Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə11/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Sənaye inqilabı 
 
256 
 
1790-cı  ildə  Brama  qıfıl  yaylarının  hazırlanması  üçün  yay  dolayan 
maşın düzəldir. Bu dəzgahda ilk dəfə olaraq yönəldici üzrə hərəkət edən 
stol tətbiq edilir. Stol və yönəldici ağacdan hazırlanırdı. Bu konstruksiya 
sonralar  Modslinin  düzəltdiyi  yivaçma  torna  dəzgahında  öz  tətbiqini 
tapır. Modslinin bu emalatxanada dəqiq hissələrin hazırlanmasında əldə 
etdiyi praktiki təcrübələr onun gələcək ixtiralarının əsasını yaratmışdır.  
Modsli  Bramanın  ixtira  etdiyi  qıfılları  hazırlamaq  üçün  lazım  olan 
dəzgah və alətlərin  hazırlanmasına rəhbərlik  edirdi. Burada  o, 1794-cü 
ildə  aləti  hərəkət  etdirmək  üçün  kəsişən  supportu  ixtira  edir.  Support 
üçbucaq  en  kəsiyə  malik  olan  yönəldicinin  üzərində  oturdulur. 
Supportun  üzərində,  en  kəsiyi  dördbucaqlı  olan  yönəldicilər  üzərində 
alət bərkitmək üçün daha bir tərtibat bağlanır [2.13]. 
1797-ci ildə Modsli Bramaya məxsus müəssisəni tərk edərək öz şəxsi  
emalatxanasını yaradır. Elə həmin il özünün ilk torna dəzgahını düzəldir 
(şəkil  2.20).  Bu  dəzgahın  hissələri  tam  olaraq  dəmirdən  və  əlvan 
metaldan  hazırlanır.  Dəzgah,  əsasən  mexaniki  ötürmənin  köməyi  ilə 
silindrik pəstahda yivin açılmasına xidmət edirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.20. Modslinin düzəltdiyi ilk torna yivaçma dəzgahı, 1800. 
 
 


Sənaye inqilabı 
 
257 
 
Mütəxəssislərin  fikrincə  Modslinin  düzəltdiyi  dəzgah  metaldan 
hazırlanmış,  sərt  yönəldicilərə  malik  və  alətin  hərəkətini  mexaniki 
ötürmənin köməyi ilə yerinə yetirən ilk metal emal edən dəzgah idi.  
Bu 
dəzgahdan 
əvvəl 
yivlərin 
hazırlanmasının 
texnoloji 
çatışmamazlığı  ondan  ibarət  idi  ki,  metal  pəstahları  emal  edən  zaman 
böyük  həddə  qeyri  dəqiqliklər  yaranırdı.  Yivin  dəqiqliyi  fəhlənin  gücü, 
göz dəqiqliyi və təcrübəsi kimi subyektiv amillərindən asılı idi.  
Modslinin yivaçma dəzgahı ilk növbədə xüsusi dəzgah olub, ilk dəfə 
olaraq  alətin  hərəkətini  pəstahın  fırlanması  ilə  uzlaşdırılmış  şəkildə 
yerinə  yetirməyə  imkan  verirdi.  Alət  pəstahın  dövrlər  sayından  asılı 
olaraq  müəyyən  veriş  alırdı.  Bu  imkan,  pəstahlarda  istənilən  addım  və 
mailliyə  malik  yivlərin  kəsilməsini  mümkün  etmişdir.  İlk  vaxtlardan 
Modsliyə  aydın  olmuşdur  ki,  mexaniki  emal  zamanı  yüksək  dəqiqliyi 
yalnız dəzgahlarda metal hissələrin tətbiqi ilə əldə etmək olar.   Dəzgah 
hissələrinin  metaldan  hazırlanması  ilə  Modsli  universal  dəzgahların 
yaradılmasının əsasını qoymuşdur. 
Bundan  əlavə  Modsli 
emal  zamanı  pəstahın  dəqiqliyinin 
formalaşmasına nəzarət etmək üçün ölçü alətləri üzərində işləyir. O, ilk 
dəfə  olaraq  pəstahın  diametrini  yoxlamaq  üçün  mikrometer  düzəldir 
(şəkil  2.21).  Bu alət  bizə  məlum  olan  stangenpərgarı  xatırladır.  Bürünc 
gövdə  üzərində  bir  tərəfdən  tərpənməz,  digər  tərəfdən  hərəkətli 
yerləşmiş dodaqlar arasına qoyulan hissənin uzunluğu gövdə üzərindəki 
bölgüdən götürülürdü [2.5].  
 
 
 
 
 
 
 
 
Şəkil 2.21. Modslinin ölçmə aləti. 


Sənaye inqilabı 
 
258 
 
Modslinin  ilk  dəzgahında  yivlərin  parametrləri  aparıcı  vintlərin 
köməyi  ilə  idarə  olunurdusa,  sonralar  o  dəzgahın  konstruksiyasında 
dəyişiklik  etmiş  və  verişin  qiymətlərini  çarxların  köməyi  ilə  tənzim 
etmişdir.  Beləliklə,  o,  bu  gün  bizə  məlum  olan  dəzgahın 
konstruksiyasına  yaxın  bir  dəzgah  düzəldir.  Bu  dəzgahda  28  çarxın 
köməyi  ilə  müxtəlif  yiv  parametrlərini  təmin  edən  veriş  əldə  etmək 
mümkün idi [2.7]. 
Torna dəzgahının təkmilləşdirilməsində əsas addım alət supportunun 
tətbiqi  idi.  Müstəvi  səthlərin,  həmçinin  dəzgahın  gövdəsindəki 
yönəldicilərin  səthləri  o  dövrdə  mövcud  olan  alətlərin  (bülöv,  şaber  və 
s.) vasitəsilə əl ilə hazırlanırdı.  
Sonralar  Modslinin  düzəltdiyi  torna  dəzgahının  konstruksiyasının 
bazasında deşmə, iskənələmə və yonma dəzgahları yaranmışdır.  
Modslinin  başqa  ixtiraları  da  vardır.  O  yivaçma  üçün  bir  sıra  yiv 
burğularının  (saatsazlar  üçün  12  mm-dən  ən  kiçik  diametrlərə  qədər) 
konstruktiv  parametr  və  emal  texnologiyalarını  hazırlayaraq  normativ 
şəklinə  salır.  Bununla,  sonralar  Vitvozun  yaratdığı  yiv  sisteminin  əsası 
qoyulur.   
Modslinin  emalatxanası  həm  də  gələcək  görkəmli  mühəndislərin 
yetişməsində  bir  elmi  məktəb  rolunu  oynamışdır.  Onun  şagirdlərindən 
Ceyms Foks (ingl. James Fox) (1789-1858) torna dəzgahlarında support 
birləşməsini 
təkmilləşdirmişdir. 
Modslinin 
məktəbindən 
ingilis 
dəzgahqayırmasının Yozef Virtvoz (1803-1887) və Çeyms Nasmif (ingl
James  Nasmyth)  (1808-1890)  kimi  görkəmli  nümayəndələri  çixmişdir. 
Vitvoz  yiv  standartını  yaratmiş  və  XIX  əsrin  ən  görkəmli 
konstruktorlarından  sayılırdı.  Nasmif    qayka  emal  edən  və  üfüqi 
üstyonuş dəzgahını, həmçinin buxar çəkicini düzəldir. 
Modslinin  nailiyyətləri  İngiltərədə  sənayeləşmə  dövrünə  təsadüf 
edirdi. Bu vaxt kənd təsərrüfatında işləyənlərin sayı 33%-i təşkil edirdi. 
1800-ci ildə əhalinin təxminən yarısı şəhərlərdə yaşayırdı. Uzun müddət 
fransızlar  tərəfindən  blokada  şəklində  saxlanan  İngiltərə  daha  da 
güclənmişdi. Əcnəbi rəqiblərin istehsal vasitələri, cizgilər və modellərin  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə