Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə7/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Sənaye inqilabı 
 
240 
 
(şəkil 2.8). Vatt buxar maşının iş prinsipinin elmi əsaslarına yiyələnərək, 
orada köklü dəyişiklik  edir. Nyukomen buxarı silindrdə soyutmaq üçün 
oraya əlavə su püskürdürdü. Silindrin soyuması nəticəsində  enerji itkisi 
baş  verirdi.  Bu  nöqsanı  aradan  qaldırmaq  üçün  Vattın  buxar  maşınında 
etdiyi yenilik kondesatorun tətbiqi ilə bağlı idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.8. Vattın buxar maşını. 
 
Buxarın  kondensasiyası  kənarda,  daim  soyuq  saxlanılan  çəndə  baş 
verirdi. Nəticədə silindrin qızıb soyuması aradan götürüldüyündən buxar 
maşının  effektivliyini  artırmaq  mümkün  olmuşdur.  Bundan  əlavə  Vatt 
kondensatora  daxil  olan  havanı  və  isti  suyu  xaric  etmək  üçün  bir  nasos 
goşur. Bunun köməyi ilə kondensatorda həmişə aşağı təzyiq mövcud idi. 
Nəticədə  maşının  işləmə  qabiliyyəti  əsaslı  şəkildə  yaxşılaşdırılmışdır. 
Silindrin  xüsusi,  istilik  keçirməyən  materialla  bürünməsi  enerji  itgisini 
minimuma endirmişdir. Silindr kondensatorla boru vasitəsilə birləşdirilir 


Sənaye inqilabı 
 
241 
 
və onların arasında ventil qoyulur. Burada silindr, atmosfer maşınından 
fərqli olaraq hər iki tərəfdən qapalı hazırlanır (şəkil 2.9). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.9. Vatta görə buxar maşının işləmə taktı. 
 
Yuxarıdan  silindrə  buxar  verilir.  Bunun  nəticəsində  kolba  aşağı 
itələnir  və  özü  ilə  mancanağın  ştokunu  dartır.  Kolbanın  altında  olan 
soyumuş  hava  kondensatora  verilir.  Sonra  silindrə  verilən  borular 
yuxarıdan və aşağıdan qapanır. Nəticədə, oraya verilən buxar və oradan 
axan  hava  kəsilir.  Növbəti  addımda,  silindrin  yuxarı  və  aşağı 
kameralarını  birləşdirən  borunun  ventili  açılır.  Yuxarı  hissədə  olan 
buxar  bu  yolla  kolbanın  aşağı  hissəsinə  daxil  olur  və  kolbanı  taraz 
vəziyyətə  gətirməyə  çalışır.  Amma  kolba  ucunda  ağırlıq  olan 
mancanaqla  əlaqədə  olduğundan  yuxarıya  dartılır.  Bu  taktın  sonunda 
silindrə  yenidən  buxar  verilir.  Beləliklə,  proses  təkrarlanaraq  davam 
edir.   


Sənaye inqilabı 
 
242 
 
Buxar  maşınının  mədənlərdə,  nasosların  hərəkətə  gətirilməsindən 
başqa yeni sahələrdə tətbiqinə imkan verən mexanizm -  planetar ötürmə 
də  Vatta  aiddir.  O,  1781-ci  ildə  aldığı  patentində  bu  mexanizmin  iş 
prinsipini  vermişdir.  Kolbanın  qolu  çarx  qolu  və  sürgü  qolu  vasitəsilə 
fırlanan  çarxla  əlaqələndirilir.  Bu  mexanizm  kolbanın  irəli-geri 
hərəkətini fırlanma hərəkətinə çevirir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.10. Toxuculuq fabrikində buxar maşınlarının tətbiqi. 
 
Bu  mexanizmin  ixtirasından  sonra  buxar  maşınları  XVIII  əsrin 
sonundan  etibarən  tekstil  istehsalında  tətbiq  olunmağa  başlayır  (şəkil 
2.10).   
Buxar  maşınlarını  nəqliyyatda  tətbiq  etmək  üçün  bir  neçə  mühəndis 
tədqiqat  işləri  apararaq  müxtəlif  layihələr  üzərində  işləyirlər.  1814-cü 
ildə  ingilis  mühəndisi  Corc  Stivenson,  Riçard    Trevitik  və  başqa 
mühəndislərin  apardıqları  sınaqlara  əsaslanaraq  ilk  dəfə  praktikada 
tətbiq  oluna biləcək, buxar maşını ilə işləyən lokomotivi düzəldir (şəkil 
2.11).  Yalnız  1825-ci  ildə  bu  lokomotivin  Stokton  və  Dərlinqton  (ingl.  
Stockton, Darlington) məntəqləri arasında  açılmış ilk ictimai qatar  yo- 


Sənaye inqilabı 
 
243 
  
lunda  istifadəsi  baş  verir  [2.10].  Stivensonun  düzəltdiyi  qatarın  sürəti 
təxminən 48 km/saat olmuşdur. Lokomotivlərin nəqliyyatda tətbiqi yeni 
bir dövrün başlandığı demək idi. Bu, insanların və eləcə də yüklərin bir 
məntəqədən  başqa  məntəqəyə  daşınması  vaxtı  və  xərcini  aşağı  salaraq 
inkişaf etməkdə olan sənaye üçün vacib rol oynamışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.11. Stivensonun “Rocket” adlı lokomotivi. 
 
Buxar  maşınları,  inkişaf  etməkdə  olan  mexanikləşdirilmiş  tekstil 
sənayesi və bu sahənin səmərəli tətbiqi üçün əsas şərt sayılan maşınların 
hazırlanmasına imkan verən maşınqayırma arasında bir tarixi münasibət 
mövcud  idi.  Bu  qarşılıqlı  münasibətlə  müşaiət  olunan  proses  tarixdə 
sənaye inqilabı adlanır.  
İqtisadiyyatın  inkişafı  nəticəsində  metal  və  dəmir  hissələrinə  olan 
tələbatın  artması,  tekstil  və  buxar  maşınlarında    təkmilləşmə    və  
maşınların  tətbiqinin  daim  artması  mexaniki  emal  sahəsi  qarşısında 
böyük  tələblər  qoyurdu.  Bu, bir  tərəfdən  lazım olan hissələrin sayının  


Sənaye inqilabı 
 
244 
 
artması  ilə,  digər  tərəfdən  tətbiq  olunan  maşın  elementlərinin 
dəqiqliyinin artırılması ilə bağlı idi. Buna görə də, metal emalı getdikcə 
ön  plana  keçməyə  başlamışdır.  Maşın  hissələrinə  qoyulan  tələblər  artıq 

səviyyəyə 
çatmışdır 
ki, 
əvvəllər  onlara  yalnız  saatların 
düzəldilməsində  rast  gəlmək  mümkün  idi.  Bütün  bunlar  XV
ΙΙΙ
  əsrin 
sonunda maşınqayırmanın keyfiyyətcə dəyişilməsinə gətirib çıxarmışdır.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə