Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə13/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Sənaye inqilabı 
 
262 
 
şafı  Riçard  Roberts,  Ceyms  Nasmif  və  Yozef  Vitvozun  (ingl.  Jozeph 
Witworth)  adı  ilə  bağlanır.  Roberts  1789-cu  ildə  Uelsdə  anadan 
olmuşdur.  O  uzun  müddət  Vilkinsonun  yanında  cizgiçəkən  ixtisasına 
yiyələnəndən sonra alət və model hazırlayan firma yaradır. 1828-ci ildə 
o, Tomas Şarp ilə birlikdə alət və lokomotiv istehsal edən Roberts&Cie. 
fabrikini yaradır [2.5].  
Roberts  tekstil  maşınlarında  bir  çox  təkmilləşdirmələr  aparmış,  tam 
metaldan hazırlanmış toxucu maşınını düzəltmişdir. Onun işləri ipəyirən 
maşınlardan  tutmuş,  buxar  maşınları,  lokomotivlər,  metal  lövhələrin 
deşilməsi və döyüş gəmilərinin işlənməsi kimi sahələri əhatə etmişdir.  
Robertsin əsas işlərindən biri deşmə dəzgahlarının təkmilləşdirilməsi 
idi.  1817-ci  ildə  o  zəncirlə  işləyən  yonma  dəzgahını  düzəldir  (şəkil 
2.23).  Bu  dəzgah  XIX  əsrin  sonuna  kimi  istehsalatda  tətbiq  olunur. 
Dəzgahın  şpindeli  silindrik  olub,  yastıqlarda  yerləşdirilmiş  və  üfüqi 
istiqamətdə hərəkət etdirilə bilirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.23. Üstyonuş dəzgahı, 1817-ci il.  


Sənaye inqilabı 
 
263 
 
Roberts  məşhur  mühəndis  olmasına  baxmayaraq,  bir  sahibkar  kimi 
uğur qazana bilməmişdir. O, 1852-ci ildə maşınqayırma sahəsindən geri 
çəkilərək, sonralar məsləhətçi kimi işləmişdir.  
Başqa ingilis mühəndislərindən fərqli olaraq Nasmif  gördüyü işlərlə 
bərabər,  öz  tərcümeyi  halı  haqqında  da  bir  kitab  yazmışdır.  Bu  kitab 
həm  də,  o  dövrdə  fəaliyyət  göstərmiş  həmkarları  haqqında  məlumat 
verir.          
 Nasmif    1808-ci  ildə  Edinburq  şəhərində  Şotlandiyanın  zadəgan 
ailəsində  anadan  olmuşdur.  Gənc  vaxtlarında  texniki  cizgilərlə 
maraqlanan  Nasmif    sonralar 
etdiyi  səyahət  zamanı  iqtisadi 
inqilabın  yaratdıqlarını  görmüş 
və  bir  çox  məşhur  mühən- 
dislərlə tanış olmuşdur. 1828-cu 
ildə  o,  Modslinin  yanında  kö- 
məkçi kimi işə başlayır. 1829-ci 
ildə  qaykaların  hazırlanması 
üçün  dəzgah  ixtira  edir  (şəkil 
2.24).  Bu  dəzgah  bizə  məlum 
olan  frezləmə  əməliyyatının 
xüsusi 
tətbiqi 
idi. 
Buna 
baxmayaraq  o,  frezləmə  dəz- 
gahının  ixtiraçısı  hesab  olun- 
mur,  çünki  onun  dəzgahında 
frezləmənin  ümumi  texnoloji 
xüsusiyyətləri öz əksini tapmamışdır.  
Modslinin  vəfatından  sonra  Nasmif    Mançesterdə  yeni  dəzgahlar, 
buxar  maşınları  və  dəmir  emalı  üçün  alətlərin  istehsalı  ilə  məşğul  olan 
fabrikini açır. Onun düzəltdiyi ilk dəzgah 1836-cı ildə hazırlanmış üfüqi 
yonma  dəzgahıdır. Nasmifi  məşhur edən  onun 1842-ci ildə ixtira etdiyi 
buxar çəkicidir (şəkil 2.25). Buxar çəkicinin gücü o dərəcədə böyük  idi 
ki, o düşən çəkicin 12 saata gördüyü işi cəmi 4,5  dəqiqəyə  yerinə  yeti- 
 
Şəkil 2.24. Nasmifin düzəltdiyi  
qayka frezləyən dəzgah, 1883. 


Sənaye inqilabı 
 
264 
 
rirdi.  Bu  maşının  düzəldilməsi  tələbi  Brunelin  “Böyük  Britaniya” 
gəmisini  düzəltmək  üçün  tətbiq  olunan  böyük  döymə  hissələrinin 
(vallar,  vintlər,  kolba)  hazırlanması  zamani  yaranmışdır  [2.4,  2.8,  2.9]. 
Buxar  maşını  üstün  göstəriciləri  nəticəsində,  tezliklə  istehsalatda  öz 
geniş tətbiqini tapır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.25. Buxar çəkici, 1838-ci il.  
 
Ceyms  Foks  da  ingilis  maşınqayırmasına  öz  töhfəsini  vermişdir.  O 
metalyonan dəzgah düzəltmiş (şəkil 2.26),  alətin hər gedişdən sonra  et- 


Sənaye inqilabı 
 
265 
 
diyi  boş  gedişi  işçi  gedişlə  əvəz  etməyə  çalışmışdır.  Ancaq  bu  cəhdi 
Foks  praktikada  həyata  keçirə  bilmir.  Bunun  əvəzinə  yonma 
dəzgahlarında Nasmifin təklif  etdiyi yırğalanan  mexanizmin  köməyi ilə 
sürətli geriyə hərəkət öz tətbiqini tapmışdır [2.5].  
Bundan  əlavə,  Foks  torna  dəzgahında  təkmilləşdirmə  aparır.  Onun 
dəzgahında  yenilik  ondan  ibarət  idi  ki,  supportun  hərəkəti  zəncir 
ötürməsi  ilə  yerinə  yetirilirdi.  Eninə  və  uzununa  supportlar  ayrı-
ayrılıqda yönəldicilərə malik idilər.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.26. Ceyms Foksun torna dəzgahı, 1830-cu il.  
 
Dəzgahqayırmanın  inkişafına  baxmayaraq  şpindelin  hərəkətli 
yerləşdirilməsi  problem  olaraq  qalırdı.  Silindrik  yastıqlar  konik 
yastıqlara  nisbətən  o  qədər  də,  geniş  yayılmamışdır.  Bəzi  dəzgahlarda 
pinol  mexaniki  hərəkət  etdirilə  bilirdi.  Dəzgahların  sinifləşməsi  əsasən 
ingilis  dəzgahları  əsasında  aparılırdı.  XIX  əsrin  ortalarında  yeni 
dəzgahlar  yaratmaq  əvəzinə,  mövcud  dəzgahların  dəqiqliyi  və 
məhsuldarlığının artırılması kimi meyyarlar ön plana çəkilirdi.    
 


Sənaye inqilabı 
 
266 
 
2.3. Sənayeləşmənin başqa ölkələrə yayılması 
 
2.3.1. Fransada sənaye inqilab
ı 
 
F
ransa XV
ΙΙΙ
 əsrdə Avropada ən güclü iqtisadiyyata malIk idi. Buna 
baxmayaraq XIX əsrdə Fransada sənayeləşmə prosesi İngiltərədən fərqli 
olaraq  ləng  gedirdi.  1780-ci  ilə  qədər  Fransa  və  İngiltərə  eyni  iqtisadi 
inkişaf  tempinə  malik  idilər.  Ancaq  bu  nisbət  ölkədə  baş  verən 
inqilabdan  sonrakı  böhran  nəticəsində  dəyişir  və  1789-cu  ildən  sonra 
daha aydın nəzərə çarpmağa başlayır [2.14].  
 Buxar  maşınının  ixtirası  və  onun  dağ-mədən,  tekstil  sənayesində, 
dəmir yolu və gəmiçilikdə geniş tətbiqi, XVIII əsrin ortasında dünyanın 
başqa  ölkələri  ilə  müqayisədə  İngiltərəyə  iqtisadiyyatın  sıçrayışla 
inkişafı  üçün  əlverişli  şərait  yaratmışdır.  Bundan  əlavə,  koloniyalardan 
gətirilən xammal bu inkişafa müsbət təsir göstərirdi.    
Fransada  isə  baş  vermiş  inqilablardan  və  Napaleonun  apardığı 
müharibələrdən sonra ölkədə yeni  müəssisə, yeni texnologiya yaratmaq 
və tətbiq etmək üçün investisiya qoymaq hazırlığı  çox aşağı idi [2.15].  
Napoleonun  sərt    kömrük  və  tarif  siyasəti  ilə  Böyük  Britaniyaya 
qarşı  apardığı  daxili  bazar  blokadası  mövcud  idi.  Bu  siyasət  ölkə 
daxilində  ingilis  rəqabətinin  olmamasından,  iqtisadiyyatın  inkişafına 
gözlənilən  təkanı  verməmişdir.    Ölkədə  istehsal  sənayesinin  və 
qurğuların  modernləşdirilməsi  üçün  stimul  yox  idi.  Mövcud  olan 
merkantilistik  siyasəti  ağır  sənayenin  inkişaf  etməsinə  imkan 
yaratmışdır.  Digər  tərəfdən  yüksək  kömrük  haqqı  yüngül  sənayenin 
inkişafına mane olurdu. 
 Buxar maşınları Vatt tərəfindən ixtira edildikdən dərhal sonra Perier 
qardaşları  tərəfindən  Fransaya  gətirilir  və  1781-ci  ildə  Şilo  (fran
Chailot)  metalurgiya  zavodunda  tətbiq  edilir.  Onlar  Vattdan  buxar 
maşınlarının  Fransada  15  il  istehsalına  lisenziya  alırlar.  Ancaq  onların 
texnologiyası bir başa İngiltərədən asılı olduğundan uğur qazana bilmir. 
Ümumiyyətlə, buxar maşınları fransız  inqilabından əvvəl  çox az  tətbiq 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə