Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə10/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Sənaye inqilabı 
 
253 
 
1751-ci  ildə  Vokoso  (fran.  Vaukanson)  Fransada  indiki  universal 
torna  dəzgahına  oxşar  olan  bir  qurğu  düzəldir.  Bu  dəzgah  da  metaldan 
olub, stabil gövdəyə, iki metallik mərkəzə, V-formalı iki yönəldiciyə və 
həmçinin  eninə  və  uzununa  hərəkət  edə  bilən  mexaniki  supporta  malik 
idi.  Ancaq,  o  dövrdə  patronların  saat  istehsalında  geniş  tətbiq 
olunmasına  baxmayaraq,  bu  dəzgahda  pəstahı  bərkitmək  üçün  patron 
nəzərdə  tutulmamışdır.  Bu  dəzgahın  indi  də  Luvr  muzeyində 
saxlanmasına  baxmayaraq,  onun  hansı  hissələrin  istehsalı  üçün  nəzərdə 
tutulması  qaranlıq  qalır,  çünki  mərkəzlərarası  məsafəni  dəyişmək 
mümkün deyil. Arxa mərkəz yalnız 10 sm hərəkət edə bilir.   
1778-ci  ildə  ingilis  mühəndisi  Ramsden  iki  növ  yivkəsən  dəzgah 
hazırlayır.  Birinci  dəzgahda  kəsici  alət  kimi  almaz  ucluqdan  istifadə 
edilir.  Alətin  hərəkəti  nümunəvi  qayka  ilə  tənzimlənir.  Bu  dəzgahda 
dişli çarxları dəyişməklə müxtəlif parametrli yiv kəsmək olurdu.  
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.18. Ornament torna dəzgahının supportu. 
 
İkinci  dəzgahda  müxtəlif  mailliyə  malik  yivlərin  uzun  vallarda 
kəsilməsi  mümkün  idi.  Alət,  məftil  bağlanmış  qaykanın  köməyi  ilə 
pəstah boyu hərəkət etdirilir. Bu dəzgahda universal torna dəzgahlarının 
elementləri  tətbiq  olunsa  da,  o  praktikada  öz  geniş  tətbiqini  tapa 
bilməmişdir.   


Sənaye inqilabı 
 
254 
 
2.2.3. Ingiltərədə dəzgahqayırma 
 
M
aşınqayırmanın  qarşısında  duran,  sənaye  inqilabının  təsiri  ilə 
şərtlənən  yüksək  tələblər  stabil  maşın  konstruksiyaları    və  effektiv 
texnoloji proseslərin yaradılıb  inkişaf  etdirlməsi üçün maddi və  mənəvi 
baza yaratmışdır.  
Maşınların 
hazırlanmasındakı 
ilk 
addım 
yeni 
dəzgah 
konstruksiyalarının layihələndirilməsində nəzərə çarpırdı. Ümumiyyətlə, 
istehsalatda  tətbiq  olunan  maşın  hissələrinin  metaldan  hazırlanması 
tətbiq olunan dəzgah və alətlərin təkmilləşdirilməsini tələb edirdi.  
İngilaba  qədərki  dəzgahlarda  hissələrin  böyük  əksəriyyəti  ağacdan 
düzəldilirdi. Metal, yalnız hərəkətli birləşmə olan yerlərdə oymaq, ox və 
çəngəl  şəklində  tətbiq 
olunurdu.  Dəzgahların  hazırlanmasında 
mühəndislər  ağac  dəyirmanların  düzəldilməsində  əldə  olunmuş 
təcrübəyə əsaslanırdılar.      XV
ΙΙΙ
 əsrdən etibarən dəzgahların gövdələri 
metaldan hazırlanmağa başlayır [2.7]. 
Dəzgahların  işçi  hissələrinin  dəmirdən  düzəldilməsi  nəticəsində 
qüvvə  ötürməsinin  yaxşılaşması  və  bununla  bağlı  emal  dəqiqliyinin 
artması  göstərdi  ki,  mövcud  emal  texnologiyalarının  imkanları 
tükənmişdir.  Ağac  hissələrin  metalla  əvəz  olunması,  şpindel  dövrlər 
sayının artması, kütləvi istehsala keçid və sonralar tələb olunan qarşılıqlı 
əvəzolunma kimi tələbləri artıq köhnə əl texnikasının köməyi ilə yerinə 
yetirmək mümkün deyildi.  
İngiltərə  dəzgahqayırmasında  böyük  addım  ağac  hissələrin  metalla 
əvəz  olunması  ilə  bərabər,  alətin  mexaniki  hərəkət  etdirilməsi  üçün 
supportun  (ingl.  Support,  mənası  dayaq  vermək  deməkdir)  ixtirası  idi. 
Bu 
ixtira 
XVIII 
əsrin 
əvvəlinə 
təsadüf 
edərək 
ingilis 
dəzgahqayırmasının inkişafında ikinci dövrü əhatə etmişdir [2.5]. 
Dəzgahların  inkişafında  növbəti  addım  Vilkinson  və  Modsli  (ingl
Maudslay)  (şəkil  2.19)  tərəfindən  ixtira  edilmiş,  alətin  emal  zamanı 
məcburi  hərəkətinə  imkan  verən  mexanizm  idi.  Modsli  uzun  müddət 
torna əməliyyatının təkmilləşdirilməsi ilə məşğul olur. O,  torna əməliy- 


Sənaye inqilabı 
 
255 
 
yatını  metal  emalında  ən  dəqiq  emal  üsuluna  çatdırır.  Modsli  başqa 
işləri  ilə  bərabər,  ingilis  dəzgahqayırması  üçün  tədris  laboratoriyası 
rolunu oynayan emalatxana da yaratmışdır [2.12]. 
Bundan  əvvəl,  başqa  dövlətlərdə  torna  dəzgahlarında  stasionar  alət 
tutqacı  hazırlanmasına  cəhd  edilmişdir.  Halbuki,  kəskinin  məcburi 
hərəkət  etdirilməsi  ideyası  uzun  müddət  saatların  hazırlanmasından 
məlum  olmuşdur.  Bu  mexanizmin  maşınqayırmanın  tələblərinə  uyğun 
olaraq  yenidən  layihələndirilməsi  və  düzəldilməsi  lazım  idi  [2.13]. 
Maşınşünaslığın  X
Ι
X  əsrin  ortalarında  yüksəlməsi  torna  dəzgahlarının 
inkişafını  bütün  dəzgahqayırma  üçün  aparıcı  sahəyə  çevirmişdir. 
Dəzgahqayırmanın inkişafında Modslinin rolu böyük olmuşdur.     
Modsli  12  yaşından  Vulviçin 
(ingl. 
Woolwich
arsenalında 
işləməyə  başlayır.  Öncə  barıt 
doldurma  ilə  məşğul  olduqdan 
sonra  o,  döymə  sahəsinə  keçir. 
Burada  Modsli  çəkic  və  bülöv  ilə 
işləmə  üzrə  usta  adını  qazanır. 
1789-cu  ildə  Yozef  Brama  (ingl
Joseph  Bramah)  gənc  Modslini 
özünün  Londondakı  emalatxana- 
sına    götürür  və  qısa  müddətdən 
sonra, onu sexdə  usta təyin edir.  
Brama  öz  dövrünün  məşhur  maşın 
çilingərlərindən  sayılırdı.  Gənc  vaxtı  çilingərlik  peşəsinə  yiyələnən 
Brama  təhsilini  başa  vurduqdan  sonra  öz  şəxsi  müəsissəsini  yaradır. 
1784-cü  ildə  Brama  qapını  bağlamaq    üçün  qıfılı  ixtira  edir.  Bu  qıfıl 
mövcud olanlardan onunla fərqlənirdi ki, qapını bağlamaq üçün istifadə 
olunan  dil  birbaşa  açarla  yox,  qıfılın  daxilində  yerləşmiş  mexanizmin 
köməyi  ilə  hərəkət  etdirilirdi.  Bu  da  qıfılın  etibarlığını  artırırdı.  Bu 
qıfılların  kütləvi  istehsalına  başlamaq  üçün  Bramaya  dəzgahlar  lazım 
idi.  
 
Şəkil 2.19. Modsli. 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə