Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə22/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Sənaye inqilabı 
 
292 
 
salı üzrə ilk “Aksioner Cəmiyyətləri” yaranır. ABŞ-da baş verən texniki 
inkişaf  nəticəsində,  dəzgahqayırma  tamamilə  öz  ilkin  nümunəsi  sayılan 
İngilis  dəzgahqayırmasından  meyillənməyə  başlayır.  Bu  dövrdə 
İngiltərə  daha  çox  dağ-mədən,  gəmi  və  lokomotiv  hazırlanması  üzrə 
ixtisaslaşmış  ağır  maşınqayırmanı  inkişaf  etdirdiyi  halda,  ABŞ-da 
gündəlik tələbatdan irəli gələn yüngül maşın, alət və məişət maşınları ön 
planda dururdu. Bu  malların  kütləvi  istehsalının ingilis sənayesi  ilə  heç 
bir oxşarlığı yox idi.  
XIX  əsrin  ortalarında  ABŞ  üçün  tipik  olan  frez  maşınlarının 
istehsalına  başlanır.  Frezləmə  əməliyyatının  texnoloji  üstünlükləri  ilə 
bərabər,  ABŞ-da  istehsal  olunan  çuqunların  nisbətən  “yumşaq”  olması, 
bu  üsulun  maşınqayırmada  geniş  tətbiq  olunmasını  daha  da 
gücləndirmişdir.  1850-ci  ildə  ABŞ-da  istehsal  olunan  frez  dəzgahları, 
hətta  İngiltərəyə  gətirilməyə  başlayır.  Amerika  dəzgahlarının  Avropada 
tanınması  sahəsində  1843-cü  ildə  yaradılmış  Robbins&Lavrence 
firmasının xidmətləri böyük idi [2.27].  Onlar frez dəzgahları ilə bərabər 
silah  istehsalı  üçün  xüsusi  dəzgahların  istehsalı  ilə  də  məşğul  idilər. 
1855-ci  ildə  bu  firma  İngiltərənin  Einfeld  şəhərində  yaradılan    silah 
istehsal  edən    firmanın  təşkilində  yaxından  iştirak  edir  və  böyük 
miqdarda  sifariş  alır.  Robbins&Lavrence  frimasında  revolver  torna 
dəzgahı  hazırlayan  mühəndis  Stoun  (ingl.  Stone)  və  frez  dəzgahı  üzrə 
mühəndis  Houv  (ingl.  Hove)    çalışırdılar.  Bu  frimanın  bazasında 
sonralar  bir  neçə  silah  və  tikiş  maşınları  istehsal  edən  müəssisələr 
yaranır.  1897-ci  ildə  yaradılan  Winsdor  Machine&Co.  revolver  torna 
dəzgahlarının 
istehsalı 
ilə 
məşğul 
olur. 
Frez 
dəzgahlarının 
hazırlanmasında böyük rol oynayan Levi Lincoln Hartford fabriki 1834-
cü  ildə  yaradılmışdır.  Bu  firma  sonralar  Geo  Lincoln&Co.  adı  altında 
fəaliyyət göstərir və onun məhsulları Lincoln frez dəzgahları kimi şöhrət  
qazanır.  Bu  fabrikdə  Pratt,    Vitni  (ingl.  Pratt,  Witney)    kimi  tanınmış 
mühəndislər çalışırdılar [2.25, 2.26].  
1854

55-ci  illərdə  Samyol  Kolt  (ingl.  Samuel  Colt)  tərəfindən 
yaradılmış silah fabriki, amerika istehsal üsulunun təkmilləşdirilib yayıl- 


Sənaye inqilabı 
 
293 
 
ması ilə bərabər, bir çox görkəmli mühəndislərin yetişməsi üçün məktəb 
rolunu oynamışdır (şəkil 2.36). Bu şəxslər arasında Pratt,  Vitni, Eymos, 
Billings,  Slate,  Rut  və  Spenser  vardır.  Bu  firmanın  İgiltərədə  açılan 
filialı  sonralar  ABŞ  dəzgahlarının  Avropada  tanınması  üçün  önəmli  rol 
oynamışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.36. Koltun fabrikində preslər. 
 
Nyu  Englandın  6  statında,  əsasən  yüngül  dəzgahların  istehsalı 
cəmlənmişdirsə,  Filadelfiyada  ağır  sənayenin  inkişafı  nəzərə  çarpırdı. 
Filadelfiyada  dəmir  yolu  sənayesi  üçün  lazım  olan  maşınların  istehsalı 
baş  verir.  Burada  fəaliyyət  göstərən  iki  böyük  firma  V.Bement&Co.  və 
Villiam Sellers&Co. öncə ingilis nümunələri əsasında işləyirdilər.  
XIX  əsrin  ortalarında  bir  çox  ABŞ  fabrikləri  eyni  zamanda  bir  neçə 
növ maşınların istehsalı ilə məşğul idilər. Məsələn,  tekstil  maşınları  is-  


Sənaye inqilabı 
 
294 
 
tehsal  edən  firma,  həm  də  öz  ehtiyacını  ödəmək  üçün  metalkəsən 
dəzgahlar hazırlayırdı [2.25].  
Bu  xarakter  maşın  istehsalı,  əsasən 
isə 
dəzgahqayırmada 
ixtisaslaşmış 
firmaların  çox  az  olmasına  gətirib 
çıxarmışdır.    Bu  firmalarda  hazırlanan 
dəzgahların 
keyfiyyəti 
aşağı 
olduğundan  bazar    rəqabətinə  davam  
gətirə  bilməyərək,  tez  bir  zamanda 
aradan çıxırdılar.
 
 
1848-ci  ildə  Villiam  Sellers  (ingl. 
William  Sellers)  keyfiyyətli,  Vitvoz 
üslubunda 
dəzgah 
hazırlamaq 
məqsədilə  öz  firmasını  yaradır  (şəkil 
2.37).  Onun  dəzgahları  güclü  ötürmə 
sistemi  ilə  fərqlənirdi.  Bundan  əlavə, 
bu  firma  yiv,  qaykakəsən  və  üstyonuş  dəzgahların    hazırlanması    ilə  
məşhurlaşır.  Firma,  ümumilikdə  90  patent  alır.  Firmanın  sexlərindəki 
dəzgahlar  öz  dəqiqliyi,  materialı  və  konstruksiyası  ilə  başqalarından 
fərqlənirdilər. 1850-ci ildə firmanın adı artıq ABŞ-da geniş tanınmış idi. 
1867,  1873,  əsasən  isə  1876  və  1893-cü  illərdə  keçirilən  dünya 
sərgilərində  Sellers  firmasının  dəzgahları  bir  neçə  mükafata  layiq 
görülür (şəkil 2.38 və 2.39). 1894-cü ildə Sellersin  fabrikində 350 fəhlə 
çalışırdı.  
Bundan  əvvəl  Sellers  Franklin  institutunun  prezidenti  olduğu  vaxtda 
(1864−67) yivlər üçün amerika standartının işlənməsi sahəsində görülən 
işlərə  rəhbərlik  etmişdir.  Burada,  o,  yivlərin  həndəsi  forması  üzrə 
standart  və  qarşılıqlı  əvəzolunma  sistemləri  üzrə  normativləri  işləyir 
(şəkil 2.40).  
Bu normativlər 1868-ci ildə ABŞ dövləti tərəfindən qəbul edildikdən 
sonra Pensilvaniya ştatında, daha sonra isə bütün başqa ştatlarda sürətlə 
yayılmağa başlayır.  Sellersdən  başqa  daha  bir  firma,  “Freeland Tool  
 
    Şəkil 2.37. Villiam Sellers. 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə