Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə11/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   7   8   9   10   11   12   13   14   ...   167

ancaq  möcüzəli  praktikalardan  imtina  etməli  olurlar.  Maykl 

Bromli-keltli  şamandır,  yeddi  il  hind  tayfalarında  müalicə  etməyi 

öyrənmişdir.  O  adamları  müalicə  edir,  ölənlərə  kömək  edir-ancaq 

bunları  necə  etdiyini  heç  kimə  demir.  Onun  fikrinin  bu  metodu 

adamlara desə onlar bu ideyanı qəbul etməzlər. “Öz işimi gönnəyim 

üçün mən onların yuxularına girməliyəm-bu yuxu görmədir. Ancaq 

mən  bunu  onların  icazəsi  olmadan  edə  bilmərəm.  O  şüursuz 

vəziyyətdə verilməlidir, sonra adamlar deyirlər ki, məni yuxularında 

hiss  ediblər”.  Müalicənin  məğzi  ruhlarla  işləməkdir-bunun  üçün 

şaman emosiyalardan və bağlılıqdan azad olmalıdır. Şaman bitəflik, 

qərərsizlik etsə onun gücü zəifləyər. 

Piter  Xyu  bir  necə  il  qabaq  Stenli  Mellinqlə  söhbət  edərkən 

mistik  planda  səyahət  vaxtı  baş  verən  sərgüzəştlərdən  və  başqa 

dünyadan  olan  varlıqlarla  görüşdən  danışmışdır.  Mellinq  sağlam 

gümrah,  altmış  səkkiz  yaşlı  kişi  idi.  Hadisə  1980-cı  ilin  yayında 

başladı: o nahar vaxtı çörək yeyir və pəncərədən bayıra baxırdı. Əks 

tərəfdə  qoca  qadın  yaşayırdı  ona  naharı  yerli  xidmət  gətirirdi.  O 

pəncərədən  baxıb  qadını  görəcəyini  düşünürdü.  Qadının 

pəncərəsindən onun silueti, kölgə kimi qaraltısı görünürdü, ancaq bu 

həmin  yaşlı  qadın  deyildi.  Onun  əvəzinə  Mellinq  rəhmətə  getmiş 

anasını  gördü,  ana  ona  tərəf  baxırdı,  Mellinq  təəcübləndi.  Qadın 

əllərini belinə qoyub heykəl kimi hərəkətsiz dayanmışdır, başını sağ 

vaxtı xoşladığı baş şalı ilə örtmüşdür. Gözlərinə inanmayan Mellinq 

şüşəyə lap yaxın dayandı, sonra qorxu gücləndiyindən o baxışlarını 

qaçırdı. Bir az sonra o yenidən bayıra boylandı. Anasının daşlaşmış 

fiquru hələ də orada idi. Qadının surəti səkkiz dəqiqəyə qədər qaldı - 

sonra  qadın  çevrildi  və  onun  siluetinin  cizgiləri  qoca  ev  sahibinin 

cizgilərinə  çevrildi.İki  həftə  sonra  bu  hadisə  eyni  şəraitdə  təkrar 

olundu. Bu Mellinqin başına gələcək sərgüzəştlərin ilk yarpağı oldu. 

Bir dəfə səhər səkkizdə-də Mellinq saatın zənginə oyandı  -  birdən 

bayırdan  kiminsə  ayaq  səsləri  eşidildi,  sonra  tanış  uşaq  səsi  gəldi. 

Onlar 


32 


Mellinqin  öz  uşaqlığı  ilə  bağlı  bir  hadisəni  xatırlamağa  məcbur 

etdilər.  1926-cı  ildə  tətil  vaxtı  o  yerli  şaxtadan  kömür  qırıqları 

yığdığı vaxtı xatırladı. Tədricən onun diqqəti otağa qayıtdı- baxışları 

çarpayıdan  yarım  metr  yuxarı  dikəldi,  sonra  kiminsə  həmin  yerdə 

olması  duyğusu  ona  hakim  kəsildi.  Bundan  sonra  bayırda  bir  səs 

eşidildi: “Hə sən yenə də onları eşidəcəksən” - müəmmalı şəklildə o 

dilləndi “Sən bilirsən ki,sən ölməyəcəksən” - səs Mellinqin anasının 

səsinə  oxşayırdı.  Həmin  vaxtdan  1981-ci  ilin  noyabrına  qədər 

Mellinqin  başına  iyirmidən  çox  anomal  hadisə  gəldi.  Bu  vaxt  o 

bədənindən çıxırdı, ən çox bu yuxuya getmək vaxtı olurdu. Mellinq 

öz  sərgüzıştlərinin  həqiqət  olduğuna  əmin  idi.  Bu  səyahətlərin 

birində 0 bir səhraya düşmüşdü, hər tərəf qayalıq və daşlıq idi. Daşın 

üstündə  oturan  bir  nəfər  diqqətlə  ona  baxırdı.  Bu  cür  personajlar 

müxtəlif formanı almaqla dəfələrlə görünmüşlər. Onların hər birinin 

oxşar özünəməxsusluqları və davranışları vardır - hər dəfə təkdirlər, 

hərəkət  etmirlər,  danışmırlar.  Mellinq  təsvir  edir  ki,  bir  dəfə  onu 

qalaktikalara  səyahətə  aparmışlar.  O,  sakitcə  yerində  uzanmışdır, 

birdən böyük sürətlə qara tüstüdən keçərək irəliləməyə başladı. Ona 

tərəf  üçüb  gələn  parlaq  təbəqələr  sonra  ondan  uzaqlaşdılar. 

Mellinqdən fərqli olaraq Larri Mayer ilk dəfə üç yaşı tamam olanda 

“Səmada”  olmuşdur.  Şirin  uşaq  olmadığından  hamıdan  qaçıb  tək 

oynamağa üstünlük verirdi. Bir dəfə axşam Larri gəzməyə çıxır və 

hiss  edir  ki,  hansısa  qüvvə  onu  parka  tərəf  çəkir.  Ağaclara 

yaxınlaşanda  həyatında  eşitmədiyi  məlahətli  səslə  kiminsə 

oxuduğunu  eşitdi.  Ona  elə  gəldi  ki,  bu  mələklərin  səsidir. 

Yavaş-yavaş  parkın  işi  ilə  səs  gələn  tərəfə  irəlilədi  və  stulların 

birinin  üstündə  oturdu,  səs  başının  üstündən  gəlirdi. 

0,yuxarıya,aydm  ulduzlu  səmaya  boylandı.  Səsin  gəldiyi  yer  kimi 

qəbul etdiyi sahədə göy əvəzinə heç nə yox idi- sanki kimsə göydə 

deşik  kəsmişdir  -  orada  qara  boşluq  var  idi  -  heç  bir  ulduz 

parıldamırdı. Uşaq yenidən yanına-stula baxdı, sanki nəfəsi təntidi. 

Qarşısında böyük parıldayan kitab var idi. 

33 



Kitabın  üzü  ən  gözəl  rənglərlə  bəzədlmişdir.  Kitabı  yavaşca  əlinə 

götürüb diqqətlə rənglərə baxdı. Sol aşağı küncdə daş dövrünə aid 

olan adam təsvir edilmişdir. Oğlan yenidən yuxarı boylandı və tam 

ay onun gözlərinin qarşısında canlanmışdır. Larri kitabı yana qoydu 

və dərindən nəfəs aldı - “Mən onu özümlə evə götürməliyəm”- deyə 

düşünsə də növbəti anda kitab artıq yox idi. Qırx yaşı olanda artıq 

xeyli vaxt idi ki, evlənmişdi - bir neçə vaxt meditasiya vasitəsi ilə 

bədənindən çıxmaq istəmişsə də heç nə alınmamışdı. Sonra 1973-cü 

ildə  bir  gecə  arvadının  yanında  yatdığı  vaxt  onda  hər  şey  alındı. 

Çarpayının  üstündə  asılı  vəziyətdə  qalanda  əvvəlcə  baş  verənlərə 

şübhələndi: “Bax ey,təxəyyülüm lap mənə ağalıq edir” deyə özünə 

güldü. Ancaq baş verənlərin həqiqi olduğunu hiss etməyə başladı - 

əgər bu lap yuxu idisə də, bu olduqca ətraflı və aydın görünən yuxu 

idi.  Larri  sonra  nə  baş  verəcəyini  fikirləşdi.  O  yataq  otağının 

pəncərəsindən  bayıra  boylandı  və  evin  yanından  keçən  dəmir  yol 

xəttinə getməyi qərara aldı. Bu fikir yaranan kimi o hiss etdi ki, artıq 

pəncərənin  şüşəsindən  keçir  və  soyuq  havada  dəmir  yoluna  tərəf 

üzür.  Yüz  metr  gedib  dəmir  yolunda  dayandı  və  çevrilib  arxaya 

yataq  otağının  pəncərəsinə  boylandı  -  pəncərənin  lap  balaca 

görünməsi onu narahat etdi. Larri dəmir yolu boyunca ipə bağlanan 

yumru,kürəcik kimi irəli geri fırlanmağa başladı. Baş verənlər ona 

qəribə gəlsə də, o sevinirdi, ən əsası o idi ki, ətraf ona tanış gəlmirdi. 

Bu onun doğma kəndi idi, onun ən xırda detalları belə ona tanış idi, 

ancaq bu görünüşdə o Larri üçün tanış olmayan bir ölkə idi. Birdən 

onu fikirdən ayıran bir hadisə baş verdi. Başının üstündə dumandan 

dairə yarandı. Bu altı metr uzunluğunda olan tunel idi və göyə tərəf 

uzanmışdır. Larriyə fırlanan giriş maraqlı göründü və o irəli gedib 

onun  içinə  baxmaq  istədi.  Onu  küçəyə  çıxaran  maraq  indi  onu 

növbəti addımı atmağa sövq edirdi. İçəri daxil olan kimi o qəflətən 

tələyə  düşdü.  Tunelin  döşəməsindən  yüzlərlə  əl  çıxıb  onun 

parıldayan ayağından yapışdı. Bir əl dabanından möhkəm 

34 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə