Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə21/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Sənaye inqilabı 
 
289 
 
dən  idi.  Bu  səbəbdən  dəzgahqayırmada  kiçik  konstruktiv  dəyişiklik 
etməklə tez bir zamanda patent almaq olurdu. XIX əsrin ortalarına olan 
məlumata əsasən, patentlərin sayı belə təsvir olunur [2.25]:           
 
1700

1800………………..26 
1800

1810………………..91 
1810

1820………………200 
1825

1836………………535 
1837

1848………………521 
1849

1853……………...984 
 
Patent  almaq  üçün  tələb 
olunan model bir tərəfdən böyük 
zəhmət  tələb  etsə  də,  digər 
tərəfdən  kapital  qoymaq  istəyən 
şəxsləri  həvəsləndirmək  üçün 
vacib vasitə idi.  
ABŞ-da  İngiltərə  ilə  aparılan  müharibədən  sonra  (1812−1814-cü 
illər)  daxil  edilmiş  kömrük  haqqı  da  sənayenin  inkişafına  təkan 
vermişdir.  İşçi  qüvvəsinin  çatışmaması  ucbatından  hökm  sürən  yüksək 
əmək  haqqı  və  böyük  kənd  təsərrüfatı  getdikcə  əl  əməyinin  maşınlarla 
əvəz olunmasını tələb edirdi. Bu isə XVIII əsrin sonunda yalnız mövcud 
olan buxar maşınlarının köməyi ilə mümkün idi.   
ABŞ-da ilk buxar maşını hazırlayan fabriklər 1800 və 1801-ci illərdə 
Filadelfiya, Pittsburq və Nyu  Yorkda yaradılır. Oliver Evans tərəfindən 
layihələndirilmiş  yüksək  təzyiqdə  işləyən  buxar  maşınları  təxminən  10 
atmosfer  gücündə  idilər.  Bu,  o  dövrdə  Avropada  tətbiq  olunan 
maşınlardan  (1  atm.)  güclü  idi.  ABŞ-da  buxar  maşınlarının  yayılması 
Avropaya nisbətən daha sürətlə baş verirdi [2.18].  
XIX əsrin əvvəlində Fulton Fransada düzəltdiyi buxar gəmisi ilə  heç 
bir  nailiyyət əldə edə bilmədikdən sonra ABŞ-a üz tutur. 1807-ci ildə o 
Nyu-Yorkda ilk buxar gəmisi “Klermont”-u hazırlayaraq uğurla sınaq- 
 
Şəkil 2.34. Frez dəzgahı.
 
 


Sənaye inqilabı 
 
290 
 
dan  keçirir  (şəkil  2.35).  Gəmi  Nyu-Yorkda  və  Albanz  arasında  8,3 
km/saat  sürəti  ilə  axının  əksi  istiqamətində  üzərək  buxar  maşınlarının 
gəmiçilikdə    tətbiqinin  həm  texniki,  həm  də  iqtisadi  cəhətdən  
səmərəliliyini  göstərmişdir.  Bundan  sonra,  buxarla  işləyən  gəmilərin 
hərbdə istifadə olunması başlanır [2.2]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.35. Klermont gəmisinin işçi hissəsi. 
  
Sənayenin  sürətlə  inkişafı  ərəfəsində  və  mexaniki  emal  dəzgahlarına 
olan  böyük  tələbat  ABŞ-a  ingilis  dəzgahlarını  gətirməklə  (Avropa 
dövlətlərində  olduğu  kimi)  ödənilə  bilməzdi.  Azadlıq  uğrunda  aparılan 
müharibədən  sonra  İngiltərə  Amerikada  sənaye  özəklərinin  məhv 
olunmasına və beləliklə, öz mallarını satmağa can atırdı. 
XIX əsrin əvvəllərində  ABŞ-da bülöv, bel, kərənti və başqa alətlərin 
istehsalı  üzrə  ixtisaslaşmış  bir  neçə  böyük  firma  fəaliyyət  göstərirdi. 
1829-cu ildə  Vorçesterdə ilk dəfə olaraq kəsici alətlər, əsasən isə burğu 
alətləri  üzrə  ixtisaslaşmış  M.L.Morze&Co.  firması  yaradılır.  Eyni 
zamanda Kambersburqda ən böyük alət fabriki Dunlop&Madeira təşkil 
olunur [2.25].  


Sənaye inqilabı 
 
291 
 
Bu  texniki  yeniliklərə  baxmayaraq,  XIX  əsrin  əvvəlində  ABŞ-da 
maşınqayırmanın  güclü  inkişafından  danışmaq  olmazdı.  Ölkədə  baş 
verən iqtisadi canlanmaya baxmayaraq, ABŞ hələ də aqrar dövlət olaraq 
qalırdı.  Ucsuz-bucaqsız  əkin  sahələri  getdikcə  qərb  tərəfə  genişlənərək 
immiqrantlara  əlverişli  yaşamaq  imkanı  verirdi.  1831-ci  ilə  qədər 
immiqrantların  sayı  aşağı  səviyyədə  idi.  1847-ci  ildən  sonra  isə 
immiqranların    ABŞ-a  kütləvi  şəkildə  axını  başlayır  və  10  ildə  10 
milyonu keçir.  
ABŞ-ın  cənubunda  yerləşən  əyalətlərin  demokratik  aqrar  siyasəti 
nəticəsində  qoyulmuş  kiçik  kömrük  haqqı  (1841-ci  ildə  artırılmasına 
baxmayaraq) və İngiltərədən gətirilən texnika demək olar ki, ABŞ dəmir 
istehsalını  tam  məhv  etmişdir.  Bu  proses  dəzgahqayırmanın  inkişafına 
da mənfi təsir göstərmişdir.  
1840-cı 
ildən 
ABŞ-da 
tapılan 
faydalı 
qazıntılar 
(əsasən   
Kaliforniyada  tapılan  qızıl),  odlu  silahların  istehsalı  ilə  şərtlənən 
qarşılıqlı  əvəzolunma  və  frez  əməliyyatının  tətbiqi  kimi  amillər  
texnikanın  inkişafında  vacib  rol  oynayır.  Beləliklə,  1840-cı  ildən 
başlayaraq ABŞ-da sənaye inqilabının kökləri nəzərə çarpır. Elə bu ildə, 
ABŞ-da  İngiltərədən  100  il  sonra, ağac  kömür  daş  kömürlə  əvəz  edilir. 
10 il sonra dəmir istehsalında yalnız daş kömür tətbiq olunurdu.   
Sənaye  inqilabı  ərəfəsində 
ABŞ-da  metalkəsən  dəzgahların 
inkişafının  ilk  mərhələsində  dəzgah  konstruksiyaları  heç  də  ingilis 
nümunələrindən  ciddi  fərqlənmirdilər.  Onlarda  cüzi  dəyişikliklər 
edilərək istehsal olunurdu. 1830-cu ildə Gaz Silver Co. firması ilk ABŞ 
üstyonuş  dəzgahını  düzəldir.  Bu  dəzgahın  gövdəsi  qranitdən, 
yönəldiciləri dəmirdən və ötürməsi zəncirdən ibarət idi [2.26].  
Pavtuket  şəhəri,  yuxarıda  qeyd  edildiyi  kimi  tekstil  maşınları  və 
dəzgahların  hazırlanması  üçün  mərkəz  rolunu  oynayaraq,  öz  təsir 
dairəsini getdikcə şimala və qərbə genişləndirməyə başlayır.  
1850-ci ildə  ABŞ dünyada dəmir istehsalına görə ikinci yeri tuturdu. 
1840-1850-ci illərdə, Avropadan  erkən  olaraq,  əl əməyi demək olar ki, 
tamamilə maşınlarla əvəz olunmuşdur. 1850-ci ildə ABŞ-da dəmir isteh-  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə