Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə8/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   4   5   6   7   8   9   10   11   ...   167

da inamla bildirir ki, bədənin ölümü varlığın sonu demək deyildir. 

Kitabda  yazılır  ki,  klinik  ölüm  vəziyətində  olan  adamlar  qonşu 

otaqda  və  ya  ayrı-ayrı  yerdə  olan  predmet  və  hadisələr  haqqında 

ətraflı məlumat verə bilirlər.Bu hadisələrdən biri anadangəlmə kora 

aiddir. Kor olmasına baxmayaraq pasient öldüyü otaqda nə olduğunu 

görmüş,  sonradan  onu  ətraflı  təsvir  etmişdir.  Klinik  ölüm 

vəziyətindən çıxdıqdan sonra o yenidən əvvəlki kimi kor olmuşdur. 

Belə  nəticəyə  gəlmək  olar  ki,klinik  ölüm  vaxtı  görmə,  düşünmə 

bacarığı ruhun funksiyasıdır. Klinik ölüm halı yaşayanlardan yalnız 

10 faizi keçirdikləri həyəcanını xatırlayırlar- bəzi tədqiqatçılarda bu 

rəqəm 25, 40, hətta daha çox göstərilir. Sorğuda iştirak edən 2300 

pasientdən  yalnız  1400  pasient  klinik  ölüm  vaxtı  keçirdiyi  hissləri 

xatırlayır.  Maraqlı  odur  ki,  beş  yaşlı  uşaq  və  75  yaşlı  qoca  eyni 

həyəcan yaşamışlar- onlar bədəndən kənarda nə qədər çox qalsalar 

onların həyəcanı bir o qədər aydın olur. Bədənin ölümünün varlığın 

sonu  olmadığını  sübüt  etmək  üçün  0,  ağır  vəziyyətdə  reanimasiya 

şöbəsinə  yerləşdirilən  qadınla  olan  müsahibəni  verir.Qadın  nəfəs 

almır  və  onun  ürəyi  dayanmışdır-qadın  bədəndən  ayrıldığını  hiss 

edir,o,yuxarıdan  həkimləri  seyr  edir,öz  bədənini  görən  qadında 

qorxu  yox,rahatlıq  hissi  olmuşdur.Bir  az  keçmiş  qadın  bədənə 

qayıtdığını  hiss  edir.Bu  kitabda  olan  faktların  sensasiyalı 

xarakterlərinə baxmayaraq onlar elmi ictimaiyyəti ruhun varlığına, 

axirət  dünyasının  olmasına  tam  inandıra  bilməmişdir.  Amerikalı 

alim  E.Rodin  klinik  ölüm  keçirən  xəstələrin  danışdıqları  əsasında 

axirət dünyası ilə bağlı qərarlar verməyi səhv hesab edir. Belə ki,bu 

görmələr  zəhərli  psixozun  müxtəlif  növlərindən  biridir.  B.Siqel 

isə,axirət  görüntülərini  narkotika-  nın  təsiri  ilə  yaranan 

hallyustinasiya ilə müqayisə edir. 

1978-ci ildə Ritçinin “Dünəndən qayıdış” kitabı çapdan çıxdı. 

O,  1943-cü  ildə  başına  gələn  bir  hadisəni  qələmə  almışdır.  20 

yaşında  universitetə  hazırlaşarkən  ağır  xəstələnir.  Həkimlər  bir  an 

onun öldüyünü bildirirlər. Ruhu bədənindən 

23 



çıxır-bir  müddət  səyahət  edəndən  sonra  balaca  bir  otağa  gəlir. 

Burada çarpayıda üstü örtülü cəsəd var-ruh bu bədənin ona məxsus 

olduğunu  duymadı.  Otaqda  işıq  tədricən  güclənir-bir  an  keçmiş 

Ritçin  ruhu  içəridə  kiminsə  olduğunu  hiss  edir-sonra  o  İsa 

peyğəmbəri görür. İsa öz məhəbbətini Ritçə bildirir-onun məhəbbəti 

sonsuzdur,Ritç  rahatlanır,sevinir  və  o  qədər  ləzzət  hiss  edir  ki,bu 

vəziyyətdən çıxmaq istəmir. Onun gözünün qabağından bütün həyatı 

keçir.  Burada  hər  şey  var  idi-o,  hərəkət  edən  və  danışan  adamları 

görür,hər şey sürətlə axır- bütün həyatını bir neçə dəqiqəyə görür. 

Bədənə qayıdış ani olur. Ölümdən dərhal sonra baş verənləri anlama 

başlayır-  əvvəlcə  öləndə  kədər  yaranır,o  qayıtmaq  istəyir,lakin 

tezliklə bu hissi burada həmişəlik qalmaq istəyi əvəz edir. Ruh nuru 

görəndən sonra isə ümumiyyətlə qayıtmaq istəmir. 

K.  İkskul  “Çoxları  üçün  inanılmaz,  ancaq  həqiqətən  baş 

verənlər “ məqaləsində yazır ki, məni yerə sıxan ağırlıq hiss etdim, 

lakin birdən hiss etdim ki, yüngülləşirəm. Mən gözlərimi açdım və 

mənim  yaddaşımda  ən  xırda  detallarına  qədər  gördüklərim  həkk 

olunmuşdur. Gördüm ki, otağın ortasında tək dayanmışam: sağımda 

həkimlər  toplanmışdır  -  hamı  çarpayıya  baxırdı  -  mən  axı  orada 

yoxam? Mən irəli gedib baxdım çarpayıda uzanan mən idim: mən öz 

oxşarımı  görəndə  qeyri-adi  hiss  keçirdim:  bu  necə  ola  bilər?  Mən 

özümü burada hiss edirəm,eyni zamanda həm də oradayam.Özümə 

toxunmaq  istədim,  sağ  əlimlə  solu  tutmaq  istəsəm  də  əlim  boşa 

getdi.Əlimi belimə qoymaq istəyəndə əlim əlim bədənimdən keçdi- 

sanki  boş  məkandan  keçirdi.Mən  həkimi  çağırdım,  ancaq  mənim 

olduğum atmosfer mənim üçün əlverişli deyildir 

-

 

0 mənim səsimi qəbul etmir və ötürmürdü, mən ətrafdakılardan 



ayrı  düşdüyümü  hiss  etdim,  tək  qalmışdım,  qorxu  məni  bürüdü. 

Birdən  beynimə  bir  fikir  gəldi:  bəlkə  mənim  başıma  bizim  dildə 

işlətdiyimiz “ölüm” hadisəsi gəlib 

-

 



çarpayıda olan bədənimin görkəmi ölü görkəmi idi - bəlkə də bu 

fikir ən son beynimə gəldi. Bizim anlayışda “ölüm” yox 

24 



olma  ,  həyatın  başa  çatması  anlayışları  ilə  sıx  bağlıdır  -  bəs  mən 

öldüyümü  necə  düşünə  bilərəm  -  axı  bir  an  olsun  belə  huşumu 

itirməmişdim,  özümü  canlı  ,  hər  şeyi  eşidən,  görən,  dərk  edən, 

hərəkət etməyi bacaran , düşünən , danışan  kimi hiss edirdim. Bu 

vaxt mənim əqli bacarığım olduqca sürətlə işləyirdi. 

1981-ci  ildə  Mixail  Sabomun  “  Ölüm  haqqında  xatirələr  “ 

kitabı  çapdan  çıxdı.  Sabom  bir  sıra  tədqiqatlar  aparmış,  öz 

pasientlərinin danışdıqlarını müqayisə etmişdi; söhbət yoxlanılması 

mümkün  olan  faktlardan  gedir.  Klinik  ölüm  keçirənlərin  hamısı 

bildirir  ki,  bədəndən  çıxdıqdan  sonra  sərbəst  şəkildə  hərəkət  edə 

bilirlər,  ətrafda,  qonşu  otaqda  baş  verənləri  görə  və  eşidə  bilirlər. 

Ruh həm də xeyli uzaqda baş verənləri də görə bilir: o doğmalarının 

yaşadığı  mənzili  ,  başqa  otaqlarda  olanları  görür  .  Sabom  oradan 

qayıdanların  dediklərini  əslində  baş  verənlərlə  müqayisə  etmək 

istəmişdir  - əksər hallarda üst-üstə düşmə heyran edicidir. Deməli 

ruh  həqiqətən  də  hər  şeyi  görmüşdür.  Sabom  116  hadisə 

araşdırmışdır: ölümdən sonrakı həyatı araşdıran digər tədqiqatçılar 

kimi 


0 da tədqiqatın əvvəlində ruhun varlığına inanmamışdır - ancaq 

aparılan  araşdırmalar  onların  baxışlarını  dəyişdirmişdir-  onlar  öz 

həyat  tərzlərini  belə  dəyişmişlər.  Faktiki  olaraq  sübut  olunmuşdur 

ki,  bədənin  ölümündən  sonra  insanın  hansısa  hissəsi  yaşamaqda 

davam  edir.  Bu  hissə  (ruh)  bədənin  yaşadığı  dövrdə  olduğu  kimi 

görür, eşidir, fikirləşir və hiss edir. 

1977-ci  ildə  Betti  Moltsun  “  Mən  əbədilik  gördüm  ”  kitabı 

çapdan çıxmışdır- o özünün keçirdiyi klinik ölümü təsvir etmişdir- 

o,  27  yaşında  olarkən  bu  halı  yaşamış  və  28  dəqiqə  klinik  ölüm 

vəziyyətində olmuşdur. Klinik ölüm vaxtı o özünü cavan, sağlam və 

xoşbəxt hiss etmişdir. 

Bir sözlə qeyri-varlıq, hətta müvəqqəti də olsa belə yoxdur- bir 

vəziyyətdən digər bir vəziyyətə keçid halı mövcuddur. Bu keçid tam 

ağrısız, hiss olunmazdır. Bu vaxt 

25 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə