də  qənaətbaxş  halda 
deyildi. Ancaq sonrakı dövrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq 
bu  sahədə  də  irəliləyiş  hiss  olunur.  Yol  tikintisi  və  təmirinə  qoyulan 
sərmayə nəticəsində Fransa 1848-ci ildə 100000 km-dən  çox  yol  şəbə- 


Sənaye inqilabı 
 
274 
 
kəsinə malik idi.  
Ən  yaxşı  yol  şimalda,  ağır  sənayenin  inkişaf  etdiyi  regionda 
yerləşirdi.  Inkişaf  etmiş  infrastruktur  nəticəsində  az  nəqliyyat  xərcləri 
bu regionun daha da inkişaf etməsinə və beynəlxalq səviyyədə rəqabətə 
davamlı olmağına kömək etmişdir.  
Yol  çəkilişində  dəmir  yolunun  tikilməsi  və  genişləndirilməsinə 
maraq  göstərilmişdir.    1827-ci  ildə  Sant  Etyen  (fran.  Saint-Étienne)  və 
Andrezyö  (fran.  Andrézieux)  arasında  çəkilmiş  21  km  uzunluğunda  at 
dəmir  yolu  açılmışdır.  Bu  yol  ingilis  nümunəsinə  uyğun  olaraq  daş 
kömür şaxtaları arasında tətbiq olunmuşdur. Buxar lokomotivlər ilk dəfə 
olaraq  1830-cu  ildə  tətbiq  olunur.  Bu  qatarlar  yalnız  mövcud  olan  at 
qatarlarını  tamamlamaq  üçün  istifadə  edilirdi.  1832-ci  ildə  dəmir  yolu 
Liona  qədər  uzadılır.  Fransanın  buxarla  işləyən  ilk  qatar  xətti  1837-ci 
ildə  Parislə  Sant-Jerma-Lay  (fran.  Saint-German-Laye)  arasında 
çəkilmişdir [2.14]. 
Dəmir  yolu  aparıcı  sahəyə  çevrildikdən  sonra,  1823-cü  ildə  fransız 
parlamenti  xətt  çəkilməsi  üçün  icazənin  verilməsini  öz  əlində 
cəmləşdirir.  Fransız  qatar  xəttinin  tikilməsi  çox  vaxt  dövlət  və  şəxsi 
adamların  kapitallarının  birgə  qoyulması  nəticəsində  aparılırdı.  Çünkü, 
şəxsi  adamların  qatar  xəttini  tək  tikdirməyə  gücləri  çatmırdı.  Dövlətin 
yardımı  pul  və  ya  torpaq  sahəsi  şəklində  olurdu.  Dövlətin  dəmir  yolu 
tikintisi siyasəti bir çox bürokratik maneələrin təsirindən Fransada başqa 
dövlətlərdə  olduğundan  ləng  həyata  keçirilirdi.  Belə  ki,  1850-ci  ildə 
dəmir yolu tikintisi Böyük Britaniya və  Almaniyadan geri  qalırdı. 3000 
km uzunluqda olan fransız qatar xətti Almaniyaya nisbətən iki dəfə qısa 
idi.  1885-ci  ildə  Fransada  ümumi  qatar  yolunun  uzunluğu  artıq  30000 
km-i keçmişdir.   
Dəmir  yolu  tikintisinin  genişlənməsi  Fransada  dəmir  istehsalını 
stimullaşdırmışdır (şəkil 2.29). Əsasən polad  istehsalına olan tələbat bu 
sahədə yeni-yeni  müəssisələrin  yaranmasına gətirib çıxarır. XVIII əsrin 
əvvəllərində  tətbiq  olunan  ağac  kömürü  ilə  polad  istehsalı  artıq  dəmir 
yolu  tikintisinin  tələblərinə  cavab  vermirdi. 1815-ci  ildə  Fransada iki  


Sənaye inqilabı 
 
275 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.29. Fransada dəmir istehsalı, 1840. 
 
əsas istehsal üsulu ilə əldə edilən sementit və pudlinq poladı geniş tətbiq 
olunurdu.  Bu  üsulların  tətbiqi  böyük  maliyyə  qoyuluşu  və  vaxt  tələb 
edirdi.  Ona  görə  də,  dəmir  yolu  tikintisində  tətbiq  olunan  poladların 
böyük  miqdarda  hazırlanması  üçün  yeni  üsulun  tətbiqi  lazım  idi.  50-ci 
illərdə  növbəti  dəfə  Ingiltərədən  gətirilən  yeni  texnologiya  olan, 
Bessemer  üsulunun  tətbiqi  ilə  Fransada  böyük  miqdarda  polad  istehsal 
edilməyə başlanır.  
Bundan  bir  az  sonra,  yəni  1856-cı  ildə  Pier  Martin  atasının  elmi 
işlərini davam etdirərək, Karentes  şəhərində yerləşən Sireuil  fabrikində  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə