Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə25/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Sənaye inqilabı 
 
304 
 
emal  olunmuş  səthlərin  keyfiyyəti  aşağı  olurdu.  Bundan  əlavə,  ABŞ 
dəzgahlarının  dizaynlarının  aşağı  səviyyədə  olması  da  mütəxəssislər 
tərəfindən  tənqid  edilmişdir.  Dəzgahların  gövdələri  yüngül  materialdan 
hazırlanmış,  yöndəmsiz  qaynaq  edilmiş  və  zövqsüz  rənglənmişdilər 
[2.25].  
Ancaq  bu  əlamətləri  bütün  ABŞ  dəzgahqayırmasına  aid  etmək 
olmazdı.  “Engineering”  jurnalı  ABŞ-da  istehsal  olunan  dəzgahları  3 
qrupa  bölmüşdür.  I  qrupa  Filadelfiyada  istehsal  olunan  dəzgahlar  aid 
idilər.  Bu  dəzgahlar  ingilis  tipli  olub  yüksək  dəqiqiliyi  və  qiyməti  ilə 
fərqlənirdilər.    II  qrupa  Nyu  Englandın  şərq  statlarında  istehsal  olunan 
dəzgahlar  aid  edilirdilər.  Bu  dəzgahlarda  ixtisaslaşma  nəzərə  çarpırdı. 
Onlar bazar tələblərinə uyğunlaşdılırılmış  və ucuz  idilər. III qrupa qərb 
statlarında  hazırlanan  dəzgahlar  daxil  idilər.  Bu  statlarda  dəmir  emalı 
dəzgahlarının  yaşı  az  idi.  Burada  yerləşən  firmaların  bir  hissəsi    xüsusi 
dəzgahların,  bir  hissəsi  isə  elə  əvvəldən  ingilis  nümunəsi  əsasında 
dəzgah istehsalı ilə məşğul idilər.  
1870-ci  ildə  ABŞ  xammalının  istismarı  və  immiqrantların  sayı 
yüksək  həddə  çatır.  Bir  çox  maşınqayırma  müəssisələri  kimi 
dəzgahqayırma fabrikləri də tədricən qərb tərəfə köçməyə başlayırlar və 
bu  günkü  Çinçinati  mərkəzi  yaranır.  70

80-ci  illərdə  burada  aşağı  iş 
stilinə  malik  olan,  ancaq  yüksək  keyfiyyətli  məhsullar  meydana 
gəlmişdir.  1874-cü  ildə  Çinçinati  firması  burada  mövcud  olan 
Holz&Mueller 
firmasının 
bazasında 
təmir 
emalatxanası 
kimi 
yaradılmışdır.  80-ci  illərdə  vint,  yiv  burğularının  hazırlanması  ilə 
məşğul  olan  bu  firmada  öncə  frez,  daha  sonra  isə  (1888)  universal 
alətitiləyən  dəzgahlar  istehsal  olunmağa  başlayır.  Əsrin  sonuna  qədər 
Çinçinati  firması  4000  frez  dəzgahı,  2000  pardaq  dəzgahı  hazırlayır. 
1874-cü  ildə  yaradılmış  The  Bickford  Drill  and  Tool  Co.  firması 
burğulama dəzgahları üzrə ixtisaslaşır. İlk  müasir konstruksiyaya  malik 
olan radial və şaquli burğu dəzgahları hazırlanır. 
70-ci  illərdə  ABŞ-da  dəzgahlar  üçün  sistematik  təbliğat  aparılırdı. 
ABŞ zavodlarında xaricdən gələn qonaqlar üçün sexlər açıq idi. Sellers,  


Sənaye inqilabı 
 
305 
 
Brown&Sharpe  bu  ərəfədə  öz  firmalarının  ədəbiyyatlarını  buraxmağa 
başlayırlar. Avropada isə hələ belə bir şey yox idi. Texniki jurnallardan: 
1845-ci  ildən  başlayaraq  “Scientific  American”  və  1877-ci  ildən 
American 
Machinist” 
əvvəlcə  ümumi  texniki,  sonralar  isə 
müəssisələrdən həftəlik məlumatlar verirlər [2.5]
.
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Sənaye inqilabı 
 
306 
 
2.3.3. Almaniyada sənaye inqilabı 
 
X
Ι
X
  əsrin  əvvəlində  İngiltərə  sənayeləşmə  prosesinin  həlledici 
mərhələsinə  qədəm  qoyduğu  halda,  Almaniya  kiçik  sənaye  sahələrinin 
inkişaf  etməsinə  baxmayaraq,  hələ  aqrar  dövlət  olaraq  qalırdı.  Bu,  iki 
ölkənin  iqtisadi  parametrləri  arasında  aparılan  müqayisədən  aydın 
görünür.  1800-cü  ildə  Almaniyada  işçi  sayının  62%-i  aqrar  sektorda 
çalışdığı  halda,  bu  rəqəm  İngiltərədə  36%  idi.  Bu  dövrdə  Alman 
imperiyasında 23 milyon əhalinin 86%-i kəndlərdə, yerdə qalan 14%-in 
böyük  hissəsi  isə  kiçik  şəhərlərdə  yaşayırdılar.  Əsrin  ortalarına  bu 
nisbətin dəyişilməsinə baxmayaraq, Almaniya yenə də Ingiltərədən geri 
qalırdı.  1851-ci  ildə  hər  səkkiz  ingilisdən  biri  Londonda  yaşayırdı 
[2.29]
.
     
Almaniyada  inkişaf  səviyyəsi  ilə  əlaqədar  olaraq  nəqliyyat  sistemi 
zəif inkişaf etmişdi. İngiltərədə isə sıx yol və kanal şəbəkəsi mövcud idi. 
İngiltərədə araba nəqliyyatı gündəlik poçt xidmətinə qulluq etdiyi halda, 
Almaniyada  yalnız  varlı  adamlar  bu  nəqliyyat  xidmətindən  istifadə  edə 
bilirdilər.  
Eyni  durum  Almaniyada  dəmir  və  daş  kömür  istehsalının 
vəziyyətində  də  özünü  göstərirdi.  Almaniyada  bu  sahələr  qədimdən 
məlum  olsalar  da,  X
Ι
X  əsrin  əvvəllərində  burada  hazırlanan  məhsulun 
miqdarı  dünya  istehsalında  böyük  çəkiyə  malik  deyildi.  Bir  milyon  ton 
çıxarılan  daş  kömür  və  15000  t  dəmir  istehsalına  qarşı  İngiltərədə 
istehsal olunan 15 milyon ton kömür və 250000 t dəmir dururdu [2.5]
.
  
  Əsrin  əvvəlində  cəmi  üç  buxar  maşınına  malik  olan  Almaniyada  əl 
əməyindən maşın istehsalına keçid haqqında söz gedə bilməzdi. Sənaye 
inqilabı  üçün  əsas  sayılan  tekstil  sənayesində  də  vəziyyət  başqa 
sahələrdən heç də fərqlənmirdi.  
Almaniya  iqtisadiyyatının  nisbətən  geri  qalmasının  bir  çox  səbəbləri 
vardı.  Birincisi  ondan  ibarət  idi  ki,  yeni  dövrün  başlanması  öncə  dəniz 
ənənəsinə  malik  olan  dövlətlərdə  inkişafa  təkan  vermişdi.  Köhnə,  orta 
əsr adət-ənənələri ilə yaşayan dövlətlərə  isə yenilik Avropada  metropol  


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə