Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə4/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   2   3   4   5   6   7   8   9   ...   167

filosofların  artıq  güman  etdikləri  şüur  vəziyyətidir.  Mütəxəssislər 

belə bir fakta diqqət yetirmişlər ki,uşaqlar (5 yaşa qədər) ölümə təbii 

yanaşırlar,yəni  sadəcə  olaraq  onu  qəbul  etmirlər.  Bu  bir  növ 

anadangəlmə  müdriklikdir,bizi  əhatə  edən  dünyaya  tam  müvafiq 

olan bir müdriklikdir. Yalnız sonradan bizim tərbiyənin təsiri altında 

uşaqlar  bu  müdriklikdən  uzaqlaşırlar,ölüm  haqqında  qorxu  ilə 

müşaiyət  olunan  səhv  baxışlar  əldə  edirlər.  Görünür  bu  təbiət 

müdrikliyinə təkcə uşaqlar yox,həm də heyvanlar malikdirlər. Onlar 

özləri  üçün  dəqiq  bilirlər  ki,ölüm-Yerdə  həyat  prosesinin,həyatm 

dəyişməsinin  təbii  və  labüd  həlqəsidir.  Naturalist  Ejen  Marenin 

müşahidəsi  buna  əyani  sübutdur:  Cənubi  Afrika  babuinin  balasını 

müalicə  etmək  üçün  ondan  ayırırlar-naturalistlər onu xilas  etməyə 

cəhd  edənə  qədər  ana  fasiləsiz  bağırmışdır-bu  üç  gün  davam 

etmişdir. Bala meymunu xilas etmək mümkün olmur. Meyidi anaya 

qaytarandan  sonra  “o  cəsədə  yaxmlaşır,o  meymunların  dilində 

əzizləmə kimi səslənən səslər çıxarır və ona iki dəfə əli ilə toxunur. 

Sonra  o  sifətini  balanın  belinə  yaxınlaşdırır,dodaqları  ilə  onun 

dərisinə  toxunur.  Birdən  o  qalxıb  bir  neçə  dəfə  qışqırır  və  sonra 

küncə çəkilir,sakitcə Günəşin altında oturur və balanın cəsədinə heç 

bir  maraq  göstərmir.”  Bir  məsələni  qeyd  edək  ki,hal-hazırki 

vəziyyətdə  ölümü  müəyyən  etmək  mümkün  deyildir.  Heç  bir 

ənənəvi əlamətlər mütləq şəkildə etibarlı sayıla bilməz-tarixdə bizi, 

hətta  bir  neçə  əlamətə  etibar  etmək  labüd  olaraq  səhvə  gətirib 

çıxarmışdır: bu da sağların həyatında ölümdən də qorxulu hadisəyə 

səbəb olmuşdur. Həyatdan ölümə keçid demək olar ki,sezilməzdir 

və həyat hər dəfə öz sərhədlərinin yerini dəyişdiyindən aydın olur 

ki,ölümün müxtəlif mərhələləri var və onların əksəriyyəti (bəlkə də 

hamısı)  geriyə  dönəndir.  Ölüm  nə  isə  tamamlanmayan  bir 

şeydir,daha  çox  müvəqqəti  nasazlığı  xatırladır.  Uşaqlarda  ölüm 

vəziyyətinə anadangəlmə reaksiya qeydə alınmamışdır,əksinə onlar 

özlərini  elə  aparırlar  ki,sanki  ümumiyyətlə  ölüm  yoxdur.  Harada 

yaşamaqlarından asılı 




olmayaraq 

onlar 


həyat 

predmetinə, 

qarşılıqlı 

fəaliyyət 

bacarığına,daha çox diqqət yetirirlər-son tədqiqatlar göstərir ki,onlar 

düz  edirlər.  Mən  daha  çox  əmin  oluram  ki,biologiya 

nöqteyi-nəzərindən istənilən səviyyədə həyat və ölüm arasında fərq 

qoymaq mənasızdır. 

Ölümə  olan  münasibəti  keçirilən  dəfn  mərasimləri  açıq 

göstərir-burada  həyat  və  ölümün  bütün  fəlsəfəsi  əks  olunur. 

Xabenşteyn  yazır  ki,”heç  bir  insan  qrupu  yoxdur  ki,-nə  qədər 

primitiv  və  sivil  vəziyyətdə  olmasından  asılı  olmayaraq  -ölənin 

cəsədinə  qarşı  biganə  olsun,onun  üzərində  hər  hansı  mərasim 

keçirməsin”.  Qərbi  Afrikada  aşantlar  torpağı  qazıb  meyidi  orada 

dəfn edirlənonu sol böyrü üstə,əllərini başının altına qoyurlar.Şimali 

Avstraliyadakı  tivi  tayfası  meyidi  torpağa  basdırır,üstünə  çoxlu 

torpaq  yığırlar  və  torpağı  dəfn  rəqsləri  ilə  bərkidirlər.  Cənubi 

Afrikadakı  bavendalar  meyidi  öz  evində  qoyub  qapını 

bağlayırlar,başqa  yerlərdə  isə  ölü  üçün  xüsusi  evlər  tikirlər. 

Filippində onu xüsusi kərpiclərdən tikirlər. Livan maronitləri bu evi 

daşdan  tikirlər,  Madaqaskarda  parça  və  sümikdən  istifadə  olunur. 

Anqolalı ovimbundlar meyidi mağaraya aparırlar. Hindistandakı dağ 

tayfaları  meyidi  sıldırımlı  qayanın  başına  qoyurlar.  Santa-sinlər 

meyidi  maralın  dərisinin  içinə  tikib  ağacdan  asırlar.  Ağac  az  olan 

Assamada  xüsusi  taxta  meydança  tikirlər.  Ümumiyyətlə  ağac 

olmayan  Tibetdə  “hava  dəfni”  həyata  keçirirlər.  Bədəni  hissələrə 

parçalayırlar,əti  sümükdən  ayırırlar,sümüyü  balaca  doğrayırlar, 

onları  qarışdırır,ora  arpa  da  əlavə  edib  şeypur  səsinə  uçub  gələn 

quşları yedizdirirlər. Monqolustanda qartal yuvası köçəri monqolun 

qəbri  olur,əgər  “tək  və  təmiz  yerdə  qoyulan  cəsədi”yırtıcılar 

dağıdırsa bu yaxşı əlamət hesab olunur. Bəzi yerlərdə öz ölülərini 

yeyirlər və belə hesab edirlər ki,meyid soyuq torpaqdansa dostunun 

mədəsində  daha  yaxşı  uyuyar.  Yeni  Uelsdə  aborigenlər  öləni  asta 

odda  qızardırlar-onu  xüsusi  qalalarda  yandırır,bu  vaxt  hay-küylə 

mərasim keçirirlər. Başqa yerlərdə öz evində və ya krematoriyalarda 

böyük qablarda 

12 



yandırırlar. Qanqa sahilində xüsusi daş platformalar qururlar,burada 

hindlilər meyidi yuyur,ona yağ sürtür,dəfn ocağı yandırırlar. Elə də 

olur  ki,odun  əvəzinə  sudan  istifadə  edirlər.  Şərqi  Tibetdə  meyidə 

ağır  yük  bağlayıb  suya  atırlar,qədim  Skandinaviyada  varlı  ölüləri 

çayın  axarına  atırdılar.  Bəzən  qalığı  hissələrə  parçalayırlar.  Sakit 

okeandakı  Samosiredə  bədəni  yerin  altındakı  sərdabəyə 

qoyur,kəlləni,qafa tasını umada (vaza şəkilli qabda) toıpağın üstünə 

qoyurlar.  Asmatlar  öz  evlərində  həm  dostlarının,həm  də 

düşmənlərinin  kəlləsini  bəzək  kimi  saxlayırlar.  Cənubi  Uelsdə 

aborigenlər  öləni  ya  düz  sol  böyrü  üstə  uzatmaqla,ya  bükülü 

vəziyyətdə,ya şaquli vəziyyətdə qoyaraq dəfn edirlər,üstünə çör-çöp 

yığırlar.  Malayalılar  müvəqqəti  dəfn  mərasimi  keçirirlər.  Cənubi 

Hindistanda  kotalar  bütün  bədəni  kremləyir,yalnız  beyinə 

toxunmurlar.Dəfn  mərasimi  bir  az  keçəndən  sonra  həyata 

keçirilir.Onlar  əmin  olurlar  ki,ruh  başqa  bədənə  keçməyə  qərar 

verib.Bu  mərasimlər  arasindakı  vaxtda  ölənləri  öz  aralarında  hiss 

edirlər.Kota  icmalarında  dəfnə  qədər  o  öz  ictimai  ruhunu 

saxlayır.Əgər onun arvadı onun klinik ölümündən sonra dəfnə qədər 

hamilə  olardısa  onda  ölən  uşağın  atası  hesab  olunur,onun  adını 

daşıyır,var-dövlətinə  sahib  olurdu.Onların  cəmiyyəti  bizdən  fərqli 

olaraq ölüm və qota arasındakı fərqi nəzərə alırdı.Bu sadalanan dəfn 

mərasimlərini əks etdirən həyat və ölüm fəlsəfəsinə gəldikdə isə o 

hər yerdə və həmişə belə bir labüd faktdan, belə bir inamdan çıxış 

edir  ki,ölüm  özlüyündə  son  deyi  İdir,yalnız  yeni  vəziyyətə 

keçid,tədrici  inkişafın  növbəti  mərhələsidir.Ölüm  təhlükəsi  ilə 

üzləşən adamların ən bariz ölümqabağı vəziyyətləri gözlənilmədən 

yaranır.Bu cür hadisələrin təhlili aparalmışdır. 

İsveç  geoloqu  Albert  Heym  belə  bir  addım  atmışdır  -  bu 

təcrübəni  aparmağa  tale  onu  məcbur  etmişdir:  1962-ci  ildə  o  Alp 

qayalarından yıxılmış və bütün bunları özündən keçirmişdir.Bu ona 

xilas olan xoşbəxtləri axtarıb tapmağa və onlarla təcrübə mübadiləsi 

aparmağa məcbur etmişdir.Onlar 30 

13 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə