Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə12/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   8   9   10   11   12   13   14   15   ...   167

tutdu-  o  geriyə  çıxışa  tərəf  qayıtmaq  istədi,  ancaq  onun  hansısa 

hissəsi  tunelin  içində  nə  olduğunu  öyrənməyə  can  atdı.  Bu  vaxt 

duman  çəkildi  və  Larri  onun  arxasında  olanları  görməyə  başladı  : 

uca dağ silsiləsi-bu cür gözəlliyi o heç vaxt görməmişdir: hər tərəfə 

Günəş şüaları yayılırdı, bu gözəl mənzərə onun gözlərinin qabağında 

idi.  Larri  hiss  etdi  ki,  o  çox  asanlıqla  geri  qayıtmaq  uğrunda 

mübarizədən ət çəkəcək və imkan verəcək ki, cənnət onu özünə tərəf 

çəksin, ancaq içindən bir səs gətdi - indi yox, hələ vaxt deyildir. O 

var-gücü  ilə  geriyə  atıldı,  uzanan  əllər  onu  buraxmaq  istəmirdi. 

Sonra  hər  şey  birdən  qurtardı:  yenicə  həyat  uğrunda  mübarizə 

aparırdı , indi isə artıq bədənindədir. Piter Xyu Mellinq və Mayerlə 

aldıqları təcrübənin fizioloji və psixioloji effektlərini hərtərəfli təhlil 

etmişlər. Doğrudanmı onlar fövqəltəbii varlıqları görmüşlər, yoxsa 

bütün bunlar onların hələ lazımınca ifadəsini tapmayan şüurlarının 

zarafatıdır?  Bəlkə  bu  aydın  yuxu  və  ya  təxəyyülün  oyunudur? 

Mellinq deyir: “Mənim aydın yuxularım olur,ancaq burada hər şey 

başqa cürdür: yuxuda bu cür gözəllik yoxdur,predmetlərin bu qədər 

aydın cizgiləri olmur.” Bu hadisələr vaxtı mən əlçatmaz mənzərələri 

seyr edib zövq alıram,eyni zamanda hiss edirəm ki, nə isə beynimə 

məlumatlar doldurur.Daha sonra o deyir ki, bu vaxtlar özünü bəzən 

eyni vaxtda iki yerdə hiss edir : burada - öz yataq otağında və eyni 

zamanda başqa reallıqda olur. Belə vəziyyətdə vaxt sanki donur və 

düzxətli olmur. Nə üçün Metlinqin anası bu qədər aydın cizgilərlə 

ona  görünmüşdür?  Doğrudanmı  ananın  ruhu  ona  baş  çəkmişdir, 

yoxsa onun psixikası bu yolla hər hansı tələbatı ödəmişdir? Mellinqs 

dindar  deyil  və  o  obyektivliyi istənilən  təcrübədən  üstün tutur-baş 

verənləri  dərk  etmək  üçün  beyin  fəaliyyəti  üzrə  ən  görkəmli 

mütəxəssislərə müraciət etsə də hələlik tam cavab ala bilməmişdir. 

Maraqlıdır  ki,  adamların  əksəriyyəti  bu  halla  yuxunun  axırlarına 

yaxın, az qala qalxma ərəfəsində toqquşurlar. Psixoloqlar belə hesab 

edirlər ki, bu vaxt beyin aralıq vəziyyətdə - eyni vaxtda tam 

35 



işləməyən və tam keçməyən olur; beyin öz axan ilə gedir və adamlar 

həmin  an  hallyustinasiya  vəziyyətinə  düşə  bilərlər.  Lakin  heç  bir 

psixoloq,  heç  bir  psixoloji  nəzəriyyə  tam  izah  edə  bilmir  ki,başqa 

dünya ilə bağlı bu qədər nizamlı və zəngin mənzərəni necə görmək 

mümkündür.  Mellinq  qeyd  edir  ki,  bu  səyahətə  başlayanda  onun 

nəfəsi  qeyri  -  təbii  dərin  olur.  Yəqin  ki,  bütün  bunlar  şüurun 

vəziyyətinin  dəyişməsi  vaxtı  baş  verir:  fövqəltəbii  təcrübə  almaq 

üçün şüurun bu vəziyyəti vacibdir. Əgər beyin pozğunluğu olsaydı o 

heç vaxt nizamlı nə isə yarada bilməzdi. Ən yaxşi halda görünənlər 

xaotik  ola  bilərdi.  Bədəndən  kənar  səyahət  ölümqabağı  vəziyyətlə 

six  bağlıdir.  Bədəndən  cıxan  adam  baş  verənlərdə  könüllü  iştirak 

edir  və  özü  bu  vəziyyətin  sonrakı  gedişini  yaradır.  Bəzən  isə 

özbaşına  yaranır.  Bədəndən  çıxan  Mayerdə  tünellə  irəliləmişdir, 

Mellinqə  görünən  aydın  ’’dairə”  də  tunelə  oxşayır-bir  sözlə 

ölümqabağı  bu  hissləri  yaşayanlarla  onlar  eyni  hiss  yaşamışlar. 

Ancaq heç biri həmin vaxt öz səhətlərindən şikayət etməmişlər. Bir 

sözlə alimlər bu cür hadisələrin sadə izahını tapa bilmirlər. 

1991-ci ildə R.Monro ’’Bədəndən kənarda səyahət” kitabında 

insanın ruhunun müvəqqəti olaraq bədəni tərk edib qeyri  -  maddi, 

“mistik” bədənə girməsi üsulundan danışır. Öz mistik dünyasını o II 

Lokal adlandırmışdır. Onun fikrincə materiya və hərəkət qanunları 

olan bu qeyri - maddi sonsuz mühit fiziki aləmdə baş verənləri çox 

az  xatırladır.  Monro  öz  Lokalı  ilə  cənnət  və  cəhənnəmdən  təşkil 

olunan  klassik  dini-  axirət  dünyasının  qarşılıqlı  münasibəti 

məsələsindən yan keçə bilməzdi. Monroya görə Lokal “bizim cənnət 

və cəhənnəm adlandırdıqlarımızı” özündə yerləşdirir. O yazır ki, bu 

dünya  “varlığın  elə  bir  vəziyyətidir  ki,  burada  mövcudluğun 

mənbəyi fikirdir”. Əgər bu belədirsə onda orada yer dəyişmək üçün 

maşın,  gəmi,  təyyarə  lazım  deyildir.  Bəs  ora  düşən  ruhlar  nə  ilə 

məşğuldurlar?  Normal  adam  bunu  güman  edə  bilməz.  Lokalı 

yaradan  Monro  təsdiq  edir  ki,  onun  sakinləri  burada  bütün 

təzahürləri ilə özünü göstərən seksual boşalma hissi yaşayırlar. 

36 



Həm də bu dünyanın bütün sakinləri üçün seksuallığın anlaşılması 

ilk növbədə fiziki, bədən seksuallığıdır. Ancaq Monro unudur ki, bu 

ruhların fiziki bədəni olmur - görünür o bunu xırda detal kimi qəbul 

edib ona fikir verməmişdir. Monroya görə II Lokaldan başqa daha 

bir  dünya  III  Lokal  da  vardır.  Bu  dünyada  elektrik  eihazları  və 

ümumiyyətlə  elektrik  yoxdur.  Burada  benzin  də  yoxdur  və  əsasən 

mexaniki və buxar enerjisindən istifadə olunur. Yerdə yaşayan hər 

bir adamın III Lokalda oxşarı var. 11 Lokalda isə oxşarlar yoxdur. 

Ufoloqlar  da  yerdən  kənar  sivilizasiyanın  varlığına 

inandıqlarından  ölənlərin  ruhları  ilə  bağlı'  maraqlı  fikirlər 

söyləyirlər.  V.P.  Kostrikinə  görə  ölən  adamların  ruhları  keçmiş 

həyatda yerdənkənar dünyada məskunlaşmışdırlar. Onlar bura elə - 

belə  yox,  müəyyən  missiya  ilə  gəlirlər:  yeri  gözləyən  fəlakətdən 

xilas etmək üçün adamlara kömək etmək istəyirlər. 1984-cü ildə Rut 

Montqomerin “Sabahın astanası” kitabı nəşr olundu. Onun fikrincə 

ruh bədənə ona görə girir ki, bu bədəni xeyirxah və yüksək əxlaqi 

keyfiyyətlərlə  zənginləşdirsin,  cəmiyyət  üçün  faydalı  olan 

dəyişikliklərə  uyğunlaşdırsın.  Digər  mistik  dini  baxışlardan  fərqli 

olaraq onun başlıca fikri ondan ibarətdir ki, bədən yalnız pərdə deyil, 

müstəqil varlıqdır, özünün keyfiyyətləri var və o ruha qarşı dayana 

bilər. Ruhun bədəndən bədənə keçməsi ilə bağlı qədim ideyalardan 

bəhrələnən  Rut  onu  daha  da  təkmilləşdirmək  istəmiş,  ruhların 

seçilməsi  qaydasını  yaratmışdır:  nəticədə  yeni  bədənə  əvvəllər 

böyük şəxsiyyətlərin bədənində olan ruhlar gəlir. Rut daha bir ixtira 

etmişdir.  Ruhun  yaxşı  və  hətta  qoca  yaşlarında  olan  adamların 

bədəninə  girməsi  fikrini  söyləmişdir.  Ruhun  bu  cür  gec  gəlməsini 

onunla izah edir ki, “bu ruhlar bəşəriyyəti xilas etməyə tələsirlər və 

vaxtlarını  uşaqlıq,  məktəb,  gənclik  dövrlərində  boş  -  boşuna 

keçirmək istəmirlər”. Eyni zamanda 0 anadan doğularkən körpənin 

bədəninə  daxil  olan  birinci  ruhun  taleyindən  heç  nə  danışmır. 

“Keçmiş həyatda əbədilik” kitabının müəllifi parisli psixoloq Müşel 

Zerye belə hesab edir 

37 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə