Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə18/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

Sənaye inqilabı 
 
280 
 
ması  30-cu  illərdə  baş  vermişdir.   Şimal-şərq  ştatlarında  mexanikləşmə 
İngiltərəni  də  ötüb  keçmişdi.  Bu  onunla  bağlı  idi  ki,  İngiltərə  dünya 
bazarını  ələ  almaq  üçün  əl  ilə  hazırlanan  incə  materiallara  da  çox 
üstünlük verirdi. 
1860-cı  illərin  əvvəlində  ABŞ-da  hər  bir  nəfərə  düşən  pambıq 
məhsulu İngiltərədə olandan çox idi. Bu dövrdə şimal və şərq ştatlarında 
böyük  maşınqayırma  zavodları  yaranır  və  bununla  sənaye  inqilabı  bu 
ərazilərdə  son  mərhələyə  qədəm  qoyur.  1860-cı  ildə  67,3  %,  1900-cu 
ildə  isə  artıq  ölkənin  sənaye  isehsalının  70%-i    Nyu  Enqlandın  və  orta 
ərazilərdə  yerləşmiş  ştatların  payına  düşürdü.  Şərq  və  şimal  ştatlarında 
əhalinin  sənayedə  çalışan  hissəsi  kəndlilərə  nisbətən  3  dəfə  artdığı 
halda, bu rəqəm cənubda və qərbdə 1,5% həddində idi [2.18].   
Cənub  ştatlarında  sənayeləşmə  prosesi  başqa  şərtlər  daxilində  baş 
verirdi.  Bu  regionun  əsas  sənayesində  tərəqqi    pambıq  xammalının 
emalı  üçün  1793-cü  ildə  “Cin”  (ingl.  Jin)  pambıq  təmizləyən  maşının 
ixtirası  ilə  başlayır.  Bu  maşının  köməyi  ilə  pamıq  fabriklərdə  ipəyirmə 
üçün  yararlı  hala  salınırdı.  Bundan  əlavə  meşələrin  qırılması,  tütün 
istehsalı  və  buğda  üyüdülməsində  də  maşınlardan  istifadə  edilirdi. 
Lyuziana və Corciyada çaylar az olduğundan bu ərazilərdə su ilə işləyən 
mexanizmlərin tətbiqi mümkün deyildi. Ona görə də, bu ştatlarda buxar 
maşınlarına  daha  çox  üstünlük  verilirdi.  1830-cu  ildə  onlar  ABŞ-da 
ikinci  yer  tutaraq,  stasionar  işləyən  buxar  maşınlarının  ümumi  gücünə 
görə başqa ştatların hamısını keçmişdi [2.19, 2.28].   
1840-cı  ildə  Virginiyada,  şimali  və  cənubi  Karolinada,  Çorçiyda  və 
Kentukkidə  minlərlə  dolaqlara  malik  olan  pambıq  fabrikləri  fəaliyyət 
göstərirdi.  Bu  fabriklərdə  100-lərlə  fəhlə  çalışırdı.  Kənd  təsərrüfatında 
aparıcı  rol  oynayan  tekstil  fabrikləri  ancaq  şimalda  olanlardan  geri 
qalırdılar. Belə ki, təkçə Louelldə (Massaçuets ştatı) XIX əsrdə mövcud 
olan dolaqların sayı bütün cənub ştatlarında tətbiq olunanlardan çox idi. 
Cənubda  yun  istehsalı  zəif  inkişaf  etmişdi  və  əsasən  kiçik 
manufakturalardan  ibarət  idi.  Orada  böyük  fabriklər  1850-ci  ildən 
etibarən yaranmağa başlamışdır.  


Sənaye inqilabı 
 
281 
 
Şənayeləşdirmə  prosesində  tekstil  sənayesinin  aparıcı  sahəyə 
çevrilməsinə  baxmayaraq,  vətəndaş  müharibəsi  dövründə  onun  rolu 
kiçik  idi.  1860-cı  ildə  tekstil  sənayesinin  Nyu  Enqlandda  payı  63,3% 
olduğu  halda,  cənub  regionlarda  bu  nisbət  5,2%  -i  təşkil  edirdi.  Cənub 
ştatlarında istehsal olunan xammal ev emalatxanalarında parça toxumaq, 
ya da qonşu ştatlarda satmaq üçün ipəyirmədə istifadə edilirdi. Vətəndaş 
müharibəsi  zamanı  cənub  ştatlarının  payı  ölkə  üzrə  istehsal  olunan  ipin  
30%  və parçanın 50%-ni təşkil edirdi [2.18].  
XIX  əsrin  əvvəlində  cənubda,  əsasən  Merilend  və  Virginiya 
ştatlarında  metallurgiya  sənayesi  inkişaf  etməyə  başlayır.  Ancaq  bu 
sahədə,  ilk  növbədə  qara  metallurgiyada,  əsas  inkişaf  Pensilvaniyada 
çanlanmışdır. 1840-cı ildə daş kömürün, domna sobalarında isti hava ilə 
qızdırılması,  pudlinqləmə  və  yayma  üsulları  tətbiq  olunurdu  [2.20, 
2.28]. Keçmişdə quldarçılıqla məşğul olan ştatlarda (Alabama, Çorçiya, 
Kentukki, Tennessi, Virginiya və Korolina) 1850-ci illərdə inqilab sona 
çatır. 1856-cı ildə bu ştatlarda istehsal olunan  dəmirin 74%-i yayma ilə 
əldə  edilirdi.  Bütün  ölkədə  olduğu  kimi,  cənubda  da  kiçik  tökmə 
müəssisələrinin  olmasına  baxmayaraq,  əsas  istehsal  böyük  zavodlarda 
cəmlənmişdir. Məsələn, 1860-cı ildə 22 rels istehsal  edən firmanın  illik 
dövriyyəsi 1,8 mln. dollar olduğu halda, 62 kiçik firmanın məhsulu 651 
min dollar dəyərində idi. 
1850-ci  ildə  Çattanuqedə  (Tennissi  ştatı)  koksla  işlyən  metalurgiya  
zavodu  işə  salınır.  Umumilikdə,  cənub  ştatlarında  metallurgiyanın 
səviyyəsi orta ştatlarındakından geri qalırdı. Pensilvaniyada o dövrdə ən 
böyük  və  texniki  cəhətdən  yüksək  səviyyədə  olan  zavodlar  var  idi. 
Vətəndaş  müharibəsindən  əvvəl  çənub  ştatlarında  əritmə  ilə  istehsal 
olunan çuqunun payı 7% , yayma ilə isə 8% təşkil edirdi.  
Ölkədə  zəif  dəmir  yolu  şəbəkəsinin  mövcud  olması  nəticəsində 
Çənubda  sənaye  heç  bir  rəqabətə  məruz  qalmadan  yerli  xammalın 
hesabına fəaliyyət göstərirdi. 1860-cı ildə sənayedən gəlir 26-28% təşkil 
edirdi.  Amma  onu  da  qeyd  etmək  lazımdır  ki,  cənubda  investisiya 
əsasən ənənəvi kənd  təsərrüfatına  qoyulurdu. Ona görə də, bu  ştatların 


Sənaye inqilabı 
 
282 
 
sənaye mallarına tələbatının böyük olmasına baxmayaraq texniki profilli 
sahələrin inkişafı zəif gedirdi. 
Cənub  regionlarında  əl  əməyi  və  xammalın  ucuz  olması  bu  sahəyə 
qoyulan ümumi sərmayənin həcminə də mənfi təsir göstərirdi. Nəticədə 
tekstil  sənayesində  inkişaf  etmiş  fabrik  sisteminin  tətbiqi  ləngiyirdi. 
Beləliklə,  1850-ci  ildə  ölkədə  baş  verən  ümumi  inkişaf,  əsasən  yeni 
dəmir yollarının salınması, buxar enerjisinin və maşınqayırmanın tətbiqi 
ilə səciyyələn sənaye inkişafı cənub ştatlarında mövcud olan səviyyədən 
qat-qat yüksək idi.      
Vətəndaş  müharibəsindən  sonra  cənubda  yüngül  sənayenin  inkişafı 
ilə  başlayan  ümumi  tərəqqi  nəzərə  çarpırdı.  Müharibədən  sonra 
quldarlığın  ləğv  edilməsinə  baxmayaraq,  cəmiyyətdə  zəncilərə  qarşı 
olan pis  münasibət azad əmək  münasibətlərinin geniş  tətbiq  olunmasını 
çətinləşdirirdi.  Bu  proses  quldarlıqdan  sənaye  cəmiyyətinə  uzun  sürən 
keçid  dövrü  və  keçid  cəmiyyət  ilə  müşaiət  edilirdi.  Buna  görə  də, 
cənubda  tipik  sənaye  inqilabının  baş  verməsindən  danışmaq  olmazdı 
[2.21].  
Mütəxəssislərin  fikrincə  Qərbə  sənayeləşmə  Şərqdən  gəldiyindən  bu 
iki  region  vahid  sistem  təşkil  edirdi.  Avropa  və  şimali  Amerika 
ştatlarında sənaye inqilabı artıq baş verdiyi halda, Qərb regionlara XIX 
əsr  boyunca  immiqrantların  axını  davam  etmişdir.  Bunun  nəticəsində, 
sonralar  yaranan  hər  bir  yeni  ştata  artıq  inkişaf  etmiş  texnologiyalar 
gətrilir, mexanikləşdirilmiş təsərrüfat sistemləri tətbiq edilirdi. Beləliklə, 
bu  regionlarda  sənaye  inqilabı  baş  vermədən  sənaye  sahələri  yaranırdı. 
Onu  da  nəzərə  çatdırmaq  lazımdır  ki,  Qərbə  gələn  sənayeçilər  həmin 
ərazilərdə  infrastrukturanın  yaradılmasını  sıfırdan  başlamalı  idilər.  Bu 
da həmin ərazilərdə gedən iqtisadi prosesləri ləngidirdi. 
1850-ci  ildə  Qərbdə  ilk  növbədə  meşə  istehsalı  və  buğda  üyütmək 
üçün  maşınlar  tətbiq  olunurdu.  Belə  sadə  əməliyyatların  maşınlarla 
aparılması  sənaye  inqilabı  üçün  əsas  deyildi.  Qərb  ştatlarında  tekstil 
sənayesi  öncə  zəif  inkişaf  edirdi.  Ancaq  XIX  əsrin  ortalarında  bu 
ərazilərdə inkişaf baş verir və vətəndaş müharibəsindən  sonra  kənd  tə-  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə