Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə13/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   9   10   11   12   13   14   15   16   ...   167

ki, ölənlər adətən keçmiş yüzilliklərə gedirlər. Klinik ölüm keçirən 

adamlarla  söhbətindən  bu  qənaətə  gələn  müəllif  ruhun  bədəndən 

bədənə 

keçməsi faktlarına da münasibətini 



bildirmişdir. Bir qadın klinik ölüm  vaxtı qədim Roma şəhərindəki 

səhnəni  xatırlamışdır.  İngilis  həkimi  Fribon  yaşlı  qadının  klinik 

ölümdən  sonar  çoxlarına  məlum  olmayan  dildə  şeir  yazdığını 

söyləyir:  bu  hind  dillərindən  olmuşdur.  Ruhun  bədəndən  bədənə 

keçməsi təliminin tərəfdarları sevinmişlər ki, bu fakt onların təlimini 

təsdiq edir. Ancaq sonradan məlum olmuşdur ki, bu qadın üç yaşına 

qədər hind mənşəli dayə yanında olmuş, öz dayəsi ilə onun dilində 

söhbət etmişdir. Sonradan İngiltərəyə gəldiklərindən o bu dili tamam 

unutmuşdur - görünür yaddaşda bu dil saxlanmışdır. Ölümdən sonra 

ruhların  taleyi  ilə  bağlı  yüzlərlə  söylənilən  faktlar  olsa  da  hələlik 

onların  tam  elmi  izahı  verilməmişdir.  Gələcək  bütün  deyilənlərin 

həqiqətə nə  qədər  yaxın  olduğunu  göstərəcəkdir.  Bir fikirlə təsəlli 

tapırıq:  gec  -  tez  bu  sualların  səmərəli  izahı  veriləcəkdir.  Elmin 

inkişafının əvvəlki tarixi bizdə belə bir inam yaratmışdır  - axi elm 

hələ çox gəncdir. 

Haqqında  danışdıqlarımız  məsələlərlə  bağlı  dini,  mistik 

təlimlərlə  yanaşı  yalançı  elmi  və  ya  elmə  bənzər  kimi  xarakterizə 

olunan  baxışlar  da  vardır.  Onların  fərqli  xüsusiyyətləri  ondan 

ibarətdir ki, bu baxışların tərəfdarları inam 'və həqiqətə oxşar mühit 

yaratmaq  üçün  bir  çox  elmi  məlumatlardan istifadə  edir,  çox  vaxt 

düşüncənin elmi metodlarından istifadə edirlər. Bu baxışların elmə 

uyğun  olması  da  onun  müəlliflərinə  böyük  uğur  qazandrmışdır. 

Bizim  günlərdə  elm  xeyli  gücə  malikdir  və  ictimai  şüurda  dünya 

haqqında  ,  təbiət  və  cəmiyyət  haqqında  həqiqi  biliklərlə  əməyin 

məhsuldarlığının  və  adamalarm  həyat  şəraitinin  yaxşılaşması  sıx 

əlaqələndirilir. Ona görə də kimsə elmi tədqiqatlara söykənərək fikir 

söyləyəndə  ona  adamlar  həvəslə  qulaq  asırlar  və  inanırlar.  Son 

vaxtlar elmi dərəcəsi olan adamların, xüsusən elmlər doktorlarının, 

akademiklərin çıxışlarına və dediklərinə 

38 



inananların sayı dumıadan artır Ümumi elmi baxışlara zidd olan vo 

ya bir az da yumşaq desək onlara uyğun gəlməyən məlumatlar və 

rəylərə  əsasən  elm  adından  çıxış  edənlərin  fikirləri  maraq 

doğurur.Onlar  belə  hesab  edirdilər  ki,’’həqiqi  həyat”  bizə  məlum 

olan yerdəki həyatdan xeyli uzundur - deməli ölümdən sona həyat 

mümkündür,hər  bir  adamın  və  bütövlükdə  bəşəriyyətin  həyatı 

ölməzdir.Düzdür  onların  gəldiyi  bu  qənaət  elmi  araşdırma,təsdiq 

tələb edir-ancaq heç bir tətqiqat aparmadan,qətiyyətlə bu mövqedən 

çixiş edən alimləri heç də hamı qəbul etmək istəmir.B.İ.İsakov və 

A.F.Oxatrin axirət dünyasının varlığını əsaslandırmaq üçün kifayət 

qədər yazı dərc etdirmişlər.Bclorusiya EA müxbir üzvü A.İ.Veynikə 

görə “demək olar ki,bütün müqəddəs insanların ruhları hal- hazırda 

yaşayırlar”.K.Korotkov axirət dünyası ilə əlaqə yaratmaqla ölümdən 

sonra həyatın varlığını təsdiq etmiş- dir.Professor R.Qer isə belə bir 

fikir  söyləyir  ki,axirət  dünyası  Yerdən  təqribən  100  kilometr 

hündürlükdədir. 

1990-cı  illərin  sonlarında  ABŞ  laboratoriyalarının  birində 

ruhun  çəkisinin  olduğunu,yumurtaya  bənzər  formada  olduğunu 

təsdiq  edən  fikir  söylənildi.L.Uotson  müəyyən  etdi  ki,insanın 

ölümqabaği və ölümdən sonrakı çəkiləri arasındakı fərcj 2.5-6.5 

qramdır.Isakova görə ruhun çəkisi 10''^^ 

-10''" -a 

qədərdir.I.Maşnikov  və  P.Lukyançenkonun  fikrincə  ölən  tayfa 

başçısının  ruhu  onun  həmyerlilərinə  uzun  müddət  təsir  edə 

bilir.Kalinovski  “Ölməzliyin  şahidləri”  kitabında  (1994)  yazır 

ki,”ölüm- şəxsiyyətin həyatının sonu deyildir,bu başqa formada olan 

varlığa  keçiddir”.Bəs  fizikanın  elementar  hissəciklər  və  zəif 

qarşılıqlı  təsir  bölməsi  mütəxəssisləri  yuxarıda  adları  çəkilən 

alimlərin  ölümdən  sonrakı  həyatla  bağlı  söylədikləri  fikirlərə 

münasibəti  necədir?Susmaq,deyiIənlərə  cavab  venTiəmək,həmin 

fikirlərlə 

barişmaq 

deməkdir?Bu 

sensasiyalı 

nəzəriyyələrə,fərziyyələrə  və  təcrübələrə  inanmaq  olarmı?Bir  çox 

alimlər deyilən nəzəriyyə və fərziyyələrin elmlə heç bir əlaqəsinin 

olmadığını söyləməklə kifayətlənirlər - bunu həmin 

39 



adamların  fantaziyası  hesab  edirlər.Maraqlıdır,  bəşəriyyətin 

tarixində  böyük  kəşflər,ixtiralar  olmuşdur  -  hər  bir  yeni  kəşflə 

sonrakı  ixtiralar  arasında  xeyli  vaxt  keçmişdinhəmin  vaxtlarda  da 

kimsə hələ kəşf olunub təsdiq olunmayan bir şeydən danışanda hamı 

onu  tənqid  etməyə  tələsirdilər.Uzun  illər  ateistlər  də  heç  bir  izah 

vermədən  dinə  qarşi  səlib  müharibəsi  elan  etmişdir  -  nəticədə 

məğlub durumda qalanlar da elə ateistlər oldular.Bəlkə deyilən hər 

hansi fikri rədd etməkdənsə ona hörmətlə yanaşmağı öyrənək.Elm 

irəliyə  doğru  inkişaf  edir  -  bu  yolda  ona  nəzəriyyə  və  fərziyyələr 

kömək  edir  -  bunlar  elmin  kəşfiyyatçıları  və  onda  olan 

istehkamlandır.Məni çoxdan narahat edən problemlə bağlı ayrı-ayrı 

fikirləri verməkdə məqsədim də hər bir söylənən fikirlərə hörmətlə 

yanaş-  mağimdan  irəli  gəlir.Çoxları  mənə  irad  tutub  “hamı  yalnız 

deyir,sübut isə əsaslı deyildir,o elmi təcrübədə sınaqdan keçməyibsə 

onu  qəbul  etmək  olmaz”  söyləyə  bilər!  Əgər  mən  Biləcəridən  0 

tərəfə  getməmişəmsə  bu  o  demək  deyil  ki,  dünya  elə  burada 

qurtarır”.  D  üzgün  cavab  deyil,  müqayisə  primitiv  səslənir,  çünki 

Biləcəridən o tərəfə dünyanın varlığı sübut olunub”deyənlərə “bunu 

da  əvvəllər  bilmirdik,  kimsə  kəşf  edib  dedi  və  inandıq.Elə  isə  nə 

ücün klinik ölüm keçirənlərin dediklərini hallyustinasiya, xəyal daha 

nələr, nələr adlandırıb onlara şübhə etməliyik.İstənilən hər bir adam 

ardıcıl  bir  neçə  müddət  öz  üzərində  müşahidə  aparsa  həm  ruhun 

varlığına,həm  də  “o  biri  dünya”  ilə  olan  əlaqəmizə  inana 

bilər.”Ovqat”  verlişində  Səyyarə  xanımın  “Bəzən  hansısa  bir 

hadisənin  şahidi  olanda  və  ya  kiminləsə  rastlaşanda  bizə  elə  gəlir 

ki,bu  hadisəni  nə  vaxtsa  seyr  etmişik  və  bu  adamı  hardasa 

gönnüşük” sualına Hacı Sabir bütün bunları təxəyyüllə,fantaziya ilə 

bağladı.Mənim  Hacı  Sabirə  böyük  hönnətim  var,onun  sifətindən 

yayılan  nur  qəlbimi  həmişə  isindirir,ancaq  cəsarət  edib  onunla  bu 

məsələdə  razılaşmaq  istəmirəm.Sualı  harada  və  nə  vaxt  vennəyi 

bilən  Səyyarə  xanıma  isə  bu  yazını,  yaxın  gələcəkdə 

reinkarnasiya,axirət möcüzələri ilə bağlı yazımı oxumağı xahiş 

40 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə