Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə14/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Sənaye inqilabı 
 
267 
 
olunurdu [2.17].    
XVII  əsrin  ikinci  yarısında  fransız  muhəndisi  və  ixtiraçısı  Jozef 
Kuynonun  (fran.  Nicholas  Joseph  Cugnot)  buxar  maşının  tətbiqi  uzrə 
apardığı  tədqiqatların  nəticələrinin  genişləndirilməsi  və  praktikada 
tətbiqinin  uğursuz  olması  da,  elə  yuxarıda    qeyd  olunan  səbəbdən  bas 
verir.  Kuyno,  bizə  məlum  olan  avtomobilin  pioneri  sayılır.  Fransa 
ordusu  üçün  yeni  artilleriya  qurğularının  düzəldilməsi  ilə  məşğul  olan 
mühəndis  hərbi  nazirlikdən    artilleriya  üçün  yeni  nəqliyyat  vasitəsinin 
işlənməsi üzrə tapşırıq alır.  
Onun  bu  məqsədlə  duzəltdiyi,  buxar  maşını  ilə  hərəkətə  gətirilən 
araba,  ilk  dəfə  olaraq  nəqliyyatda  edilmiş  mexanikləşdirmə  idi  [2.16]. 
Fransada, 1769-cu ildə numayiş etdirilən bu araba 3,5

4 km/saat sürətlə 
hərəkət  edə  bilirdi  (şəkil  2.27).  Bu  arabanın  qabaq  hissəsində 
yerləşdirilmiş  buxar  qazanı  onun  idarəsini  cətinləşdirmişdir.  Ona  gorə 
də,  konstruksiyanın  dəyişdirilməsi  lazım  idi.    Ancaq  dovlətin  bu 
layihəyə  laqeyd  olması  və  sonralar  ölkədə  baş  verən  siyasi  proseslər 
nəticəsində  Kuynonun  işləri  yarımçıq  qalır  və  tətbiq  olunmur.  Buxar 
maşınlarının tətbiqinə olan belə munasibət uzun müddət dəyişmir. 
    
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.27. Buxar arabası. 
 
1815-ci  ildə  ingilis  maşınqayıranları  Fransaya  gələrək  orada  öz 
firmalarını  açırlar.  Bununla  fransızlar  İngiltərə  ilə  əlaqələrini  bərpa 
edərək yeni texnologiyalar haqqında məlumatlar  alırlar. Nəticədə  Fran- 


Sənaye inqilabı 
 
268 
 
sada  buxar  maşınlarının  sayı  sürətlə  artmağa  başlayır.  1830-cu    ildə 
Fransada  625  (cəmi  10000 PS  gücündə)  buxar  maşını  olduğu  halda,  bu 
maşınların  sayı  1875-ci  ildə  32000-i  (cəmi  400000  PS  gücündə) 
keçmişdir [2.15].  
XVIII  əsrdə  buxar  maşınlarının  yayılmasının  ləng  getməsi  su  
turbinlərinin  gücünün  nisbətən  yüksək  olması  və  onların  nisbətən  asan 
tətbiq  olunması  ilə  bağlı  idi.  Mütəxəssislərin  hesablamalarına  görə, 
1815-ci ildə hidravlik qurğunun orta gücü 150000 a.g.-ə bərabər idi. Bu, 
buxar  maşını  ilə  müqayisədə  3  dəfə    çox  idi.  Ona  görə  də,  buxar 
maşınları əsasən dağ-mədənlərində tətbiq olunurdu.  
Buxar maşınları gücünün artması sayəsində, 1850-ci ildən başlayaraq 
geniş  tətbiq  olunmağa  başlayır.  1850-ci  ildə  nəqliyyat  buxar  maşını  ilə 
işləyən  3907  lokomotiv  və  552  gəmi  istifadə  olunurdu  [2.15].  1852-ci 
ildə  ən  çox  buxar  maşını  tətbiq  edən  sənaye  tekstil  sahəsi  idi.  Tekstil 
sənayesində  1179  maşınla  müqayisədə,  maşınqayırma  fabriklərində 
cəmi 539 maşın var idi. 
1852-ci ildə III Napoleona, beynəlxalq igtisadi sazişləri parlamentdə 
ratifikasiya  etmədən  tətbiq  etmək  səlahiyyətləri  verilir.  Bunun 
nəticəsində, 1860-cı ildən başlayaraq Fransa dost ölkələr və vacib ticarət 
müttəffiqləri  ilə  əlverişli  müqavilələr  bağlamağa    nail  olur.  Bu 
ümumilikdə,  Fransanın  daxili  bazarının  tədricən  xarici  investorlara 
açılması demək idi.  
Fransa  iqtisadiyyatının  inkişafında  onun  malik  olduğu  təbii 
sərvətlərin  miqdarı  və  yeri  də  aparıcı  rol  oynamışdır.  Fransada  buxar 
maşınlarının zəif tətbiq edilməsi, həm də Fransanın az kömür ehtiyatına 
malik  olması  ilə  bağlı  idi.  İngiltərə  və  Almaniya  ilə  müqayisədə 
Fransada  çox  az  mineral  yanacaq  ehtiyatları  var  idi.  İstehsal  olunan 
kömür tələbatın yalnız 55

75%-ini təşkil edirdi [2.15].  
Fransanın  tutduğu    coğrafi  mövqe  kömür  istehsalı  üçün  əlverişli 
deyildi.  Digər  tərəfdən  Fransada  çıxarılan  kömür  koks  istehsalı  üçün 
yaramırdı.  Keyfiyyətli  kömürün  olmaması  dəmir  və  polad  istehsalına 
çəkilən  xərci kəskin şəkildə artırırdı, çünki kömür  Böyük  Britaniyadan  


Sənaye inqilabı 
 
269 
 
və Almaniyadan baha qiymətə gətirilirdi. Bir tərəfdən kömür üçün təbii 
sərvətlərin qıtlığı, digər tərəfdən 1830-cu idə  Belçikanın və 1871-ci ildə 
Elzas-Lotarengiyanın  ayrılması  nəticəsində  kömürlə  zəngin  ərazilərin 
itirilməsi, Fransa  sənayesinin  inkişafının  zəifləməsinə  səbəb  olurdu.  Ya 
dəmir filiz kömürlə zəngin olan regionlara aparılmalı, ya da kömür filiz 
mədənləri  yerləşən  ərazilərə  gətirilməli  idi.  Buna  görə  də,  Loure 
hövzəsində  Fransanın  ağır  sənayesinin  böyük  hissəsi  cəmləşmişdir. 
Bunların hər ikisi böyük xərclərlə bağlı idi. Dəmir yolunun tikilməsi ilə 
bağlı  olaraq  ölkədə  nəqliyyat  gücü  artmağa  başlayır.  Kömürü 
mədənlərdən  yaxınlıqda  olan  su  kanalına  daşımaq  üçün  Fransada  ilk 
dəfə  olaraq  dəmir  yolu  Saint-Etienne  və  Andreçiuks  arasında 
çəkilmişdir.         
Metal emalı sənayesinin inkişafı,  istehsal prosesində dəmir filizi və 
əritmə  prosesi  üçün  lazım  olan  kömürdən  asılı  olduğundan  dağ-mədən 
sənayesi  ilə  sıx  bağlı  idi.  Buna  görə  də,  dağ-mədən  sahəsində  mövcud 
olan  problemlər    metal  emalı  sənayesinin  inkişafına  mənfi  təsir 
göstərirdi.   
Fransanın  böyük  meşə  sahəsinə  malik  olması  və  digər  tərəfdən 
çatışmayan daş kömür ehtiyatı, ağac kömürlə işləyən domna sobalarının 
uzun müddət dəmir istehsalında tətbiq edilməsini tələb etmişdir. Belə ki, 
1850-ci  ildə  dəmir  istehsalında  tətbiq  olunan,  koksla  işləyən  domna 
sobaların  payı  ümumi  istehsalda  50%  təşkil  edirdi  [2.14].  Metallurgiya 
sənaeyesi  üçün  meşələrdə  dağınıq  şəkildə  yayılmış  ağac  kömürü  ilə 
işləyən  sobalar  səciyyəvi  idi.  Buna  görə  də,  metal  istehsalı  sənayesi, 
Kreusot  və  Şnayder  kimi  böyük  zavodların  olmasına  baxmayaraq 
beynəlxalq  müstəvidə  rəqabətə  davamlı  deyildi.  Bunun  üçün  kömrük 
siyasəti  lazım  idi  ki,  daxili  bazarda  metal  sənayesini  qorumaq  və  onun 
inkişafını stimullaşdırmaq mümkün olsun. 
III Napoleon hakimiyyəti dövründə kömrük haqqının aşağı salınması 
nəticəsində  Fransada  sənayenin  inkişafı  canlanır.  XVIII  əsrin  birinci 
yarısında  Fransada  tekstil  sənayesi  ümumi  iqtisadi  müəssisələrin 
kapitalının yalnız bir faizini təşkil etməsinə  baxmayaraq,  orada  çalışan 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə