Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə16/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   12   13   14   15   16   17   18   19   ...   167

adamlarla  ünsiyyətdə  istifadə  etdiyimiz  ifadə  vasitələri  axirət 

dünyasında  da  olan  reallığa  uyğun  gəlir.  Deməli  bizim  o  dünyanı 

dərk etmək imkanımız yoxdur? Deməli biz „o biri dünyada hər şeyi 

burada  olan  kimi  qurulub”  deyənlərə  inanmamalıyıq?  Yox  belə 

deyildir.  Məsələ  daha  dərindir.  Verilən  təsvirlər  əsasında  bütün 

bunları  nə  demək  olduğunu  anlamğımız  vacibdir.  Bunları  düzgün 

başa  düşəcəyimizə  kim  zəmanət  verə  bilər?  Hansı  materiallar 

əsasında onun düzgün olmasına əmin olmaq olar? Əlbəttə düşünən 

adam  hər  hansı  maraqlı  sərgüzəştləri  və  faktları  eşitməklə 

kifayətlənmir,  həm  də  bu  sərgüzəştlərin  və  faktların  yaşadığı  bu 

dünyadakı  yerini  aydınlaşdırmağa  çalışır.  Yalnız  bu  yolla  düzgün 

dünya anlamı, dünyagörüşü formalaşır, bu da insanın bu dünyadakı 

yerini başa düşməsi üçün lazım olan zəruri şərtdir. Aydındır ki, bu 

cür  düzgün  anlayışın  olması  insanın  düzgün  davranışından  söhbət 

gedə bilməz: axı davranış dərk etmədən, anlamadan irəli gəlir. Ona 

görə də belə düşünürəm ki, oxucuya maraqlı faktlar bildirmək əsas 

deyil- bu yalnız dedektiv romanlar üçün əsasdır, belə ki, burada daha 

heç  nə  tələb  olunmur.  Düşünən  oxucular  üçün  isə  faktlar  və 

hadisələrin özünü başa düşmək  vacibdir- onlar arasındakı əlaqəni, 

ətrafda baş verənləri, özünüzdə olan dəyişdikləri anlamaq zəruridir. 

Ona  görə  də  yalnız  faktları  və  hadisələri  təsvir  etməklə 

kifayətlənmək olmaz, daha vacib olan “necə” və “nə üçün” suallarını 

müzakirə  etmək  lazımdır.  Həyat  və  ölüm  problemi  ilə  bağlı 

baxışlarımızı genişləndirə bilən bəzi faktlara nəzər salaq. 

Müxləlif mənbələrdə bir nəfərin öz həyatını başqasına verməsi, 

daha dəqiq, sözün həqiqi mənasında onun üçün ölməsini təsvir edən 

hadisələrə rast gəlirik. Bu yalnız o zaman ola bilər ki, insan bunu 

könüllü  həyata  keçirsin.  Belə  hadisələrdən  biri  Çingiz  xanın 

dövrünün hadisələrinin təsvirinə həsr olunmuş “Məxvi deyimlər”də 

rast gəlirik. Bu mənbədə deyilir ki, çingiz xanın oğlu Uqedey bərk 

xəstələnəndə şaman deyir ki, onu yalnız bir yolla xilas etmək olar: 

ona yaxın olan 

47 



doğmalardan kimsə onun ölümünə səbəb ola biləcək xəstəliyi özünə 

götürsə, xəstəni xilas etmək olar. Xəstənin doğma qardaşı buna razı 

olur. Onun adı Toluy idi. Yerdə qalan işlər şamana aid idi. Onlar su 

hazırladılar- Toluya cadu etdilər- Toluy cadu oxunan su qabını iki əli 

ilə şamandan alıb içdi. Bu hərəkətin nəticəsi yaxşı oldu: ölüm lazım 

olmadı, ən əsası buna hazırlıqdır. Kitabda deyilir ki, doğma qardaşın 

öz  qardaşı  üçün  ölməyə  hazır  olması  ölümə  bərabərdir.  Beləcə 

Uqedey mümkün ölümdən xilas oldu. 

Roma  yazışısı  Svetoni  “On  iki  Sezarın  həyatının  təsviri” 

kitabında  buna  oxşar  epizod  təsvir  etmişdir:  Sezar  Kalaqula  bərk 

xəstələnir,  “bütün  xalq  sarayın  yanında  gecələyirdi,  onun  sağlığı 

uğrunda mübarizə aparacağına söz verənlər də çox idi, bəziləri isə 

ona görə həyatlarını qurban verməyə hazır olduqlarını bildirirdilər”. 

Klinik ölüm keçirən adamlar üzərində aparılan müşahidə göstərir ki, 

bu  hadisədən  sonra  onlar  xeyli  dəyişirlər.  Adətən  bu  vaxta  qədər 

ölümdən sonra həyatın olması haqqında düşünməyənlərdə daha çox 

dəyişdiklər olurdu. Katolik ilahiyatçıların dediyi bir fikir lap yerinə 

düşərdi: “Kim ölənə kimi ölürsə, can verərək ölmür”. Klinik ölüm 

təcrübəsi adamların həyatını dərin və mənalı etmişdir, bundan sonra 

onlar daha çox fəlsəfi problemlər ətrafında düşünməyə başlamışlar. 

Bu hadisə olandən sonra onlar həmişə düşünürlər ki, necə yaşayıblar 

və  bundan  sonra  necə  yaşayacaqlar.  Bu  vaxta  qədər  hamı  öz 

həyatından  razı  olmuşdur.  Heç  kəs  fikirləşmirdi  ki,  bu  dünyaya  o 

lazımdır,  bu  dünya  üçün  nə  isə  etməlidir,  sadəcə  olaraq  necə 

istəyirdisə, eləcə də yaşayırdı- lakin öləndən və qayıtdıqdan sonra 

onun  həyata  baxışları  dəyişmişdir:  öz  davranışları,  hərəkətləri 

haqqında fikirləşməyə başlayır, hər şeyi yalnız özü üçün yox, hamı 

üçün yaxşı etməyə çalışır. Ölümlə üzləşən hər adam, praktiki olaraq 

onların  hamısı  bu  həyatda  məhəbbətin  vacibliyindən  danışırlar. 

Onlar  əmin  olurlar  ki,  bilik  olduqca  gərəklidir.  Hətta  buruda  əldə 

olunan biliklər orada da lazım 

48 



olur. Əksər xalqlarda da maariHəndirmə adlanan adət də var idi- bu 

şəxsiyyəti  dəyişən  ritual  idi.  Bunu  adətən  uşağın  anadan  olduğu 

vaxta, sürət vaxtına, cinsi yetginliyin -yetişdiyi vaxtı, nigaha girdiyi, 

ikinci  yetginlik,  ölüm  vaxtına  salırdılar.  Bu  adət  belə  keçirilirdi: 

birinci  mərhələdə  maaritləndiriləni  hamıdan  ayırırdılar:  bu  təcrid 

etmə  həftələrlə,  aylarla  davam  edirdi.  Bu  vaxtı  onları 

maarifləndirmənin 

sonrakı 


mərhələsində 

üzləşəcəklərinə 

hazırlayırdılar. Onlara deyirdilər ki, onlar məlum olmayan əraziyə 

daxil olacaqlar. Hamı bu ərazidən danışmağa cəhd edirdi. Bu söhbət, 

əfsanə  ritual  mahnıları  formasında  keçirilirdi.  İkinci  mərhələ 

həlledici  idi  və  “keçid”  adlanırdı.  Bu  vaxt  şüuru  dəyişmək  üçün 

müxtəlif  metodlardan  istifadə  olunurdu:  yuxudan  məhrum  edilir, 

əzab verilir, zədə vurulur və s. Emosional və fiziki stress xatirinə nə 

gəlirdi  etmək  olardı.  Bu  sınaqdan  keçənlər  əzablara,  işgəncələrə 

dözməli idi. Hər şey yeniləşmiş və şəxsiyyətin yenidən doğulması ilə 

başa  çatırdı.  Üçüncü  mərhələdə  maarifləndirilə  bilənin  cəmiyyətə 

qovuşması  baş  verirdi.  Bütün  bu  rituallar  yalnız  ictimai  xarakter 

daşımırdı-  onlar  adamı  ölümə  hazırlayırdı.  Bütün bunları  keçənlər 

dərk edirdilər ki, ölüm şəxsiyyətin mövcudluğunun birdəfəlik sonu 

deyildir,  sadəcə  olaraq  şüurun  başqa  vəziyətə  keşməsidir.  Bir  çox 

dinlərdə  də  adamları  ölümə  hazırlamaq  üçün  müxtəlif  rituallar 

həyata keçirilirdi. 

Şübhəsiz  ki,  ilk  baxışdan  qəribə  görünən  klinik  ölüm  vaxtı 

keçilən  hissləri  qəbul  etmək  istəməyənlər,  onu  şəxsiyyətin  və  ya 

ruhun həyatı kimi yox, başqa cür izah etməyə cəhd edənlər də çox 

olmuşdur. Elə adamlar var ki, onlar heç vaxt ruhun, hətta müşahidə 

olunan,  aydın  görünən  təzahürlərini  belə  qəbul  etmək  istəmirlər. 

Tənqidçilər  bütün  bu  xəbərləri  fantaziya,  alimlərin  əsərlərini  isə 

sensasiya yaratmaq istəyi və ya pul qazanmaq kimi təqdim etdilər. 

Lakin  ruhlarla  bağlı  məlumatlar  çoxaldıqca  onlar  ittihamlardan  əl 

çəkməyə  məcbur  oldular,  belə  ki,  hamı  etiraf  etməli  oldu  ki,  bu 

hadisələrdə “nə isə” var. Beləliklə fenomenin varlığı ilə razılaşmalı 

oldular və bundan 

49 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə